F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Yanvar – Şair, tərcüməçi Ələsgər Əlioğlunun 65 illiyi, (1953)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə6/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   2   3   4   5   6   7   8   9   ...   146

17 

 

19 Yanvar – Şair, tərcüməçi Ələsgər Əlioğlunun 65 illiyi, (1953) 

 

 

 



 

 

 



 

          Ələsgər  Əlioğlu  1953-cü  il  yanvarın  19-da  Azərbaycanın  Goranboy 

rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. Burada kənd orta məktəbində 

təhsil  almışdır  (1959-1969).  H.Zərdabi  adına  Gəncə  Dövlət  Pedaqoji  İnstitutunun 

dil-ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1970-1974). Kəlbəcər qəsəbə 

orta məktəbində müəllim (1974-1976), Goranboy rayonundakı Yeniyol səkkizillik 

məktəbində  qrup  tərbiyəçisi,  kənd  orta  məktəbində  isə  dil-ədəbiyyat  müəllimi 

vəzifəsində  çalışmışdır  (1997-2001).  “Əli  Nəzmi”  ədəbi  birliyinə  rəhbərlik  edir. 

Ədəbi  aləmə  70-ci  illərdə  dövri  mətbuatda  çap  etdirdiyi  uşaq  şeirləri  ilə  daxil 

olmuşdur. Bundan sonra əsərləri “Azərbaycan”, “Pioner”, “Göyərçin” jurnallarında 

vaxtaşırı çap olunur. “Goranboyun söz dünyası” kitabını tərtib edib nəşr etdirmişdir. 

Kitabları: “Xortumsuz fil” (1982), “Şəhərin yoluna çıxdım” (1983), “Yeraltı keçid” 

(1987),  “Dəryada  qəmim  qaldı”  (1989),  “Haraylar...Cənglər...”  (1996),  “Vətən 

ağrıları” (1996), “Kapitan kəpənək” (2002), “Sinəsində şir gəzdirən oğlan” (2002) 

və s. 


 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 

 

 


18 

 

19  Yanvar  –  Azərbaycanın  ilk  maarifçi  qadınlarından  biri  Həmidə  xanım 



Məmmədquluzadənin 145 illiyi, (1873-1955) 

Həmidə xanım Məmmədquluzadə 1873-cü ildə Şuşa 

qəzasının Kəhrizli kəndində  dövrünün  görkəmli  maarifçi 

ziyalısı,  tarixçi  Əhməd  bəyin  ocağında  dünyaya  gəlmiş, 

Cəlil  Məmmədquluzadənin  həyat  yoldaşı  olmuşdur.  Ailə 

məktəbində  təhsil  alan  Həmidə  xanım  hələ  yeniyetmə 

illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları 

üçün  səciyyəvi  olmayan  yüksək  intellektə,  geniş 

dünyagörüşə  malik  olmuşdu.  İlk  həyat  yoldaşı  zadəgan 

nəslindən  olan  podpolkovnik  İbrahim  bəy  Davatdarov 

cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə 

ata  mülkünü  idarə  etmişdi.  1905-ci  ildə  Tiflisdə  tanış  olduğu  Mirzə  Cəlil 

Məmmədquluzadə  ilə  iki  il  sonra  ailə  həyatı  qurmuşdur.  Həmidə  xanım  bütün 

maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı 

olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, 

“Molla  Nəsrəddin”in  isə  xeyirxah  himayədarı  olmuşdu.  Tarix  Həmidə  xanım 

Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. 

Tək  Kəhrizli  kəndinin  deyil,  cümlə  Qarabağın  ona  kömək  üçün  pənah  gətirən 

insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma 

ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə 

Ələkbər  Sabir  məhz Həmidə xanımın  məsləhəti  ilə Mirzə  Cəlil  tərəfindən  Tiflisə 

müalicə  üçün  dəvət  almışdır.  Həmidə  xanım  1912-ci  ildən  Kəhrizlidə  öz  vəsaiti 

hesabına məktəb açmış və orada dərs demişdir. Mirzə Cəlilin vəfatından sonra da 

ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına 

üzv  seçilmiş,  ömür-gün  yoldaşının  əsərlərini  tərcümə  etməklə  yanaşı,  bu  böyük 

sənətkarla  bağlı  kövrək  xatirələrini  böyük  ustalıqla  qələmə  almışdır.  1955-ci  ildə 

vəfat edən Həmidə xanım Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı 

yanında  dəfn  olunmuşdur.  2005-ci  ildən  etibarən Ağcabədinin Kəhrizli  kəndində 

Həmidə  xanım  Məmmədquluzadənin  ev  muzeyi  fəaliyyət  göstərir.  Muzeydə  210 

eksponat sərgilənir. 



Kitabları: “Mirzə Cəlil haqqında xatirələrim” (1967) və s. 

 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


19 

 

20 Yanvar – Yazıçı, şair, etnoqraf Teymur Bünyadovun 90 illiyi, (1928) 



 

Teymur  Bünyadov  1928-ci  il  yanvarın  20-də  Qazax 

bölgəsinin II Şıxlı kəndində dünyaya göz açıb. T.Bünyadov orta 

məktəbi qızıl medalla bitirmiş, 1946-1951-ci illərdə Azərbaycan 

Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 1968-ci 

ildə o,  “Azərbaycanın  qədim  və  Orta  əsrlərdə  təsərrüfat  həyatı” 

mövzusunda 

doktorluq 

dissertasiyası 

müdafiə 


edərək, 

arxeologiya  və  etnoqrafiya  elmləri  sahəsində  respublikada  ilk 

tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq 

görülmüşdür. Taleyini elmə bağlayan bu zəhmətkeş alim 1989-cu ildə Azərbaycan 

EA-nın  müxbir  üzvü,  2001-ci  ildə  isə  AMEA-nın  həqiqi  üzvü  seçilmişdir. 

Azərbaycan arxeologiya və etnoqrafiya elminə aid 29 monoqrafiyanın, 1000-ə yaxın 

məqalənin  müəllifi  olan  akademik  T.Bünyadovun  əsərləri  təkcə  respublikamızda 

deyil, onun hüdudlarından uzaqlarda – Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi 

ölkələrdə də çap edilmişdir. İctimai elmlər sahəsində mühüm hadisə sayılan və 2007-

ci  ildə  böyük  tirajla  ilk  dəfə  çap  edilən  üçcildlik  “Azərbaycan  etnoqrafiyası” 

fundamental  əsərinin  təşkilatçısı,  baş  redaktoru  və  böyük  hissəsinin  müəllifi 

T.Bünyadovdur.  Görkəmli  alimin  son  dövr  fəaliyyəti  də  çox  maraqlıdır;  onun 

bilavasitə rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş 

üçcildlik  “Qəbələnin  tarixi”,  “Qəbələnin  etnoqrafiyası”  və  “Qəbələ  folkloru” 

kitabları  yazılaraq  çapa  hazırlanmış,  rus  və  ingilis  dillərinə  tərcümə  edilmişdir. 

Akademik  T.Ə.Bünyadov  təkcə  tarixçi-etnoqraf  alim  deyil,  həm  də  folklorşünas, 

nasir və şairdir. Onun 1991-ci ildə yüksək tirajla nəşr edilən “Göz yaşları” romanı, 

“Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar” adlı üçcildlik 

bayatı  kitabları  oxucuların  böyük  sevgisi  ilə  qarşılanmışdır.  T.Bünyadov  həm  də 

ictimai-siyasi xadimdir. Elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq 

akademik  T.Bünyadov  2005-ci  ildə  Azərbaycan  Respublikası  Prezidenti  İlham 

Əliyevin  sərəncamı  ilə  “Şöhrət”  ordeni  ilə  təltif  edilmiş,  2008-ci  ildə  isə 

“Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.  

Kitabları:  “Ana  Kürüm”  (1979),  “Qızıl  Qaya”  (1984),  “Göz  yaşları”  (1991), 

“Əsrlərdən gələn səslər” (1993), “Cavanşir” ((1993) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə