ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə123/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   119   120   121   122   123   124   125   126   ...   132

Əşir Bəşiroğlu 
 
359 
 
Ağoğlan dağ keçidini aşır, Əsəd Sultan yaşayan kəndə yaxınlaşır. Yolunu qəsdən 
d
əyişdirib, yol olmayan yamacla atını sürür və haray çəkir: “borana düşmüşəm”, 
“köm
ək edin”, “yolu azmışam”. Uzaqdan səsi eşidib, borana düşmüş atlını görənlər 
Əsəd Sultana xəbər verirlər, ora kömək üçün adamlar göndərilir. Borana düşmüş 
adamı xilas edirlər, üzü-gözü sarılmış adam özünü Əsəd Sultana yetirir. Sarıqlar 
açılarkən bu adamın II Alməmməd Sultan olduğunu bilirlər, çox böyük heyrətlə “a 
kişi, nə olub”, “bu nə gündür” soruşmağa macal vermədən “bəs bilmirsən başıma 
n
ə gəlib?!” deyə atın cilovunu Əsəd Sultana verir. Özünü itirmiş Əsəd Sultan atın 
cilovunu onun 
əlindən alır. Alməmməd Sultan hündürdən “apardım” deyir. Məsələ 
aydın olur, saray adamları hamısı gülüşür, evə daxil olurlar. II Alməmməd Sultan 
arxayınca Xanmurad və onun uşaqlarına, Əsəd Sultanın nəvələri Paşaya və Əmirə 
b
əylik verilmə sənədlərinə Əsəd Sultana imza etdirir. Fərman imzalanır və barışıq 
da başa çatır....” 
Paşayev  Rüstəm  Kamal  oğlu  özünü  Paşa  bəyin  qohumlarından  sayır  və  bu 
yazının  müəllifi ilə görüşündə  bildirmişdir  ki,  “...  Paşa  bəyin  atası  gil  üç  qardaş 
olublar  – 
Xanmurad  (Paşa  bəyin  atası),  Şahmurad  və  Gülmurad  Xanmuradın 
oğlanları Paşa bəy birinci arvaddan,Əmir bəy 2-ci arvaddan olan övladıdır və Əmir 
b
əyin anası Əsəd Sultanın qızıdır. Paşa bəyin 7 oğlu, 3 qızı olub. İkiarvadlı olur. 
Birinci  xanımı  Bəyim  xanım  Qarabağın  (hazırda  Ağcəvədi rayonu) Pəroğulları 
b
əylərinin  qızlarındandır.  Bəyim  xanımdan  olan  övladlar  –  Sultan,  İsgəndər, 
Xosrov, Rüst
əm və bacıları Avtabdır. Paşa bəyin ikinci xanımının adı Ağaxanım 
olub v
ə Seyid Mirəzizin (Qarabağın bütün bölgələrində məşhur olan bütün seyidlər 
d
ə  bu səcərədən olmaqla Cənubi Azərbaycandan Murtuza bəy tərəfindən 
yerl
əşdirilmiş  və  sonralar bu yurd “Böyük Seyidlər”  adlanmışdır.  (Z.Nəbibəyli-
“Laçın-85”, 2009-cu il, s. 73-84)) qızıdır”. 
Paşa bəyin Seyid Mirəzizin qızı Ağaxanımdan dünyaya göz açan övladları – 
Zülfüqar, İsrafil, Bahadur, Ziba və Məhbub olmuşdur. 
Z.N
əbibəyli özünün “Laçın-85” kitabında Paşa bəy, Sultan bəy və Xosrov bəy 
haqqında  qısa  da  olsa  məlumat  vermişdir.  O,yazır:  “...Paşa  bəy  özü  çox  ağıllı, 
t
ədbirli  bir  el  ağsaqqalı  olmuşdur.Müəyyən bir məsələni həll edəndə  tanınmış 
insanların ağsaqqallığı və ya, fikirlərini öyrənməklə qərar verərmiş. Ədalət naminə, 
yeri g
əldikdə  oğlanlarını  da  danlayar  və  ya  tutduqları  qeyri  ciddi  mövqedən 


C
əsur qardaşlar 
360 
 
ç
əkindirərmiş.  Laçında  Paşa  bəyin  adı  həmişə  yaxşılıqda  çəkilən bir insan 
olmuşdur”. 
Z.N
əbibəyli “Zəngəzurun qısa tarixi və coğrafiyası” haqqında ilk elmi kitab 
yazan bir araşdırıcı kimi – Qarabağa, Zəngəzura və onların bir parçası olan Laçın 
bölg
əsinə  aid  yazdığı  elmi  yazıların  xeyli  hissəsində, xüsusən də  Xosrov bəyə
Sultan b
əyə  həsr  edilmiş  iri  həcmli  yazılarında  Paşa  bəy  haqqında  da  yeni-yeni 
m
əlumatlar vermişdir. 
Laçın rayonu Şamkənd Sovetliyinin Çorman kəndində yaşamış Məhərrəmov 
M
əhərrəm  özünü  Paşa  bəy nəslindən  sayır  və soyadının  əslində  Muradov olmalı 
olduğunu bildirir. Onun söylədiyinə görə Paşabəylər və onun qardaşları Muradov, 
yaxud Muradlı olmalıdır. Məhərrəmə görə Laçının Çorman kəndi Paşa bəyin dədə-
baba k
əndidir,  onların  Qurdgəzi  (Qurdqajı)  kəndinə  heç  bir  aidiyyatı  yoxdur. 
Hazırda  72  yaşı  olan  Məhərrəm  kişi  bildirir  ki,  Paşa  bəyin  dağ  otağı  Çorman 
k
əndindən  yuxarı,  Qırxqız  dağının  ətəyində  Sarımsaqlı  ilə  üzbəüz Qətl  ağacında 
olmuşdur. Oğlu Sultan bəyin dağ otağı da atası Paşa bəyin evinin qarşı tərəfində – 
Sarımsaqlıda  olmuşdur.  Əslində  isə  bu torpaqlar və  yurdlar  qabaqlar  Qarabağ 
xanlığının sərkərdəsi Nəbinin olmuşdur. 
Paşa bəy aşıq musiqisini çox sevərmiş. Bu mənada Laçının Peçeneq (Piçənis) 
bölg
əsinin  Subad  yaşayış  məntəqəsindən  olan  Aşıq  Abbası  tez-tez evinə  dəvət 
ed
ərmiş.  Aşıq  Abbas  həm də  çox  hazırcavab  bir  aşıq  olmuşdur.  Aşıq  Abbasın 
n
əvəsi Cənnət  Paşa  bəyin  oğlu  Xosrov  bəylə  yaxın  olmuşdur.  Bu  fikir  də 
M
əhərrəmin dediklərindəndir. Məhərrəm kişi onu da qeyd etdi ki, Əmir bəy Paşa 
b
əyin ögey qardaşıdır, Əsəd Sultanın qız nəvəsidir. 
“Soy”  adlı  elmi-kütləvi dərginin  Baş  Redaktoru  Ənvər  Çingizoğlunun 
araşdırmalarına  görə  Paşa  bəyin  atası  Xanmurad  Qasımuşağı  obasında 
doğulmuşdur,  onun  Əlipaşa,  Mehralı,  Şahmurad,Əmirmurad  adlı  oğlanları  və 
Mehriban adlı qızı olmuşdur. 
Əlipaşa  (Paşa  bəy) bəy1837-ci ildə  Qasımuşağı  obasında  dünyaya  göz 
açmışdı, mədrəsə təhsili alıb, əsas məşğuliyyəti maldarlıq olmuşdur. 
B
əzi mənbələr isə Qasımuşağı nəslinin babalarının cənubi Azərbaycandan bu 
yerl
ərə gəlmələrini göstərir. Bu fikiri XIX əsrdə yaşamış, Bağdadda təhsil almış, 
anası və arvadı Paşa bəyin nəslindən olan, Araflıda yaşamış Süleyman bəy özünün 


Əşir Bəşiroğlu 
 
361 
 
“B
əyliyin tarixi” kitabında vermişdir. Z.Nəbibəyli Süleyman bəyə və Mir Mövsün 
N
əvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı kitabına istinadan 
yazır ki, Laçınlılardan (XX əsrin əvvəllərində) Şuşa, onun kəndlərini, Zəngəzurun 
bir çox k
əndlərini, Laçının özünə mənsub kəndlərini ermənilərdən müdafiə edən
erm
əniləri cəzalandıran  əsasən  İbrahim  bəy Alməmməd bəy  oğlu  olmuşdur. 
Sonralar bu işə Paşa bəy və oğlu Sultan bəy də qoşulmuşlar, torpaq uğrunda böyük 
mübarizlik göst
ərmişlər... 1906-cı  ilin  iyul  ayında  Şuşa  şəhərində  baş  vermiş 
erm
əni-müsəlman  davası  zamanı  Şuşanın  müdafiəsini 1-ci  yaran  İbrahim  bəy 
olmuşdur.Onun  ardınca  Sultan  bəy  şəhərə  girmiş,  erməni  quldurlarına  lazımi 
cavablar  vermişlər.  Lakin,  bu  davada  İbraim  bəy  qəhrəmanlıqla  həlak 
olmuşdur.....” 
Qurdg
əzili  Sona  xanımın  söylədiyinə  görə,  Paşa  bəy keçəl  Xanmuradın  (el 
arasında  belə  deyərdilər)  oğludur.  Paşa  bəyi  Muncuqlu  çayının  ətrafına  ova 
aparırlar  və  bu dövrdə  Paşa  bəy hələ  bəy  adı  almamışdı.  Paşa  bəy Muncuqlu 
çayının  ətrafındakı qayadan  qızıl tapır və  o, bir az da sərbəstləşir.  Paşanın  anası 
öl
əndə atası keçəl Xanmurada Əsəd Sultanlılardan bir bəyin qızını gəlin gətirirlər 
v
ə  qadının  yanında  Əmir  adlı  oğlu  olur.  Laçının  Arduşlu  kəndindən  olan  Paşa 
b
əyin bir dostu ilə Qarabağın mərkəzi şəhəri, quberniyanın mərkəzi olan Gəncəyə 
t
əşrif buyuran dostlar Qubernatorun (rus) iki kiçik oğlunun hər birinə bir yüzlük 
verirl
ər və Əmir bəyin (Paşa bəyin ögey qardaşı) sənədlərindən istifadə etməklə – 
b
əyalma sənədlərini Qubernatorun vasitəsi ilə Tiflisə göndərərək Paşa bəy bəylik 
alır. 
Sona xanımın dediyinə görə Paşa bəyin anası Hətəmlər kəndindən, atası isə 
Qurdg
əzi kəndindəndirlər.  Sona  xanımın  özü  isə  Araflı  bəyləri səcərəsinin bir 
qolundan olmaqla, H
ətəm bəyin  oğlu  Paşa  bəyin  qızıdır.  Hətəm bəyin  atası  2-ci 
B
ərxudar bəydir,1-ci Bərxudar bəy isə  hazırda  dünya  şöhrəti  tapmış  böyük 
s
ərkərdə,Qarabağ  xanlığını  yaradanlardan  biri,  Zəngəzur  mahalının  Sultanı 
Murtuza b
əydir. Sonra xanımın ərinin və qaynatasının da anaları bu səcərədəndirlər 
v
ə Qurdgəzi kəndində yaşamışlar. 
Paşa  bəyin özü də  gəncliyində  atası  Xanmurad  kimi  çodarlıq  (çarvadarlıq) 
etmişdir. İstənilən halda, Paşa bəy öz ətrafı arasında – yəni bəylik adı almamışdan 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə