F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü, (2005)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə11/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   7   8   9   10   11   12   13   14   ...   146

32 

 

4 Fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü, (2005) 

   Ümumdünya  Xərçənglə  Mübarizə  Günü  2005-ci 

ildə  Xərçəng  Əleyhinə  Beynəlxalq  İttifaq  (UİCC) 

tərəfindən  təsis  edilmişdir.  Əsas  məqsəd  dünya 

ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, 

onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin 

yalnız birlikdə aparıldıqda səmərə verdiyini bir daha 

dünya  ictimaiyyətinə  xatırlatmaqdır.  Əsas  məqsəd 

ayrı-ayrı  fərdlərin,  təşkilat  və  hökümətlərin  birgə  fəaliyyəti  ilə  2025-ci  ilə  qədər 

xərçəng  və  digər  qeyri-infeksion  xəstəliklər  nəticəsində  vaxtından  əvvəl  ölüm 

hallarının sayını 25% azaltmağın mümkünlüyünü göstərməkdir. Dünyada xərçəng 

xəstəliyindən hər il 7 milyondan çox insan həyatını itirir. Hazırda bu diaqnozla 20 

milyon insan yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2030-cu 

ildə onkoloji xəstələrin sayı iki dəfə artacaq.  

İnternetdə: 

www.books.google.com 

7 Fevral – Beynəlxalq Təhlükəsiz İnternet Günü, (2004) 

     Beynəlxalq Təhlükəsiz İnternet Günü (İnternational Safer 

Internet Day) Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə 

təsis  edilib.  Bu  əlamətdar  hadisə  dünyanın  60-dan  çox 

ölkəsində  müxtəlif  şüarlar  altında  (“İnternet  və  uşaqlar”, 

“Qlobal  şəbəkədə  kibercinayət:  qanunsuz  kontentlərdən 

müdafiə”, “İnternet adi bir oyun vasitəsi deyil, İnternet bizim 

həyatımızdır”  və  s.)  qeyd  olunur.  Tədbirlər  qeyri-hökümət 

təşkilatı  olan  INSAFE  (European  Safer  Internet  Network  – 

Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) tərəfindən koordinasiya edilir.  

     INSAFE  –  Avropa  Komissiyasının  iştirakı  ilə  yaradılan  milli  təşkilatlar 

şəbəkəsidir. Təşkilatın əsas missiyası təhlükəsiz interneti təbliğ etmək, xüsusən də 

gələcək  nəsilləri  qlobal  şəbəkədəki  mövcud  təhdidlərlə  bağlı  məlumatlandırmaq, 

maarifləndirmə  işləri  aparmaqdır.  Ənənəvi  olaraq  hər  il  fevral  ayının  ikinci 

həftəsinin  çərşənbə  axşamı  günündə  təşkil  edilən  və  bu  il  “Təhlükəsiz  rəqəmsal 

texnologiyalar  dünyasını  birlikdə  kəşf  edin”  şüarı  ilə  keçirilən  müxtəlif  səpkili 

tədbirlərdə –  “Təhlükəsiz internet-mədəniyyət: uşaq və yeniyetmələr üçün pozitiv 

və  təhlükəsiz  İnternet”,  “Təhsil  və  informasiya  təhlükəsizliyi”,  “Təhlükəsiz 

internetin  yaradılmasında  peşəkar  cəmiyyətlərin  rolu”,  “İnternetdə  neqativ 

kontentdən  texniki  müdafiə  metodları”,  “İnternet  məhdud  fiziki  imkanlı  insanlar 

üçün”,  “İnternet  nəsilləri  birləşdirir  və  insanları  maarifləndirir”  və  s.  mövzularda 

məruzələr dinlənilir, müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilərək təklif və 

tövsiyələr verilir.      

İnternetdə: 

www.books.google.com 



33 

 

8 Fevral – Beynəlxalq nənələr və babalar günü, (2008) 



 

 

Bir çox Avropa ölkələrində "Nənələr və babalar" günü qeyd olunur. Fransada 



martın  ilk  bazar  günü,  İtaliyada  oktyabrın  ilk  bazar  günü,  Estoniyada  sentyabrın 

ikinci bazar günü, Polşada  isə  ayrıca  nənələr  günü  (21  yanvar)  və  babalar  günü  

(22 yanvar) qeyd olunur. 2008-ci ildən 8 fevral günü Beynəlxalq nənələr və babalar 

günü kimi qəbul olunub və bu təşəbbüsü həm YUNESKO, həm də Avropa Birliyinin 

mədəniyyət  üzrə  komissiyaları  dəstəkləyib.  Həmin  gün  yaşından  asılı  olmayaraq 

nənə və babası olan hər kəs onların ziyarətinə gedir. 

Azərbaycanın  Ahıl  Ziyalılara  Qayğı  İctimai  Birliyinin  rəhbəri  Nəsrulla 

Nurullayev  isə  bildirib  ki,  Azərbaycan  xalqının  mentalitetinə  uyğun  olaraq  yaşlı 

insanlara qayğı göstərməyi cavan nəsil hər zaman özünə borc bilir və "Nənələr və 

babalar" gününün təsis olunması bunun bir daha sübutu ola bilər. Onun sözlərinə 

görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da oktyabrın 1-i Beynəlxalq ahıllar 

günü kimi qeyd olunur, lakin nənə və baba olan insanlar üçün ayrıca bir gün qeyd 

etmək cavan nəslin onlara qarşı münasibətini daha da yaxşılaşdıracaq. 

 

 



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 


34 

 

14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günü, (1992) 



 

Azərbaycanın  ilk  hərbi  pilotu  Fərrux  ağa 

Qayıbov  olub.  O,  Birinci  Dünya  Müharibəsində 

almanlara  qarşı  keçirilən  hava  əməliyyatlarında  fəal 

iştirak  edib  və  indiki  Belarus  ərazisində  gedən 

döyüşlərdən  birində  həlak  olub.  1992-ci  ildən 

Azərbaycanda  Hərbi  Hava  Qüvvələri  ilə  (HHQ  ilə) 

bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun 

strukturu  milliləşdirilib.  General-mayor  Rail  Rzayev  HHQ-nin  komandanı  təyin 

edilib. Bir qədər sonra Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunları 

ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri 

və  Hava  Hücumundan  Müdafiə  Qoşunlarının  (HHQ  və  HHMQ)  komandanı  kimi 

fəaliyyətini davam etdirib. Atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda 

başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb 

aydındır  –  işğal  altında  olan  Azərbaycan  əraziləri  yüksək  relyefə  malikdir  və  bu 

əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini 

vuracaq  texnikaların  əvəzi  yoxdur.  1997-ci  ildə  Azərbaycanın  Ali  Hərbi 

Təyyarəçilik  Məktəbi  ilk  milli  hərbi  təyyarəçilərimizin  buraxılışına  başlayıb. 

Beləliklə, 2005-ci  ildən  Azərbaycanda  müdafiəyə  ayrılmış  vəsaitlərin  əhəmiyyətli 

hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib.  

Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq 

üzrə  Əməliyyat  Planı  (İPAP)  çərçivəsində  H.  Z.  Tağıyev  qəsəbəsindəki  hərbi 

aerodrom  modernləşdirilib.  Eyni  zamanda  hərbi  aerodromlarda  uçuşların 

təhlükəsizliyini  təmin  etmək  məqsədilə  xüsusi  avadanlıqlar  quraşdırılıb,  texniki 

təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşüt-

desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb. 

  

Hazırda  Azərbaycan  HHQ-nin  pilotları  MDB  məkanında  ən  çox  uçuş 



keçirmiş  pilotlar  sayılır.  Pilotlarımız,  əsasən,  Ali  Hərbi  Təyyarəçilik  Məktəbində 

hazırlanır,  Türkiyə,  Ukrayna,  ABŞ  və  digər  ölkələrin  müvafiq  ixtisasartırma 

kurslarında və təlimlərdə iştirak edirlər. 

1992-ci  ilin  sentyabrında  verilən  fərmana  əsasən  14  fevral  –  Azərbaycan 

Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə