F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə13/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   9   10   11   12   13   14   15   16   ...   146

39 

 

Bu tarixi unutmayaq 



26  Fevral – Xocalı faciəsi, (1992) 

 

 

 

 

 

 

 

 

 

Xocalı  soyqırımı

 

1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Ermənistan 



silahlı qüvvələri, Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının 

zirehli  texnikası  və  hərbi  heyətinin  köməkliyi  ilə,

 

Xocalı  şəhərini  işğal  edərkən, 



azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğındır. Bu faciə xalqımıza qarşı dəhşətli 

soyqırımıdır.  Hücumdan  əvvəl,  yəni  fevralın  25-i  axşam  şəhər  toplardan  və  ağır 

artileriyadan  şiddətli  atəşə  tutulmuşdur.  Nəticədə,  fevralın  26-sı  səhər  saat  5 

radələrində  Xocalı  tam  alova  bürünmüşdür.  Mühasirəyə  alınan  şəhərdə  qalmış 

təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri 

tərk  etmişdir.  Amma  bir  günün  içində  yer  üzündən  silinən  şəhəri  tərk  edən 

sakinlərdən  613-ü  düşmən  gülləsinə  tuş  gələrək  qətliamın  qurbanı  olmuşdur.  Bu 

soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla,  613 nəfər 

Xocalı  sakini  qətlə  yetirilmiş,  8  ailə  tamamilə  məhv  edilmiş,  25  uşaq  hər  iki 

valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib 

yaralanan  487  nəfərdən  76-sı  uşaq  olmuşdur.  1275  xocalılı  əsir,  150  insan  itkin 

düşmüşdür.  Dövlətin  və  əhalinin  əmlakına  1  aprel  1992-ci  il  tarixinə  olan 

qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. 

1994-cü  ildən  ümummilli  liderimiz  Heydər  Əliyevin  təşəbbüsü  ilə 

Azərbaycan  hökuməti  və  parlamenti  erməni  millətçilərinin  azərbaycanlılara  qarşı 

törətdikləri  cinayətlər,  o  cümlədən  Xocalı  soyqırımı  haqqında  həqiqətləri  bütün 

miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, 

bunların  soyqırımı  siyasəti  kimi  tanınmasına  nail  olmaq  üçün  ardıcıl  tədbirlər 

görmüşdür. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi, siyasi qiymət verilməsinə, 

onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə 

ifşasına  və  cəzalandırılmasına  nail  olmaqdır.  Bu,  Xocalı  müdafiəçilərinin  və 

şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. 

 

İnternetdə: 

www.books.google.com 

 



40 

 

Azərbaycanın tanınmış şəxsiyyətləri 



28 Fevral – Publisist, coğrafiyaşünas Budaq Budaqovun 90 illiyi, (1928-2012) 

 

        Budaq  Budaqov  1928-ci  il   28  fevralda   Qərbi 

Azərbaycanda Zəngibasar bölgəsinin Çobankərə kəndində 

anadan  olmuşdur.  Burada  orta  məktəbi  bitirmişdir. 

Yerevanda   Azərbaycan   Dövlət  Pedaqoji  məktəbində 

təhsilini  davam  etdirmişdir  (1943-1947).   Azərbaycan 

Dövlət Pedaqoji İnstitutunun  coğrafiya  fakültəsinə daxil 

olmuşdur.   Moskvada   SSRİ   EA  Coğrafiya  İnstitutunda 

aspiranturanı bitirdikdən sonra (1951-1955) "Cənubi-Şərqi 

Qafqazın  şimal  yamacının  geomorfologiyası"  adlı 

namizədlik (1955) və "Azərbaycanın Böyük Qafqaz hissəsinin geomorfologiyası və 

yeni  tektonikası"  adlı  doktorluq  (1967)  dissertasiyalarını  müdafiə  etmişdir. 

Azərbaycan  Elmlər  Akademiyasının  müxbir  üzvü  (1976)  və  akademik  (1989) 

seçilmişdir.  Onun  yaradıcılığında  elmi-kütləvi,  elmi-publisistik  məzmunlu 

məqalələr geniş yer tutur. Onun "Ən yüksək zirvələrdə", "Canlı adalar", "Qərq olmuş 

dağlar",  "İki  mərtəbəli  çay",  "Üzən  su  anbarları",  "Coğrafı  adlar  tarixi  abidədir", 

"Toxunulmaz müqəddəslər" və s. bu səpkidə yazdığı 180-dən artıq elmi-kütləvi və 

publisistik məqalələri "Elm və həyat", "Azərbaycan təbiəti", "Azərbaycan məktəbi", 

"Ulduz" jurnallarında, "Sovet Ermənistanı", "Vətən səsi", "Ədəbiyyat və incəsənət" 

və  s.  qəzetlərdə  dərc  edilmişdir.  Budaq    Budaqov  coğrafi  təkanın, sel  ocaqlarının 

təsnifatını  vermiş,  təbiətin  dağıdıcı  hadisələrini  sistemləşdirmiş,  Böyük 

Qafqazın Azərbaycan hissəsinin  geomorfologiyasını,  yeni  tektonik  hərəkətlərini, 

qədim  buzlaşmasını  öyrənmiş,  ərazinin  xəritələrini  tərtib  etmişdir.  İlk  dəfə 

(1956) Qafqazda 3600  m  mütləq  yüksəklikdə  Üst  Sarmaq  yaşlı  dəniz  faunasını 

aşkara çıxarmışdır. Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən 

səhralaşmanı,  landşafın  geokimyasını  öyrənmişdir.  İlk  dəfə  Azərbaycanda  təbii-

dağıdıcı  hadisələrin  intensivliyinə  görə  ekoloji-coğrafi  şəraiti  tədqiq  etmiş  və 

ərazinin 1:500000 xəritəsini tərtib etmişdir.  



Kitabları:

 

“Dağların  həyatı”  (1965),  “Əfsanəvi  dağlar”  (1973),  “Cənub-Şərqi 



Qafqazın geomorfologiyası və yeni tektonikası”  (1973), “Təbiəti qoruyun” (1977), 

“Elim,  obam  mənim” (1984),  “Azərbaycanın  müasir  təbii  landşafları”  (1988), 

“Təbiət   və poeziya” (1992), “Türk uluslarının yer yaddaşı” (1995) və s.  

             

İnternetdə: 

www.books.google.com 

 

 

 



41 

 

Yubilyar yazıçı və şairlər



 

3 Fevral – Yazıçı, publisist Şamil Süleymanovun 80 illiyi, (1938) 

 

Şamil Süleymanov 1938-ci il fevralın 3-də Azərbaycanda Zərdab rayonunun 



Lələağacı  kəndində  anadan  olmuşdur.  Şəmkir  rayonundakı  Səməd  Vurğun  adına 

orta  məktəbi  bitirdikdən  sonra  ordu  sıralarında  xidmət  etmişdir.  M.  F.  Axundov 

adına Dövlət Pedoqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda qiyabi təhsilini davam 

etdirmişdir (1963-1968). Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (1980). 

Azərbaycan  dəmiryolunda  tədris  müəssisəsində  şöbə  rəisi,  eyni  zamanda 

“Dəmiryolçu”  qəzetinin  baş  redaktoru  (1991),  Azərbaycan  Respublikasının 

Prezident Aparatı yanında Ali Nəzarət İnspeksiyasında şöbə müdiri (1992), “Yazıçı” 

nəşriyyatının  direktoru  (1992),  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti 

“Qərarlar  məcmuəsi”nin  redaktoru olmuşdur (1992-1995).  Ədəbi fəaliyyətə  60-cı 

illərdən başlamışdır. Hekayə, povest və publisist əsərləri dövri mətbuatda vaxtaşırı 

çap olunmuşdur. Rus dilində tərcümələr etmişdir.  

 

Kitabları: “Hünər meydanı” (1970), “Nəğməli ürək” (1979), “Qan izləri” (1996), 

“Qürbətdən gələn səda” (povest və hekayələr)(1998), “İnsanın yaxşı adı” (1998), 

“Qibləsiz məzar” (2003) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə