ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə126/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   122   123   124   125   126   127   128   129   ...   132

C
əsur qardaşlar 
368 
 
mühafizə  etmək  məqsədi  ilə  xüsusi  bölmə,  respublikanın  ərazisində  asayişi 
qorumaq üçün mobil dəstələr təsis edildi. Onların tərkibinə iki artileriya briqadası, 
bir  yüngül  artileriya  diviziyası,  üç  bronlu  poezd,  beş  aeroplan,  bir  neçə 
hidroaeraplan, altı ağır və yüngül bronlu avtomobil daxil idi. 
1918-
ci  ildə  Gəncədə  yaradılmış  hərbi  məktəb  1919-cu  ilin  noyabr  ayında 
hərbi  uçilişə  çevrildi.  Uçilişin  üç  şöbəsində-ümumi,  topçuluq  və  mühəndislik 
şöbələrində  250  dinləyici  oxuyurdu.  1919-cu ilin sonunda, 1920-ilin  əvvələrində 
kovalyer,  topçuluq  snayper  uçilişləri  yaradıldı.  Bu  tədris  müəssisələrində  dərs 
demək  üçün  mütəxəssislər  dəvət  edildi.  1918-1920-ci  illərdə  türk  və  rus 
zabitlərinin  köməkliyi  ilə  piyada  və  atlı  polklar,  artileriya  briqadası,  diviziyası 
yarad
ıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piiyada diviziyası var 
idi.  Birincim  Tatar,  ikinci  Qarabağ  və  üçüncü  Şəki  atlı  polkları  bazasında 
kavaleriya diviziyası yaradıldı. Azərbaycan Demokratik Respublikası az müddətdə 
bu qədər işlər görmüşdür.  
Elbrus Muradovun dedikləri 
Hazırda  Bakı  Metropolitenində  baş  mühəndiz  işləyən  Sultan  bəyin  nəvəsi 
Elbrus Muradov bir müddət əvvəl “lent.az”a verdiyi mühasibəsinmdə Xosrov bəy 
Sultanovun gözünün birindən necə məhrum olması barədə xatirələrini bölüşüb. 
Elbrus  bəy  bildirir  ki,  Xosrov  bəy  Odessa  Tibb  Universitetində  Nəriman 
Nərimanovla  tələbə  yoldaşı  olub.  Tələbəlik  dövründə  küçədən  keçərkən  bir  rus 
zabitin yoldan keçən bir qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu 
müdafiə duellə nəticələnir. Birinci gülləni Zabit atır və güllə Xosrov bəyin gözünü 
zədələyir. Amma yaralı Xosrolv bəy özünü itirmir, o ikinci gülləni sərbəst ataraq 
zabiti  öldürür.  Sonradan  məlum  olur  ki,  həmin  qız  Odessa  Universitetinin 
rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu 
olsa da, uşaq yaşlarında dünyasını dəyişir.  
ZƏNGƏZURUN  ERMƏNİSTANA VERİLMƏSİ 
Rusiyada 
sovetləşmə çox şirin vədlər versə də işğalın sonrakı – yəni 1920-ci 
ildən  sonrakı  dövləri  Azərbaycana  –  xüsusən  Zəngəzura,  Yuxarı  Qarabağa  və 
Qərbi Azərbaycana çox ağır itgilər gətirdi və Zəngəzur 1920-ci ilin bir dekabrında 
yeni yaradılan Sovet Ermənistanına qeydsiz-şərtsiz hədiyyə edildi.  


Əşir Bəşiroğlu 
 
369 
 
1921-ci il iyulun 20-
də  Ermənistan  SSR  Xalq  komissarları  Soveti 
respublikanın ərazi bölgüsünü 9 qəzadan ibarət olmaqla təsdiq etdi. Doqquzuncu 
qəza  indiki  Sisyan,  Qafan,  Gorus  rayonları  və  Mığrı  rayonunun  bir  hissəsinin 
ərazisindən ibarət olan Zəngəzur qəzası elan olundu.  
Zəngəzurun Ermənistana verilməsi prosesi təəssüflər olsun ki, sonrakı illərdə 
də  davam  etdirildi.  1927-ci  ildə  Zaqafqaziya  MİK  Rəyasət  Heyətinin  qərarı  ilə 
Azərbaycanın Mığrı-Cəbrayıl qəzasının 27 kəndi, Zəngəzur qəzasının isə 10 min 
desyatindən çox yaylaq ərazisi Ermənistana verildi. 1929-cü il fevralın 18-də isə 
Zaqafqaziya  MİK  Rəyasət  Heyətinin  M.Sxakayanın  sədrliyi,  Azərbaycan 
nümayəndələrindən  isə  D.Bünyadzadə,  M.Bağırov  və  S.Yağubovun  iştirakı  ilə 
keçirilən  iclasın  qərarı  ilə  Zəngilan  rayonunun  daha  3  kəndi-Nüvədi,  Ernəzir  və 
Tuğut kəndləri Ermənistana verilməklə Zəngəzurda daha bir erməni rayonu –Mığrı 
rayonu təsis edildi. 
Sovet hakimiyyəti qurulandan sonra Zəngəzur iki yerə parçalandı. Böyük bir 
hissəsi (Qarakilsə, Gorus, Mehri, Qafan) qondarma Ermənistan dövlətinə verildi. 
Zəngilan, Qubadlı, Laçın Azərbaycanın tərkibində qaldı. Bununla da həm böyük 
bir  mahalın  –  Zəngəzurun  sinəsinə  çalın-çarpaz  dağ  çəkildi,  həm  də  qədim 
Naxçıvan  öz  doğma  anasından  –  böyük  Azərbaycandan  ayrı  düşdü.  Sovet 
hakimiyyəti  ermənilərin  arzularının  böyük  bir  hissəsinin  gerçəkləşdirmiş  oldu. 
Azərbaycan torpaqları üzərində hayların ilk dəfə rəsmi olaraq Ermənistan adlanan 
dövləti yaradıldı. Amma “Böyük Ermənistan” yaratmaq istəyən ermənilər yenə də 
öz torpaq iddialarından əl çəkmədilər. Onlar “dənizdən dənizədək” (Qara dənizdən 
Aralıq dənizinədək) böyük Ermənistan yaratmaq iddialarından indi də əl çəkmirlər.  
İndi də Sultan bəy haqqında 
Bəzi  müəlliflər  Sultan  bəyi  Kürdhacı  kəndi  ilə  bağlayırlar.  O  kənd  XVIII 
yüzillikdə boş sahə olub. Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir bu sahəni 
Xorasan  əyalətindən  gəlmiş  Hacısamlı  camaatının  Qasımuşağı  tayfasına  verib. 
Həmin  tayfa  orada  bina  salıb.  Xan  onları  Həmzə  Sultan  Qaraçorlunun  dördüncü 
oğlu  Nəbi  bəyə  rəiyyət  kimi  bağışlayıb.  Nəbi  bəyin  Xıdır  bəy  adlı  oğlu,  Xıdır 
bəyin  Xanmurad bəy  adlı oğlu,  Xanmurad  bəyin isə  Əlipaşa bəy  adlı oğlu  olub. 
Sulan bəy Əlipaşa bəy oğlu 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin 
Qasımuşağı obasında doğulub.  


C
əsur qardaşlar 
370 
 

əvvəl  Molla  yanında  oxuyub,  sonra  Gəncə  gimnaziyasında  orta  təhsilini 
başa  vurub.  Sultan  bəy  o  vaxtın  ən  önəmli  məktəbi  olan  Sank-Peterburq  hərbi 
akademiyasına daxil olur, lakin Akademiyada azərbaycanlılara olan münasibət onu 
qane etmir. O, Akademiyanı buraxıb doğma elinə qayıdır, maldarlıqla məşğul olur, 
doğma elinə yararlı bir insana çevrilir.  
Gələni-gеdəni  çox  olarmış  Sultan  bəyin.  Xahişə  gələn,  şikayətini  bildirən, 
kömək istəyən və s. Tapşırarmış ki, onu soruşan olanda, еvdə olmasa da, hеç vaxt 
dеməsinlər ki, Sultan bəy еvdə yoxdur. Dеsinlər ki, buralardadır, gələcək indi. Bu 
minvalla gələnləri yеrbəyеr еləsinlər, onlara çay-çörək vеrsinlər. Əgər еvdə yoxsa, 
yoxluğunu  bundan  sonra  bildirsinlər.  «Bura  dağ  yеridir,  uzaq  yoldan  gələn  olar, 
bilməzsiniz, ac qayıdar. Sonra mənəm, sizsiniz».  
Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat еdib.  
Sultan bəy Tеymur bəy Həsənbəyovun qızı Dilruba xanımla ailə qurmuşdu. 
Ənvər  bəy,  Çingiz  bəy,  Yusifkamal  bəy  adlı  oğulları  və  Bəyim  xanım  adlı  qızı 
vardı.  
Ənvər  bəy  Xalisə  xanım  Məhəmməd  qızı  ilə  ailə  qurmuşdu.  Еlbrus  bəy, 
Bahadur bəy adlı oğulları, Səriyə xanım, Validə xanım və Maya xanım adlı qızları 
var.  
Еlbrus Muradov 1939-cu  ildə  doğulub.  Orta  məktəbi  bitirəndən  sonra 
Azərbaycan  Politеxnik  İnstitutuna  daxil  olub.  Еlеktrotеxnika  fakültəsini  bitirib. 
Hazırda  Azərbaycan  Mеtropolitеnində  baş  mühəndis  işləyir.  Prеzidеntin  fərmanı 
ilə «Əməkdar mühəndis» adını alıb.  
Еlburus Muradovla söhbətləşirik:-Babamın qəbrini axtarmaq üçün uzun illər 
çalışdım. Dost və qardaş Türkiyəyə gеdən hər tanışımdan soraqlamağı xahiş еtdim. 
Gələnlərdən  soruşdum.  Gördüm  dеyən  olmadı.  Nəhayət,  intеrnеt  araçılığı    ilə 
axtarışlarımı  davam  еtdirdim.  Qars  vilayətinin  Köçqoy  kəndində  hələ  XIX 
yüzildən laçınlıların məskunlaşdığını öyrəndim. Adil Laçın adlı bir nəfərlə yazışıb, 
tеlеfon  nömrəsini  öyrəndim.  Zəngləşib  vədələşdik  ki,  mən  Türkiyəyə  gəlim.  15 
may 2006-
cı  ildə  Türkiyəyə  uçdum.  Adil  bəy  məni  Еsеnboğa  hava  limanında 
qarşıladı.  Səhər  saat  6-da  Qarsa  tərəf  yola  çıxdıq.  Maşınla  bir  nеçə  saat  yol  qət 
еtdik. Yolboyu həyacanlıydım. Görəsən, doğurdanmı babamın qəbri ordadır, yoxsa 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə