Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə11/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   7   8   9   10   11   12   13   14   ...   101

 
24 
-
 
Ağa,  evdə  yox  idim.  Kasıbçılıq  eləyirdim.  Uşaqların  anası  külfətin 
boğazından  kəsib  bir  az  yağdan,  pendirdən  düzəltmişdi,  aparmışdım 
Xocaham bazarına dəyişəm arpaya. Azuqəmiz qurtarıb. 
-
 
Belə də... həftə bazarından gəlibsən!... necə pud arpa ala bildin? 
-
 
Iki  pud  ağa.  Indi  bazarda  taxıl  od  bahasınadır.  İl  quraqlıq  keçir  deyə  taxıl 
satan yoxdur. Yavanlığın üzünə baxmırlar, camaat çörək axtarır. 
-
 
Allah kəssin belə zəmanəni! Çörək verənin qədri-qiyməti qalıb ki?! 
Topal  demisinin  gülünü  boşaldıb  barmaqları  əsə-əsə  toqqasına  keçirtdi.  O, 
dürtməsini Alonun çənəsinin altına salıb başını qaldırdı. 
-
 
Ay  qurumsaq,  gözünü  niyə  yerə  dikirsən,  üzümə  bax  de!  Sənin  o  naxırçı 
oğlun başından yekə qələt qırır! Onu bez kimi ortadan iki cıraram! Bilirsən ki, 
cıraram!  Bizim  uşağın  üstünə  dəhrə  çəkir,  buna  görə  səni  qoduqluğa 
basdırmadım. Sən calsaqqal özünü qabağa verib qırx çubuqla canını qurtardın. 
Deyəsən,  çubuğun  ağrısı  yadından  tez  çıxıb,  hə?  Gör  iş  indi  nə  yerə  çatıb  ki, 
sənin  küçüyün  mənim  oğlumu  oğru  qayırır.  Yetim  İsmayıl  acından  günorta 
durur.  Kərbələyının  oğlu  da  gedib  onun  danasını  oğurlayır...  Dağılasan 
zəmanə!  
Alo qəddini düzəltdi: 
-
 
Kərbəlayı, sizə kim oğru deyib? Belə sözləri ayıb deyilmi danışırsınız? 
-
 
Sənin... o adı nədir, tez-tez də yadımdan çıxır ey... 
-
 
Nəbini deyirsiniz? 
-
 
Hə,  hə.  Onu  deyirəm.  Indi  bura  gələndə  qabağımdan  keçdi.  Atası  yerdə 
kişiyəm, heç saqqala salam da vermədi. Zənnim məni aldadıb. Nəbinin ağıllı 
fərasətli  başıaşağı uşaq bilirdim. Hələ  onu nökər  götürmək  istəyirdim, sənə 
də demişdim. Amma qoymaram qapıdan içəri girsin. 
-
 
Kərbəlayı,  uşaqların  canı  haqqı,  mənim  bu  işdən  xəbərim  yoxdur.  Nəyə 
inanırsan  and  içim  ki,  mənim  oğlum  Nəbi  Əbilə  oğru  deyə  bilməz.  Onun 
ağzı nədir elə söz danışsın. 
Kərbəlayı Alonun ağzını əydi: 
-
 
Hə,  oğru  deyə  bilməz,  oğru  deyə  bilməz!...  Mən  sənin  o  küçüyünə  yaxşı 
bələd olmuşam. O günü də Xanalının o xallı qızı Həcərlə bizim bağı basıblar 
sapanda. Ağacda meyvə qalamyıb. Balam, daha nə qədər dözmək olar?! Elə 
eləməyin ki, kütünüzü kəsək! 
Söhbətin  bu  yerində  eşşək  anqırdı.  Sonra  təpikləşən  atların  kişnərtisi  eşidildi. 
Kimsə hönkürürdü: “Bay öldüm! Bay başım partladı!” 
Kərbəlayı nökərlərin arxasınca deyinməyə başladı: 
-
 
Köpək  oğlanları  at-eşşəyi  də  bağlamırlar!  Ayğırlar,  yəqin  uşaq  vurdu! 
Gedim görüm nə olub.- Kərbəlayı taytıya-taytıya barmağını Alonun üstünə 
silkələdi: 
- A köpək, səninlə sonra danışacağam!... 
Elə bu zaman Nəbi əlində çomaq tövşüyə-tövşüyə atasının yanına gəldi: 
-
 
Ata, Əbilgil bizim iydədən sərçə tuturdu. Dedim ki, iydəyə çıxmayın, ota od 
düşər.  Əbil  sözümə  baxmadı,  acıqla  çırağı  otun  üstünə  atdı.  Anamla  güclə 
söndürdük.  Əbil  məni  döymək  istədi.  Mən  də  onun  başına  bir  çomaq 
ilişdirdim. 


 
25 
Kəlbəlayı Cəfər elə bil yerin altından çıxdı. Yalquzaq təki Nəbinin üstünə atılıb, 
onun qulaqlarından yapışdı: 
-
 
Qoduq,  sən  mənim  oğlumu  vurmusan?!-  Topal  gücü  gəldikcə  Nəbini 
silkələdi, onu fırladıb süd qazanına basdı. - Bax səni burda boğaram! 
-
 
Yer, göy Alonun başına fırlandı. O, əlini bıçağa atdı. “Ax!.. Mən nə edim: 
özümü öldürüm yoxsa bu əzrayılı?!” 
Nəbi  süd  qazandından  çıxdı.  Alo  üst-başından  süd  axan  oğlunun  üzünə  baxa 
bilmirdi. Uşaq isə qəhərdən boğulurdu. Topalın iti dırnağı onun alnındakı çapığı 
cızmışdı.  O  atasının  qəzəbləndiyini  görüb  ürəkləndi  və  cəld  yerdən  bir  ovuc 
torpaq götürüb hirslə Toplanın üzünə atdı: 
-
 
Sən mənim südümü tökdün?! 
Kərbəlayı  Cəfər  belə  şey  gözləmirdi.  O  gözlərini  ovuşdura-ovuşdura  aradan 
çıxdı. 
-
 
Sənin başını yaracağam! Hara qaçırsan? 
Nəbi onu daşa basdı. 
   Qaranlıqda yortan Kərbəlayı Cəfərin  səsi eşidildi: 
-
 
Vay kürəyim!...  Küçük, gör səni necə boğacağam!... 
 Alo  daha  damın  üstündə  dayanmadı.  Boş  qazanları  götürüb  həyətə  endi.  Damın 
navalçasından hələ də süd süzələnirdi... 
Əbil  əlində  xəncər  Nəbigilin  həyətindəki  qarağac  kötüyünün  dalında  sinmişdi. 
“Qorxaq, hünərin var, çıx bayıra! Mənə çomaq qaldırırdın?! Indi gəl boğazını sərçə 
boğazı kimi üzüm!” Əbil papağını başına bərk-bərk basmışdı ki, yarasının sarğısı 
düşməsin.  O,  çox  gözlədi,  lakin  heç  kəs  gözə  dəymədi,  elə  bil  Alonun  qapısına 
qıfıl  vurulmuşdur.  Əbil  qalxıb  iydənin  qabığını  soymağa  başladı:  “  Mən  sizə  elə 
dağ vurum ki... Admın atasını belə yandırarlar! Bu hələ harasıdır?!” 
Qabıqları götürüb eyvana atdı. Külək iydənin çiçəklərini qanadına alıb evə sarı 
uçururdu. Sanki Nəbini köməyə çağırırdı: “Oyan! Düşmən qisas alır, oyan!”. 
İydənin  səsini  eşidən,  yarasını  bağlayan  yox  idi.  Onun  “göz  yaşları”  axır,  hey 
axırdı... 
Külək  dəli-dolu  oğlanlar  təki  dodagında  fit,  gecənin  qulağını  deşirdi.  Arabir 
xoruzlar  ağız-ağıza  verir,  Kərbəlayı  Cəfərin  “Çənbər”  iti  çənəsini  boş  qoyub 
zingildəyirdi.  Həkəri  qırıq-qırıq  oxuyurdu.  Çəltik  ləçəklərində  gecələyən 
qurbağalar haray salmışdı. Səmada qaynaşan buludlar sabun köpüyünə dönüb ayın 
gözünə  dolurdu.  Ay  gözünün  “acısını  silib”  buludlara  “od”  vurduqca  fəza 
çiçəklənir,  yerin  qara  pərdəsi  çəkilirdi.  Çayın  qırağındakı  bostanlığın  başında 
tikilmiş  çardaq  aydın  görünürdü.  Çəltik  ləklərinin  arası  ilə  çardağa  sarı  üç  uşaq 
gedirdi: ikisi oğlan, biri qız. Uşaqlar hərdən də dayanıb devikə-devikə, dörd gözlə 
ətrafa baxırdılar. 
-
 
Deyəsən gələn var. 
-
 
Sss... 
-
 
Yox çayın səsidir. 
-
 
Balıqçılardır. 
-
 
Birdən... 
Həkəridə balıq ovlayan cavanların hay-küyü uşaqları qorxutmuşdu. 
Nəbi qabağa düşdü: 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə