F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
#23397
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

 

44 


 

 



 

45 


 

gec aparılmasına baxmayaraq alınmış cücərtilər ilk əvvəl əlverişli 

torpaq  şəraiti  olduğuna  görə  daha  intensiv  böyüyürlər.  Bu 

səbəbdən də sonrakı aylarda bitkinin boyu və çətirlərinin diametri 

Şirvandakılara nisbətən üstün olur (25). 

Gəncə  -  Qazax  bölgəsində  basma  bitkisinin  avqust  ayında 

hündürlüyü səpin sxemindən asılı olaraq orta hesabla 40,5 - 60,2 

çətirinin diametri isə 35,3 - 56, 3 sm olmuşdur. 

Biçilməyib   saxlanılmış basma  bitkisində   isə   səpin sxe-

mindən asılı olaraq vegetasiyanın sonunda hündürlük 92,5 -112,5 

sm-ə çətirin diametri isə 77,2 -103,4 sm-ə bərabər olmuşdur 

(cədvəl 5. 4). 

Gəncə  -  Qazax  bölgəsində  basma  bitkisinin  hündürlüyə 

intensiv böyüməsi sentyabr,  çətirin intensiv böyüməsi isə avqust-

sentyabr  aylarına  təsadüf  etmişdir.  Qeyd  etdiyimiz  kimi  noyabr 

ayında  temperaturun  aşağı  enməsi  səbəbindən  basma  bitkisinin 

yerüstü hissəsi tələf olur. 

Basma bitkisinin vegetativ orqanlarının morfoloji tədqiqindən 

məlum  oldu  ki,  bütün  morfoloji  göstəricilər  Gəncə  -  Qazax 

bölgəsində becərilən basma bitkisində Şirvanda becərilən bitkilərə 

nisbətən yüksəkdir.  

Vegetasiyanın  sonunda  Gəncə  -  Qazax  bölgəsində  becərilən 

bitkilərdə  səpin  sxemindən  asılı  olaraq  əsas  budaqların  sayı  orta 

hesabla 3,7 - 6,1 ədəd, yan budaqların sayı isə 16,5 -31,0 ədəd ol-

duğu  halda,  Şirvanda  bu  göstəricilər  müvafiq  olaraq  2,6  -  5,6  və 

14,9 - 25,2 ədəd olmuşdur.  

Əsas  gövdə  üzərində  buğumarasının  sayı  Gəncədə  becərilən 

bitkilərdə  (22,3  -  44,9  ədəd)  Şirvanda  becərilən  bitkilərə  (19,2  -

38,4 ədəd) nisbətən 3,1 - 6,5 ədəd çoxdur. Basma bitkisində buğu-

marasının uzunluğu Şirvanda orta hesabla 3,0 - 4,5 sm, Gəncədə 

isə 3,5 - 6,3 sm olmuşdur. 

Gəncə - Qazax bölgəsində səpinin sxemindən asılı olaraq bir 

basma bitkisində orta hesabla 1230,2 - 2132,2 ədəd, Şirvan bölgə-

sində isə 1127,4  -1846,2 ədəd yarpaq olmuşdur.  

 



 

46 


 

Gəncə - Qazax bölgəsində basma  yarpağının uzunluğu 2,4   - 

3,5 sm, eni isə 2,3 - 3,3 sm olduğu halda, Şirvanda bu göstəricilər 

müvafiq olaraq 1,4 - 2,7 və 1,0 - 2,2 sm olmuşdur (cədvəl 5. 5 - 5. 

6). 

Müxtəlif  torpaq-iqlim  şəraitlərinin  basma  bitkisinin  böyümə 



dinamikasına  təsirinin  öyrənilməsindən  bu  nəticəyə  gəldik  ki, 

basma bitkisi ona verilən qida sahəsi nə qədər artıq olarsa o qədər 

də intensiv böyüyür və morfoloji göstəriciləri yüksək olur. Bu hal 

hər iki bölgədə özünü göstərir.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  basma  bitkiləri  Gəncə  - 

Qazax  bölgəsi  şəraitində  Şirvan  bölgəsinə  nisbətən  daha  yaxşı 

böyüyüb inkişaf edirlər. 

5.  5. Qida sahəsi, bitki sıxlığı və biçin vaxtlarının   basma 

bitkisinin yarpaq məhsuldarlığına təsiri 

 

Bitkilərin  bu  və  ya  digər  tor-



paq-iqlim  şəraitinə  introduksiyası 

zamanı  qarşıda  duran  ən  mühüm 

vəzifələrdən  biri  onların  məhsul-

darlığının kəmiyyət və keyfiyyətcə 

təyin  edilməsidir.  Azərbaycan  şə-

raiti  üçün  yeni  olan  basma  bit-

kisinin normal inkişaf edib yüksək 

məhsul  verməsi  üçün  onun  be-

cərilmə  aqrotexnikasına  düzgün 

əməl etmək vacib məsələlərdən bi-

ridir (122). 

2001-2004  -  cü  illərdə  apardı-

ğımız  tədqiqatlarla  müəyyən  edilmişdir  ki,  basma  bitkisinin  yaş 

kütlə  və quru  yarpaq məhsuldarlığı  becərildiyi  torpaq  - iqlim  şə-

raiti  və  becərilmə  aqrotexnikasına  daxil  olan  qida  sahəsi,  bitki 

sıxlığı və biçin vaxtı ilə sıx əlaqədardır. 

 

Şəkil 5. 3.  Basma (İ. tinctoria) 



bitkisinin lələkşəkilli yarpaqları 


 

47 


 

 

 




 

48 


 

 

 



 


 

49 


 

 

 




 

50 


 

 



 

51 


 

Basma  bitkisinin  məhsuldarlığına  biçin  vaxtının  təsirini 

öyrənmək  məqsədi  ilə  bitkilər  vegetasiya  müddətində  müxtəlif 

vaxtlarda 2 dəfə və  vegetasiyanın  sonunda bir dəfə biçilmişdir.  I 

biçin  hər  iki  bölgədə  bitkinin  kütləvi  çiçəkləmə  vaxtı  --avqustun 

əvvəlində  və  ortalarında,  II  biçin  isə  oktyabrın  ortalarında  və 

axırlarında aparılmışdır. 

I  biçini avqustun  əvvəlində (2. VIII  ay),  II biçini oktyabrın 

ortalarında  (15.  X  ay)  apardıqda  Şirvan  bölgəsində  60  x  15  x  2 

sxemi ilə səpilmiş basma bitkisindən orta  hesabla 135,3  s/ha  yaş 

kütlə,  23,0  s/ha  quru  yarpaq,  60  x15  x  3  sxemi  ilə  səpilmiş 

bitkilərdən 113,7 s/ha yaş kütlə, 18,2 s/ha quru yarpaq, 60 x 10 x l 

sxemi ilə səpilmiş bit- 

kilərdən  165,8  s/ha  yaş 

kütlə, 23,2 s/ha quru yarpaq, 

60  x  10  x  2  sxemi  ilə  səpi-

lənlərdən isə 137,3 s/ha yaş 

kütlə, 20,6 s/ha quru yarpaq 

məhsulu alınmışdır. Nəzarət 

variantının (60 x 15 x l) yaş 

kütlə  məhsuldarlığı  92,4 

s/ha,  quru  yarpaq  məhsul-

darlığı  isə  14,8  s/ha  olmuş-

dur. 


Gəncə - Qazax bölgəsində 60 x 15 x 2 sxemi ilə səpilmiş bas-

ma  bitkisindən  iki  biçində  orta  hesabla  cəmisi  171,8  s/ha  yaş 

kütlə,  29,2 s/ha quru  yarpaq, 60 x 15 x 3 sxemi ilə səpilmiş bit-

kilərdən 169,3 s/ha yaş kütlə, 27,1 s/ha quru yarpaq, 60 x 10 x 1 

sxemi ilə səpilmiş bitkilərdən 267,1 s/ha yaş kütlə, 37,9 s/ha quru 

yarpaq,  60  x  10  x  2  sxemi  ilə  səpilmişlərdən  isə  231,3  s/ha  yaş 

kütlə,  34,2  s/ha  quru  yarpaq  məhsulu  əldə  olunmuş  dur.  Bu 

bölgədə  nəzarət  variantının  yaş  kütlə  məhsuldarlığı  151,2  s/ha, 

quru  yarpaq  məhsuldarlığı  isə  25,7  s/ha  təşkil  etmişdir  (cədvəl 

5.7). 


Şəkil 5. 4.  Müxtəlif vaxtlarda 

biçilmiş basma tozları 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə