F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Yanvar – Şair Eldar İbrahimin 65 illiyi, (1953)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə7/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   2   3   4   5   6   7   8   9   10   ...   146

20 

 

23 Yanvar – Şair Eldar İbrahimin 65 illiyi, (1953) 

 

 

 



 

 

 



 

Məmmədov  Eldar  İbrahim  oğlu  1953-cü  il  yanvarın  23-də  Azərbaycanın 

Cəbrayıl  rayonunun    Daşkəsən  kəndindən  anadan  olmuşdur.  182  saylı  Binəqədi 

qəsəbə  orta  məktəbində  təhsil  almışdır.  APİ-nin  dil  və  ədəbiyyat  fakültəsində 

təhsilini davam etdirmişdir (1970-1974).  

Əmək fəaliyyətinə təyinatla göndərildiyi Tərtər şəhərindəki 39 saylı texniki-

peşə  məktəbində  müəllim  kimi  başlamışdır.  “Ədəbiyyat  və  incəsənət”  qəzeti 

redaksiyasında  korrektor,  müxbir  (1975-1979),  “Elm,  publisistika,  məktublar” 

şöbəsində ədəbi işçi (1979-1992) vəzifələrində çalışmışdır. “Qızılbaş” qəzetində baş 

redaktor olmuşdur (1993). 

“Bakımızdasan”  adlı  ilk  şeiri  1966-cı  ildə  “Azərbaycan  pioneri”  qəzetində  

dərc edilmişdir. “Çinar pöhrələri”, “Yaşıl budaqlar”, “Azərbaycan” almanaxlarında 

şeirləri  çap  olunmuşdur.  Keçmiş  SSRİ  xalqları  poeziyasından  bədii tərcümələrini 

müntəzəm dərc etdirmişdir.  



Kitabları: “Borc” (1979), “Dünya mənim sirdaşım” (1986) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 

 



 

 

 



 

 



21 

 

26 Yanvar – Ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin 155 illiyi, 



(1863-1920)

  

    Firidun bəy Əhmədağa  oğlu  Köçərli  1863-cü  il  yanvarın 

26-da Şuşada dünyaya  gəlmişdir. 1876-cı  ildə  Şuşadakı  rus 

məktəbinə 

daxil  olmuşdur.   1878-ci  ildə   Aleksey 

Çernyayevski  Zaqafqaziya  müəllimlər  seminariyasına  tələbə 

toplamaq məqsədi ilə bu məktəbə gəlir və bu yolla Firidun bəy 

Köçərli öz taleyini seminariya ilə bağlamış olur. 1879-1885-ci 

illər  ərzində  o,  burada  təhsil  alır, 1895-1918-ci  illər  ərzində 

dərs  deyir.   1910-cu  ildə Qori  seminariyasının  Azərbaycan 

şöbəsinin  müvəqqəti  təlimatçısı  təyin  olunur, 1918-1920-ci 

illərdə  onun  təşəbbüsü  ilə  həmin  seminariyanın  əsasında 

açılmış Qazax  müəllimlər  seminariyasının  müdiri  vəzifəsində  işləmişdir.  “Vətən 

dilinin”  I  hissəsinin  (VII  nəşr)  yenidən  işlənilməsində  Firidun  bəy  Köçərlinin 

xidmətləri  böyükdür.  O,  300-dən  artıq  dərsliyə  düzəliş  etmiş,  nəzəri  materialı, 

hekayələri  artırmış,  metodika  və  stilistikasını  dəyişdirərək  zənginləşdirmişdir. 

Mütəxəssilərin  də  təsdiqlədikləri  kimi,  folklorşünaslığın  yaranması  şifahi  xalq 

ədəbiyyatının toplanması, sistemləşdirilib nəşr olunmasında Firidun bəy Köçərlinin 

böyük  xidmətləri  olmuşdur.  F.  Köçərli  Azərbaycanın  tanınmış    ədəbiyyatşunası, 

pedaqoq və publisistidir. O, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə 

aparmışdır. Onun uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı Azərbaycanın ən 

dəyərli sərvətlərindəndir. Firidun bəy Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı” 

adlı ilk iri həcmli əsərini qələmə almışdır. Zaqafqaziya müəllimlər seminariyasında 

işlədiyi  illərdə  “Azərbaycan  türk  ədəbiyyatı”  əsərini  bitirmişdir  (1908).  Lakin  bu 

əsər sovet hakimiyyəti illərində Bakıda “Azərbaycan ədəbiyyatı tarixi materialları”( 

iki cilddə) adı ilə nəşr edilmişdir (1925-1926). Burada XVIII-XIX əsr Azərbaycan 

ədəbiyyatının  ilk  geniş  elmi  şərhi  verilmişdir.  Əfsuslar  olsun  ki,  əsərin  XX  əsr 

ədəbiyyatından bəhs edən hissəsi itmişdir.  Zaqafqaziyanın  dövri mətbuatında onun 

rus,  gürcü  və  Azərbaycan  klassik  yazıçıları  haqqında  saysız-hesabsız    ədəbi 

oçerkləri,  məqalələri  çıxmışdır.  Firidun  bəy  Köçərli    Sovet  hakimiyyətinin  ilk 

aylarında  repressiyaya  məruz  qalmışdır.  1920-ci  il  iyunun  2-də  Gəncədə  həbs 

olunmuş, həmin ayın 21-də güllələnmişdir. 

Kitabları: “Seçilmiş əsərləri” (1963), “Azərbaycan ədəbiyyatı tarixi materialları” 

(1978), “Təlimi Sokrat” (1881), “Balalara hədiyyə” (1987) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. 

 

 



22 

 

Xarici yazıçılar 



10 Yanvar – Rus yazıçısı Aleksey Tolstoyun 135 illiyi, (1883-1945) 

 

Aleksey Nikolayeviç Tolstoy 10 yanvar 1883-cü ildə 

Nikolayevsk şəhərində ( indiki Saratov vilayətinin Puqaçov 

şəhərində)  qraf  ailəsində  anadan  olmuşdur.  Samara  real 

məktəbini bitirdikdən sonra 1901-ci ildə Peterburq Texnoloji 

İnstitutuna  daxil  olmuş,  lakin  ədəbiyyata  olan  güclü 

həvəsinin təsiri ilə 1907-ci ildə diplom müdafiəsi ərəfəsində 

təhsilini yarımçıq qoymuşdur. 1908-ci ildə “Niva” jurnalında 

Aleksey Tolstoyun “Köhnə qala” adlı ilk hekayəsi, 1910-cu 

ildə  “Sağsağan  nağılları”  hekayələr  kitabı  çap  olunmuşdur. 

Onun  bir-birinin  ardınca  “Mavi  çaylar  arxasında”,  “Baməzə  adamlar”  (1911), 

“Topal mülkədar” (1912) kitabları nəşr olunmuşdur. A.N.Tolstoy uşaqlar üçün də 

bir çox nağıllar və hekayələr yazmışdır. “Balta” (1909), “Sərçə” (1911), “Simurq” 

(1911), “Acgöz başmaq” (1911), “Qarlı ev” (1911) və başqaları. 

        Aleksey  Tolstoy  mühacirətdə  bir  çox  əsərlərini,  məşhur  “Əzablı  yollarla” 

trilogiyasının birinci kitabını, “Bacılar” romanını (1922-1925), “On səkkizinci il” 

(1927-1928)  və  “Tutqun  səhər”i  (1940-1941)  isə  o,  vətənə  qayıtdıqdan  sonra 

yazmışdır. Ümumiyyətlə, əsər üzərində 20 il (1921-1941) inam və səylə işləmişdir. 

Bundan  başqa  rus  ədəbiyyatının  gözəl  bədii-fəlsəfi  nümunələri  sayılan  “Aelita” 

(1922-1923), “Mühəndis Qarinin hiperboloidi” (1925-1927) fantastik romanlarını, 

üç hissəli “Birinci Pyotr” tarixi romanını (1929-1945), “İvan Qroznı” (1942-1943) 

dramatik povestini yazır. 

     Müharibə  illərində  üç  dəfə  Stalin  mükafatına  (1941;1943;1946  vəfat  etdikdən 

sonra)  layiq görülmüşdür. 

        Aleksey Tolstoy “Gürzə”, “İvan Sudaryovun dediklərindən”, “Tufanlarda” və 

“Qoçaqlar”  hekayələrində  kənd  həyatının  təbii  və  sosial  ziddiyyətlərlə  dolu  sərt 

mənzərələrini, müharibə illərini, rus həyatını ustalıqla, həqiqi vətəndaş yanğısı ilə 

yaratmışdır. 

      A.N.Tolstoy 23 fevral 1945-ci ildə 63 yaşında xərçəng xəstəliyindən  Moskva 

şəhərində vəfat etmişdir.  



Kitabları:  “Seçilmiş  əsərləri”,  “Balta”  (1909),  “Sərçə”  (1911),  “Simurq”  (1911), 

“Acgöz başmaq” (1911), “Qarlı ev” (1911)   və s. 

 

İnternetdə

: 

www.books.google.com

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə