ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə131/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   124   125   126   127   128   129   130   131   132

C
əsur qardaşlar 
384 
 
“Qədim  melodiyalar  və  mahnılar”  ...  havaların  böyük  hissəsi  türklərdən 
götürülüb.  Ermənilər  yaşayan  bir  çox  yerlərdə  olmuşam,  hər  dəfə  çalışırdım  ki, 
təmiz erməni sözü eşidim. Ancaq bu günə kimi bu sözü eşidə bilməmişəm”. 
M.Nalbadyan... Əsərlərinin Tam toplusu. I cild. 
Yerevan. 1945, səh. 276 (erməni dilində) 
Elə türk sözləri var ki, bütün millət (ermənilər) tərəfindən istifadə olunur.  
Bu sözlərin mənası qədim erməni dilində olmasına baxmayaraq, türk sözləri 
xalqın  danışıq  dilində  özlərinə  elə  yer  eləyiblər  ki,  onları  öz  dialektlərindən 
“qoparıb”  özlərinin  çoxdan  yaddan  çıxmış  xalq  üçün  artıq  mövcud  olmayan 
sözlərini dialektlərinə qaytara bilmirlər.  
M.Nalbadyan, Əsərlərinin tam toplusu. III cild, 
Yerevan, 1940, səh. 183-184 (erməni dilində). 
“Erm
əni  dilinin  qrammatikası  türk  qrammatikasına  çox  bənzəyir,  erməni 
xalqı, aşıqlar onun öyrənilməsində, sonra isə hətta türk dilində danışmaqda çətinlik 
çəkmirdilər.  Hətta  indi  də  bir  çox  erməni  yazıçı  var  ki,  türk  (azərb)  dilində  çox 
gözəl danışırlar, uzaqda yaşamalarına baxmayaraq, ermənilər üçün türk dili əziz, 
doğma dil kimidir. Onu qeyd etmək istəyirəm ki, türk (Azərb) dilində ermənilərin 
asanlıqla mahnı ifa etməyi ondan irəli gəlir ki, iki dilin forması və düşüncə tərzi 
eynidir”. 
Yazıçı, pedaqoq Qazaras Ağayan. Seçilmiş əsərləri. III 
cild. Yerevan. 1940, səh. 331. (erməni dilində) 
Erməni  aşıqları  “mahnıları  (şeirləri)  erməni  dilində  yox,  türk  dilində 
bəstələyirdilər. Erməni dilində oxumaq adəti bizim aşıqlar arasında yayılmayıb”. 
(Yenə orada, səh 25-26). 
O vaxtların mahnıları arasında “bayatı ən əsas və ən çox yayılmış idi, əlbəttə 
ki,  elə  mahnılar  var  ki,  yalnız  aşıqlar  bilirdi,  ancaq  elələri  də  var  ki,  aşıq 
olmayanlar bilirdi. Ancaq bayatını hamı bilir: balacadan böyüyə kimi, qadınlar da, 
kişilər də. Öz kədərlərini, qəmlərini, qayğılarını bayatıyla ifadə edirdilər; sevgini, 
xəyallarını, ayrılığı, şikayətlərini, ölənləri üçün göz yaşları, bütün fikir və hisslərini 
bayatı ilə ifadə edirdilər”. 
(Yenə orada, səh. 325). 


Əşir Bəşiroğlu 
 
385 
 
Bayatıda  “birinci,  ikinci  və  dördüncü  sətir  eyni  sözlə  bitir.  Bu  söz  birinci 
sətirdə müəyyən deyil, ikinci və üçüncü sətirdə müxtəlif mənalar daşıyır. Ona görə 
bayatı  türk  dilində  deyilir,  çünki  türk  dilində  sözün  bir  neçə  mənası  ola  bilər, 
erməni dilində belə imkanlar yoxdu”.  
(Yenə orada, səh. 325). 
“Koroğlunun  qəhrəmanlığı  ölkəmizin  bütün  xalqları  arasında  yayılmışdır. 
Türklər  (azərbaycanlılar)  onu  türk  sayırlar,  kürdlər-kürd,  ermənilər  isə 
azərbaycanlılaşmış erməni sayırdılar. Onun kürd və türk dilində olan mahnılarını 
yalnız  ermənilər  ifa  edirlər,  digər  xalqlar  isə  onun  mahnılarını  öz  dillərində  ifa 
edirlər”.  
“Daraz” jurnalı, 1893. 
“Açıq söz” qəzeti 14 may 2012-ci il 
№ 513. Səhifə 7. 
ERMƏNİLƏRİN ETİRAFI 
İndi  də  Sumqayıtda  “milli  əsarət”illərini  yaşamış  ermənilərə  söz  verək  və 
onlardan bir 
neçəsini dinləyək: 
Sumqayıtın  2  nömrəli  tikinti-təmir  idarəsinin  partiya  təşkilatınn  büro  üzvü 
çilin
gər  Akopyan  qəzet  redaksiyasına  göndərdiyi  məktubda  yazırdı:  “Mən 
milliyətcə  erməniyəm.  Sumqayıtda  törədilmiş  o  ağır  məqamda  mən  və  ailə 
üzvlərim  çıxılmaz  vəziyyətdə  qalmışdıq.  Bizə  köməklik  göstərənlər  mənim 
azərbaycanlı  qonşularım  oldu.  Onlar  mənim  çoxsaylı  ailəmə  öz  darısqal 
mənzillərində sığınacaq verdilər. Biz onların ürəklərinin hərarəti ilə, köməkləri və 
qonaqpərvərlikləri ilə qızındıq” (“Kommunist Sumqaita”, 2 mart 1988). 
Şagen Avakyan: “Mən Dağlıq Qarabağın Hadrut rayonunun Domi kəndində 
anadan  olmuşam.  1952-ci  ildən  Sumqayıtdayam.  Azərbaycan  boru-yayma 
zavodunda  işləmişəm  və  hazırda  pensiyaçıyam.  Mənim  oğlanlarım  Gerkules  və 
Xaçatur da mənim zavodumda işləyirlər. Ona görə də Sumqayıt mənim və mənim 
oğlanlarımın  Vətənidir”  (“Kommunist  Sumqaita”,  11  mart  1988).  Sual  olunur: 
“Milli  əsarət”də  yaşayan  erməni  Sumqayıt  şəhərini  özünün  və  uşaqlarınınvətəni 
sayardımı? (H.Sadıqov və R.Məmmədov “Sumqayıt milli əsarət ya milli səxavət”) 
Armen Aovsesyan: “O ağır günlərdə bizim etibarlı dostlarımız, qonşularımız 
həmişə  bizimlə  bir  yerdə  idilər.  Solmaz  İbrahimova,  Böyükağa  Ağayev,  Sultan 


C
əsur qardaşlar 
386 
 
Ümidov  və  bir  çox  başqaları  bizi  müdafiə  etdilər”.  (“Kommunist  Sumqaita”,  16 
mart 1988). 
Kimya  sənayesi  Müəssisələri  İstehsalat  Birliyinin  elektrik  quraşdırıcısı 
M.Qaracanyan milli mənsubiyyət  məsələsinə həsr olunmuş açıq partiya iclasında 
çıxış edərək şəhər sakinlərinin hisslərini belə ifadə etmişdir. “Mən 40 ilə yaxındır 
Sumqayıtda yaşayıram. Burada çoxlu dostum var. Adamları milli mənsubiyyətinə 
görə  ayırmaq  fikri  bizim  heç  birimizin  heç  vaxt  ağlına  belə  gəlməmişdir”. 
(“Kommunist Sumqaita”, 24 mart 1988). 
B.Oqanyan:  “Mənə  qardaşlıq  köməyi  göstərdilər”  adlanan  məqalədə 
yazmışdır:  “İnsanların  hamısını  bir  arşınla  ölçmək  pis  işdir.  Əgər  kimsə  bir  iş 
törədibsə, ona görə bütün xalq haqqında ümumi nəticə çıxarmaq düzgün olmazdı. 
O  ağır  günlərdə  mənə  və  ailəmə  kömək  əllərini  uzadanlar  azərbaycanlılar  oldu. 
Bizə  böyük  köməklik  göstərən  Superfosfat  zavodunun  direktoru  Nərçə  Bəhman 
oğlu Ağayev oldu”. (“Kommunist Sumqaita”,  mart 1988). 
Vladimir Ovakyan, bədən tərbiyəsi sağlamlıq dispanserinin baş həkimi: “Mən 
Sumqayıtın  yerli  sakiniyəm.  32  ildir  ki,  həkim  işləyirəm.  21  ildir  ki,  çoxmillətli 
mehriban bir səhiyyə təşkilatına rəhbərlik edirəm. Heç kəs bizi düz yoldan çıxara 
bilməz.  Biz  həmişə olduğu kimi  bundan sonra  da  xalqlar dostluğunu göz bəbəyi 
kimi qoruyacağıq” (“Kommunist Sumqaita”, 3 aprel, 1988).  
K.Mavetosyan.  “Mən  dördüncü  ildir  ki,  boru-yayma zavodunun mexaniki-
təmir sexində işləyirəm. Dostlarım arasında gürcü, azərbaycanlı, ruslar vardır. Biz 
hamımız  burada  böyümüşük,  özümüzü  sumqayıtlı  bilirik.  Fəlakət  bizi  ayıra 
bilməz”. (“Kommunist Sumqaita”, 02 aprel, 1988). 
Aida  Saruxanyan.  “Dostlar,  sizə  müraciət  edirəm”  adlı  məqaləsində 
yazmışdır:  “Mən  22  ildir  ki,  Azərbaycan  Boruyayma  zavodunda  işləyirəm. 
Sumqayıt, milliyyətindən asılı olmayaraq, başqalarının şəhəri olduğu kimi, mənim 
də doğma şəhərimdir. Biz bir yerdə yaşamalığıq. Azərbaycanlı və erməni dostlar, 
mən  Sizə  müraciət  edirəm.  Bizim  şəhərimizdə  törədilən  hadisələrdən  istifadə 
edərək  gərginliyi  qızışdıranlar  var.  Onlar  bizim  düşmənlərimizdir.  Gəlin  əvvəlki 
illərdə olduğu kimi, yenə də dost və mehriban qonşuluq münasibətlərində yaşayaq. 
(“Kommunist Sumqaita”, 22 may 1988). 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə