6
Onlar buyruq qulu olduqları üçün zahirən Nəbiyə düşmən kimi baxmağa
məcbur idilər. lakin yad ölkədə qanlarına qəltan olmaqdan çəkinir, Nəbiyə güzəştə
gedir, onun dəstəsini o tay-bu taya buraxırdılar. Nəbinin bir sifarişi, yaxud bir
parça kağızı gələn kimi sərhəd zabiti vuruşmadan yaxasını qurtarmaq üçün dərhal
razılığa gəlirdi. Ancaq xahiş edirdilər ki, heç yerdə deməsinlər ki, komandir bizə
yol verdi.
Azərbaycanın Cənubi oylaqları, Cənub dağları zaman-zaman el qaçaqlarına
sığınacaq olmuş, onları çar və şah gülləsindən qorumuşlar. Sadə xalq kütlələri
Nəbini, Həcəri, həmçinin onların ad-san çıxarmış əqidə və silah yoldaşlarını,
əfsanəvi igidlik göstərən Mehdini, gəncəli İsmayılı, müxtəlif obalardan zülmə qarşı
üsyana qalxan allahverdi, Qasım, Murad, Tunc Vəli, Telli Qara, lələ, Ağahüseyn,
Ağakişi, Məmmədhüseyn, Səfərli, Məmmədtağı, Məşədi Həsən, Əkbər və yüzlərlə
başqa dəliqanlıları sazla, sözlə mədh etmiş, onların igidliklərini əbədiləşdirmişlər.
Əhməd xanım oğlu Ağayi Niyazi var-dövlətinə, şan-şöhrətinə güvənərək Həcər
xanımı ram etmək xəyalına düşür, onun gizləndiyi evin, qapısını döyərkən Həcər
xanım ona
belə cavab verir
Könlümü vermişəm bir mərd igidə,
Ona tay olarmı sən kimi gədə.
Nəbini sevərlər
hər bir ölkədə,
Dav gəlməz aslana qorxaq tülkülər,
Batırmaz günəşi
qara bürkülər
.
Yuxarıda deyildiyi kimi Həcər xanım Əhməd xanın oğlu Ağayı Niyazini
güllələyib qanına qəltan etmiş, öz uca adını daha da ucaltmışdır.
Q.Nəbi hərəkatı böyük şairimiz Şəhriyarında həmişə diqqət mərkəzində
olmuş, o, Nəbini sevmiş onun qəhrəmanlığını vəst etmişdir. Şəhriyar hələ uşaq
vaxtlarından qəlbində közərən hissləri ahıl vaxtında sətirlərə düzərək “Qaçaq
Nəbi” kimi şeir incisi yaratmışdır.
On beş il gavurum zülmünə dözdün,
Hər nəqşə çəkdisə, nəqşəsin pozdun,
Şimdi ki, obadan, eldən əl üzdün
Qəm yükün çatmışam,
dur köçax, Nəbi!
Qeyrətin qurbanı ay Qaçaq Nəbi!
Dedim ki, vətən də sabiq vətəndir,
Gördün ki,
dostun yox hənsi düşməndir,
Vətəndən qalan bir quru kövşəndir,
Ondan
da əl çəkib vaz keçax, Nəbi!
Qeyrətin qurbanı, ay Qaçax Nəbi!