Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə91/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   87   88   89   90   91   92   93   94   ...   101

 
188 
 
Ikinci dəfə də Xanalı elçiləri əliboş qaytardı. Nəbi Alonu Kərbəlayı  Məhəmmədin 
yanına göndərdi. Kərbəlayı Alonu mehribanlıqla qarşıladı. Məsələni eşidəndə sevindi: 
 
   -Elçi də gedərəm, qızı da alaram. Həcər elə nəbiyə layıq gözəldir – dedi. 
 
Xanalı  Kərbəlayı  Məhəmmədə  “yox”  deyə  bilmədi.  Ancaq  daşı  da  ətəyindən 
tökmək istəmirdi. Kərbəlayı söhbəti açanda Xanalı yanıqlı-yanıqlı sözə başladı: 
 
   -Ay  Alo,  nə  üçün  məni  el-camaat  arasında    öz-gözdən  salırsan.  Sənə  sözümü 
demişəm,  çıxıb  getmişdin.  Indi  bu  dağ  boyda  kişiyə  zəhmət  vermək  nəyə  lazım  idi?! 
Indi ki bu kişi gəlib qızı aparıb, torpağa basdıraram, amma onun sözündən keçmərəm. 
Apar, qurban olsun Həcər Kərbəlayı Məhəmmədə... 
 
Xanalının təvər-toxmaqlı danışmağı Kərbəlayını pərt elədi. Odur ki dedi: 
 
   -Ay  Xanalı, bir səbrini bas, acıqlı danışma, xeyir işi xoş söhbətlə başa vurarlar. 
Təvər-toxmaq  nəyə  lazım?    Bilirsən  ki,  Nəbi  elə  mənim  də  oğlumdu.  Uman  yerdən 
küsərlər,  mənim  də  sənə  ərkim  çatdığına  görə  qapına  gəldim.  Bir  də  ki,  vallah  Nəbi 
mənim  qapımda  düz  yeddi  il  çörək  yeyib,  ondan  bir  zərrə  inciməmişəm,  Nəbiyə 
sataşmasan, o bir kəsin toyuğuna daş atan deyil. Sən də hər söz-söhbətə inanma! Nəbi 
qeyrətli baladı. 
 
Amma Xanalı yenə giley-güzarından əl çəkmədi. 
Dedi: 
 
   -Alo kişi, qızı verirəm, ancaq onun özü ağırlıqda xərcini də gərək verəsən. Bax, 5 
qoyun,  iki  kisə  un,  iki  batman  qənd,  süd  haqqı,  nə  bilim,  kəməri,  başlığı  daki,  öz 
qaydasında. Varındı, sabah gətir, elə sabah da qızı apar.  Yoxundu, bir də məni camaat 
içərisində xəcil eləmə! 
 
Kərbəlayı  Məhəmməd  Xanalının  daşı  hara  atdığını  başa  düşdü.  Aloya  ağzını 
açmağa macal vermədi. Təsbehini çevirib dedi: 
 
   -Xanalı, Nəbinin toyunu mən eliyəcəm. Nə gərəkdi, hamısı sabah qapıdan hazır. 
Nəmər,  başlıq  fikri  eləmə,  Kərbəlayı  Məhəmməd  ölməyib  ki,  Nəbi  toy  xərci  dərdi 
çəksin. Dediklərinin hamısına razıyıq.  
 
Alo kişi dözmədi: 
 
   -Yox, ay Kərbəlayı, sənin Nəbinin boynunda minnətin onsuz da böyükdü. Daha 
rəva bilmərəm ki, bu işin də altına girəsən. Xanalı bilir ki, biz lütük. Özü məsələni belə 
qoyur ki, deyək bu bizim girdiyimiz kol deyil! Kişi, qızı vermək istəmirsən, neçin bizim 
ağımızı dağa-daşa salırsan?... 
 
   -Dayan  görək,  ay  Alo,  Xanalının  zorla  dilə  gətirmişik,  bir  səbrini  bas  görək!  -  
deyə Kərbəlayı  üzünü Xanalıya tutub sözünün dalısını dedi: - hə, qızın şirin çayını bizə 
verirsən, ya yox? 
 
Xanalı əlacsız qaldı, daha özünü o yerə qoymayıb məclisə şirin çay gətirtdi. Birinci 
də çayı özü içdi, dedi: 
 
   -Allah  mübarək  eləsin,  ay  Kərbəlayı,  biz  nəkarıyik  ki,  sizin  qabağınızda  söz 
deyək...  Söz elə səninkidir. 
 
Alo  evə  kefi  kök  qayıtdı.  Kərbəlayı  daha  Molluda  qalmadı,  qazalağı  düz  evinə 
sürdürdü.  Gedəndə özü də Aloya möhkəmcə tapşırdı: 
 
   -Mən iki-üç  günə toy tədarükünü görəcəyəm. Kürd Əli hər şeyi  sahmana salar. 
Gələn  çərşənbə  Nəbi  mənə  dəyər,  özünü  sıxma.  Əhd  eləmişdim  ki,  Nəbinin  toyunu 
özüm eliyim... neynək, qoy belə olsun. 
 
Nəbinin sevinci yerə-göyə sığmadı. Hamıdan çox Gözəl sevinirdi, amma... 


 
189 
 
Səhər  tezdən  alo  həyət  qapısının  bərk-bərk  döyüldüyünü  eşitdi.  Qapıya  çıxanda 
gördü ki, Xanalının böyük oğlu İbadulladır. Kişinin ürəyi düşdü...   “Allah xeyir eləsin” 
deyib  irəli  keçdi,  İbadullanı  içəri  də
,
vət  elədi.  Uşaq  içəri  girmədi,  elə  qapıda  dayanıb 
dedi: 
 
   -Alo  əmi,    atam  dedi  axşamkı  söhbət  baş  tutmadı,  şirin  çay  içmişik,  içməmiş 
olaq. Bir də Həcər adını çəkməsinlər. Bu məsələ bir daş  altda, bir daş üstdə qalsın. 
 
Uşaq  sözünü  deyib  getdi.  Alonun  geri  qayıtmağa  taqəti  olmadı.  Elə  doqqazın 
altındakı kötüyün üstündəcə çöməldi. 
 
Sən  demə  Nəbi  İbadullanın  bütün  dediklərini  eşitmişdi.  Atasının  halının  xarab 
olması Nəbiyə pis tə
,
sir elədi. Odur ki, qaçaraq gəlib atasının qoluna girdi. 
 
Nəbi Alonu həyətə gətirdi, dedi: 
 
   -Eybi yox, ata, kefini pozma! Özü də arabanı qoşub  həmişəki kimi işə getdi.  
 
Nəbiyə  güllə  vursaydın  qanı  çıxmazdı.  Düz  bir  baş  Həcərin  yanına  gəldi.  Həcər 
gördü ki, Nəbinin halı üstündə deyil! Odur ki, istədi söhbəti zarafatla başlasın, amma 
Nəbinin zarafata da taqəti yox idi. Işi belə görən Həcər bir söz demədən gəlib Nəbinin 
yanında dayandı. Hannan-hana dedi: 
 
   -Demədimmi ki, atamı razı salmaq olmayacaq? 
 
   -Razı  olmur  cəhənnəmə  olsun,  mən  onu  bir  kişi  adam  bilirdim.  Söz  verib 
sözünün üstündə durmayana kişilik haramdır. 
 
   -Ey, Nəbi, həddini aşma!  Atamda günah yoxdur!... – deyə Həcər doluxsundu. 
 
   -Yoxsa Xanalının fikrini dəyişməsinə sən səbəb olmusan? – deyə nəbi səksəndi. 
 
  -Yox  Nəbi,  sən  nə  danışırsan?  Gecədən  xeyli  keçmiş  Mahmud  hampa  bizə 
gəlmişdi.  Anam  deyir,  atam  səhərə  qədər  yatmayıb...  Mahmud  hampa  məni  qardaşına 
almaq istəyir, amma allah vurub onu!  
 
Nəbi  hirsindən  az  qala  partlayırdı.  Birdən  dik  yerindən  qalxıb  Həcərə  tərəf  gəldi, 
sınayıcı nəzərlərlə onu süzüb dedi: 
 
   -Həcər məni istəyirsən? 
 
Utandığından  pul  kimi  qızaran  Həcər  özünü  itirdi.  Ancaq  Nəbinin  sözünü  də 
cavabsız qoymadı.  
 
   -Hə, Nəbi, çox istiyirəm,  lap çox!.. 
 
   -Onda gəl qoşulub qaçaq, qoy pislik pis adamlara qalsın! 
 
Həcər heçnə demədi. Elə bil dünya başına fırlandı. Başını Nəbinin çiyninə qoyub 
için-için ağladı. 
 
Axşam Xanalının evində bir nigarançılıq vardı. Gecə yarıdan keçsə də Xanalı hələ 
də  doqqaz  da  oturub  Həcərin  yolunu  gözləyirdi.  Anası  isə  hey  göz  yaşı  axıdırdı. 
Əvvəlcə  elə  bilirdilər  ki,  Mahmud  hampa  qıza  qəsd  eləyib.  Həcəri  ya  qayadan 
itələyiblər,  ya  da  Həkəriyə  atıblar.  Kərbəlayının  adamı  gələndən  sonra  Xanalı  bir  az 
toxtaqlıq tapdı. Ana da sakitləşdi.  
 
Molludan  üç-dörd  kənd  aşağı  Baş  Cəfəridə  Kərbəlayı  Məhəmmədin  evində  isə 
zurna-balaban  səsi  eşidilirdi.  Gülsabahın  vəfatından  sonra  birinci  dəfə  idi  Kərbəlayı 
Məhəmməd toyda oynayırdı, özü də Nəbinin atası Alo kişi ilə. 
 
Kərbəlayı deyirdi ki, əhd eləmişdim axrıncı dəfə qızımın toyunda oynayım. Qismət 
olmadı,  Gülsabah  əhdimi  ürəyimdə  qoydu.  Amma  təfavütü  nədi,  demişdim 
oynayacağam,  oynayıram.  Elə  Həcər  də  mənim  qızımdı,  ulduzları  barışsın,  qoşa 
qarısınlar. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə