F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Yanvar – Gömrük İşçiləri Günü, (1992)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə4/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   2   3   4   5   6   7   8   9   ...   146

11 

 

29 Yanvar – Gömrük İşçiləri Günü, (1992) 



 

Azərbaycan  dövlət  müstəqilliyini  bərpa 

etdikdən  az  sonra  –  1992-ci  il  yanvarın  29-da 

müstəqil  gömrük  sisteminin  əsası  qoyuldu.   

Gömrük  dövlət  xəzinəsini  gəlirlə  təmin  edən  ən 

mühüm dövlət atributlarından biridir. Bu sistemi 

həm  də  ölkəyə  qeyri-qanuni  yolla  müxtəlif 

malların gətirilməsinin, habelə ölkənin ən mühüm 

strateji  sərvətlərinin  aparılmasının  qarşısını  alır. 

Azərbaycanda gömrük sisteminin təşkili tarixi çox 

qədimdir.  Tarix  boyu  mövcud  olmuş  bütün  Azərbaycan  dövlətlərində  gömrük 

xidməti  ilə  məşğul  olan  xüsusi  təsisatlar  fəaliyyət  göstərmişlər.  Lakin  gömrük 

sisteminin  elmi-hüquqi  əsaslarla  təşkili  ilk  dəfə  Azərbaycan  Xalq  Cümhuriyyəti 

dövründə olmuşdur. 

Azərbaycan  ərazisini  qeyri-qanuni  ticarətdən  və  qaçaqmalçılıqdan  qorumaq 

məqsədilə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və 

Şıxlı kəndlərində, Poylu dəmir yolu stansiyasında ilk gömrük postları yaradılmışdı. 

Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi 

1918-ci il avqustun 10-da qəbul etmişdi. 

Azərbaycan  parlamentinin  1918-ci  il  18  avqust  tarixli  qanununa  əsasən 

qaçaqmalçılıqla  mübarizə,  ölkənin  ərazisini  qeyri-qanuni  ticarətdən  qorumaq 

məqsədilə Azərbaycanın sərhədlərində 99 gömrük postu yaradılmışdı və burada 992 

gömrük  işçisi  keşik  çəkirdi.  Aprel  işğalı,  digər  sahələrdə  olduğu  kimi,  gömrük 

sistemində də işlərin başa çatdırılmasına imkan vermədi. 

SSRİ  dövründə  Azərbaycanda  gömrük  sistemi  mövcud  olmamışdır.  Bu  iş 

yalnız  ittifaq  orqanları  tərəfindən  həyata  keçirilirdi.  Azərbaycan  Respublikası 

Prezidenti Heydər Əliyevin sərəncamı ilə 29 yanvar gömrük işçilərinin peşə bayramı 

günü elan olunmuşdur. 

 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 



12 

 

Ümumdünya Qar Günü, yaxud Beynəlxalq Qış İdman Növləri Günü, (2012) 

2012-ci    ildə    dünyada    daha  bir  müsbət  ənənə  yaranmışdır.  Həmin  ilin 

qışından başlayaraq Beynəlxalq Xizək İdmanı Federasiyasının (FIS) təşəbbüsü ilə 

bu bayram – Ümumdünya Qar Günü (World Snow Day) adlanmışdır. Onun başqa 

adı  isə  –  Beynəlxalq  Qış  İdman  Oyunları  Günüdür.  Bayram  hər  il  yanvar  ayının 

bazar günlərindən birində qeyd olunur. 

Bayramın  məqsədi  qış  idman  oyunlarına  marağı  artırmaq  və  gəncləri  fəal 

həyat  tərzinə  cəlb  etməkdir.  FIS-in  fikrinə  görə,  həmin  gün  “qar  festivalları” 

keçirilməlidir və burada həm uşaqlar, həm də böyüklər xizək və konki yarışlarında 

iştirak etməlidirlər.   

 

 



İnternetdə : 

www.books.google.com

 

 

 



 

 

 

 

 

 


13 

 

Yubilyar yazıçı və şairlər 



1 Yanvar – Yazıçı Abdulla bəy Divanbəyoğlunun 135 illiyi, (1883-1936) 

Abdulla  bəy  Divanbəyoğlu 1883-cü  il  yanvarın              

1-də   Qazax  mahalının   Hüseynbəyli   kəndində  anadan 

olmuşdur.  İbtidai  təhsilini  Qazaxda  aldıqdan  sonra 

Zaqafqaziya  (Qori)  müəllimlər  seminariyasında  təhsil 

almışdır (1898-1903). O, bir müddət Batum və Bakı ibtidai 

məktəblərində müəllimlik etmişdir. 1905-ci ildə  Bakıda rus-

tatar  məktəblərində,    eləcə  də  “Nəşri-maarif”  və  “Nicat” 

cəmiyyətlərinin 

nəzdində 

açılmış  6  sinifli  şəhər 

məktəblərində yoxsul balalarına dərs demişdir. Azərbaycan 

Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləmiş, 

eyni  zamanda  Dövlət  arxivinin  müdiri  olmuşdur  (1920-1922).  A.  Şaiq  adına 

Pedaqoji  Texnikumunda  müdir  müavini  (1927-1930),  Azərbaycan  Dövlət  Sənaye 

İnstitutunda  assistent  vəzifəsində  çalışmışdır  (1930-1935).  O,  bədii  yaradıcılığa 

gənc  yaşlarından  başlamışdır.  “Şahzadə  və  Əbdül”  (1902),  “Can  yanğısı”  (1903), 

“Fəhlə” (1906) və s. əsərlərini qələmə almışdır. Rus dilində yazdığı “Şahzadə və 

Əbdül” əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959). 

“Duman”  (1904),  “İlan”,  “Fəhlə”  (1906),  “Ərdoy  dərəsi”  (1910),  “Məcnunun 

Leyliyə məhəbbəti” (1910), “Cəng” (1910), “Dan ulduzu” (1911) və s. hekayələri, 

“Parlaq  ulduz”  (1912)  felyetonu  və  s.  kimi  əsərləri  də  vardır.  Sovet  hakimiyyəti 

illərində  Azərbaycan  Dövlət  Universitetinin  tarix  fakültəsinin  şərq  şöbəsində 

təhsilini  davam  etdirmişdir  (1923-1928).  Xalq  maarifi  sahəsində  çalışmış, 

Azərbaycan Dövlət Arxivinin müdiri olmuşdur (1923-1927). Ömrünün sonunadək 

Azərbaycan  Dövlət  Elmi-Tədqiqat  İnstitutunun  tarix  və  etnoqrafiya  şöbəsinin 

müdiri işləmişdir (1930-cu ildən). Nasir, pedaqoq Abdulla bəy Divanbəyoğlu  1934-

cü  ildən Azərbaycan  Yazıçılar  Birliyinin üzvü  olmuşdur.  Azərbaycan  tarixinin 

öyrənilməsində, folklor və etnoqrafiya materiallarının toplanması və öyrənilməsində 

xidmətləri  vardır.  Dövri  mətbuatda  məqalələri  və  elmi-kütləvi  əsərləri  dərc 

olunmuşdur.  “Can  yanğısı”  (1958),  “Şahzadə  və  Əbdül”  (1966)  və  “Seçilmiş 

əsərləri”  (1981)  kütləvi  tirajla  nəşr  edilmişdir.  1936-cı  il  yanvarın  6-da  vəfat 

etmişdir. 

Kitabları: “Can yanğısı”, “Şahzadə və Əbdül”, “Seçilmiş əsərləri” və s. 

İnternetdə: Abdulla bəy Divanbəyoğlunun bioqrafiyası www.adam.az 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə