F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Fevral – Ədəbiyyatşünas Esmira Şükürovanın 60 illiyi, (1958)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə14/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   10   11   12   13   14   15   16   17   ...   146

42 

 

3 Fevral – Ədəbiyyatşünas Esmira Şükürovanın 60 illiyi, (1958) 

 

Şükürova Esmira Seyfəl qızı 1958-ci il fevralın 3-də Azərbaycanda Xaçmaz 



rayonunun  Xudat  kəndində  anadan  olmuşdur.  Göyçay  rayonundakı    Qarabaqqal 

kənd  orta  məktəbini  bitirdikdən  sonra  ADU-nun  filologiya  fakültəsində  təhsil 

almışdır  (1977-1983).  Əmək  fəaliyyətinə  Göyçayda  Nizami  adına  narçılıq 

sovxozunda  fəhlə  kimi  başlamışdır.  ADU-nun  nəşriyyatında  korrektor,  redaktor 

(1988-1992),  Azərbaycan  Ali  Diplomatiya  kollecində  elmi  metodist,  sonra 

“Azərbaycan  diplomatiyası”  jurnalında  baş  redaktorun  birinci  müavini  olmuşdur 

(1993-cü ildən). “Respublika” qəzetində mədəniyyət şöbəsinin müdiri vəzifəsində 

çalışır (1996-cı ildən). “Məhəmmədhüseyn Şəhriyar (həyatı, mühiti, yaradıcılığı)” 

mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmişdir  (1998).  Ədəbi  fəaliyyətə 

90-cı  illərdən  başlamışdır.  “Ədəbiyyat”,  “Respublika”,  “Şəhriyar”  qəzetlərində 

“Altay dünyası” jurnalında çıxış etmişdir.   

 

Kitabları:  “Şəhriyar  poeziyasında  xalq  həyatı”  (1996),  “Məhəmmədhüseyn 

Şəhriyar (həyatı, mühiti, yaradıcılığı)” (1998),  “Əgər bir ömrüm də olsaydı” (2004), 

“Hər ömürdən bir yarpaq” (2004), “Ədəbi düşüncələr” (2004) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 


43 

 

5 Fevral – Şair, dramaturq Mərkəz Qacarın 70 illiyi, (1948) 



 

 

 



 

 

 



 

 

     Quliyev Mərkəz Mikayıl oğlu 1948-ci il fevral ayının 5-də Azərbaycanın Füzuli 



şəhərində  anadan  olmuşdur.  Burada  orta  məktəbi  bitirdikdən  sonra  1971-1976-cı 

illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Əmək 

fəaliyyətinə  1976-cı  ildən  Azərbaycan  Respublikası  Prokurorluğu  orqanlarında 

başlamışdır. Ədəbi fəaliyyətə isə orta məktəbdə oxuyarkən başlamışdır. İlk şeirləri 

1958-ci ildə Füzuli rayonunda çıxan “Qızıl Araz” qəzetində dərc edilmişdir. Lirik 

şeirlər yazsa da, yaradıcılığında təmsil başlıca yer tutur. 16 mindən çox təmsil, 10 

alleqorik pyesi vardır. O, publisistika ilə də ardıcıl məşğul olur. Əsərləri rus, ingilis, 

alman, ispan, fransız, fars dillərinə tərcümə edilmişdir.  

 

Kitabları:  “Şirin  səhvi”  (1989),  “Təmsillər”  (1994),  “Satqın  tülkü”  (1995), 

“Qarışqadan  filədək”  (1997),  “Sallaqxana  keçisi”  (1997),  “Xilaskar”  (1998), 

“Qeybdən  gələn  səs”  (2000),  “Rübai  və  bayatılar”  (2001),  “Qəzəllər”  (2003), 

“Təklik  məni  təklədi”  (2003),  “Düyünlənmiş  yumruq”  (2004),  “Kömürçü  oğlu” 

(2004), “Acgözlükdən bəla” (2004), “Təqib” (2004), “Metroda terror” (2004). 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 

 


44 

 

10 Fevral – Yazıçı Cəmşid Əmirovun 100 illiyi, (1918-1982) 



 

Cəmşid  Əmirov  Azərbaycan  ədəbiyyatında  detektiv 

janrının  banisidir.  Cəmşid  Əmirov   1918-ci  il fevralın          

10-da Azərbaycanın Naxçıvan şəhərində  anadan  olmuşdur. 

Orta  məktəbi  bitirib  Əzizbəyov  adına  Azərbaycan  Sənaye 

İnstitutuna  daxil  olmuş  (1934),  eyni  zamanda  respublika 

qəzetləri  ilə  əməkdaşlıq  etmişdir.  Son  kursda  institutu  tərk 

etdiyinə  görə  öz  ixtisası  üzrə  (mühəndis-geoloq)  işləməyə 

həvəs  göstərməmişdir.  “Azərbaycan  gəncləri”  qəzetində 

məsul katib (1937-1940), “Gənc işçi” qəzetində şöbə müdiri 

(1940-1941),  “Bolşevik”  qəzetində  məsul  katib  (1941), 

“Əzizbəyovneft”  şirkətində  mühəndis-geoloq  (1941-ci  ilin 

mayından  dekabrınadək)  işləmişdir.  İkinci  Dünya 

müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, 

Çexoslovakiya,  Avstriya  və  Çində  olmuşdur.  Ordudan  tərxis  ediləndən  sonra 

“Amustral”ın  tikintisində  fəal  iştirak  etmişdir.  Sonra  “Azərbaycan  gəncləri” 

qəzetində  şöbə  müdiri,  “Sovet  ticarəti”  (Moskva)  qəzetində  xüsusi  müxbir, 

Neftnəşrdə baş redaktor, “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor müavini, 

“Bakı”  qəzetində  şöbə  müdiri  işləmişdir.  Bir  müddət  Bakı  Maliyyə-kredit 

texnikumunda  direktor  (1969-1972)  olmuşdur.  Sonra  fərdi  təqaüdə  çıxmışdır. 

“Vətən müharibəsı” (I dərəcəli), “Qırmızı ulduz” ordenləri, “Döyüşdə fərqlənməyə 

görə”, 


“Köniqsberqin 

alınmasına 

görə”, 

“Berlinin alınmasına 



görə”, 

“Almaniya üzərində  qələbəyə  görə”,  “Yaponiya üzərində  qələbəyə  görə” 

medallarına    layiq    görülmüşdür.  Ədəbi    yaradıcılığa    1940-cı    illərdən  oçerk, 

felyeton  və  hekayələrlə    başlamışdır.  Onun    ilk  mətbu  oçerki  “Dəqiqələr, 

saniyələr...” “Azərbaycan gəncləri” qəzetinin  28  avqust  1946-cı il tarixli  sayında 

dərc edilmişdir. Cəmşid Əmirov 1982-ci il dekabrın 29-da vəfat etmişdir. 



Kitabları:  “Sahil  əməliyyatı”  (1958),  “Brilliant  məsələsi”  (1963),  “Qara  Volqa” 

(1969), “Şəhər yatarkən” (1982)  və s. 



Filmoqrafiya: “İstintaq davam edir” (film, 1966), “Qara Volqa” (film, 1994). 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə