F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə19/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   15   16   17   18   19   20   21   22   ...   146

56 

 

 



Milli Qəhrəmanlar Zirvəsi 

7  Fevral  –  Azərbaycanın  Milli  Qəhrəmanı  İbrahimov  Mübariz  Ağakərim 

oğlunun 30 illliyi, (1988-2010) 

 

        Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar 

rayonunun Əliabad kəndində  anadan  olub.  1994-cü  il 

şəhid M. Piriyev adına Əliabad kənd orta məktəbinə daxil 

olmuşdur. 2005-ci  ildə  orta  təhsilini  başa  vurub,  hərbi 

xidmətə çağrılmışdır. Hərbi  xidmətini  Daxili Qoşunların 

"N" 

saylı 


hərbi 

hissəsinin  

Xüsusi 

Təyinatlı 



Bölüyündə keçirib. Hərbi  xidmətini 2007-ci  ildə  çavuş 

rütbəsində  başa  vurub.  Bir  müddət  “İnter  Sekyuriti” 

MMC-də  mülki  işlərdə  işlədikdən  sonra 2009-cu  ilin 

avqust  ayında  yenidən  gizir  rütbəsində  hərbi  xidmətdə 

çalışmağa  başlayıb. Bir  müddət  sonra  öz  arzusu  ilə  cəbhə  bölgəsindəki  hərbi 

hissələrdən birində xidmət etməyə başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 

23:30  radələrində  gizir  Mübariz  İbrahimov  təkbaşına  iki  ordu  arasındakı  bir 

kilometrlik  minalanmış  sahəni  keçir. Ermənistan  Silahlı  Qüvvələrinin çox  sayda 

əsgər  və  zabitini  gözlənilməz  birinci  həmlədə  məhv  edir. Sonra  isə  düşmənin  öz 

silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Azərbaycan 

döyüşçüsü  səhər  saatlarında  qeyri-bərabər  döyüşdə  qəhrəmancasına  şəhid  olur. 

Həmin  ildə  Azərbaycan  Prezidenti   İlham  Əliyev İbrahimov  Mübarizə 

"Azərbaycanın  Milli  Qəhrəmanı"  adının  (ölümündən  sonra)  verilməsi  barədə 

sərəncam imzalamışdır.  Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun 

adını  daşıyır. 2016-cı  ildə Azərbaycan  Dövlət  Neft  və  Sənaye  Universitetində 

heykəli ucaldılmışdır.  



Filmoqrafiya:  2010-cu  ildə  rejissor  Etibar  Məmmədov  Mübariz  İbrahimova  həsr 

edilən "Müqəddəs zirvə" adlı film çəkmişdir.  



Kitablar:  Fəxrəddin  Mustafayev  "Mübarizlər  yolu",  Maarif  Köçkün "Mübariz 

cəsarəti",  Zaur  Ustac  "Oriyentir  Ulduzu",    Elxan  Elatlı  "Qisas  gecəsi"  romanı, 

Balayar  Sadiq  "Hünər  simfoniyası"  romanı,  Asif  Rüstəmli  "Turan  Mübarizi",  

Baxşeyiş  Abbasoğlu  “Ölüm  son  deyil...  və  yaxud  əbədiyyət  nəğməsi”  romanı, 

Mustafa Çəmənli "Mübariz" romanı, Çingiz Qacar “Turan bahaduru” və s.

 

 



İnternetdə: 

www.books.google.com 

 


57 

 

 



24 Fevral – Azərbaycanın  Milli  Qəhrəmanı Hüseynov Əfqan Qaraxan oğlunun 

55 illiyi, (1963-1992) 

      Mayor  Əfqan  Qaraxan  oğlu  Hüseynov 24  fevral 1963-cü 

ildə Bakı  şəhərində  keçmiş  "Tələbələr"  indiki  "Çobanzadə" 

küçəsi 46 saylı evdə fəhlə ailəsində anadan olmuşdur. 1970-ci 

ildə 109 saylı orta məktəbə getmiş, 1980-cı ildə C.Naxçıvanski 

adına hərbi təmayüllü orta internat məktəbində təhsilini başa 

vurmuş,  sonra   Bakı Ümumqoşun  Komandirləri  Məktəbinə 

qəbul  olmuş  və  tağım  komandirinin  müavini  təyin 

edilmişdir. 1984-cü il tarixdə SSRİ Müdafiə Nazirinin əmrinə 

əsasən leytenant hərbi rütbəsi verilmişdir. 11 oktyabr 1985-ci 

ildən 25  iyun 1987-ci  ilə  kimi Əfqanıstan Demokratik  Respubllikasında  gedən 

döyüşlərdə  fəal  iştirak  etmiş  və  ağır  yaralanmışdır.  Onun  döyüş  xidməti  yüksək 

qiymətləndirilmiş, "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir. 1986-cı ildə ona baş 

leytenant  rütbəsi  verilmişdir.  Bacarıqlı  igid  komandir  Milli  Qvardiyanın  adını 

yüksəyə qaldırmışdır. Lakin özü 1 noyabr 1992-ci ildə alayın düşmən üzərinə yeni 

hücumu  zamanı  başına  dəyən  düşmən  gülləsindən  əbədi  olaraq  gözlərini 

yummuşdur.  Mayor  Hüseynov  Əfqan  Qaraxan  oğlunun  bu  igidliyi  Milli 

Qvardiyanın  zabit  və  əsgərlərini heç  də məyus  etməmiş  sonrakı  döyüşlərdə onun 

intiqamını almaq arzusu ilə ağır döyüşlərə girmiş, belə döyüşlərdə itkilər versələr 

də,  döyüşdən  şərəflə  çıxmışdılar.  Xüsusi  Dövlət  Mühafizə  Xidməti  rəisinin 9 

mart 1995-ci  il  tarixli  63  saylı  əmri  ilə  Azərbaycanın  Milli  Qəhrəmanı  mayor 

Hüseynov  Əfqan  Qaraxan  oğlu  əbədi  olaraq  Milli  Qvardiyanın  şəxsi  heyətinin 

siyahısına  salınmışdır.  Bakı  şəhərinin Şəhidlər  xiyabanında  dəfn  edilmişdir. 

C.Naxçıvanski adına Liseydə və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyada 

onun büstləri qoyulmuşdur.

 

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 



Azərbaycan  Respublikası  Prezidentinin 15  yanvar 1995-ci  il  tarixli  262  saylı 

fərmanı ilə Hüseynov Əfqan Qaraxan oğluna ölümündən sonra "Azərbaycanın 

Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 


58 

 

26 Fevral – Azərbaycanın Milli Qəhrəmanı Rzayev Canpolad Yaqub oğlunun 



50 illiyi, (1968-1992) 

Canpolad  5  sentyabr  1969-cu  ildə  Ağdam  rayonunun 

Çuxurmərhələ  kəndində  anadan  olmuş,  1985-ci  ildə 

Əhmədavar kənd orta məktəbini bitirmişdir. Daha sonra Sovet 

Ordusu  sıralarında  hərbi  xidmətdə  olmuşdur.  Erməni 

qəsbkarları  növbəti  dəfə  torpaq  iddiası  ilə  təcavüzə 

başlayarkən,  Vətənin  ağır  günündə  ilk  özünmüdafiə  dəstəsi 

yaradanlardan  biri,  sonralar  “Qatır  Məmməd”  ləqəbi  ilə 

məşhurlaşmış Yaqub Ələsgər oğlu Rzayev oldu. 1988-ci  ildə  

hərbi  xidmətə  çağırılan  Canpolad  raket qoşunlarında xidmət 

edirdi  və  leytenant  rütbəsi  almışdı.   Qarabağ  müharibəsi   başlayanda  o,  könüllü 

olaraq   Vətənə  döndü.  Xramort,   Xanabad,   Əsgəran,   Qarakənd   uğrunda  gedən 

döyüşlərdə rəşadətlə vuruşmuşdu. 26 fevral  1992-ci il  Xocalıdan  gələn xəbər ona 

yaman  təsir  etmişdi...  erməni  vəhşiləri  Xocalı  şəhərində Rusiyaya məxsus  366-cı 

moto-atıcı  alayla  birlikdə  dinc  sakinləri  vəhşicəsinə  öldürür,  uşaqların,  körpələrin 

başlarını  kəsir,  evləri  yandırırdılar.  Bu  xəbəri  alan  Canpolad  tankına 

oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə 

məhv  edən  cəsur  döyüşçü  yüzlərlə  dinc  sakinin  mühasirədən  çıxmasına  şərait 

yaratdı.  Hər  tərəfdən  atəşə  məruz  qalan  Canpolad  döyüş  meydanında 

qəhrəmancasına həlak oldu. Ağdam şəhərinin şəhidlər xiyabanında dəfn olunub. 



Azərbaycan  Respublikası  Prezidentinin 7  iyun 1992-ci  il  tarixli  833  saylı 

fərmanı ilə Rzayev Canpolad Yaqub oğluna ölümündən sonra "Azərbaycanın 

Milli Qəhrəmanı" adı verilmişdir. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə