Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   16   17   18   19   20   21   22   23   24

39 

 

 



Xüsusi  təhsil  haqqında  qanun  bunu  təsdiq  edir  və  ƏU-ın  xidmətlərdən,  tədris  materiallarından  və 

vəsaitlərindən,  nəqliyyatdan  və  s.  pulsuz  istifadə  etmək  hüququna  malik  olduqlarını  qeyd  olunur. 

Lakin,  bundan  əlavə,  ƏU  müavinətlərin  və  təqaüdlərin  müəyyən  növlərini  almaq  hüququna 

malikdirlər.  ƏU-ın  daha  rahat  şəkildə  təhsil  almalarına  imkan  yaradan  müavinətləri  və  təqaüdləri 

almaq  hüququnun  ƏU-a  məxsus  olduğunu  bəyan  edən  qanunvericilik  normaları  aşağıda 

sadalanmışdır: 

1)

 

Azərbaycan  Respublikasının  Sosial  müavinətlər  haqqında  qanunu  (Azərbaycan 



Respublikasının  Prezidenti  tərəfindən  7  fevral  2006-cı  ildə  təsdiq  edilmişdir)  “əmək 

qabiliyyətindən məhrum olan şəxslər” təbəqəsinə aid olan, 16 yaşınadək əlil şəxsləri və ƏU-

ı  əhatə  edir.  Bundan  əlavə,  həmin  qanunda  müavinətlərin  digər  növləri  ilə  yanaşı  “əlillik 

üçün  müavinət”  (4.0.1.3.  maddəsi)  və  “16-dan  aşağı  yaşda  olan  ƏU  üçün  müavinət” 

(4.0.1.4.  maddəsi)  təsbit  edilmişdir.  Buna  uyğun  olaraq,  Azərbaycan  Respublikası 

Prezidentinin  Əhalinin  sosial  təminatını  gücləndirmək  üçün  əlavə  tədbirlər  haqqında 

fərmanında  (22  yanvar  2007-ci  il)  16-dan  aşağı  yaşda  olan  ƏU  üçün  müavinət  təyin 

edilmişdir; 

2)

 

Azərbaycan  Respublikasının  əmək  pensiyaları  haqqında  qanununda  (Azərbaycan 



Respublikasının  Prezidenti  tərəfindən  7  fevral  2006-cı  ildə  təsdiq  edilmişdir)  əlillik  üçün 

əmək  pensiyası  qeyd  edilmişdir.  12-ci  maddədə  19  yaşına  qədər  əlil  olmuş,  bir  illik 

sığortaya malik olan, sığortalanmış şəxslərə pensiyanın bu növünü ayırmağa icazə verilir; 

3)

 



Azərbaycan  Respublikasının  Vətəndaşlara  pensiyaların  verilməsi  haqqında  qanununda 

(Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  23  sentyabr  1992-ci  ildə  təsdiq 

edilmişdir) dövlət əmək (sosial sığorta) pensiyalarının digər növləri ilə yanaşı, əlillik üçün 

pensiya qeyd olunur. Bundan əlavə, həmin qanunda təsbit edilmişdir ki, 16-dan aşağı yaşda 

olan  ƏU-a  qayğı  göstərən  şəxslər  əmək  pensiyası  almaq  hüququna  malikdirlər.  Həmin 

qanunun  14-cü  maddəsində  daha  dəqiq  göstərilir  ki,  ƏU-a  qayğı  göstərən  analar  həmin 

uşaqların səkkiz yaşı tamam olduqdan sonra pensiya almaq hüququna malikdirlər.  

4)

 



Azərbaycan  Respublikasının  Sosial  sığorta  haqqında  qanununda  (Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən  18  fevral  1997-ci  ildə  təsdiq  edilmişdir)  “əlillik”  və 

“uşaqlara qayğı” meyarları da sosial sığorta siyahısına daxil edilmişdir. Hərçənd əlil uşağın 

valideynləri  və  ya  qanuni  nümayəndəs(lər)i  uşağa  qayğı  göstərmək  üçün  ödənilən  sosial 

sığortadan  birbaşa  istifadə  edən  şəxslərdir,  yenə  də  təcrübədə  uşaq  sığortaların  hər  iki 

növündən yararlanmalıdır.       

5)

 

Azərbaycan  Respublikasının  Məqsədli  dövlət  sosial  yardımı  haqqında  qanununda 



(Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  21  oktyabr  2005-ci  ildə  təsdiq 

edilmişdir) dəqiq göstərilir ki, əgər uşaqlar dövlət müəssisələrində yaşayırlarsa, onda ailəyə 

sosial yardım ayrılarkən həmin uşaqlar nəzərə alınmırlar. Əslində həmin qanunda dəfələrlə 

vurğulanır ki, dövlət müəssisələrində yaşayan uşaqlar, o cümlədən ƏU dövlət tərəfindən tam 

təmin edilirlər;  

6)

 



Azərbaycan  Respublikasının  Əhalinin  sağlamlığının  qorunması  haqqında  qanununda 

(Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 fevral 1997-ci ildə təsdiq edilmişdir) 

bütün  əhalinin  dövlətdən  sosial  yardım  almaq  hüququna  malik  olduğu  qeyd  edilir.  Buna 

uyğun olaraq, ƏU da həmin qanun əsasında müəyyən yardım ala bilərlər.  

 

 

 



 

 

 

 

                                                                                                                                                                  

 



40 

 

4. Yekunlar və tövsiyələr  

 

Bu  tədqiqatı  başlamaqda  məqsəd  Azərbaycanda  ƏU-a  təhsil  xidmətlərinin  göstərilməsinin 



səviyyəsini,  strategiyalarını,  vəsaitlərini  və  üsullarını  tədqiq  etmək  idi,  habelə  həmin  sahədə  əldə 

edilən təcrübənin strategiya və tədris üsulları islahatına göstərdiyi əsas təsiri vurğulamaq idi.  

 

Tədqiqatın vəzifələri aşağıda sadalanmışdır: 1) Azərbaycanda qanunvericilik, strategiyalar, vəsaitlər 



və  üsullar  baxımından  ƏU-a  təhsil  xidmətlərinin  göstərilməsinin  vəziyyətini  qiymətləndirmək  və 

UHK ilə müqayisə etmək, habelə bu sahədə əldə edilən təcrübənin strategiya islahatına göstərdiyi 

əsas  təsiri  vurğulamaq;  2)  bütün  uşaqların  əsas  təhsil  almalarına  çətinliklər  yaradan    maliyyə 

məsələlərini  təhlil  etmək;  3)  inkluziv  təhsil  sahəsində  nümunəvi  üsulları  müəyyən  etmək  və 

sənədləşdirmək, habelə uğurlu və səmərəli üsulları və strategiyaları, ƏU-ın ümumtəhsil məktəblərdə 

uğurla təhsil almalarına mane olan amilləri aşkar etmək; 4)Bu sahədə  islahatları həyata keçirmək, 

lazımi  vəsaitin  ayrılmasını  təmin  etmək  və  inkluziv  təhsili  dəstəkləyən  proqramların  icrasına  dair 

tövsiyələr vermək.  

 

Tədqiqat zamanı məlum oldu ki, digər keçmiş Sovet  İttifaqı respublikaları kimi, Azərbaycanın da 



təhsil  sistemi  ƏU-ın  təhsil  tələbatını  tam  ödəyə  bilmir.  Azərbaycanda  təhsil  xidmətlərinin  rahat 

istifadə edilə bilməsi, mövcudluğu və keyfiyyəti ilə bağlı ciddi çətinliklər vardır. ƏU-ın və onların 

ailələrinin həqiqi tələbatına uyğun  gələn dövlət qaydaları  və strategiyaları  işlənib  hazırlanarsa, bu 

maneələrin  çoxunu aradan qaldırılmış olar. Hökumət nümayəndələrinin verdikləri müsahibələrdən 

belə nəticəyə gəlmək olar ki, uşaqlara qulluq göstərən və təhsil verən müxtəlif dövlət orqanlarının 

fəaliyyəti  əlaqələndirilmir.  Ən  böyük  problemlərdən  biri  də  ondan  ibarətdir  ki,  Hökumət  hələ  ki, 

sağlamlıq  imkanları  məhdud  və  ƏU  üçün  inkluziv  təhsilin  bütün  ölkə  üzrə  təşkil  edilməsi  üçün 

müvafiq qanun qəbul edilməmişdir.  

 

Buna  baxmayaraq,  əsaslı  surətdə  güman  edilir  ki,  mövcud  siyasi  iradə  və  dəstək,  dövlət 



büdcəsindən  dövlət  təhsil  sisteminə  ayrılan  vəsaitlərin  artırılması,  dövlət  və  vətəndaş  cəmiyyəti 

orqanları  arasında  tanışlığın  və  əməkdaşlığın  dərinləşdirilməsi,  habelə  ƏU-a  göstərilən 

münasibətlərin dəyişdirilməsi sayəsində hamının təhsil almasına nail olmaq üçün çevik, səmərəli və 

qanun və qaydalar tərtib edilmədir.  

 

Tədqiqatdan aşkar olunur ki, Azərbaycanda əlilliyi olan uşaqların ailələri çox böyük mənəvi, maddi 



və inzibati çətinliklərlə rastlaşırlar və bu, valideynlərin öz uşaqları üçün təhsil imkanlarını səmərəli 

şəkildə  axtarmaq  qabiliyyətlərini  məhdudlaşdırır.  Hazırda  mövcud  olan  dövlət  və  qeyri-dövlət 

təşkilatları  əlilliyi  olan  uşaqların  problemlərinə  kompleks  yanaşmaq  imkanına  malik  deyillər. 

Mövcud  dövlət  yardım  xidmətləri  yalnız  aylıq  nəqd  müavinət  verməklə  kifayətlənirlər,  həmin 

müavinət  isə  uşaqların  hətta  ən  sadə  ehtiyaclarını  belə  ödəmir  və  ƏU-ın  təhsil  almalarına  şərait 

yaratmır (tibb müəssisələrinə gəlib-getmək müavinətinin məbləğinin aşagı olması).  Bundan əlavə, 

ƏU-ın  valideynlərinin  psixoloji,  mənəvi  və  hüquqi  yardım  xidmətlərinə  ehtiyac  vardır  və  əksər 

hallarda icmalarda bu cür xidmətlər mövcud olmur və ya ölkənin bütün ərazisində göstərilmir.  

 

Çətinliklərə  baxmayaraq,  ailələrin  əksəriyyəti  ƏU-ın  təhsil  almalarının  tərəfdarıdırlar,  çünki  onlar 



hesab  edirlər  ki,  təhsil  almaları  onların  əlilliyi  olan  uşaqlarının  gələcək  həyatlarında    mühüm  rol 

oynaya bilər. Hökumət ailələrin bu mövqeyini ƏU-ın təhsili üçün möhkəm zəmin yaradan amil kimi 

nəzərə almalıdır  

Tədqiqat nəticələri göstərir ki, sağlamlıq imkanları məhdud olan uşaqların tələbatını ödəyən xüsusi 

xidmətlər  çox  azdır.  Bu  çatışmazlıq  əsasən  Sovet  dövrünün  köhnəlmiş,  dar  tibbi  yanaşmaları  ilə 

əlaqədardır.  Digər  tərəfdən,  keçmişdə  ƏU-ın  digər  uşaqlardan  təcrid  edilməsi  strategiyalarının 

tətbiq  edilməsi  nəticəsində  bir  çox  ümumi  məktəblərdə  xüsusi  pedaqoqlar  yoxdur.  Bundan  əlavə, 

Azərbaycanın  ali  təhsil  müəssisələrində  həmin  çatışmazlığı  aradan  qaldıra  biləcək  kadr  hazırlığı  

üçün lazım olan proqramların sayı azdır. Hazırkı müəllim hazırlığı kurrikulumu xüsusi pedaqoqların 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə