Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

23 

 

münasibətlərində  müsbət  irəliləyişlərin  olduğunu  bildirmişdirlər.  Valideynlərin,  müəllimlərin  və 



direktorların müşahidə etdikləri daha bir dəyişiklik hisslərin ifadə edilməsi sahəsində baş vermişdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

Tipik  uşaqların  valideynləri  də  ƏU-ın  təhsil  almalarını  dəstəkləyirlər.  Onlarla  aparılan  HQM-in 

nəticələrinin  təhlili  ona  göstərir  ki,  bu  valideynlərin  çoxu  (xüsusilə  rayonlarda)  hər  uşağın  təhsil 

almaq  hüququna  malik  olduğunu  və  bütün  uşaqların,  o  cümlədən  ƏU-ın  mütləq  təhsil  almalı 

olduqlarını  hesab  edirlər.  Onlar  hesab  edirlər  ki,  əlilliyi  olan  uşaqlara  təhsil  almaq  imkanı 

yaratmaqla,  onların  cəmiyyətə  qaynayıb-qarışmasına  kömək  etmək  olar.  Yevlax  rayonundan  olan 

valideynlər bildirdilər ki, inkluziv təhsil bütün məktəblərdə icbari qaydada tətbiq edilməlidir, çünki 

o,  uşaqların  bir-birinin  fərqli  cəhətlərini  qəbul  etmələrinə  və  bir-birinə  uyğunlaşmalarına  kömək 

edir

29

.  Lakin  az  sayda  tipik  uşağın  valideyni  hesab  edir  ki,  ƏU-ın  kütləvi  surətdə  ümumtəhsil 



məktəblərə  getmələri  yalnız  onların  diaqnozu  əsasında  həyata  keçirilməlidir  və  yalnız  digər 

şagirdlərin təlim fəaliyyətinə mənfi  təsir göstərməyən ƏU ümumi  məktəblərə qəbul  edilə bilərlər. 

Həmin valideynlər hesab edir ki, ƏU sinif otağında pozucu amilə çevrilə bilərlər.  

 

Tipik uşaqların valideynlərinin əksəriyyəti ƏU-a müraciət edərkən “xəstə uşaqlar” kimi ifadələrdən 



istifadə edirdilər. Bu yanlış təsəvvür əsasında sonradan valideynlər belə qənaətə gəlirlər ki, “xəstə 

uşaqlar” “sağlam uşaqlar” ilə bir yerdə təhsil ala bilməzlər. Buna baxmayaraq, tədqiqatın daha bir 

nəticəsi ondan ibarət idi ki, bütün valideynlər bu və ya digər şəkildə ƏU-ın təhsilə dair tələbatlarını 

qəbul edirlər. 

 

3.5. Bilik və cəmiyyətdə biliyə münasibət 

Bütün  tədqiqat  boyunca  bir məqam  aşkar  görünürdü: bir çox insan hesab edirdi ki,  cəmiyyət  ƏU 

üçün təhsil imkanlarının yaradılmasına dair yeni yanaşmanı qəbul etməyə hazır deyildir. Müsahibə 

verən  ekspertlərin,  vətəndaş  cəmiyyəti  nümayəndələrinin,  məktəb  kollektivinin  əksəriyyəti  hesab 

edirdi ki, inkluziv təhsil tədbiri əlilliyi olan uşaqların təhsilində əsaslı dəyişiklik deməkdir.  ƏU-ın 

sorğuda iştirak edən valideynlərinin və müəllimlərinin yalnız yarısı  bildirdi ki, cəmiyyətdə əlilliyi 

olan uşaqlara müsbət münasibət göstərilir. Onların 10%-dən az hissəsi ƏU-a göstərilən münasibətin 

mənfi olduğunu,  əksəriyyəti isə bu barədə heç bir  münasibət bildirməmişdir.  

 

Tipik  uşaqların  anaları  ilə  aparılan  HQM  nəticəsində  məlum  oldu  ki,  valideynlər  əlilliyi  olan 



uşaqların  ümumi  məktəbə  qəbul  edilməsi  haqqında  məhdud  bilik  və  təsəvvürə  malikdirlər.  

Valideynlərin əksəriyyəti hesab edir ki, yalnız orta əlillik dərəcəsinə və ya fiziki əlilliyə malik olan 

ƏU ümumtəhsil məktəbə qəbul edilə bilərlər. HQM-in nəticələri ona dəlalət edir ki, tipik uşaqların 

valideynləri  (xüsusilə  rayonlarda)  hesab  edirlər  ki,  ciddi  əqli  əlilliyi  olan  uşaqlar  məktəbdən 

kənarda saxlanmalı və xüsusi məktəblərə qəbul edilməlidirlər. Eyni zamanda ƏU-ın sorğuda iştirak 

edən  valideynlərinin  20%-i  öz  əlilliyi  olan  uşaqlarının  ümumi  məktəbə  getmələrinə  razı 

                                                 

29

 Yevlax İnkluziv  təhsili sınaqdan keçirən dörd rayondan biridir. Valideynlərin bu cür fikirləri ictimai münasibətlərdə ciddi 



dəyişikliyin baş verməsi kimi qəbul oluna bilər.  

ƏU  məktəbə  getdikdən  sonra  onlarda  hansı  müsbət  dəyişikliklərin 

baş verdiyini müşahidə etdiniz (1 = az, 5 = çox)? 

 

Valideynlər  Müəllimlər  Direktorlar 

Valideynlərə münasibət 

3.8 


4.0 

 

Həmyaşıdlara münasibət  



3.8 

3.9 


 

Hissləri 

ifadə 

etmək 


bacarığının inkişaf etməsi 

3.6  


3.8  

 

Gündəlik həyat bacarıqları 



3.5 

3.6 


 

Müstəqil təfəkkür 

3.4 

3.5 


 

Səhhət 


2.6 

2.8 


 


24 

 

olmadıqlarını  bildirdi



30

.  Digər  tərəfədən  sorğuda  iştirak  edən  müəllimlərin  yalnız  58%-i  ƏU-ın 

ümumi  məktəbə  qəbul  edilmələrini  dəstəklədi.  Onlar  tipik  uşaqların  öz  əlil  həmyaşıdları  ilə  pis 

davranacaqlarından və  ya pis  rəftar edəcəklərindən ehtiyat  edirlər.  Bundan əlavə,  müsahibə verən 

bir çox müəllim hesab edir ki, ƏU-ın tipik uşaqlarla bir yerdə təhsil almaları müəyyən çətinliklərin 

yaranmasına səbəb olacaqdır. (Məsələn; dərs keçmək üçün daha çox vaxta ehtiyac olacaqdır və ya 

tədrisin keyfiyyəti aşağı düşəcəkdir, çünki ƏU-a dərsi izah etmək üçün daha çox vaxt lazımdır və 

s.

31



.)  Nəhayət,  müəllimlərin  əksəriyyəti  hesab  edir  ki,  cəmiyyət  (xüsusilə  valideynlər)  inkluziv 

təhsili  qəbul  etməyə  hazır  deyildirlər.  Ekspertlər  bu  cür  fikirləri  ƏU  üçün  nəzərdə  tutulan  təhsil 

tədbirlərinin  həyata  keçirilməsinə  mane  olan  ciddi  amillər  hesab  edirdilər,  və  onlar  bu  sahədə 

islahatları  səmərəli  şəkildə  həyata  keçirmək  üçün  həmin  fikirləri  aradan  qaldırmaq  məqsədilə 

ictimaiyyətin  məlumatlandırılması    kampaniyalarını  keçirməyi  təklif  edirdilər  Bir  qisim 

respondentin  fikrincə,  inkluziv  təhsil  islahatlarına  başlamazdan  əvvəl,  əlilliyi  olan  uşaqlara  qarşı  

cəmiyyətdə tolerant münasibət formalaşdırılmalıdır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Lakin  yuxarıda  göstərilən  tədqiqat  nəticələri  cəmiyyətin  əlilliyi  olan  uşaqlara  münasibəti  ƏU-ın 



təhsilinə mane olacaq dərəcədə mənfi olmadığını göstərir.  Tipik uşaqların valideynləri ilə keçirilən 

HQM  nəticəsində  məlum  oldu  ki,  onlar  bütövlükdə  ƏU-ın  ümumtəhsil  məktəblərə  getmələrinə 

müsbət yanaşırlar. Bundan əlavə, Cədvəl 10-da göründüyü kimi, ƏU-ın valideynlərinin əksəriyyəti 

bildirdi ki, onların uşaqları məktəb haqqında xeyli müsbət təəssürata malikdirlər. Yeganə maneənin, 

ciddi  əqli  çatışmazlığa  malik  olan  uşaqların  sinif  otağında  digər  uşaqlar  üçün  təhlükəli  ola 

biləcəkləri  ehtimal  edilirdi.  Belə  məlum  olur  ki,  ƏU-ın  ümumtəhsil  məktəblərə  getmələrinə 

cəmiyyətin  münasibəti  o  qədər  də  mənfi  deyildir  və  ola  bilsin  ki,  əlilliyin  ciddiliyi  barədə  xüsusi 

biliklərin olmaması hazırkı yanlış təsəvvürlərin yaranmasına səbəb olmuşdur.  

 

 

                                                 

30

 Sorğu vərəqəsində bu məsələ daha dərindən tədqiq edilmirdi, buna görə də sorğuda iştirak edən valideynlərin fikirləri arasında olan 



böyük ziddiyyətlərin səbəbini izah etmək çətindir. Aydındır ki, bu məsələ daha çox tədqiq edilməlidir; buna baxmayaraq, mümkün 

səbəblərdən biri ƏU-ın valideynlərinin utanc hissidir və ya əvvəllər uğursuz cəhdlər göstərməsidir.  

31

 Əlbəttə ki, bu, utanc hissinin əlamətidir. 2006-cı ildə müstəqil təhlilçinin İnkluzivinkluziv təhsil proqramının sınaqdan 



keçirilməsini qiymətləndirməsinin nəticələri haqqında hesabatdan məlum oldu ki, “müəllimlərin 86%-i əlilliyi olan uşaqların sinif 

otağında olmasının təhsilin ümumi keyfiyyətinə müsbət təsir göstərdiyini və ya heç bir təsir göstərmədiyini bildirdi.” (Əlilliyi olan 

uşaqlar – İnkluziv təhsil layihəsi: ikinci ilin qiymətləndirilməsi haqqında hesabat, 2006-cı il, Təhsildə yeniliklər mərkəzi, Əyyub 

Hacıyev, sosial təminat üzrə mütəxəssis). 

 

Qrafik 10. 

ƏU

-

ın məktəb təəssüratları 

85.8

 

96.9

 

88.1

 

14.2

 

3.1

 

11.9

 

ƏU məktəbdə 

özlərini yaxşı hiss 

edirlər

 

ƏU



-

ın məktəbdə 

tipik dostları var

 

ƏU məktəbə 



getməyi 

xoşlayırlar

 

 

Yox

 

Suallar:  



Sizin uşağınız məktəbdə özünü necə hiss edir



Sizin uşağınızın məktəbdə tipik dostları vardırmı



Sizin uşağınız məktəbə getməyi xoşlayırmı




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə