F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Fevral – Şair, publisist Əbülfəz Naxçıvanlının 70 illiyi, (1948-2014)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə15/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   11   12   13   14   15   16   17   18   ...   146

45 

 

11 Fevral – Şair, publisist Əbülfəz Naxçıvanlının 70 illiyi, (1948-2014) 

 

  

Əbülfəz Naxçıvanlı 1948-ci ildə  Naxçıvanda  anadan  olub.  Naxçıvan  şəhər  



7 nömrəli orta məktəbi bitirib. 1972-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 

“Qatar gedir” adlı ilk şeiri 1965-ci  ildə Naxçıvanda çıxan “Şərq qapısı” qəzetində 

dərc  edilmişdir.  Əbülfəz  Naxçıvanlı  Hüseyn  Cavidin  böyük  qardaşı  Şeyx 

Məhəmmədin  nəvəsidir. 1992-ci  ildən  “Maarif”  nəşriyyatının  redaktoru  olmuş 

Ə.Naxçıvanlı çoxsaylı dərslik, dərs vəsaiti, monoqrafiya və bədii kitabları redaktə 

edib,  onların  ideya-məzmun,  dil-üslub  cəhətdən  qüsursuz  çapında  əməyini 

əsirgəməyib. Ə.Naxçıvanlının 400-dən çox publisistik məqalədən, şeir və poemadan 

ibarət  11  kitabı,  2  monoqrafiyası  nəşr  edilib.  Əsərləri  özbək,  türkmən,  rus,  gürcü 

dillərinə  çevrilmişdir.  Bir  sıra  şeirlərinə  musiqi  bəstələnmişdir.  Şair,  publisist 

Əbülfəz Naxçıvanlı 2014-cü ildə dünyasını dəyişib. 

 

Kitabları: “Toy günü” (1972), “Yadına düşəcəyəm” (1980), “Səyavuşun faciəsi” 

(1993),  “Qırılmaz  ədəbi  əlaqə”  (1997),  “Sevda  yoxuşları”  (2003),  “İşığım  ol 

gözümdə” (2003), “Sönməyən ulduzların işığında” (2003) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 



46 

 

12 Fevral – Şair, dramaturq İslam Səfərlinin 95 illiyi, (1923-1974) 



 

İslam  Səfərli 12  fevral 1923-cü  ildə Naxçıvanın 

 

Babək  rayonunun   Şəkərabad   kəndində  dünyaya  göz 



açmışdır.  Müharibə  illərində  qələmə  aldığı  “Ordumuza 

ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol ata!”, “Qoşa 

söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor 

Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi “Təzə çiçəklər”, 

“Üçüncü  hərb  istəmirik”  və  s.  şeirləri  onun  hafizəsində 

buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə 

mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. 

“Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar 

adası”,  “Dəfinə”,  “Ələsgər”,  “Birinci  katib”,  “İnsan  ləpiri”,  “İki  bacı”,  “Qeyrət 

qapısı”,  “Abşeron  yatağı”  və  s.  biri-birindən  maraqlı  poemaları  diqqəti  çəkmiş, 

yaddaqalan olmuşdu. İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. 

“Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və 

s.  müxtəlif  vaxtlarda,  ayrı-ayrı  bölgələrdə  tamaşaya  qoyulmuş,  tamaşaçı  rəğbəti 

qazanmışdır. İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi 

kimi  də  tanınmışdır.  Onun  “İki  könül  bir  olanda”  (1947)  balet-librettosu,  “İki 

qardaş” (1950), “Badamlı kəndinin qızı” (1955) oçerkləri, “Şərqin qalibləri” (1960), 

“Bir  stəkan  çay”  (1971)  kinossenariləri,  “Təzə  qəsəbədə  gülüş”,  “Məzhəkli  itki” 

(1973) novellaları, və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından 

çox əhəmiyyətlidir. İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, 

A.  S.  Puşkin, M.  M.  Svetlov, S.  Marşak, M.  Kərim,  M.  Tursunzadə, K.  Koladze,     

Y.  Dolmatovski  və  b.  kimi  tanınmış  sənətkarların  əsərlərindən  müvəffəqiyyətlə 

tərcümələr  etmişdir.  Şairin  “Bakı,  sabahın  xeyir”,  “Zərif  gülüşlüm”,  “Bir  könül 

sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ay qaşı, gözü qara 

qız”,  “Ağ  xalatlı  həkimlər”,  “Gəncliyimi  gəzirəm”,  “Aylı  gecələr”  və  s.  bu  kimi 

yüzlərlə  mahnısı  dillər  əzbəri  olmuş,  klassikaya  çevrilmiş  və  indinin  özündə  də 

sevilə-sevilə  dinlənilir.  Şair  6  noyabr  1974-cü  ildə  uzun  sürən  xəstəlikdən  sonra 

əbədiyyata qovuşmuş və Fəxri Xiyabanda dəfn olmuşdur. 

Kitabları: “Bahar nəğməsi” (1954), “Qığılcım” (1963), “Qağayılar yorulanda” 

(1964), “Qoşa söyüd” (1965), “Göz həkimi” (1980) və s. 



Filmoqrafiya: “Ulduzlar sönmür” (film, 1971), “Göz həkimi” (film, 1985). 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 


47 

 

20 Fevral – Şair, dramaturq Əliağa Kürçaylının 90 illiyi, (1928-1980) 

Əliağa Kürçaylı 1928-ci il fevralın 20-də Salyan 

rayonu  Kür  Qaraqaşlı  kəndində  doğulmuşdur.  O,  orta 

məktəbin  9-cu  sinfindən  çıxaraq,  Zaqafqaziya  dəmir 

yolu  idarəsinin  Salyan  şöbəsində  mühasib  işləmişdir.  

Bakı  dəmir  yolu  texnikumunda  birillik  mühasiblər 

kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan 

dram teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). 

Bu  dövrdə  onda  poeziyaya  güclü  maraq  oyanmışdır. 

“Sənin  gözlərin”  adlı  ilk  şeiri  ilə  (“Azərbaycan 

gəncləri”,  1946)  ədəbiyyata  gəlişi  uğurlu  olmuş,  mərkəzi  və  respublika  dövri 

mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc 

yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər 

orta məktəbinin son sinfini bitirib ADU-nun filologiya fakültəsinə daxil olmuşdur. 

Onu  M.Qorki  adına  Ədəbiyyat  İnstitutuna  təhsil  almağa  göndərirlər,  ab-havası 

düşmədiyindən geri qayıdıb universitetdə təhsilini davam etdirir (1949-1954), eyni 

zamanda “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi, “Ədəbiyyat və incəsənət” 

qəzetində  şöbə  müdiri  (1953-1955)  işləyir.  Moskvada  ali  ədəbiyyat  kursunun 

dinləyicisi (1955-1957), “Azərbaycan gəncləri” qəzeti redaksiyasında şöbə müdiri 

(1959-1965),  “Azərbaycan”  jurnalı  redaksiyasında  məsul  katib,  Azərbaycan 

Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), “Literaturnıy Azerbaydjan” 

jurnalı  redaksiyasında  məsul  katib,  Azərbaycan  Dövlət  Nəşriyyatında  redaktor 

(1966-1967)  işləmiş,  sonra  bir  müddət  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul  olmuş, 

Yazıçılar  İttifaqında  dramaturgiya  bölməsinə  rəhbərlik  etmiş  (1975),  “Yazıçı” 

nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur. 

Ə.Kürçaylı 30.07.1979-cu ildə  Azərbaycan SSRİ əməkdar incəsənət xadimi adına 

layiq görülmüşdür. Əliağa Kürçaylı

 

1910-ci il fevralın 11-də vəfat etmişdir.  



Kitabları: “Arifin bağçası” (1953), “Səfərə çıxıram” (1956), “Cavabsız məktublar” 

(1960),  “Nargindən  əsən  külək”  (1961),  “Səfərə  çıxmıram”  (1965),  “Durnalar 

cənuba  uçur”,  “Həyatın  dolayları”  (1973),  “Dünya  ovcumdadır”  (1976), 

“Ülkər”(1980), “Qəlbin sıxılsa əgər...” (1987), “Seçilmiş əsərləri” (2004) və s.  



Tərcümələri: Sergey Yesenin “Şeirlər və poemalar” (1965), Dante Aligyeri “İlahi 

Komediya” (1973). 



Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə