F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Yanvar – Vikipediya gününün yaranması, (1999)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə2/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   2   3   4   5   6   7   8   9   ...   146

 

15 Yanvar – Vikipediya gününün yaranması, (1999) 

Vikipediya   –  İnternetdə  azad  şəkildə 

yayımlanan,  dünyanın  bir  çox  dillərində  viki 

texnologiyasının  tətbiqi  ilə  könüllü  istifadəçilər 

tərəfindən  yaradılan  ensiklopediyadır.  Yarandığı 

dövrdən,  yəni   2001-ci  ilin  əvvəllərindən 

İnternetdə Viki texnologiyası ilə işləyən ən nəhəng 

layihə  Vikipediya  (Wikipedia)  –  azad  onlayn 

ensiklopediyasıdır.  

Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı 

Larri 


Senqer 

və 


Bomis  kompaniyasının  icraçı  direktoru,  layihəni 

maliyyələşdirən Cimmi  Uels  Viki  texnologiyası  əsasında  onlayn  ensiklopediya 

yaratmaq  qərarına  gələrək  onu Nupediya (NuPedia.com)  adlandırdılar.  Nupediya 

virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı. İngilis dilində 

yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və 

mütəxəssislər  tərəfindən  məqalələrin  dəqiq  yoxlanması  təşkil  edirdi.  Nupediyada 

məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında 

qərar  qəbul  edildi  və  2003-cü  ilin  sentyabr  ayında  bağlandı.  Nupediya 

ensiklopediyası  bağlanarkən  orada  24  tamamlanmış,  74  yoxlama  prosesində  olan 

məqalə  var  idi.  Nupediya  ensiklopediyası  əsasında  yaradılmış  Vikipediya  açıq 

ensiklopediyası 2001-ci  ilin 15  yanvar tarixində İnternetdə  fəaliyyət  göstərməyə 

başlayır.  Nupediyadan  fərqli  olaraq  Vikipediyada  məqalələr könüllü İnternet 

istifadəçiləri  tərəfindən  yoxlanılır  ki,  bu  da  ensiklopediyanın  çox  sürətlə 

zənginləşməsinə səbəb olmuşdur. Ensiklopediyanın adı ingilis texniki termini olan 

"wiki" (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində 

"tez"  deməkdir)  və  "encyclopedia"  (ensiklopediya)  sözlərindən  yaranıb. 

Vikipediyanın yaradıcıları – Cimmi Ueyls və Larri Senger tamamilə ayrı fəlsəfəyə 

əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən 

dolğun İnternet ensiklopediyasını yaratmaq qərarına gəlmişlər. Bu təşəbbüs özünü 

doğrultmuş  və  Vikipediya  qısa  zamanda  dünyanın  ən  məşhur  25  internet  saytı 

sırasına  daxil  olmuşdur. 2009-cu  ildə  aparılan  araşdırmalara  görə, ingilis  dilində 

olan  Vikipediya dünyanın  ən  çox  oxunan  və  internet  istifadəçilərinin  tez-tez 

müraciət etdikləri saytlar arasında 1-ci yeri tutmuşdur. Vikipediyanı Britannika kimi 

digər  internet  ensiklopediyalardan  fərqləndirən  əsas  cəhət  onun  açıq  olması,  yəni 

istənilən internet istifadəçisinin onu redaktə edə bilməsidir.  

İnternetdə: 

www.books.google.com 

 

 

 




 

16 Yanvar – Ümumdünya Bitlz Günü (The Beatles), (2001) 



  

   


 

 

 



 

 

 



 

 

 



2001-ci  ildən  YUNESKO-nun  qərarı  ilə  hər  il  yanvarın  16-sı  Ümumdünya 

Bitlz Günü kimi qeyd olunur. Bu tarix təsadüfi olaraq seçilməyib. 1957-ci il yanvarın 

16-da  Böyük Britaniyanın Liverpul şəhərində “The Cavern” klubu açılıb. Məhz bu 

klubda  hələ  o  zaman  heç  kəsin  tanımadığı  gənc  musiqiçilər  ‒  Con  Lennon,  Pol 

Makkartni və Corc Harrison şöhrətə doğru ilk addımlarını atıblar. Bir neçə il sonra 

Rinqo Star da onlara qoşulub. 



İnternetdə:  

www.books.google.com

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

17 Yanvar – Ümumdünya Uşaq İxtirası Günü  



 

Hər il 17 yanvar dünyada Uşaq İxtirası Günü kimi qeyd 

edilir.  Maraqlıdır  ki,  bu  tarix  məşhur  amerikalı  siyasətçi 

Benjamin  Franklinin  doğum  günü  tarixi  ilə  eyni  gündə  təyin 

edilmişdir.  1718-ci  ildə  12  yaşlı  Benjamin  balıq  üzgəclərini 

xatırladan  iki  qəribə  əşya  ilə  çimərlikdə  peyda  olur. 

Ətrafdakıların  istehzalı  gülüşlərinə  baxmayaraq,  Benjamin  o 

gün hamıdan daha sürətlə üzür. Beləliklə, üzgüçülük üçün ilk 

lazımı əşya yaranmış olur. Franklin 15 yaşında olarkən dünyaya 

növbəti bir yenilik – yellənən kürsünü bəxş edib.  

 

1824-cü ildə isə fransız çəkməçinin 15 yaşlı oğlu Lui 



Brayl görmə qabiliyyəti olmayan  insanlar üçün xüsusi şrift 

yaradıb və bu hərflər onun şərəfinə Brayl şrifti adlandırılıb. 

Qeyd edək ki, Lui atasının emalatxanasında çəkməçi bıçağına 

ilişərək yıxılmış və 5 yaşında görmə qabiliyyətini itirmişdir. 

Lakin Lui öz ixtirasının köməkliyi ilə oxumağı öyrənmişdi. 

Dünya hələ də bu ixtiradan istifadə edir.  

 

 

  



Amerikalı Frenk Epperson isə qışda 

küçədə  qalmış  1  stəkan  limonadın  onu 

milyonçuya çevirəcəyini 

ağlına 


belə 

gətirməmişdi.  Səhər  limonad  soyuqdan 

buza  çevrilmiş,  bununla  da  11  yaşlı 

Epperson “meyvəli buzu” ixtira etmişdir. 

O,  ilk  vaxtlarda  öz  ixtirasını  kütləvi 

istehsalata çevirməyi düşünmürdü və onu 

yalnız  18  ildən  sonra,  yəni  1923-cü  ildə 

donmuş limonad istehsalı ilə məşğul olan 

zavodu  yaratdıqda  xatırlayırdı.  1928-ci 

ildə isə patenti satmış və mütəmadi olaraq 

yaxşı gəlir əldə etmişdir. 

İnternetdə: 

www.books.google.com

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə