F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Yanvar – İngilis şairi C. N. Bayronun (Qordon) 230 illiyi, (1788-1824)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə8/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   4   5   6   7   8   9   10   11   ...   146

23 

 

22 Yanvar – İngilis şairi C. N. Bayronun (Qordon) 230 illiyi, (1788-1824) 



 

     Corc Qordon Noel Bayron 1788-ci il yanvar aynın 22-də 

Londonda yoxsullaşmış bir lord ailəsində anadan olmuşdur. 

Bayron ilk təhsilini zadəgan uşaqlarına məxsus qapalı Harrou 

məktəbində  ala  bilmişdir.  O,  Harrou  məktəbini  bitirdikdən 

sonra 1805-ci ildə Kembric universitetinə daxil olur və 1808-

ci ildə universiteti bitirir. 1807-ci ildə “Asudə saatlar” adlı ilk 

şeir  məcmuəsini,  1809-cu  ildə  isə  mürtəce  romantiklər  və 

burjua  tənqidi  əleyhinə  “İngilis  bardları  və  şotland 

icmalçıları”  satirik  poemasını  nəşr  etdirir.  Elə  həmin  il 

Lordlar palatasının üzvü seçilir. 1809-cu ildə Bayron səyahətə çıxır. O, İspaniyada, 

Malta  adasında,  Yunanıstanda  və  Türkiyədə  olur.  Səyahətdən  qayıtdıqdan  sonra 

“Cayld Harold” poemasının birinci iki mahnısını çap etdirir. İkinci səyahəti zamanı 

isə Bayron İsveçrədə, Venesiyada, bir daha Yunanıstanda və Türkiyədə olmuşdur. 

Bayron ömrünün son günlərini vətənə və yunan xalqının səadəti uğrunda mübarizəyə 

həsr edir. Böyük şair 1824-cü il aprelin 24-də Yunanıstanda vəfat etmişdir. Bayron 

“Çayld Haroldun səyahətləri”, “Şərq poemaları”, “Qabil”, “Don Juan”, “Manfred” 

və  sair  kimi  dünya  ədəbiyyatı  xəzinəsinə  daxil  olmuş  əsərlərin  müəllifidir.  Yaxın 

Şərq ölkələrinə səyahətdən qayıtdıqdan sonra 1813-1815-ci illər ərzində Bayron bir 

neçə poema yazır. Sonradan bu poemaları ədəbiyyat tarixində “Şərq poemaları” adı 

ilə məşhur olur. “Şərq poemaları”na aşağıdakı altı poema daxildir: “Gavur” (may, 

1813)  “Abidos  gəlini”  (dekabr,  1813),  “Korsar”  (1814-cü  ilin  əvvəlləri),  “Lara” 

(avqust,  1814),  “Korinfin  mühasirəsi”,  “Parizina”  (1815-ci ilin  sonu, 1816-cı  ilin 

əvvəlləri). Bu poemaların süjeti gərgin dramatik hadisələrlə başlayıb, kəskin faciəvi 

sonluqla  bitir. Bayronun  qəhrəmanları  cəmiyyətə  qarşı üsyan  edən  mübariz, lakin 

təkbaşına mübarizə aparan qəhrəmanlardır. Bayron Avropa ədəbiyyatında yeni lirik-

romantik tipli poema janrını yaratmışdır. Professor Əli Sultanlı Nizaminin “Leyli və 

Məcnun”  poemasının  Avropada  ən  çox  təsirini  “Abidos  gəlini”ndə  görür.  Şərq 

haqqında yazan başqa ingilis şairlərindən Bayronun üstünlüyü ondadır ki, o, Şərq 

adətlərini özünəməxsus bir şəkildə vermişdir. Bayronun digər “Şərq poemaları”, – 

“Korsar”, “Dara” və “Parizana” da öz spesifik xüsusiyyətləri ilə seçilən yüksək bədii 

ilhamla yazılmış əsərlərdir. 



Kitabları: “Gavur”, “Abidos gəlini”, “Lara”, “Parizina” və s. 

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 


24 

 

23 Yanvar – Fransız yazıçısı Anri Stendalın 235 illiyi, (1783-1842) 



 

Fransız yazıçısı Anri Stendal Qrenoblda vəkil ailəsində 

dünyaya gəlmişdir. Əsl adı Mari-Henri Beyledir. 1814-cü ildə 

Milana  köçmüşdür.  Stendalın  200-dən  çox  ədəbi  təxəllüsü 

olmuş,  lakin  Stendal  (alman  sənətşünasir  Vinkelmanın 

doğulduğu kiçik şəhər) təxəllüsü ilə məşhurlaşmışdır. Bir sıra 

əsərləri  ölümündən  sonra  nəşr  olunmuşdur.  İlk  əsərləri 

musiqiyə  aid  olmuşdur.  Stendalın  ədəbi  yaradıcılığı  fransız 

tənqidi  realizminin  ilkin  mərhələsidir:  “Roma,  Neapol, 

Florensiya” (1817), “Məhəbbət haqqında” (1822), “Rasin və 

Şekspir”  (1823-1825)  və  s.  kitablarında  idealist  estetikaya, 

ədəbi  ehkamlara,  incəsənətin  ictimai  vəzifəsini,  realizmi,  təbiiliyi  və  həyatiliyi 

müdafiə  etmişdir.  Stendalın  romanlarında,  xüsusilə  məşhur  “Qırmızı  və  Qara” 

romanında burja cəmiyyətinin ictimai və əxlaqi çürüklüyü, Fransa burja inqilabından 

sonrakı  ictimai  həyat,  mütərəqqi,  inqilabi  qüvvələrlə  irtiça  arasındakı  mübarizə 

əksini  tapmışdır.  Həm  köhnə  mürtəce  qüvvələrin  nifrəti,  həm  də  yeni  burja 

qaydalarının amansızlığı ilə qarşılaşan yeksək təbiətli, bacarıqlı, ehtiraslı gənc nəsil 

bu mübarizədə çox vaxt məğlub olmuşdur. Romantizm dövründə yaşamış Stendalın 

realist  əsərləri  kifayət  qədər  qiymətləndirilməmişdi.  Stendalın  əsərləri  özündə 

ironiyanı,  psixoloji  və  tarixi  təsvirləri  birləşdirir.  Xarakterlərin  daxili  psixoloji 

vəziyyətini yaxşı aça bildiyi üçün realizm nümayəndələrindən biri sayılır. 1830-cu 

ildə  yazılmış  “Qırmızı  və  qara”  və  1839-cu  ildə  yazılmış  “Parmanın  kartezian 

kilsəsi”  romanları  ilə  tanınır.  Stendal  romanlar  novellalar  müəllifidir.  Bununla 

yanaşı onun “Napoleonun həyatı” adlı bioqrafik və avtobioqrafik əsərləri də var. 



Kitabları: “Məhəbbət haqqında”, “Romada gəzinti”, “Roma, Neapol, Florensiya” 

(1817), “Məhəbbət haqqında” (1822), “ Rasin və Şekspir” (1823-1825), “Armans” 

(1827),  “Qırmızı  və  Qara”  (1831),  “Parma  monastrı”  (1839),    “Lucyen  Leven” 

(1834-1836),  “Anri  Bryuların  həyatı”  (  1835),  “Xudbinin  xatirələri”  (1832), 

“Lamyel” (1839-1842. bitməmişdir). 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 



 

 

 



 


25 

 

İncəsənət 



14 Yanvar – Xalq artisti Tofiq Kazımovun 95 illiyi, (1923-1980) 

 

Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və 



yeddiillik  təhsilini  burada    alaraq    teatr    məktəbini    bitirib 

(1939-1942). O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun 

oğludur.  Tofiq  Kazımov  1951-1952-ci  illərdə Moskvada ali 

rejissorluq təhsili almışdır. Sağlam yenilik və müasirlik ruhuna 

malik olan Tofiq Kazımovun Akademik Milli Dram Teatrında 

baş rejissor kimi Şekspirin “Hamlet”, İlyas Əfəndiyevin “Sən 

həmişə  mənimləsən”,  “Unuda  bilmirəm”,  “Məhv  olmuş 

gündəliklər”,  Cəlil  Məmmədquluzadənin  “Ölülər”,  Cəfər 

Cabbarlının “Aydın”, Məmməd Səid Ordubadinin “Qılınc və 

qələm”,  Əbdürrəhim  bəy  Haqverdiyevin  “Pəri  cadu”  və  s.  əsərləri  tamaşaya 

hazırlayıb.  Tofiq  Kazımovun  yaradıcılıq  üslubunda  dönüş  kimi  qiymətləndirilən 

“Sən həmişə mənimləsən” ilə Milli Dram Teatrında lirik-psixoloji janrın bünövrəsi 

qoyulub.  Sonralar  “Yalan”  (1965),  “Ölülər”  (1966),  “Sənsiz”  (1967),  “Hamlet” 

(1968)  kimi  dolğun  tamaşalar  Azərbaycan  səhnəsini  rövnəqləndirib.  Müəyyən 

fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının “Yaşar” (1947), Lope de Veqanın 

“Rəqs  müəllimi”  (1949),  Əbdürrəhim  bəy  Haqverdiyevin  “Dağılan  tifaq” (1950), 

Nikolay  Qoqolun  “Müfəttiş”,  Karlo  Haldoninin  “Mehmanxana  sahibəsi”  (1952), 

Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” (1955), Mehdi Hüseynin 

“Alov” (1961), Lev Tolstoyun “Canlı meyit” (1968), Hüseyn Cavidin  “Xəyyam” 

(1970)  və  “İblis”  (1983),  Səməd  Vurğunun  “İnsan”  (1974),  Maksim  Qorkinin 

“Meşşanlar” (1975), Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” (1978) əsərlərinə 

müxtəlif janrlarda səhnə həyatı verib. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin 

yaranması,  inkişafı  və  formalaşması  Tofiq  Kazımovun  adı  ilə  bağlıdır.  Tofiq 

Kazımov  1965-ci  ildə  “Antoni  və  Kleopatra”  (Uilyam  Şekspir)  və  1979-cu  ildə 

“Şəhərin yay günləri” (Anar) tamaşalarına görə Dövlət mükafatları ilə təltif olunub. 

Tofiq  Kazımov 1980-ci  il avqust  ayının  2-də  avtomobil  qəzasında  həlak  olmuş, 

Bakıda ikinci Fəxri xiyabanda dəfn olunmuşdur. 

Filmoqrafiya: Səhər (film, 1960), Üçüncü zəng (film, 2006)  və s. 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə