ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə127/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   124   125   126   127   128   129   130   131   132

Əşir Bəşiroğlu 
 
371 
 
başqa  variantlar  kimi  bu  da  özünü  doğrultmayacaq?!  Sultan  bəyin  Ərzurumda, 
Konyada dəfn olunması haqda vеrsiyalar mövcuddur.  
Nəhayət,  Köçqoy  kəndinə  yеtişdik.  Molla  çağırıldı.  Kənd  əhalisinin  sеçmə 
ağsaqqalları ilə qəbrstanlığa gеtdik. Qəbrstanlıqda sadə bir qəbri göstərib «Sultan 
bəyin  məzarıdır»  söylədilər.  Tutuldum.  İnanmamağa  əsasım  yox  idi.  Amma 
qəlbimdə  şübhələr  vardı.  Ağsaqqallar  babamı  olduğu  kimi  təsvir  еdib  şübhəmi 
dağıtdılar.  Qəribədir  ki,  Köçqoy  kəndində  yaşayan  adamların  çoxu  bizim  soyun 
insanlarına bənzəyirdilər. Mən hətta öz oxşarımı da orda tapdım.  
Еlburus  Muradov  bildirir  ki,  bu  ilin  yayında  yеnidən  Türkiyəyə  gеdəcək. 
Niyyəti var ki, babasının adına layiq bir başdaşı ucaltsın.  
Sultan bəy Azərbaycan xalqının milli qəhrəmanıdır. Fikirləşirik ki, niyə onun 
qəbri  Azərbaycana  köçürülmür?  Düşüncəmizi  Еlburus  Muradovla  bölüşürük. 
Razılaşmır.  Bildirir  ki,  Sultan  bəy  çətin  vaxtlarında  Türkiyəyə  pənah  aparmışdı. 
Ona  qucaq  açıb  nazını  çəkmişdilər.  Oranı  özünə  ikinci  vətən  bilmişdi. 
Doğmalarının arasında dəfn olunub. Ruhunu incitməyək BÖYÜK BƏYIN!  
 
SULTAN BƏY VƏ XOSROV BƏY HAQQINDA YAZILANLAR 
XIX 
əsrin  əvvəlləri ermənilərin  əli ilə  Rus  imperiyası  Şimali  Azərbaycanı, 
onun  xanlıqlarını  işğal  etdi  və  bu haqda Rusiya ilə  İran  arasında  1806,  1813  və 
1828-ci ill
ərdə  Kürəkçay, Gülüstan və  Türkmənçay müqavilələri  bağlanmaqla 
Qarabağ,  İrəvan və  Naxçıvan  xanlıqları  rus  işğalçılarının  əlinə  keçdi.  Əlbətdə 
Az
ərbaycan həmin illərdə Dərbənd və Borçalı bölgələrini də itirmişdi. 
Rusların  idarəçilik  qaydalarına  uyğun  olaraq  1868-ci ildə  Yelizavetpol  
(G
əncə)  quberniyası  yaradılmaqla  onun  tərkibində  çox  böyük sahəyə  malik 
Z
əngəzur qəzası da öz təsdiqini tapdı.  
Rusiyada sovetl
əşmə çox şirin vədlər versə də, işğalın sonrakı – yəni 1920-ci 
ild
ən  sonrakı  dövrləri Azərbaycana  –  xüsusən  Zəngəzura,  Yuxarı  Qarabağa  və 
Q
ərbi Azərbaycana çox ağır itkilər gətirdi və Zəngəzur 1920-ci ilin bir dekabrında 
yeni yaradılan Sovet Ermənistanına qeydsiz-şərtsiz hədiyyə edildi.  
Z
əngəzurun Laçın bölgəsindən olan Sarı Aşıq demiş: 
Bu qala, yaman qala, 
Düşmüşəm yaman qala. 


C
əsur qardaşlar 
372 
 
R
əvamı, Yaxşı ölə, 
Yerind
ə yaman qala?! 
Bel
ə  olarmı?!  Amma  olub,  bu  reallıqdır.  Son  dövrlər tarixçi  alimlərimizlə 
yanaşı  digər  yazarlarımız,  vətənpərvərlərimiz,  publisistlərimiz Zəngəzur, onun 
tarixi şəxsiyyətləri, bu torpağa bağlı qalmayanlarımızı özlərinə  məlum səviyyədə 
m
ətbuatda işıqlandırırlar. Bu isə çox yaxşıdır. Onların hər birinə diqqət yetirdikdə 
hansısa bir yeniliyə də rast gəlmək olur. Bu da bizləri sevindirir.  
Əslən Qubadlıdan olan dost və həmyerli Rauf İlyasoğlu Vətənlə, Qarabağla 
bağlı xeyli şeirin, yazıların müəllifidir. O, söyləyir: “Özümü heç vaxt öyməmişəm, 
sad
əcə  Qarabağla  Qarabağı  dəyişik  salan  insanları  ayılmağa,  torpağı,  Vətəni 
sevm
əyə  çağırmışam”.  O,  “Şeytan  erməni”  şeirində  xalq qəhrəmanını  belə 
xatırladır: 
F
əxr edirsən, tək qulaq, qürrələnmə, 
Bizim Koroğlumuz, Babəkimiz var. 
Sultan b
əy ruhundan vahimələnmə, 
Əlyar, Alı, Şirin tək igidim var. 
 
Dig
ər bir şeirində Rauf Vətənə öz arzularını belə bildirir. 
Füzulimiz, d
ərd əlindən, alına, 
C
əbrayılda nur ocağı, qalana, 
Qarabağda, bir Vağzalı çalına, 
Elim, obam, Laçınıma, yol sala, 
Bayrağımız, Kırs dağında ucala. 
Otuz kitab mü
əllifi Dəmir Gədəbəyli erməni keşişə deyir: 
Günl
ərin bir günündə
Sultan b
əyin önündə, 
Özün buladı baban. 
Paça altından keçib, 
Ç
əkmə yaladı baban. 
Əslində Sultan bəy öz vətəndaşlıq borcunu yerinə yetirmişdir. Xalq isə ona öz 
d
əyərini vermişdir, dövlət isə xalqın fikrini təsdiqləməlidir.  
Əli ibn Əbutalib deyib: “Dilini nəyə öyrətsən onu da sənə qaytaracaq”. 


Əşir Bəşiroğlu 
 
373 
 
Uzun ill
ərin kədərindən Zahir Laçınsız yazır: 
Laçınsızam, saçlarıma düşüb dən, 
Vay o gün
ə dönüb dost ola düşmən, 
Görm
əyən gözünə qurban olum mən
Günd
ə salan yoxsa səni get-gələ, 
Bu dünyada s
ən nə görmüsən hələ? 
Şair Zahir Abbas yazır:  
Allah ömrümüz
ə gəl ömür cala
Qoyma ümüdl
ərim puç olub sola. 
Durub t
əkbaşına düzəlib yola, 
Bir gec
ə yurduma qayıdacağam. 
 
*** 
Bu d
ərdi, kədəri talamaq üçün, 
O daşı, torpağı yalamaq üçün. 
Sönmüş ocaqları qalamaq üçün, 
Bir gec
ə yurduma qayıdacağam. 
F
ətulla Fəcri isə daha qətiyyətlidi: 
Z
əngəzurum, Qarabağım erməninin dustağı,  
Göyç
əm, Şuşam millətimə göz dağıdır, göz dağı! 
Tanrı bizi bağışlamaz, lənət ilə qəhr elər, 
Yağılardan arıtmasaq zəbt olunmuş torpağı! 
F.  Ruzvelt  yazır:  “Siyasətdə  heç nə  təsadüfən  baş  vermir.  Əgər  bir hadisə 
olarsa, 
əmin ola bilərsiniz ki, bu, əvvəlcədən planlaşdırıldığı üçün baş verir”. Bunu 
bilm
əyən insan millətə atalıq iddiasında olmasın. Uzun illərdir Azərbaycana qarşı 
erm
əninin, rusun,  ingilisin,  fransızın,  farsın,  yunanın,  ABŞ-ın  və  s. mövqeləri 
b
əllidir.  Belə  olduğu  halda,  məyər  əl-qolumuzu  yanımıza  salıb  nəyisə 
gözl
əməliyik? Əlbətdə yox! Artıq, Azərbaycan axırıncı fitvanın qurbanı ola bilər, 
bizi n
ə vaxt gözləyir, nə də ki, hansısa ümid.  
Əli ibn Əbutalib demiş: “İnsanlar öz zamanlarına ata-babalarından daha çox 
oxşayırlar”.  Amma  lazımdır  ki,  zamandan  çox  ata-babalarımıza  oxşuyaq,  Sultan 
b
əylərə oxşayaq.  


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə