F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Fevral – Ədəbiyyatşünas Feyzulla Qasımzadənin 120 illiyi, (1898-1976)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə16/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   12   13   14   15   16   17   18   19   ...   146

48 

 

22 Fevral – Ədəbiyyatşünas Feyzulla Qasımzadənin 120 illiyi, (1898-1976) 

     Feyzulla Qasımzadə Azərbaycanda, Abşeron yarımadasının 

Mərdəkan kəndində 1898-ci il fevral ayının 22-də dindar ailədə 

doğulmuşdur. Gənc Feyzulla 1912-1916-cı illərdə Bakı Rus-

tatar  ali  ibtidai  məktəbini  bitirib  “Kazyonnaya  palata” 

müəssisəsində  əmək  fəaliyyətinə  başlayır  və  təhsilini  davam 

etdirmək arzusu ilə axşam gimnaziyasına daxil olur. Feyzulla 

Qasımzadə  1929-cu  ildə  Azərbaycan  Dövlət  Universitetinin 

şərqşünaslıq  fakültəsinə  daxil  olur.  Burada  təhsil  illəri 

şərqşünas  alim  P.Juzenin  rəhbərliyi  ilə  “Quranın  estetikası” 

diplom  işini  rus  dilində  yazıb  uğurla  müdafiə  edir.  1962-ci 

ildə Feyzulla  Qasımzadə  Azərbaycan  Elmlər  Akademiyasının  müxbir  üzvü,  dörd 

ildən sonra isə həqiqi üzvü seçilmişdir. Bu müddət ərzində Feyzulla Qasımzadənin 

–  “XIX  əsr  Azərbaycan  ədəbiyyatında  realist  demokratik  cərəyanlar”  (1955), 

“Abbasqulu ağa Bakıxanov Qüdsi” (1956), “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” 

(1956),  “M.  F.  Axundovun  həyatı  və  yaradıcılığı”  (1962),  “XIX  əsr  Azərbaycan 

ədəbiyyatı tarixi oçerkləri” (1962), “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” (1874) 

irihəcmli  monumental  əsərləri  kütləvi  tirajla  nəşr  edilmişdir.  Feyzulla  Qasımzadə 

“Müxtəsər Azərbaycan ədəbiyyatı” tarixi iki cilddə (1944), Azərbaycan ədəbiyyatı 

tarixi (üç cilddə), II cild (1960) kitablarının müəlliflərindən biri idi. Onun mindən 

artıq  elmi,  elmi-kütləvi  məqalələri  jurnal  və  qəzetlərdə  dərc  edilmişdir. Feyzulla 

Qasımzadənin elmi kadrların hazırlığında misilsiz xidmətləri olmuşdur. 35 elmlər 

doktoruna məsləhətçi, 125 elmlər namizədinə rəhbər olmuş, 100-dən çox müdafiədə 

opponentlik etmişdir. Feyzulla Qasımzadə uzun sürən xəstəlikdən sonra 1976-cı il 

mart ayının 29-da 69 yaşında Bakı şəhərində əbədiyyətə qovuşmuş, öz vəsiyyətinə 

görə Mərdəkan qəsəbəsinin qəbiristanlığında dəfn olunmuşdur. 

 

Kitabları: “Xalq aşıq poeziyası” (1950), “Tənqidi realizm” (1952), “Vaqifin ədəbi 

məktəbi” (1954), “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” (1974) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 


49 

 

23 Fevral – Şair, publisist Səyavuş Sərxanlının 75 illiyi, (1943-2005) 

Sərxanlı Səyavuş Əli oğlu 1943-ci il fevralın 23-də 

Şəmkir  rayonunun  Sərxan  kəndində  dəmirçi  ailəsində 

anadan  olmuşdur.  Nizami  adına  Şamxor  şəhər  orta 

məktəbini  qızıl  medalla  bitirib.  ADU-nun  filologiya 

fakültəsinin  jurnalistika  şöbəsində  təhsil  almışdır.  Ədəbi 

fəaliyyətə  orta  məktəbdə  oxuduğu  illərdən  başlamış,  ilk 

qələm təcrübələrini “Qırmızı Şamxor” rayon qəzetində çap 

etdirmişdir.  Lakin  1961-ci  ildə  “Azərbaycan  gəncləri” 

qəzetində Xalq şairi Nəbi Xəzrinin təqdimatı ilə “Cığır” və 

“Səslədi  məni”  şeirlərinin  dərc  olunması  onun  poetik  yaradıcılığında  dönüş 

yaratmışdır. Poetik tərcümə ilə də məşğuldur. “Ulduz” jurnalında ədəbi işçi, nəsr, 

poeziya şöbəsinin müdiri işləmişdir. Azərbaycan Yazıçılar Birliyinin göndərişi ilə 

Moskvaya – SSRİ Yazıçılar Birliyinin M. Qorki adına Ədəbiyyat İnstitutu nəzdində 

olan  ali  ədəbiyyat  kurslarına  təhsil  almağa  getmişdir  (1980).  O,  “Azərbaycan” 

jurnalı  redaksiyasının  əməkdaşı  (1983-2005)  olub.  Yazıçılar  Birliyinin  oçerk  və 

bədii  publisistika  şurasının  üzvü  idi.  SSRİ  Yazıçılar  İttifaqının  Bədii  Publisistika 

Şurasının  Üzvü  olub.  Gənc  şairlərin  Alma-Atada  keçirilən  Ümumittifaq  poeziya 

festivalında  (1969),  Sibirdə  Sovet  ədəbiyyatı  günlərində  (1975),  Pribaltikada 

Azərbaycan poeziya günlərində (1976) iştirak etmişdir. Sovet jurnalistləri dəstəsində 

İtaliyada  səfərdə  olmuşdur  (1978).  SSRİ-Kampuçiya  Dostluq  Cəmiyyəti 

Azərbaycan  Şurasının  üzvü  olmuşdur.  “Molodaya  qvardiya”  jurnalının  xüsusi 

mükafatına layiq görülmüşdür (1981). Səyavuş Sərxanlı 2005-ci ildə vəfat edib. 



Kitabları:  “Qayıt”  (1968),  “Dünya  sevənlərindir”  (1971),  “Anamın  səsi  gəlir” 

(1978), “Yormaz bu yollar məni”  (1979), “Mənim nərgizli dünyam” (1980), “Duz-

çörək” (şeirlər və poemalar) (1986), “Məni soruşan olsa...” (seçilmiş lirika,  ədəbi 

portretlər, esselər) (2003) və s. 



Tərcümələri: Zəki Nuri “Qovaqlı sahillər” (1979), Muetdin Çarinov “Dağlı sevgisi” 

(1984), Muetdin Çarinov “Ömrün şirin günləri” (şeirlər və poema) (1987), A.Aripov 

“Bir cüt qara göz” (şeirlər və poema) (1988), Nodar Dumbadze “Əbədiyyət qanunu” 

(roman) (2003) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


50 

 

29 Fevral – Xalq yazıçısı Ənvər Məmmədxanlının 105 illiyi, (1913-1990) 

  Ənvər  Məmmədxanlı 1913-cü  il fevralın  29-da Göyçay 

şəhərində  doğulmuşdur.  Burada  ibtidai  məktəbi  bitirdikdən 

sonra  Bakıda  N.  Nərimanov  adına  Sənaye  Texnikumunda 

təhsil  almışdır  (1926-1931).  Ədəbi  fəaliyyətə 1930-cu 

illərdən  başlamışdır.  Böyük  Vətən  müharibəsinin  başlaması 

ilə  əlaqədar  olaraq,  əsərləri  keçmiş SSRİ və  xarici  ölkə 

xalqlarının  dillərinə  tərcümə  olunmuşdur.  Onun  müharibə 

illərində  qələmə  aldığı  hekayələrdə,  ümumən,  o  dövr 

publisistikamızda  olduğu  kimi,  zamanın,  günün  tələbləri, 

adamlarımızın  müqəddəs  vəzifəsi    canlı  boyalarla  öz  əksini 

tapırdı. Ədibin  üslubunda  təmkinli  hekayəçiliklə,  mübariz, 

döyüşkən,  odlu  publisistika  vəhdət  təşkil  edirdi:  “Qərb  cəbhəsindən  məktub”, 

“Analar yollara çıxdılar”, “Yeni ilin hökmü”, “Silahlı dağlar”, “Qanlı möhür”, “Buz 

heykəl”, “Haralısan əsgər qardaş?”, “Ananın ölümü”, “Ulduz” (1947), “Od içində” 

(1951) pyesləri və “Şirvan gözəli” (1957) lirik komediyası tamaşaya qoyulmuşdur. 

“Şirvan  gözəli”  Zaqafqaziya  teatr  baharında  birinci  dərəcəli  diploma  layiq 

görülmüşdür. 

 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” 

əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında 

müəllifin  adı  olmayıb.   Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980)  Sovet 

nümayəndə heyəti tərkibində səfərdə olmuşdur. İki dəfə “Şərəf nişanı” (1946-1949), 

“Qırmızı Əmək bayrağı” (1980-1983) və “İkinci dünya müharibəsi” (ikinci dərəcəli) 

ordenləri,  döyüş  medalları  ilə  təltif  olunmuşdur.  Ənvər  Məmmədxanlı  1990-cı 

il dekabrın 19-da Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur. 



Kitabları: “Burulğan” (1934), “Bakı gecələri” (1936), “Ayna” (1939), “Qərbə atəş” 

(1943),  “Analar  və  yollar”  (1943),  “Dirilik  çeşməsi”  (1944),  “25  bahar”  (1945), 

“And” (1947), “Hekayələr” (1954), “Balaca Nərgiz” (1955), Seçilmiş əsərləri (iki 

cilddə) (1985),  “Qızıl qönçələr” (1988) və s. 



Tərcümələri: M.Qorki “Özgə qapılarında”(1981), M.Qorki “Uşaqlıq” (1982) və s.  

Filmoqrafiya: “Sovqat” (1942),  “Bəxtiyar” (1942), “Fətəli xan” (1947), “Leyli və 

Məcnun” (1961), “İntizar” (1970), “Babək” (1979) və s.   



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə