ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə118/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   114   115   116   117   118   119   120   121   ...   132

C
əsur qardaşlar 
344 
 
sığmaz.  Bu  fikirlə  Xosrov bəy Sultan bəylə  Azərbaycanı  tərk edərək, böyük bir 
ür
ək ağrısı ilə 1923-cü ildə Cənubi Azərbaycana keçdilər. Orada da hiss etdilər ki, 
qardaşları  nə  ermənilər, nədə  ki, farslar rahat buraxmayacaqlar. Hər  iki  qardaş 
İrandan  Türkiyəyə  getmək məcburiyyəti  qarşısında  qalırlar.  Cümhuriyyət 
tarixind
ən məlum  olduğu  kimi,  Xosrov  bəy  “Itdihad”  partiyasının  rəhbərliyində 
ikinci şəxs idi. Xosrov bəy Cümhuriyyətin bərpası yolunda bu partiya vasitəsi ilə 
siyasi f
əaliyyətini  İranda,  Türkiyədə  və  Avropanın  bir  sıra  ölkələrində  özəklər 
yaradaraq işini davam etdirməkdə idi.  
İkinci  Dünya  müharibəsi illərində  Xosrov bəyin siyasi fəaliyyəti daha da 
güclü v
ə  qələbənin  yaxın  olması  iddiasında  idi. Həqiqətən də  Almaniyanın 
Rusiyaya qalib g
əlməsi  halında  bu  daha  da  inandırıcı  görünürdü.  Almanların 
q
ələbələri bütün siyasi mühacirlərdə olduğu kimi, Xosrov bəyə də böyük ilhamlar 
verirdi v
ə o, fəaliyyətini daha da genişləndirmişdi. Bu fəaliyyətlərdən biri də İsrafil 
b
əyin Avropada, xüsusən  də  Almaniyada  SSRİ-ni təmsil edərkən Xosrov bəylə 
tanışlığı  və  qarşılıqlı  fəaliyyətləri  olmuşdur.  Onu  da  qeyd  edim  ki,  İsrafil  bəyin 
f
əaliyyəti  haqqında  Dövlət Təhlükəsizlik Nazirliyinin  “Sərhəd” qəzetində  onun 
xidm
ətləri  haqqında  iki  yazı  verilmişdir.  İsrafil  bəyin Xosrov bəylə  və 
M.Ə.Rəsulzadə  ilə  İkinci  Dünya  müharibəsi getdiyi dövrdə  tanış  olmaları 
bar
əsində “Son Söz”qəzetində də (3-10 aprel 1999-cu il) yazı verilmişdir. Həmin 
d
ərci tam olmasa da burada vermək həm Xosrov bəy və həm də İsrafil bəy ruhu 
qarşısında bir borc hesab edirəm. Yazı, sırf danışıq qaydasında danışıldığı tərzdə 
olduğu kimi qələmə alınmışdır. 
Z.N
əbibəylinin “Xosrov bəy həmvətənlərimizin  xilaskarı  kimi”yazısında 
Az
ərbaycan  Respublikası  öz  müstəqilliyini 2-ci dəfə  elan etmək  ərəfəsində  idi. 
Erm
ənilər Qazax və Laçın bölgələrində sərhədlərimizi tez-tez pozur, atəş açırdılar. 
Laçın  dəhlizinə  rus  əsgərləri nəzarət  edirdi.  Laçında  yerli  əhali ilə  rus  əsgərləri 
arasında  narazılıqlar  əmələ  gəlmiş,  yerli  özünümüdafiə  dəstəsi  yaranmış  və  get-
ged
ə bu dəstə möhkəmlənməkdə idi. Mən də tez-tez Laçınla əlaqə saxlayır, get-gəl 
edirdim.  Laçın  əhalisi çox fəallıq  göstərirdilərsə  də, buna mərkəzdə  o qədər də 
əhəmiyyət vermirdilər. Yerli özünümüdafiə  batalyonu  inkişaf  edərək rus 
ordusundan  qabağa  getmişdi.  Dəstədə  çox böyük ruh yüksəkliyi, vətənpərvərlik, 


Əşir Bəşiroğlu 
 
345 
 
döyüşkənlik, nizam-intizam, səliqə-sahman hökm sürürdü.Amma, bununla yanaşı 
batalyonun silaha, paltara, bütövlükd
ə hərbi sursata böyük ehtiyacı var idi. 
Bel
ə  çətinliklərin hökm sürdüyü günlərin birində  Laçın  özünümüdafiə 
batalyonundan  Bakıya  xəbər gəldi ki, filan-filan  şeylərə  çox böyük ehtiyac var, 
Bakıdan kömək gəlməsə Laçında vəziyyət ağırlaşa bilər. Bakıdakı, Sumqayıtdakı 
əslən  Laçınlı  ziyalılar  və  digər vətənpərvər  insanlar  imkanları  daxilində  kömək 
etm
əyə çalışırdılar. Lakin, bu insanların maliyyə çətinliyi də kifayət qədər idi. Biz 
əlimizdən gələn hər cür köməkliyi edir, sən-mən, siz-biz söhbəti etmirdik. Kimin 
əlindən nə gəlirdisə onu da edirdi. Lakin, özünümüdafiə batalyonunun bu dəfəki 
çağırışına fəallıqla girişib xeyli iş görsək də aldığımız sursatlara pulumuz çatmırdı. 
Kimin üstünd
ə, evində, dostunda, tanışında nəyi var idisə, hamısını bir yerə yığsaq 
da yen
ə də lazım olanı ödəmirdi. Birdən yadıma düşdü ki, atam İsrafil bəyin bir 
neç
ə aylıq təqaüdünü qabaqcadan almaq olar. Üz tutdum kişinin yanına, ondan da 
əvvəl poçtdakı tanışımla onun təqaüdünün verilməsinin mümkünlüyünü razılaşdıq, 
– 
bir şərtlə təqaüdü kişi özü qol çəkib almalı idi.  
M
əsələnin məğzini qısaca da olsa İsrafil bəyə çatdıra bildim. O, cavabında – 

ə, bala, nə  vaxtdan mən sənin  əlinin üstünə  əl  qoymuşam?”  belə  işlərə  lazım 
g
ələrsə,  kişi  evini-malınıda  satıb  ödəməlidir. Mənim  o  ayaqqabılarımı  ver  mənə, 
köm
ək elə gedək. Kişi nasaz idi, amma dinməz-söyləməz mənimlə getdi və pulu 
alıb  verdi.  Bu  pulun  məbləği  bir  şey  olmasa  da,  çox  karımıza  gəldi və  lazımi 
şeyləri alıb Laçına, Arif Paşayevə göndərə bildik.  
İşimizdə  olduğu  kimi,  evimizdə  də  bütün söhbətlər erməniazərbaycan, rus-
az
ərbaycan, yer-yurd, haqq-nahaq söhbətləri idi.  
Evd
ə adamların az olduğu bir məqamda kişi dedi (mən onu beləcə çağırırdım) 
–  “h
ə, bu xəmir hələ çox su aparacaqdır, dünya müharibəsi yadıma düşdü, Allah 
s
ənə rəhmət eləsin Xosrov”. Kişi, Xosrov kimdir, – dedim. Paşa bəyin oğlu Xosrov 
b
əyi deyirəm. Kişi, o haradan sənin xəyalına gəldi. Qardaş (o, məni qardaş, balaca 
qardaş  çağırardı)  cavanlığım  yardıma  düşdü,  mən  onunla  Avropanın  ayrı-ayrı 
ölk
ələrində,  şəhərlərində  görüşmüşəm, müharibənin  qızğın  çağında,  almanların 
fana
t vaxtında. Kişi, bu söhbətləri heç mənə deməmisən. Necə deyəydim, ay bala, 
el
ə özümdən çox səndən qorxurdum, bir də kişinin ağzı nə qədər möhkəm olsa, bir 
o q
ədər yaxşıdır.  


C
əsur qardaşlar 
346 
 
Bel
əcə söhbət uzandı və kişidən bilmədiyim bəzi məsələləri öyrəndim.  
Söhb
ətin qısa məzmunu belə idi ki, İsrafil bəy tez erkən komsomola  qəbul 
olunmuş,  komsomol  fəalı  olduğundan  da  öz  könlü  ilə  vaxtından  əvvəl  əsgərliyə 
getmiş,  Leninqradda  xidmət  etmiş,  yaxşı  əsgəri xidmətə  görə  elə  oradaca xüsusi 
t
əyinatlı  məktəbə  getmiş,  elə  kursantlıqdan  Rus-Fin müharibəsinə  göndərilmiş
orada yaralandıqdan sonra öz oxuduğu məktəbə qaytarılmış, vaxtından əvvəl zabit 
çini almış və yoldaşlarından xeyli qabağa çıxa bilmişdi. Xüsusi məktəbdə xüsusi 
dil – alman dili d
ə öyrədirdilər.  
Boy-buxun
um,  bayavoyluğum,  yaralanmağım  və  alman  dilini  yaxşı 
öyr
ənməyim  bir  növ  başıma  bəla oldu. Məni xüsusi məktəbin xüsusi institutuna 
gönd
ərdilər. Yorulmaq bilmirdim, fiziki normaları, silahlardan istifadə və “Avropa 
qaydası”nı  çox  dəqiq yerinə  yetirə  bilirdim. Arada, elə  oxuya-oxuya Ukraynaya 
h
ərbi təlim təcrübəsinə göndərildim və çox yaxşı zəmanətlə geri qayıtdım. Elə bu 
da m
ənim Avropaya göndərilməmin  axırıncı  etapı  imiş.  Xeyli  adam 
idik,
əksəriyyəti bir-birini  tanımırdı.  Elə  bir nəqliyyat  növü  olmadı  ki,  bizi ona 
mindirm
əsinlər, hər  bir  adamla  ayrıca  məşğul  olur,  təlim keçirdilər. Biznən olan 
söhb
ətləri heç kimə açmamaq məqsədi ilə “xüsusi formaya” qol çəkmişdim. 25 il 
müdd
ətində mənimlə olan söhbətləri hər kimə açsaydım, məhkəməyə ehtiyac yox 
idi, 
əlli-ayaqlı  getməli idim, amma mən  50  ildir  susmuşam  və  təbii ki, bundan 
sonra da dem
ərəm.Bir məqamı isə deyəcəm, sən də bilsən yaxşıdır, lazım olar. 
O dövrd
ə Avropada demək olar ki, hamı alman dilində danışırdı, hətta incə 
dilli fransızlar da.  
Kişinin  “dili”  açılmışdı.  Məəttəl  qalmışdım.  Fikirləşirdim  ki,  ayə,  bu  kişi 
n
ələrə qadir imiş, deməli “solaxay” İsrafilin solaxaylıq sirri bu imiş / o, çəngəli sol 
əli ilə tuturdu, məclislərdə isə çalışırdı sağ əlində tutsun, yaxud əli ilə yesin/. 
M
ənə ayrılmış marşurutların hamısına baş çəkmişdim, işlərim səhmanda idi
f
ədakarcasına  işləyirdim. Xəbər gəldi  ki,  alman  düşərgələrindən, orada olan 
v
əziyyətdən, “satqınlardan” məlumat toplayım. Bu minvalla doğma işimə bir işdə 
əlavə olundu. Bu gün alman düşərgələri haqqında məlumat dünyada bəllidi. Lakin, 
el
ə  məqamlar var ki, gərək  özün  şahidi  olasan.  Almanlara  çox  böyük  hörmətim 
olsa  da,  faşistlər elə  doğrudan  da  faşist  idilər, bircə  ermənilərdən  geri  qalırdılar. 
Düşərgələrdə  hər cür əzablar verilsə  də, alman səliqə-sahmanı  hər yerdə  hökm 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə