Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

25 

 

 



 

 

 

 

 

 

 



 

3.6 Xidmətkər 

 

 Əlilliyi  olan  uşaqlar  üçün  xüsusi  xidmətlər  rahat  və  mənalı  təhsil  fəaliyyətinə  imkan  yaradan 



mühüm  amillərdən  biridir.  Buna  görə  də  bu  cür  xidmətlərin  mövcudluğu  ƏU-a  verilən  təhsilin 

keyfiyyətini  qiymətləndirmək  üçün  istifadə  olunan  əsas  meyarlardan  biridir.  Tədqiqat  nəticəsində 

məlum oldu ki, bu cür xidmətlərə böyük ehtiyac vardır. Sorğuda iştirak edən valideynlərin böyük 

əksəriyyəti  (94,6%-i)  bildirdi  ki,  onlar  özləri  əlilliyi  olan  uşaqlarına  xidmət  göstərirlər. 

Valideynlərin  təxminən  25%-i  onların  uşaqlarına  əlavə  xidmətlərin  mütəxəssislər  tərəfindən 

göstərilməsini qeyd etdilər. Müəllimlərin və direktorların təxminən yarısı hesab edir ki, əlilliyi olan 

uşaqlar göstərilən xidmətlərdən bəhrələnə bilirlər. Sorğu zamanı aşkar olundu ki, bu cür xidmətlərin 

müxtəlif cəhətləri aşağıda qeyd olunmuşdur.  

 

Azərbaycanın  hazırkı  qanunvericiliyində  təsbit  edilmişdir  ki,  sağlamlıq  imkanları  məhdud  olan 



şəxslər  tibbi-pedaqoji-psixoloji  komissiyanın  (TPPK)  və  Tibbi-sosial  ekspert  komissiyalarının 

(TSEK) göstərdikləri xidmətlərdən pulsuz istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, onlar 

icbari təhsil və peşə təhsili almaq, psixoloji xidmətlərdən və nitq terapiyası xidmətlərindən istifadə 

etmək hüququna malikdirlər. Lakin qanunvericiliyin bu müddəalarının məzmunu qeyri-müəyyəndir 

və əksər hallarda xidmətlərin növləri, habelə əlilliyi olan uşaqlara və onların ailələrinə təklif olunan 

xüsusi xidmətlər həmin müddəalarda dəqiqliklə müəyyən edilmir  (bu barədə daha ətraflı məlumat 

hesabatın müvafiq bölməsində göstərilmişdir).  

 

Mövcud  qanunvericiliyə  uyğun  olaraq,  TN-in  tabeliyində  olan,  ƏU-a  təhsil  xidmətlərinin 



göstərilməsi  haqqında  qərar  qəbul  etmək  səlahiyyətinə  malik  olan  TPPK  fəaliyyət  göstərir. 

Komissiya Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələrindən 

ibarət olub, ildə bir dəfə hər bir əlil uşağı müayinə etmək və onlara mövcud təhsil xidmətlərindən 

birini  (ev  təhsili,  inteqrativ  sinif,  inkluziv  sinif,  xüsusi  və  ya  internat  məktəbi)  təyin  etmək  üçün 



Qrafik 

11. Müəllimlərin xüsusi xidmətlər haqqında biliyi (%) 

58.1

 

31.1

 

10

 

0.8

 

54.2

 

34.1

 

10.7

 

0.9

 

88.9

 

7.4

 

3.7

 

0

 

Psixoloq

 

Nitq terapevti

 

Fizioterapevt

 

Əmək gigiyenası terapevti

 

Cəmi

 

Şəhər

 

Kənd

 

       Sual: 



Sizin bildiyinizə görə, ƏU

-

a hansı xüsusi xidmətlər göstərilir




26 

 

cavabdehdir.



32

  TPPK-ın  rayon  şöbələri  vardır,  habelə  paytaxt  şəhərdə  bir  mərkəzi  komissiyası 

vardır.   

 

Bakı şəhərində xüsusi məktəblərin müəllimləri ilə aparılan HQM zamanı həmin məktəblərin ƏU-a 



müxtəlif  növlərdə  xüsusi  xidmətlər  göstərməsi,  onların  təhsil  və  tibb  ehtiyaclarını  ödəmək  üçün 

lazım olan avadanlıqlarla təchiz edilməsi qeyd edilmişdir. Digər məktəblərə gəldikdə isə, tədqiqat 

nəticəsində  məlum  oldu  ki,  bütün  məktəblər  zəruri  xidmətləri  göstərmək  imkanında  deyil. 

Müəllimlərin  əksəriyyəti,  tədris  etdikləri  məktəblərdə  yalnız  psixoloqun,  bəziləri  isə  nitq 

terapevtinin olduğunu bildirdi.  

 

Sorğuda iştirak edən valideynlərin yalnız 25,8%-i bildirdi ki, onların əlilliyi olan uşaqlarına əlavə 



xüsusi  xidmətlər  göstərilir.  Məktəb  direktorlarının  və  müəllimlərin  isə  80%-i  bildirdi  ki,  onların 

məktəbləri  xüsusi  xidmətlər  göstərir

33

.  Valideynlər  müxtəlif  mütəxəssislərə  ehtiyac  olduğunu 



bildirdilər  və  həmin  mütəxəssislər  arasında  ən  çox  tələbat  fizioterapevtədir  (28%).  Valideynlər 

bildirdi  ki,  onların  uşaqlarının  nitq  terapevti,  əmək  terapevti,  psixoloq  xidmətləri  və  ümumi  tibbi 

xidmətlərə ehtiyacı vardır. Tədqiqat nəticələri göstərir ki, şəhər və kəndlərdə yaşayan valideynlərin 

bu barədə olan fikirləri üst-üstə düşür. 

 

Digər  tərəfdən  tədqiqat  nəticəsində,  məktəblərin  psixoloq,  nitq  terapevti,  fizioterapevt  və  əmək 



terapevti ştatlarına malik olmaları  aşkar oldu. Cədvəl 11-də göründüyü kimi  müəllimlər arasında 

aparılan  sorğunun  nəticələrinə  uyğun  olaraq,  məktəblərdə  ən  çox  göstərilən  xüsusi  xidmət  növü 

psixoloji dəstəkdir. Məktəb direktorları arasında aparılan sorğunun nəticələri də eyni olmuşdur: 41 

məktəb  direktorundan  30-u  yalnız  psixoloq  ştatına  malik  olduğunu  bildirmişdir.  Bundan  əlavə, 

xüsusi  məktəblərdə fizioterapevt  və nitq terapevti ştatları  da vardır.  Lakin məlumatdan göründüyü 

kimi,  kənd  məktəblərinin  əksəriyyəti  lazımi  xidmət  göstərə  bilmir

34

.  Buna  səbəb  ümumtəhsil 



məktəblərində psixoloq ştatı istisna olmaqla, digər xüsusi mütəxəssislərin olmamasıdır.  

 

Tədqiqat əsasında həmin mütəxəssislər üçün keçirilən təlimlərin  kəmiyyət  və keyfiyyəti haqqında 



etibarlı məlumat əldə etmək mümkün olmadı. Əmək terapevti ölkədə yeni peşədir və buna görə də 

həmin sahədə kadr çatışmazlığı vardır. Digər tərəfdən bəzi QHT ekspertləri hesab edirlər ki, həmin 

universitet  proqramlarının  əksəriyyəti  kurrikulumun  keyfiyyəti  baxımından  və  tələbələrin  təcrübi 

bacarıqlara  yiyələnməsi  baxımından  geridə  qalırlar.  Məsələn,  ekspertlər  hesab  edirlər  ki, 

universitetin  psixologiya  proqramı  yüksək  dərəcədə  nəzəriyyəyə  əsaslanan  kurrikulumdur  və 

gələcək məktəb psixoloqlarına az təcrübi bacarıq öyrədir. Bundan əlavə, həmin universitet proqramı 

əsasında tələbələrə ƏU-la deyil, tipik uşaqlarla işləmək bacarıqları öyrədilir. Bundan əlavə, həmin 

tələbələr  tətbiqi-pedaqoji  bacarıqlara  deyil,  daha  çox  psixo-diaqnostika  bacarıqlarına  yiyələnirlər. 

Həmçinin, universitet proqramları hələ də defektologiya nəzəriyyəsi əsasında həyata keçirildiyindən 

inkluzivlik  anlayışı  həmin  nəzəriyyəyə  daxil  deyildir.  Ekspertlər  ölkədə  mövcud  olan  digər 

mütəxəssisləri də eyni cür qiymətləndirirlər. Əslində demək olar ki, müsahibə verən bütün hökumət 

nümayəndələri ƏU-ın təhsilinin bu cəhəti ilə əlaqədar olan çətinlikləri qeyd etdilər.  

Əvvəlki bölmələrdə qeyd edildiyi kimi, əlilliyi olan uşaqlara xüsusi xidmətlər göstərən günərzi tibbi 

reabilitasiya  mərkəzlərinin  sayı  azdır.  Əsasən  əlilliyi  olan  uşaqların  valideynləri  tərəfindən  təsis 

edilən  bu  mərkəzlərin  hamısı  beynəlxalq  tərəfdaş  təşkilatların  şöbələri  kimi  fəaliyyət  göstərir  və 

əksər  hallarda  beynəlxalq  ekspertlər  həmin  mərkəzlərin  heyəti  üçün  təlim  kursları  keçirirlər.  Öz 

ölçüsünə,  keyfiyyətinə,  metodologiyasına,  hədəfinə  və  iş  həcminə  görə  bir-birindən  fərqlənən  bu 

                                                 

32

 Bu məktəblər barədə müxtəlif terminlər istifadə olunur. Digər terminlərdən biri “internat məktəblər”dir və həmin termin bu 



hesabatda istifadə ediləcəkdir.  

33

 Valideynlərin və müəllimlərin/direktorların cavabları arasında bu ciddi fərqin səbəbini tədqiqat nəticələri əsasında izah etmək heç 



cür mümkün deyildir. Səbəblərdən biri ondan ibarət ola bilər ki, sadəcə valideynlər bu cür xidmətlərdən xəbərdar deyildirlər və ya 

onların uşaqları məktəbdə bu cür xidmətlərdən heç zaman bəhrələnməmişdirlər.  

34

 Qeyd etmək lazımdır ki, kənd məktəbləri haqqında məlumat statistik əhəmiyyət kəsb etməyə bilər, çünki kənd məktəblərində 



işləyən yalnız 27 müəllim bu suala cavab vermişdir.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə