ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə120/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   116   117   118   119   120   121   122   123   ...   132

C
əsur qardaşlar 
350 
 
m
əlumatlarda onun ailə  və  uşaq  sahibi  olması  haqqında  heç  bir  yazılı  mənbəyə 
t
əsadüf etməmişəm. Amma,şifahi olaraq insanlardan eşitmişəm ki, o, azərbaycanda 
olarak
ən bir nəfər qarabağlı xanımı ilə evlənmiş və uşaqları olmadığından həmin 
xanım onu tərk etmişdir. Atam, İsrafil bəyin dediyinə görə, Xosrov bəy bir müddət 
Polşada yaşamış və orada bir polşalı qadınla evlənsə də uşaqları yox idi. Polşanı 
t
ərk edib Türkiyəyə  qayıdan  Xosrov  bəy tək  qayıtmış  və  bir  daha  Polşaya 
dönm
əmişdir. 
Elburus  Şahmarın  və  digərlərinin  yazdıqlarına  görə  Azərbaycanın  Laçın 
bölg
əsini təmsil edən və  əslən  türk  oğlu  –  türk  olan  bu  qardaşlar  Türkiyədə 
dünyalarını  dəyişmişlər. Sultan bəy 1955-ci  ildə  Türkiyənin Göçgöy kəndində, 
b
əzi mənbələrdə isə sadəcə Ərzurum bölgəsində vəfat etdiyi bildirilir. Azərbaycan 
türkl
ərinin  böyük  oğlu  Xosrov  bəy isə  1956-ci ildə  Bursa  şəhərində  torpağa 
gömülmüşdür. 
Xosrov b
əy Azərbaycan türk xalqını təmsil edən bir şəxs kimi özünün şirin 
canını vətənə həsr edən alicənab fəaliyyəti bu günkü gəncliyə bir örnəkdir. Dərk 
edilm
əlidir  ki,  dağlı-aranlı  Qarabağ  torpaqlarının  1993-cü ilə  kimi Azərbaycan 
dövl
ətinin əlində qalması bilavasitə Laçınlı Xosrov bəy və Sultan bəy qardaşlarının 
f
əallığı sayəsində mümkün olmuşdur. Sultan bəyin oğlu-qızı və hazırda da onların 
tör
əmələri, davamçıları vardır. Onlardan tələb olunan isə ata və babalarının, əmiləri 
Xosrov b
əyin yolunu davam etdirmək, nəsl səcərəsinə  yeni-yeni qəhrəmanlıqlar 
im
zası atmaqdır. 
Xosrov b
əyin isə  övladı  olmamışdır,  vətən  qarşısında  xidmətləri isə 
yet
ərincədir. Qalan odur ki, Azərbaycan dövləti, Azərbaycan  xalqı  onun  adını 
əbədiləşdirsin,  layiq  olduğu  bir  məkanda heykəli  ucaldılsın,  adına  küçələr, 
prospektl
ər olsun, hansısa  bir  təşkilata  onun  adı  verilsin,  vətənpərvərliyi  lazımlı 
s
əviyyədə dövlətimiz naminə təbliğ edilsin. 
 
XX FƏSİL 
XOSROV BƏY HAQQINDA YAZILANLAR 
Erm
ənilər istisna olmaqla, Xosrov bəy haqqındakı bizə məlum yazılı və şifahi 
m
əlumatlar xoş məramlıdır. Harada hansı vəzifədə, hansı dinə və millətə məxsus 
olmalarından  asılı  olmayaraq  insanlarla  Xosrov  bəyin təmasları  müsbət və 


Əşir Bəşiroğlu 
 
351 
 
xeyirxah istiqam
ətlidir. İstər o, İranda, istərsə də Türkiyədə və Avropanın bir çox 
şəhərlərində  yaxınlıq  etdiyi  bütün  insan  təbəqələri ilə  dil  tapa  bilmiş,  heç  kimlə 
münaqişəyə şərait yaratmamışdır. Onun Almaniyada İsrafil bəylə, M. Ə. Rəsulzadə 
v
ə  s.  insanlarla  işi  haqqında  söhbət  açdığımızdan  burada  digər  insanların  yazıya 
düşmüş fikirlərinə az da olsa müraciət edəcəyik. 
Münhend
ə çıxan “Azərbaycan” jurnalının 2-ci sayında vaxtı ilə Azərbaycan 
Xalq Cümhuriyy
ətinin aparıcı insanlarından biri olmuş Əkbər ağa Şeyxülislamzadə 
öz xatir
ələrində  Xosrov bəy Sultanov barədə  yazır  ki,  “AXC-nin elan olunma 
aktına imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. 
1918-
ci il may ayının 29-da Fətəlixan Xoyskinin təşkil etdiyi 1-ci hökumətdə 
Xosrov b
əy Sultanov hərbi nazir təyin  olunmuş,  həmin gün də  Nəsib bəy 
Yusifb
əyli və  Şəfi bəy Rüstəmbəyli ilə  Gəncəyə  əmin-amanlıq  yaratmağa 
gönd
ərilmişdir”.  
T
əbii ki, Azərbaycanda Cümhuriyyət tarixini azdan-çoxdan bilənlərə deyilən 
m
əsələ çoxdan məlumdur. 
H
ərbi jurnalist Xanlar Bayramov yazır: “Xosrov bəy Paşa bəy Sultanov 1919-
cu il yanvarın 15-də Qarabağın general-qubernatoru təyin edilmiş, həmin ilin mart 
ayının 21-dən 30-dək  olan  Əsgəran döyüşlərində  daşnak  generalı  Dronun quldur 
d
əstələrini darmadağın etmişdir. İyun ayının əvvəllərində gizli yolla Şuşaya silah 
g
ətirən erməni milli şurasının üzvlərini həbs edib onların Qarabağ  hüdudlarından 
çıxarılmasına nail olmuşdur.  
Xosrov b
əy Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvi idi. 
1918-1920-ci ill
ərdə  daşnakların  Qarabağ  və  Zəngəzurdan təmizlənməsində 
qardaşı Sultan bəylə birgə misilsiz xidmət göstərmişdir”. 
Şəmistan Nəzərli – “Cümhuriyyət generalları” kitabında göstərir: “İttihad”ın 
siyasi lideri Xosrov b
əy  Sultanov  partiyanın  xarici  ölkələr  bürosunu  
f
ormalaşdırmaq və bütün ittihadçıları bir təşkilat ətrafında cəmləşdirmək istəyirdi. 
Xal
əddin İbrahimli – “Azərbaycan Siyasi Mühacirat” kitabında yazır: “1936-
cı  ildə  Xosrov bəy Sultanov Türkiyənin  Trabzon  şəhərinə  qısa  müddətə 
dinc
əlməyə  gəlir. Erməni kəşfiyyatı  duyuq  düşür  ki,  Qarabağın  qubernatoru, 
Xank
əndi  ətrafında  erməni quldur dəstələrini  darmadağın  edən Xosrov bəy 
Sultanov Trabzondadır”. 


C
əsur qardaşlar 
352 
 
Erm
ənilər Xosrov bəyi öldürmək istəyirlər. Otel xidmətçisi məsələni Xosrov 
b
əyə  çatdırır.  Xosrov  bəy  dostlarının  köməyi ilə  vaxtsız  ölümdən xilas ola bilir. 
Bunun da d
əqiqliyi belədir ki, Xosrov bəyin Trabzonda kifayət qədər yaxınları var 
idi v
ə  onu ermənilərin güddüyünü bilirlər. Xosrov bəyin  qaldığı  məkanı  elan 
etdikl
əri ünvandan dəyişirlər. Xosrov bəy Trabzonda ömründə oteldə qalmamışdır. 
Olsa-olsa, ancaq mü
əyyən görüşlər, yığıncaqlar ola bilərdə.  
İsrafil  bəyin dediyinə  görə,  onlar  Almaniyadan  başqa  Polşada,Fransada  və 
Finlandiyada  da  görüşmüşlər.  Ancaq  onlar  lazımı  yerlərə  ayrı-ayrılıqda 
ged
ərmişlər. Hər kəsində işi başqa-başqa olarmış. Əlbətdə onları birləşdirən xeyli 
m
əsələlər də olmuşdur. Lakin, İsrafil bəy bu məsələlər haqqında açıqlama verməyi 
xoşlamazdı.  Onların  birgə  əməliyyatları  əsasən  SSRİ  tərəfindən  vuruşaraq  əsir 
düşmüş türk və müsəlman insanlarının fiziki məhvinin qarşısını almaq olmuşdur.  
SSRİ-ni təmsil edən İsrafil bəy bu işdə öz rəisindən və Moskva rəhbərlərindən 
xeyli b
əhrələnə  bilmişdir.  Bu  məsələdə  SSRİnin  də  marağı  olmuşdur.  Berlin 
qurumunun s
ənədlərinin ermənilər tərəfindən  İngiltərəyə  və  ABŞ-a ötürülməsinə 
q
ədər  bu  işlər  çox  ciddi  aparılmışdır.  Erməni  satqınlığından  sonra  Berlin  qrupu 
m
əhv edilməsə də, Moskva onlara çox da ciddi tapşırıqlar verməmişdir. 
Xosrov b
əy bir çox dövlət xadimlərindən və  siyasətçilərindən fərqli olaraq 
t
əmsil olunduğu “İttihad” partiyasına, Azərbaycan Xalq Cümhuriyyətinə, rəhbərlik 
etdiyi Qarabağ general-qubernatorluğuna öz sədaqətliliyi ilə seçilən insanlardandır. 
Az
ərbaycanda və  mühacirətdə  olarkən bütün həyatını  xalqının  azadlığı  və 
s
əadətinə həsr edən bu görkəmli sərkərdənin və ictimai siyasi xadimin məşəqqətli, 
keşməkeşli, çox mürəkkəb, əzablı, lakin şərəfli həyatının hərtərəfli öyrənilməsi və 
işıqlandırılması bizə qədər geniş tədqiqatını tapmamışdır. Bizim də onun keçdiyi 
yolun tam işıqlandırılmasına imkanimiz yoxdur. 
Hamıya  məlum  olduğu  kimi  70  il  xalqımızın  bu  böyük  oğlunun  və 
dig
ərlərinin adının çəkilməsinə imkan verilməmişdir. 
Maraqlı  məlumatlardan biri də  Xosrov bəylə  N.Nərimanovun  yaxın  olması 
m
əsələsidir. Onların hər ikisi tələbə vaxtından tanış olmuşlar və dostluq etmişlər. 
Lakin, on
ların  siyasi  əqidəsi bir-birlərindən fərqli  olmuşdur.  Xosrov  bəy 
cümhuriyy
ətə, N.Nərimanov isə  bolşeviklərə  sadiq  qalmışlar.  Hər ikisi vətən 
yolunda öz canlarını qurban vermişlər. 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə