5
15 Yanvar – Vikipediya gününün yaranması, (1999)
Vikipediya – İnternetdə azad şəkildə
yayımlanan, dünyanın bir çox dillərində viki
texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər
tərəfindən yaradılan ensiklopediyadır. Yarandığı
dövrdən, yəni 2001-ci ilin əvvəllərindən
İnternetdə Viki texnologiyası ilə işləyən ən nəhəng
layihə Vikipediya (Wikipedia) – azad onlayn
ensiklopediyasıdır.
Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı
Larri
Senqer
və
Bomis kompaniyasının icraçı direktoru, layihəni
maliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya
yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar. Nupediya
virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı. İngilis dilində
yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və
mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyada
məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında
qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya
ensiklopediyası bağlanarkən orada 24 tamamlanmış, 74 yoxlama prosesində olan
məqalə var idi. Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq
ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində İnternetdə fəaliyyət göstərməyə
başlayır. Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr könüllü İnternet
istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə
zənginləşməsinə səbəb olmuşdur. Ensiklopediyanın adı ingilis texniki termini olan
"wiki" (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində
"tez" deməkdir) və "encyclopedia" (ensiklopediya) sözlərindən yaranıb.
Vikipediyanın yaradıcıları – Cimmi Ueyls və Larri Senger tamamilə ayrı fəlsəfəyə
əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən
dolğun İnternet ensiklopediyasını yaratmaq qərarına gəlmişlər. Bu təşəbbüs özünü
doğrultmuş və Vikipediya qısa zamanda dünyanın ən məşhur 25 internet saytı
sırasına daxil olmuşdur. 2009-cu ildə aparılan araşdırmalara görə, ingilis dilində
olan Vikipediya dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez
müraciət etdikləri saytlar arasında 1-ci yeri tutmuşdur. Vikipediyanı Britannika kimi
digər internet ensiklopediyalardan fərqləndirən əsas cəhət onun açıq olması, yəni
istənilən internet istifadəçisinin onu redaktə edə bilməsidir.
İnternetdə:
www.books.google.com
6
16 Yanvar – Ümumdünya Bitlz Günü (The Beatles), (2001)
2001-ci ildən YUNESKO-nun qərarı ilə hər il yanvarın 16-sı Ümumdünya
Bitlz Günü kimi qeyd olunur. Bu tarix təsadüfi olaraq seçilməyib. 1957-ci il yanvarın
16-da Böyük Britaniyanın Liverpul şəhərində “The Cavern” klubu açılıb. Məhz bu
klubda hələ o zaman heç kəsin tanımadığı gənc musiqiçilər ‒ Con Lennon, Pol
Makkartni və Corc Harrison şöhrətə doğru ilk addımlarını atıblar. Bir neçə il sonra
Rinqo Star da onlara qoşulub.
İnternetdə:
www.books.google.com
7
17 Yanvar – Ümumdünya Uşaq İxtirası Günü
Hər il 17 yanvar dünyada Uşaq İxtirası Günü kimi qeyd
edilir. Maraqlıdır ki, bu tarix məşhur amerikalı siyasətçi
Benjamin Franklinin doğum günü tarixi ilə eyni gündə təyin
edilmişdir. 1718-ci ildə 12 yaşlı Benjamin balıq üzgəclərini
xatırladan iki qəribə əşya ilə çimərlikdə peyda olur.
Ətrafdakıların istehzalı gülüşlərinə baxmayaraq, Benjamin o
gün hamıdan daha sürətlə üzür. Beləliklə, üzgüçülük üçün ilk
lazımı əşya yaranmış olur. Franklin 15 yaşında olarkən dünyaya
növbəti bir yenilik – yellənən kürsünü bəxş edib.
1824-cü ildə isə fransız çəkməçinin 15 yaşlı oğlu Lui
Brayl görmə qabiliyyəti olmayan insanlar üçün xüsusi şrift
yaradıb və bu hərflər onun şərəfinə Brayl şrifti adlandırılıb.
Qeyd edək ki, Lui atasının emalatxanasında çəkməçi bıçağına
ilişərək yıxılmış və 5 yaşında görmə qabiliyyətini itirmişdir.
Lakin Lui öz ixtirasının köməkliyi ilə oxumağı öyrənmişdi.
Dünya hələ də bu ixtiradan istifadə edir.
Amerikalı Frenk Epperson isə qışda
küçədə qalmış 1 stəkan limonadın onu
milyonçuya çevirəcəyini
ağlına
belə
gətirməmişdi. Səhər limonad soyuqdan
buza çevrilmiş, bununla da 11 yaşlı
Epperson “meyvəli buzu” ixtira etmişdir.
O, ilk vaxtlarda öz ixtirasını kütləvi
istehsalata çevirməyi düşünmürdü və onu
yalnız 18 ildən sonra, yəni 1923-cü ildə
donmuş limonad istehsalı ilə məşğul olan
zavodu yaratdıqda xatırlayırdı. 1928-ci
ildə isə patenti satmış və mütəmadi olaraq
yaxşı gəlir əldə etmişdir.
İnternetdə:
www.books.google.com