Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə98/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   93   94   95   96   97   98   99   100   101

 
202 
O  qış  Nəbini  Zəngəzurda,  Salvartıda  görən  olmadı.Telli  Qara  Salvartı 
mağarasında  düz  bir  il  Nəbini  gözlədi.  Hərdən  Kürd  Əli  onlara  qatırla  yemək-
içmək gətirir, kim yolunu azıbsa, kim kəndliləri incidirsə, Telli Qaraya deyir o da 
dəlilərlə  kəndlərə  doluşur,  bəyləri,  hampaların,  pristavların  divanını  verib  geri 
qayıdırdılar. 
Hər  dəfə  bəylər  şaiyə  yayanda  ki  Nəbi  ğldürülüb  Telli  Qara  bir  divanxanaya 
soxulur,  naçalnikdən,  pristavdan  birini  boğazlayır,  dustaqları  buraxır,  vergi 
kağızlarını kəndlilərə paylayıb çıxıb gedirdi. Padşaha da bəylərdən namə üstündən 
namə  gedirdi  ki,  Nəbi  bizi  qırdı.  Kəndlilər  dönüb  quldur-qaçaq  olub,  burada 
yaşamaq  mümkün  olası  iş  deyil.  Naçalniklər,  pristavlar  muma  dönmüşdülər. 
Kəndlilərlə danışanda ehtiyat edirdilər. Bəylər, hampalar da  əvvəlki kimi  meydan 
oxuya bilmirdi. 
Bir  gün  Zəngəzura  hay  düşdü  ki,  bəs  padşah  Nəbinin  başına  qiymət  qoyub. 
Doğrudanda  bir  həftə  sonra  qoburnatın  məktubu  naçalniklərə,  pristavlara  gəlib 
çıxdı. Yazırdılar ki, hər kəs Nəbinin başını batırsa ona xəzinətdən yüz qızıl, yaxşı 
da bir qulluq veriləcək, lap elə naçalniklik. 
Bunu eşidən bəylər, hampalar bir-birinə dəydi. Yığışıb tədbir tökdülər, nə qədər 
baş  sındırdılarsa  bir  mətləb  hasil  olmadı.  Namərdlər  Nəbini  öldürmək  üçün 
başladılar girəvə gözləməyə. İndi bunlar burada qalsın, görək Nəbi neynədi. 
.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ġAHHÜSEYNĠN NƏBĠNĠ ÖLDÜRMƏSĠ  
 
Böyük  adamlar  çox  zaman  avara,  səfeh,  lazımsız  adamların  əlilə  ölüb, 
öldürürlər.   
 
 
 
 
 
 
 
Şekspir. 
 
 
 
Bəli,  Nəbi  Arazın    o  tayında  bir  ilə  yaxın  qaldı.  Burada  Nəbi  dəmirçi  Ayrapetin 
evinə  düşmüşdü.  Ayrapet  qohum-tanışa  demişdi  ki,  bəs  qonağım  nalbənddir.  El-
camaatdan da kimin atı nallanmalı idisə sürürdü Ayrapetin qapısına.  
 
Bir  gün  Nəbi  kefsizləmişdi.  Yadına  Həcər,  anası,  qaçaq  yoldaşları  düşmüşdü. 
Qürbətdə  Nəbinin  kefi  həmişə  aşağı  olardı.  İndi  də  uzun  müddətli  ayrılıq  onu  lap 
kövrəltmişdi. Elə bu vaxt Ayrapet gəldi ki, həmədənli Azay qırx atlısı ilə qapını kəsib. 
Deyir atlarımızın nalı tökülüb, qonağına de, bizi yola salsın. Nəbu Ayrapetə dedi: 
 
   -Get de sabah nal kəsməlidir, bəyə layiq nal yoxdur. 
 
Bir az keçmiş Nəbi gördü həyətdə qalmaqal var. Dişarı çıxıb baxdı ki, bəyin atlıları 
düşüblər  yazıq  Ayrapetin  üstünə.  Qatıblar  kişini    şallağın  qabağına.  Qan  vurdu 
Nəbinin beyninə, yaraq-yasağını götürüb verdi özünü töyləyə. Boz atın tərginə qalxıb 
çıxdı düşmənin qabağına. 
 
Azay  bəy  belə  baxanda  gördü,  Nəbi  Boz  atın  belində  özünü  irəli  verib  atlılardan 
birini,    ikisini  o  dünyaya  vasil  elədi.  Azay  bəy  özünü  itirdi,  istədi  aradan  çıxsın. 
Eşitmişdi ki, Nəbi arxadan güllə atmır, amma Nəbi kəsdi onun başının üstünü. 
 
   -Nəbi  bəy,  uşaqlar  bir  qələtdir  eləyiblər,  keçin  günahımdan,  -  deyə  Azay  bəy 
başladı yalvarmağa. 


 
203 
 
Bəyin adamları Nəbi adını eşitcək ta bayaq aradan çıxdılar. Azay bəy sağa baxdı, 
sola baxdı gördü ətrafda heç kəs yoxdur. Hamı dağılışıb qaçıb, bir az da vəhmələndi. 
Nəbi  “Aynalı”  ni  çiyninə  keçirib  yapışdı  Azay  bəyin  xirtdəyindən.  Bunu  görən 
Ayrapet də irəli gəlib dedi: 
 
   -Can Nəbi, bu iş ki faş oldu, bu qurumsağı öldürməmiş buralardan getmə. Bu bəy 
bizlərə  qənim  olub.  Bir  kəsə  göz  aşmağa  macal  vermir.  Camaat  acından  qırılır,  iki 
qata  da  olsa  borca  arpadan,    buğdadan  vermir.  Gözləyir  ki,  qapısına  sürünə-sürünə 
gedək, üç qat borca razı olaq. 
 
Nəbiyə də elə bu lazım idi. Üzünü Ayrapetə tutub dedi: 
 
   -Xəbər elə camaata, bu dəqiqə onun taxılını bütün aclara dağıdacağam. 
 
Sonra  da  Nəbi  arxada,  Azay  bəy  qabaqda  düz  gəldilər  bəyin  buğda  quyularına. 
Deyilənə görə  o gün Nəbi düz qırx quyu  taxılı kasıb-kusuba payladı. İki quyunu da 
bəyə saxladı. Ayrılarkən Nəbi dedi: 
 
   -Bəy,  səni  öldürəcəkdim,  amma  eyvandakı  əyalın-uşağın  gözü  qabağında  səni 
çəkib atdan yerə salmağı kişiliyimə sığışdırmadım. Ayrapetə gözün üstündə qaşın var 
desən, özün bil. 
 
Nəbi  Boz  atın  yüyəyini  buraxdı.  Bir  az  getmişdi  ki,  qulağının  dibinden  bir  güllə 
vıyıldayıb keçdi. Geriyə dönüb “Aynalı” nı çiynindən aşırdı, bəyi səslədi: 
 
   -Azay bəy, mən bəylərin qeyrətinə bələdəm, amma mənim sözüm sözdü. Arvad-
uşaq  yanında  səni  xəcil  eləmək  istəmirəm.  Eyvana  bax  gör,  qızın  ağlayır,  amma 
papağından muğayat ol! 
 
Azay  bəy  əyilib  eyvana  boylananda  bir  də  onu  gördü  ki,  bir  güllə  vıyıltı  ilə 
papağını vurub saldı yerə.  Qorxusundan başladı tir-tir əsməyə, Nəbi şaqqanaq çəkib 
güldü: 
 
   -Qalx arvadının ləçəyini al, bağla başına!  Xudahafiz, Azay  bəy, amma arxamca 
bir güllə atsan əcəlini yetmiş bil. 
 
Nəbi  Boz  atının  yüyəyini  boşaltdı.    Azay  bəydə  taqət  hardaydı  ki,  bir  də  əlinə 
tüfəng alaydı. bəyin arvadı vay-şivən qopartmışdı ki, ay kişi o nə iş idi tutdun. Taxılı 
payladı  çıxıb  getdi,  başqa  qaçaqlar  kimi  arvad-uşağına  toxunmadı,  ev-eşiyini 
odlamadı,  güllə  nədi  atdın  arxasınca.  Anasının  südü  ona  halal  olsun  ki,  səni  bizə 
bağışladı. Mal yeməzin malını belə yeyerələr. Bəy, neçə və
,
dədir, qapının  dabanından 
çıxardırlar ki, taxıl ver, birə üç almaq istəyinin malı birə heç gedər... 
 
Bəli,  Nəbi  oradan  atını  birbaşa  sürdü  Araz  qırağına.  Gethaget  gəlib  çay  kənarı 
kəndlərdən  birinə  çatdı.  Həm  at  əldən  düşmüşdü,  həm  də  özü  bərk  yorulmuşdu. 
Gördü,  yolun  kənarındakı  evlərdən  birinin  çırağı  hələ  sönməyib.  Ehmalca  qapını 
taqqıldatdı. Qapıya qoca bir kişi çıxdı. Nəbi qocayla salam-kalamdan sonra: 
 
   -Ay əmi, qəribəm, bir gecəlik qonaq saxlarsanmı? 
 
Qoca dedi: 
 
   -Bıy,  başına  dönüm,  qonaq  allah  qonağıdır,  niyə  saxlamıram.  Elə  evdə 
qonaqlarım da var, buyur içəri. Amma bu yaraq-yasağından yasavula oxşayırsan, gəl 
elə bunları da qoy töyləyə gedək əvvəl atını rahatlayaq. 
 
Nəbi  istədi  geri  qayıtsın,  amma  qocanın  mehribanlığını  görüb  içəri  keçdi.  Atı 
tövləyə  salanda  burada  da  iki  at  gördü.  Qoca  bu  atların  da  qonaqların  olduğunu 
söylədi.  Nəbi  istədi  yenə  geri  qayıtsın.  Amma  bunu  özünə  sığışdırmadı,  qoca  bütün 
yaraq-yasağı samanlıqda gizlətdi.  Üzünü qonağına tutub dedi: 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə