F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
#23397
1   ...   11   12   13   14   15   16   17   18   19

 

59 


 

Vegetasiya  ərzində  basma  bitkisinin  iki  dəfə  biçilməsi  məh-

suldarlığın bir dəfə biçilən bitkilərə nisbətən 1,5 - 2,5 dəfə yüksəl-

məsinə səbəb olur.  

Basma  bitkisindən  daha  yüksək  məhsul  əldə  etmək  üçün 

Şirvan bölgəsində I biçinin 20 avqust da, II biçinin 25 oktyabrda, 

Gəncə  - Qazax bölgəsində isə I biçinin 2 avqustda, II bicinin isə 

15 oktyabrda aparılması məqsədəuyğundur. 

Hesablamalarımız  göstərir  ki,  basma  bitkisindən  Şirvan 

bölgəsində hər iki biçin zamanı yaş kütlə məhsuldarlıqının 12,8 - 

16,1  %-i,  Gəncə  -  Qazax  bölgəsində  isə  14-17  %-i  qədər  quru 

yarpaq çıxımı əldə olunmuşdur.  

 

5. 6.  Qida sahəsi və bitki sıxlığının basma bitkisinin toxum 

məhsuldarlığına təsiri 

 

Тoxumları ilə çoxalan bitkilərin toxum məhsuldarlığının təyin 



edilməsi  vacib  məsələlərdən  biridir.  Тoxum  məhsuldarlığına 

bitkinin  becərildiyi  torpaq-iqlim  şəraitinin  və  hər  bitkiyə  verilən 

qida  sahəsinin  də  təsiri  vardır.  Məhz  bu  təsirləri  öyrənmək  üçün 

üzərində  tədqiqat  apardığımız  basma  bitkiləri  müxtəlif  qida 

sahələrində əkilib becərilmişdir. 

Becərilmə  şəraitinin  və  səpin  sxeminin  basma  bitkisinin 

toxum  məhsuldarlığına  təsirini  öyrənmişik  (cədvəl  5.  8).  Məlum 

olub ki, Şirvan bölgəsində nəzarət variantından  (60 x 15 x 1) orta 

hesabla (I yarusdan) 22,11 s/ha 60 x 10 x 2 sxemindən 24,63 s/ha, 

60 x 15 x 3 sxemindən 26,69 s/ha, 60 x 10 x 1 sxemindən 27,22 

s/ha, 60 x 10 x 2 sxemindən isə 21, 47 s/ha toxum məhsulu    əldə 

etmək mümkündür. 

Gəncə  -  Qazax  bölgəsində  isə  nəzarət  variantından  orta 

hesabla  20,47  s/ha,  60  x  15  x  2  sxemi  ilə  səpilmiş  bitkilərdən 

23,62 s/ha, 60 x 15 x 3 sxemi ilə səpilmiş bitkilərdən 24,11  s/ha, 

60 x 10 x 1 sxemi ilə səpilmiş bitkilərdən 25,32 s/ha, 60 x 10 x 2 

sxemi  ilə  səpilmiş  bitkilərdən  isə  18,  42  s/ha  toxum  məhsulu 

götürülmüşdür. 




 

60 


 

Hər iki bölgədə ən yüksək toxum məhsulu (I yarusdan) 60 x 

10 x 1 sxemində səpilmiş basma bitkilərindən alınmışdır. Basma 

bitkisində toxum məhsuldarlığı  Şirvan bölgəsində Gəncə- Qazax 

bölgəsinə nisbətən üstünlük təşkil etmişdir. Optimal variantın (60 

x  10  x  1)  toxum  məhsuldarlığı  nəzarətə  nisbətən  Şirvan  bölgə-

sində 5,11 s/ha, Gəncə - Qazax bölgəsində isə 4,85 s/ha artıq ol-

muşdur. Ümumiyyətlə  basma bitkisinin  toxum məhsuldarlığı Şir-

van şəraitində Gəncə - Qazax bölgəsi şəraitinə nisbətən variantlar 

üzrə orta hesabla 1,9 - 2,98 s/ha yüksək olmuşdur.  

Cədvəl 5. 8 

Qida sahəsi və bitki sıxlığının basma bitkisinin toxum 

məhsuldarlığına təsiri, s/ha - la 

 

 



Səpin sxemi 

İ     l    l    ə      r 

T

əd

qiq



at 

ap

ar



ılan

 



lg

ələr


 

2002 


2003 

2004 


0rta 

Şirvan 


 

60 x 15 x 1 

 

 

 



 

nəzarət 


21,95 

22,14 


22,24 

22,11 


60 x 15 x 2 

24,21 


24,55 

25,13 


24,63 

60 x 15 x 3 

26,14 

27,41 


26,53 

26,69 


60 x 10 x 1 

27,22 


27,53 

22,17 


27,22 

60 x 10 x 2 

20,31 

21,74 


22,15 

21,40 


Gəncə - 

Qazax 


60 x 15 x 1 

 

 



 

 

nəzarət 



19,42 

20,55 


21,45 

20,47 


60 x 15 x 2 

23,95 


22,79 

24,12 


23,62 

60 x 15 x 3 

23,48 

24,15 


24,72 

24,11 


60 x 10 x 1 

24,91 


25,44 

25,63 


25,32 

60 x 10 x 2 

17,61 

18,55 


19,12 

18,42 


        

                     

%

9

,



1

48

,



0

22

,



0

15

,



0

05

05



HCP

s

HCP

s

S

s

S

d

x

                                

%

9

,



1

43

,



0

2

,



0

14

,



0

05

05



HCP

s

HCP

s

S

s

S

d

x

 



 

61 


 

 

Qeyd  etmək  lazımdır  ki,  Şirvan  bölgəsinin  iqlimi  Gəncə  - 



Qazax  bölgəsinə  nisbətən  quru  və  isti  olduğundan  bu  bölgədə 

basma  bitkisinin  I  yarusundakı  toxumlar  daha  yaxşı  yetişirlər. 

Buna görə də Gəncə - Qazax bölgəsində becərilən basma bitkisinə 

nisbətən  daha  artıq  və  keyfiyyətli  toxum  məhsulu  əldə  olunur  

(146). 

5. 7. Тəsərrüfat sınağının nəticələri 

 

Apardığımız tədqiqat zamanı basma bitkisinin becərilməsi və 



yüksək  keyfiyyətli  məhsul  əldə  edilməsinə  zəmin  yaradan 

variantlar seçilmiş və təsərrüfat şəraitində sınaqdan çıxarılmışdır. 

Тəsərrüfat  sınaqları  Kürdəmir  rayonundakı  “Həna”  istehsalat 

kooperativində  və  ADKТA-nın  Qovlarsarı  tədris-təcrübə  təsərrü-

fatının  torpaqlarında  1,0  ha  sahədə  keçirilmişdir.  Тəsərrüfat 

sınağının nəticələri barədə akt tərtib edilmişdir.  

Basma  bitkisinin  toxumları  Kür-

dəmir rayonu  şəraitində 60 x 10 x 

1 sxemi ilə 20. IV ayda (30 kq/ha) 

səpilmişdir.  Alınmış  cücərtilərə 

yüksək aqrotexniki qaydada qulluq 

göstərilib  kütləvi  çiçəkləmə zama-

nı  - 20 avqustda və ikinci  dəfə 25 

oktyabrda biçilib yaş kütlə və quru 

yarpaq  məhsuldarlığı  təyin  edil-

mişdir.  Məlum  olmuşdur  ki,  bu 

təsərrüfat şəraitində basma bitkisi I 

biçin  zamanı  hektardan  93,1  s  yaş 

kütlə, 11,9 sen. quru  yarpaq,  II bi-

çin  zamanı isə  123,3 sen.  yaş  küt-

lə, 15,8 sen. guru yarpaq məhsulu vermişdir (cədvəl 5. 9). İki bi-

çin zamanı cəmi yaş kütlə məhsuldarlığı 216, 4 s/ha, quru yarpaq 

məhsuldarlığı isə 27,7 s/ha olmuşdur. 

Şəkil 5.5.  Basma (İ. tinctoria) 

toxumları 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə