F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


  Yanvar – Ümumxalq Hüzn Günü, (1990)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə3/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   2   3   4   5   6   7   8   9   ...   146

 

20  Yanvar – Ümumxalq Hüzn Günü, (1990)

  

 

 

“Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər 



il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən 

şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm 

ki,  bugünkü  müstəqil,  qüdrətli  Azərbaycan  xalqımızın  ən  böyük  sərvətidir. 

Şəhidlərimizin,  canlarını  qurban  vermiş  insanların  bu  işdə  böyük  xidməti 

olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.            

                                                                                                   

İlham Əliyev,

 

        Azərbaycan Respublikasının Prezidenti 

20  Yanvar  faciəsi  1990-cı  il  yanvarın  19-dan 

20-nə keçən gecə sovet ordusunun erməni quldur 

dəstələri  ilə  birgə Azərbaycan  xalqına  qarşı 

həyata  keçirdiyi  terror  aktıdır.

 

Yanvarın  19-dan 



20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət 

elan  edilmədən, sovet  ordusu  Azərbaycana  qarşı 

hərbi  əməliyyatlara  başlayıb.  Faciə  zamanı  137 

insan öldürülüb, 744  nəfər ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz həbs edilib. 17 

yanvar  1992-ci  ildə  Ali  Sovetin  Milli  Şurası  (1991-1992-ci  illərdə    qanunverici 

orqan funksiyasını yerinə yetirən orqan) “20 Yanvarın Şəhidlər Günü elan olunması 

haqqında” qanun qəbul edib. Qanuna əsasən yanvarın 20-si ölkə ərazisində qeyri-iş 

günü elan olunub. 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam  siyasi-hüquqi qiymət 

verilib, faciənin  günahkarlarının adları açıqlanıb. Ölkəmizə qarşı ərazi iddiaları irəli 

sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara 

havadarlığından hiddətlənən,  küçələrə və meydanlara çıxaraq qəti etirazını bildirən 

xalq kütlələrinə qarşı Azərbaycan ərazisinə ordu hissələrinin yeridilməsi 1990-cı ilin 

20 yanvarında misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz 

ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən 

övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. 

 

Kitablar:  R.Səməndər  “Şəhidlər”  (1990),  V.Babanlı  “Hoydu,  dəlilərim,  hoydu!”  

(1993),  M.Ələkbərli    “Ağlama  şəhidlərə”  (2002),  Hidayət  “Azərbaycan  harayı” 

(2002),  N.Kəsəmənli  “20 Yanvar ; Qar yağır Şəhidlər xiyabanına” (2002),  Qabil 

“Çalsın  Azərbaycan  haray  zəngini”  (2002),    B.Vahabzadə    “Şəhidlər”  (2002),  

B.Eyyubova  “20  Yanvar”  (2003),  A.Kamal  “Şəhidlər  xiyabanı”  (2003),  N.Əyyub  

“Qanlı  Yanvar”  (2004),  M.Gülgün  “Şəhid  balaları”,  O.Hacıyeva  “Şəhidliyə 

qovuşaq” (2004), Y.Hüseyn “Şəhidlər” (2004), İ.Allahverdiyev  “Şəhidlər xiyabanı” 

(2005),    M.Aslan  “Ağla,  qərənfil,  ağla”  (2006),  Aslan  M.  “Məzarsız  şəhidə  ağı” 

(2006),    R.Buzovnalı    “Şəhidlər”  (2007),    Z.Dəmirçi    “20  Yanvar”  (2008)  və  s. 



Filmoqrafiya:  “Azadlığa  gedən  yollar”(1990),  “20  yanvar”  (1990),  “Matəm” 

(1990) və s. 



İnternetdə: www.az.wikipedia.orq;  

www.books.google.com

 



 

 21 Yanvar – Beynəlxalq Qucaqlaşma Günü, (1986) 

 

Yanvarın 21-də bütün dünyada ən qeyri-adi bayramlardan biri – Beynəlxalq 



Qucaqlaşma Günü qeyd olunur (İnternational Hug Day). Bu bayramın əsası 1986-cı 

ildə ABŞ-da qoyulmuş, sonradan bütün dünyada yayılmışdır. Bayramın  ənənəsinə 

görə həmin gün hətta tanımadığın insanlarla belə dostcasına qucaqlaşa bilərsən.  

Bu bayramın çox gənc olmasına baxmayaraq, onun müəllifinin kimliyi və nə 

üçün məhz bu günü seçməsi müəyyənləşdirilməyib. Belə hesab olunur ki, bayramın 

təşəbbüskarı tələbələr olmuşlar.  

Son illərdə gənclər bu bayramı geniş qeyd edirlər. Bayramın tərəfdarları hesab 

edirlər ki, insanlar qucaqlaşan zaman bir-birlərinə müsbət enerjilərini,  qəlblərindən 

gələn istiliyi ötürürlər. 

Psixoloqlar  belə  hesab  edirlər  ki,  sizi  qucaqlamaq  istəyən  insanlar 

təhlükəsizlik, komfort və sevgi hisslərini yaşamaq istəyirlər. Qucaqlaşma bizi bütün 

ömrümüz boyu müşayiət edir. Biz görüşdüyümüz zaman və ya uzun ayrılıqdan sonra 

doğmalarımızı  və  dostlarımızı  qucaqlayırıq,  öz  sevincimizi  və  minnətdarlığımızı 

bildirmək istəyərkən də qucaqlaşırıq. Bu bayram heç bir maddi xərcə səbəb olmur. 

Siz  sevdiklərinizi  yalnız  qəlbinizin  hərarəti  ilə,  ürəkdən  qucaqlaşaraq,  sevginizi 

ifadə edərək təbrik edirsiniz, mükafatlandırırsınız.  

 

İnternetdə: 

www.books.google.com

 

 

 

 

 

 



10 

 

23 Yanvar – Əl Yazısı (xətt) Günü  

Dövrümüzdə kompüterlərin, elektron 

poçtların,  elektron  bloknotların,  SMS-lərin 

və digər sürətli ünsiyyət vasitələrinin ildən-

ilə populyarlıq qazanması  müasir  insanı  öz 

fikirlərini  əli  ilə  yazaraq  ifadə  etməkdən 

uzaqlaşdırır. Bəlkə də, yaxın gələcəkdə əl ilə 

yazılmış  məktub  və  ya  açıqca  arzu  olunan 

hədiyyə olacaq. 

Hər il yanvarın 23-ü Xətt Günü və ya 

daha gözəl deyimlə, Əl Yazısı Günü (National Handwriting Day) qeyd olunur. Bu 

günün  qeyd  olunmasında  əsas  məqsəd  insanlara  əl  yazısının  unikallığını,  hər  bir 

insanın  əl  yazısının  özünəməxsusluğunu,  əl  ilə  yazı  yazmağın  vacibliyini 

xatırlatmaqdır.  

Bu bayramın qeyd olunması ABŞ-ın WIMA təşkilatı tərəfindən təklif olunub. 

WIMA  ABŞ-ın  yazı  ləvazimatları  istehsalçılarının  assosiasiyasıdır.  Təşkilatın 

məqsədi əl yazısının dəyərini xatırlatmaq və onun populyarlığını artırmaq olmuşdur. 

Bu  məqsədlə  qeyd  olunacaq  bayramın  tarixi  ABŞ-ın  məşhur  dövlət  xadimi  Con 

Xenkokun  anadan  olduğu  gün  seçilmişdir.  C.Xenkok  ABŞ-ın  Müstəqillik 

Bəyannaməsinə ilk imza atan şəxs olmuşdur.  

Çində, Yaponiyada və bir çox digər Asiya ölkələrində gözəl yazmaq bacarığı 

incəsənət  hesab  olunur  və  bu  gün  hətta  kalliqrafiya  ustaları  çox  yüksək 

qiymətləndirilir. Başqa ölkələrdə gözəl əl yazısı çox yüksək qiymətləndirilməsə də, 

yaxşı xətt, gözəl əl yazısı hər yerdə hörmətə layiq görülür. Odur ki, belə bir bayramın 

qeyd olunması çox mənalıdır.  



 

İnternetdə: 

www.books.google.com

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə