7
Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbinin qəhramanlığını Maksim Qorkinin
sözləri ilə mən belə ifadə edərəm: M.Qorki Maqnitaqorsk şəhərinə gedir, orada iri
sənaye obyektləri tikilirdi onun rəhbəri ilə tanış olur. Bu şəxs ona elə güclü təsir
göstərir ki, onu obrazlı şəkildə belə təsvir edir: - o nə oddur, nə alov, əsil ildırımdır
ki, ildırım.
Birinci hissə
QIRCINLI MƏCMƏYĠ
Həyat uzunluğuna görə deyil, mənasına görə qiymətlidir
Seneka
Bacadan evin ləməsinə ocaq yeri boyda gün düşmüşdü. Elə bil ləmədə ocaq
qalamışdırlar. Küncdə, divara sökədilmiş qırçınlı məcməyi göz qamaşdırırdı.
Məcməyinin ortasında sanki qarışqa gəzmişdir; Burada ərəb əlifbası ilə yazılmış o
qədər qarmaqarışıq xətlər vardı ki....
Gözəl, badın yanında sərdiyi boz qəzil palazın üstündə əyləşib cəhrə əyirdirdi.
O, sanki qovun-qarpız tığının ortasında oturmuşdu; ağlı-qaralı iri yumaqlar,
qovuna bənzər kələflər dövrəsində çin-çin idi.
Uşaq köhnə damın pərdisindən asılmış yüyürükdə yatmışdır. Cəhrənin çırıltısı
ona yalya çalırdı. Alo elə bil bayaqdan bəri evi başına götürən bu cırıltını eşitmirdi.
O, kürəyini badın böyründəki çoğan dağacığına söykəyib deyinə-deyinə palan
tikirdi:
- Fh, bu zəhrimar qıyıq niyə keçəyə batmır?- Kişi bərk hirslənmişdi.- Yaman
korşalıb!- O, dişi ilə qıyığı dartdı:- Mənim çörəyim elə həmişə daşdan çıxır.
Gözəlin ərinə yazığı gəldi.
- A kişi, dişini sındıracaqsan. Özünə iş açma, sən allah... Neçə adam mənə
deyib ki, Alonun dişləri sapbasağdır. Bunu da bizə çox görürlər. Bu il səninki heç
gətirmir. Yazıya çiriş yığmağa gedəndə torbanı itirdin, keçab yığmağa gedəndə
cuvalı itirdin, o günü qaratikan qıranda gözlərini arı çaldı, gəlib getdin Kərbəlayi
Cəfərə odun yarmağa- baltanın ağzını sındırdın. Indi qıyığı da birtəhər eləyərsən,
dişini də. Bir
iş görəndə səbirli olsana, balaların var axı...
Alo başını qaldırmadan cavab verdi:
- Ay arvad, görmürsən gün hara düşüb?! Düz ləmənin ortasına... Günorta olub,
hələ ulağın palanını tikib qurtara bilməmişəm. Səhərdən bəri elə bununla əlləşirəm.
Palan pis oldu- heç nə, heyvanın belini vurar. Gərək boz eşşəyi Xanalı həmişəlik
bizə verəydi, lap qatıra oxşayır. Nalladıb at yerinə işlədərdim. Daha dalımda
qaratikan daşıya bilmirəm. Heyim qalmayıb.
-Əşi, Xanalının xasiyyətini bilmirsən? Eşşəyi atasından da çox istəyir.
Neyləyirsən ulağı, heç qızıl inəyin alafını qışda yetirə bilmirik.
Səsə ayılan körpə ağladı. Gözəl bir ucunu yüyürüyə, bir ucunu da ayağına
bağladığı ipi tərpədib onu kiritdi.
- A kişi, heç bilirsən sənin gözlərini arı çalan günü bu körpə məni nə qədər
güldürmüşdü! Indi nədənsə zığ-zığ olub. O günü Məhərrəmə yaman açığım tutdu.
8
Mən uşağı yatıranda ocaqda qarğıdalı partladırdı. Qarğıdalıdan biri qordan sıçrayıb
tifilin üzünə düşdü. Məhərrəmi qovdum, tuta bilmədim. Tutsaydım qulaqlarını
çəkəcəkdim. Belə də nadinc uşaq olar?!
- Məhərrəmi ta demə, yaman dəcəldi. Bir də, ay arvad, sınamışam, bizə heç
gülmək düşmür. Allah axırın xeyir eləsin. Deyirlər, kasıbın sacı qızanda kündəsi
qurtarır.
Həyətdən eşidilən boğuq bir səs ərlə-arvadın söhbətini yarımçıq kəsdi. Kimsə var
gücü ilə qışqırırdı:
-Paxır qabı olan... Sınıq-salxağı olan...
Körpə yerindən dik atıldı. Gözəl ayağını tərpədib yüyrüyü yırğaladı. Sonra həyətdə
boğazına güc verən qalayçının arxasınca deyindi:
- Boy, bu ləzgi sözü boğazında nə yaman qaynadır !...
- Ay arvad, tez qalx qalayçını çağır bura, yoxsa yenə qışqıracaq.
Gözəl ətəyini çırpa-çırpa həyətə çıxdı. Qalayçı çəpərin dibindəki iydə ağacının
kölgəsində dayanmışdı. Əlində çomaq, qoltuğunda iri bir qazan vardı. Gözəl
yaşmağını burnuna qaldırıb ona əl elədi:
-
Qalayçı qardaş, içəri gəl.
Qalayçı o tərəf –bu tərəfə baxa-baxa evə sarı addımladı.
Gözəl əlini dodağına apardı:
- Bir
az yavaş, uşağı indicə yatırtmışam.
Birdən it uzun zəncirini cingildədib hürdü. Qalayçı devikə-devikə yeridiyindən
ayağı yolağanın ağzındakı düyünlü qarağac kötüyünə toxundu, səntirlədi, az qaldı
yıxılsın. O hirsləndi:
-
Ya iti saxlayın, ya kötüyü!
Qalayçı qapıdan keçərkən ikiqat olduğundan qoltuğundakı qazandan böyük,
saçaqlı papağı çərçivəyə dəydi. Alo əl saxladı. Hələ də şişi çəkilməyən gözləri ilə
qonağı başdan-ayağa nəzərdən keçirdi. Qalayçının gümüş toqqasından gümüş qınlı
uzun bir xəncər sallanmışdı. Əynindəki gödək, ağ kürkü, baldırlarına doladığı boz
dolaqları hisli-paslı idi. Sarı saçları qara papağı enli alnını və seyrək, qızılı
qaşlarını örtmüşdü. Ağ, arıq sifətində Alonun oğluna gətirdiyi kəklik yumurtasına
bənzər balaca çillər görünürdü. Qırğı burnu, kərki çənəsi, qabarıq almacıqları onu
bir qədər zəhmli göstərirdi. Onun ağıllı qonur gözləri Alonun yoxsul daxmasını
gəzir, ləmədəki paxır qabların üstündə dayanırdı.
Alo qonağının ağıllı adam olduğunu anlayıb kürəyini dağarcıqdan çəkdi, əlindəki
qıyığı palana taxıb mehribanlıqla ona yer göstərdi:
- Buyurun palazın üstündə əyləşin.
Qalayçı oturdu, çomağını da, qazanı da böyründə yerə qoydu. Aloya quşbaxışı
nəzər salıb, boğazını yavaşca arıtladı:
- Gözünə nə olub?
- yazəıda qaratikan qırırdım, arı çalıb.
Qalayçı başını yırğaladı:
- Eh, sağ olmuş, qapı-bacanı az çəpərləsənə, nə olub bəyəm, nəyin var ki, oğru-
quldur gəlib aparsın!