ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə121/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   117   118   119   120   121   122   123   124   ...   132

Əşir Bəşiroğlu 
 
353 
 
Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Xosrov bəy vətənindən heç yerə 
getm
əmişdir.  Bolşeviklər cümhuriyyətin seçilən  bir  şəxsiyyəti kimi Xosrov bəyi 
h
əbs edərək Bakıya gətirmişlər. Bununla ürəkləri soyumayan və sifətlərini tez-tez 
d
əyişməyi bacaran ermənilər mərkəzə nə yazsalar da, Xosrov bəyin ermənilərə pis 
olması  haqqında  heç bir sənəd  əldə  edə  bilməmişlər.  Əlləri həryerdən kəsilən 
erm
ənilər digər  bir  alçaqlığa,  70  erməni  qadınının  adından  ərizə  yazaraq  onların 
namusuna Xosrov b
əyin toxunmasını bildirmişlər. Əlbətdə, bu bayağı ittihama heç 
kim  inanmamışdır.  İstənilən halda  bolşeviklərin Xosrov bəyi buraxmaq rəyləri 
olmamışdır.  Bunu  yaxşı  başa  düşən N.Nərimanov  öz  dostunu  Bayıl  türməsindən 
qaçırda bilmişdir və bu haqda arxiv sənədləri də Azərbaycanda saxlanmaqdadır. 
Diqq
əti cəlb edən fikirlərdən biri də Xosrov bəyin öz dövründə “Azərbaycan” 
q
əzetinə  verdiyi müsahibədir.  İstər-istəməz onun fikirləri ilə  tanışlıqdan,  onun 
şəxsiyyəti və kimliyi haqqında oxucuda müəyyən fikir formalaşır. 
Xosrov b
əy deyir: “-----  hər halda belə  bir fakt böyük təəssüf  doğurur  ki
Qarabağda  milli  qarşılıqlı  münasibətlərin  düzgün  işıqlandırılmaması,Qarabağda 
m
əskunlaşmış  millətlər  arasında  yaranmış  tamamilə  əngəlsiz  mehriban  qarşılıqlı 
münasib
ətlərə nəticələri çox çətinliklə aradan qaldırıla biləcək zərər vura bilər.  
Qarabağ əhalisindən ötrü ən çox arzu olunan hakimiyyət elə bir hakimiyyətdir 
ki,  onların  ac-susuz və  lüt-üryan  qalmasına  yol  verməsin,  onların  həyat və 
əmlakları üçün qorxu yaradan təhlükələrdən qorusun. 
F
əal siyasi mübarizədə iştirak etməkdən ötrü Qarabağ əhalisi həm milli, həm 
d
ə sosial xarakterli müxtəlif eksperimentlərdən çoxlu bəlalar çəkmişdir. 
T
əəssüf ki, özlərini demokrat adlandıran, xalqın demokratiya anlayışları ilə nə 
ruh
ən, nə də mənən heç bir əlaqəsi olmayan siyasi partiyaların bəzi nümayəndələri 
h
ətta terorizm əməllərindən çəkinmədən öz məqsədlərinə  nail olmaqdan ötrü 
özl
ərinin düzgün hesab etdikləri yol ilə  xalqı  dönmədən, durmadan irəliləməyə 
m
əcbur etməyə çalışırlar. 
Əhali üzərində  aparılan  eksperimentlərin  əsasını  ən  yaxşı  halda  partiya 
xarakterli n
əzəri mülahizələr,  ən pis  halda  şəxsi maraq və  mənafelər təşkil  edir. 
Son iki ay 
ərzində ermənilər Qarabağın müsəlmanlar yaşayan bölgələrinə tamamilə 
t
əhlükəsiz surətdə gəlirlər. Digər tərəfdən isə biz görürük ki, müsəlmanların erməni 
k
əndlərinə getmələri heç də təhlükəsiz deyil və müsəlmanlar öz işləri ilə əlaqədar 


C
əsur qardaşlar 
354 
 
onlara  baş  çəkməyə  çox nadir hallarda risk edirlər. Bunun təqsirini mən xalq 
kütl
ələrində  deyil, kütləni  öz  terroru  altında  saxlayan  və  onu  öz  proqramında 
h
əyata keçirməyə məcbur edən ayrı-ayrı şəxsiyyətlərdə görürəm. 
Qarabağın  erməni  əhalisi  iqtisadi  baxımdan  müstəsna dərəcədə  ağır 
v
əziyyətdədir.  Əgər  Qarabağın  müsəlmanlar  yaşayan  düzənlik hissəsi erməniləri 
bolluca taxılla təmin etməsəydi, ermənilərin yaşadığı rayonu aclıq bürüyərdi. 
İqtisadi  baxımdan  bölünməz bir vahid  olan  Qarabağ,  siyasi  baxımdan  da 
bölün
ə  bilməz.  Bütün  Qarabağ  bölünməz bir vahiddir,bədəni  başdan,  başı  da 
b
ədəndən ayırmaq və bütün vücudun sağsalamat qalmasını arzulamaq olmaz. 
Qarabağın  ermənilər  yaşayan  dağlıq  hissəsini müsəlmanlar  yaşayan 
hiss
əsindən ayırmaq arzusunda olan adamlar ya utopist, ya da öz xalqının düşməni 
hesab edil
ə bilər. 
Qarabağ  haqqında  məsələni bütövlükdə  iqtisadi və  siyasi bir vahid kimi 
danılmaz  bir  həqiqət olaraq qəbul etməklə  onun bu və  ya digər dövlət vahidinə 
münasib
əti barədə məsələni asanlıqla həll etmək olar. 
Yevlaxdan  başlayaraq  biz  müsəlman  əhalisinin  geniş  zolağını  müşahidə 
edirik.  Dağətəyi  zonaya  yaxınlaşdıqca  həmin  zolağı  müsəlman və  erməni 
əhalisindən ibarət qarışıq zolaq əvəz edir. 
Dağlara qalxdıqca biz demək olar ki, erməni əhalisinə daha çox rast gəlirik. 
Amma, bu Z
əngəzura,  Hacısamlıya,  Kəlbəcərə  və  hətta Göyçəyə  aid deyildir. 
Deyil
ən zolaqlardan sonra isə  Naxçıvan  müsəlman  zolaqları  gəlir. Ermənistan 
dediyimiz yerl
ərdə  də  müsəlmanlar  əhalinin  əksəriyyətini təşkil edir və  erməni 
rayonu müs
əlman rayonlarının əhatəsində qalır. 
Bundan  başqa  üç  qış  ayı  ərzində  Naxçıvandan  Zəngəzura, həm də 
Naxçıvandan Ermənistana gedən yol tamamilə bağlanır. 
Aydın  məsələdir  ki,  Qarabağ  rayonlarının  belə  bir topoqrafik vəziyyətində 
onl
arı Ermənistana birləşdirmək istəyi ağılsızlıqdır.  
1923-cü ild
ən general Xosrov bəy Sultanovun həyatında  mühacirət dövrü 
başlanmışdır.  O,  Türkiyədə,  İranda,  daha  sonar  Fransa  və  Almaniyada Tibb 
Universitetind
ə  professor vəzifəsində  çalışmışdır.  Bundan  sonra, 1936-cı  ildə 
Türkiy
əyə  qayıdan  Xosrov  bəy SultanovTrabzonda məskunlaşmış,  1947-ci ildə 


Əşir Bəşiroğlu 
 
355 
 
v
əfat etmişdir. Xosrov bəyin ölüm tarixi 1941-ci, bəzi mənbələrdə isə 1956-cı il 
kimi göst
ərilir. 
Xosrov b
əy adı və qəhrəmanlıqları dillərdə əzbər, Zəngəzurda erməni quldur 
d
əstələrinə  qarşı  mərdliklə  vuruşmuş,  xalq  arasında  “laçınlı  Sultan  bəy” kimi 
çağrılan məşhur Sultan bəy Sultanovun kiçik qardaşıdır. Bu qardaşlar ümumi işin 
xeyrin
ə hətta illərlə qan düşməni olduqları bəylərin ayağına gedərək, onları bütün 
gücl
əri  birləşdirməyə, birgə  mübarizəyə  səsləyiblər. Sultanovlar var-dövlətlərini 
Türkiy
ə və İrandan silah-sursat almağa sərf eləmiş, Zəngəzur qazısı Bəhlul Behcət 
t
ərəfindən  yazılmış  Cihad  Bəyannaməsi ilə  xalqı  düşmənə  qarşı  cihada 
qaldırmışdılar.  Ümumiyyətlə, onların  Azərbaycan Xalq Cümhuriyyətinin 
qorunması yolunda müstəsna xidmətləri var. 
Xosrov b
əy  doğrudan  da,  Qarabağda  həm müsəlman, həm də  sadə  erməni 
əhalisi  arasında  böyük  nüfuza  malik  idi.  Əksinə, o dövrün və  indinin xəstə 
milliy
ətçi erməniləri isə  Xosrov  bəyi nifrət və  hikkəylə, ermənilərin  ən qatı 
düşməni  kimi  xatırlayırlar.  Məsələn, 1919-cu ildə  Şuşada  erməni  qoşununda 
döyüşmüş  Zare  Məlik-Şahnəzərov  adlı  bir  erməni  əsgərin  “Şuşanın  süqutu”  adlı 
xatir
əsindən  oxuyuruq.  “Şüşanın  süqutundan  əvvəl mənim yaddaşıma  daha  bir 
hadis
ə  həkk olunub. Mən  Müsavatçı  qubernatorla  təsadüfən üz-üzə  gəldim. 
Erm
ənilərə düşmən olan bu qəddar adam Xosrov bəy Sultanov idi. Məhz bu adam 
Qarabağda erməni qırğınları təşkil eləmişdi”. 
H
ər  işdə  olduğu  kimi  ermənilər Xosrov bəyə  münasibətdə  də  tarixi  faktları 
t
əhrif edirlər. 
Xosrov b
əy  Qarabağa  general-qubernator təyin olunanda onun vəzifə 
borclarına “erməni hərəkatı ilə mübarizə və bu hərəkatın tamamilə məhv edilməsi, 
qayda-qanunun b
ərpa olunması, məcburi köçkünlər arasında gəzən epidemiyalarla 
mübariz
ə, onlara yardım” kimi məsələlər daxil idi. Sultanovun vətənpərvərliyindən 
v
ə  qətiyyətindən xəbərdar  olan  Qarabağın  erməni  milli  yığıncağı  Xosrov  bəyin 
t
əyinatına  etiraz olaraq  tərtib elədikləri məktubda  yazılmışdı: “Qarabağın  erməni 
mil
li yığıncağı Azərbaycan hökuməti tərəfindən təyin olunan general-qubernatorla 
bağlı bildirir ki, onlar heç vaxt bu faktla barışmayacaqlar”. 
Ancaq Xosrov b
əy də öz hüquqlarını və vəzifə səlahiyyətlərini yaxşı bilirdi. 
O, da öz növb
əsində erməni milli yığıncağından tələb etmişdi ki, nəzarətində olan 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə