F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə22/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   18   19   20   21   22   23   24   25   ...   146

66 

 

8 Mart – Beynəlxalq Qadınlar Günü, (1910) 



      “Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız 

milli  məfkurəyə  sadiq  qalaraq  bu  gün  də  suveren  Azərbaycan  Respublikasının 

güclənməsi  naminə  töhfələr  verirlər.  Onlara  xas  olan  işgüzarlıq,  müdriklik, 

yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-

mənəvi  sərvətlərinə  sədaqət  müasir  Azərbaycan  qadınının  ictimai  həyatımızda 

mövqeyini və simasını müəyyən edir”.

  

                                                



İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

 

         

Qadınların  kişilərlə  bərabərhüquqlu  olmaq  uğrunda 

apardığı  mübarizə  başlanğıc  kimi  8  mart  1857-ci  ildə 

ABŞ-ın Nyu-York şəhərində, geyim sektorunda çalışan 

yüzlərlə  qadının  aşağı  maaşa,  uzun  çalışma  saatlarına, 

eyni  zamanda  pis  iş  şəraitinə  etiraz  olaraq  tətil  etməsi 

qəbul edilir. 1908-ci ildə Nyu-Yorkda 15000 qadın, daha 

qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ 

üçün nümayiş keçirdi. Nümayişdə ilk dəfə olaraq dekret 

icazəsi  istəyən  qadınların  şüarı  “Çörək  və  Gül”  idi.    Çörək  həyat  eşqini,  qarın 

toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi. 1909-cu ildə isə Avropadaki 

qadınlar fevral ayının son bazar gününü (fevralın 28-ni) ilk qadın günü olaraq qeyd 

etmişlər.  1910-cu  ildə  (1857-ci  il  hadisələrdən  52  il  sonra)  Danimarkanın 

Kopenhagen  şəhərində  keçirilən  Qadın  Sosialist  İnternasionalının  qurultayında 

Klara  Setkin  adlı  bir  alman  sosialist  qadını

 

1857-ci  ilin  8  martında  Nyu-Yorkda 



başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin 

simvolu  olaraq,  Amerikada  8  martda  yandırılaraq  öldürülən  129  qadın  işçinin 

xatirəsinə hər il 8 mart gününü Beynəlxalq Qadınlar Günü olmasını təklif etdi və bu 

təklifi  qəbul  edildi.  Məhz  qadınların  kütləvi  şəkildə  savadlanması,  müəyyən 

hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də, buna görədir ki, 8 Mart 

digər  sosializm  mənşəli  bayramlardan  fərqli  olaraq,  artıq  müstəqillik  qazanmış 

keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib. 1998-ci ildə 

Azərbaycanda  Ailə,  Uşaq  və  Qadın  Problemləri  üzrə  Dövlət  Komitəsi  yaradılıb. 

Azərbaycan  həm  də  Avropa  Şurasının  qadınlarla  bağlı  bürosunda  təmsil  olunur, 

BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə 

isə  Azərbaycan  rəsmi  şəkildə  qadınlara  qarşı  münasibətdə  ayrı-seçkiliyin  bütün 

formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Hər il 

bayram  günü  ərəfəsində  dövlət  başçısı  8  mart  –  Beynəlxalq  Qadınlar  Günü 

münasibətilə  Azərbaycan  qadınlarına  təbrik  ünvanlayır,  onların  bir  qrupuna  fəxri 

adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir. 

İnternetdə: 

www.books.google.com 



67 

 

9 Mart – Barbi Gəlinciyinin Yaranması Günü 

Dünyada ən məşhur olan gəlincik Barbinin anası və 

onun əsas yaradıcısı Rut Hendler hesab olunurdu. Rut Elliot 

düşündü və qərara gəldi ki, nəyə görə istifadə etdikləri ağac 

parçalarının qırıntılarını atsınlar? Çünki belə qırıntılardan 

da  gəlir  əldə  etmək  olardı.  Rut  irəli  bir  təklif  sürdü  və 

bildirdi  ki,  həmin  ağac  parçalarından  gəlinciklər  üçün 

mebel  hazırlansın.  1956-cı  ildə  Rut  Hendler  İsveçrəyə 

istirahət  məqsədi  ilə  getmişdi.  Orada  o,  çox  qəribə  bir 

gəlincik  gördü  və  hamı  bu  gəlinciyi  Lilli  adlandırırdı. Bu 

gəlincik özündən çox əmin görünürdü, həmçinin açıq sarı 

rəngində  saçları  və  çox  gözəl  formada  olan  paltarları  var  idi.  Rut  bu  gəlinciyə 

baxdıqdan sonra özlüyündə düşündü ki, bəlkə də artıq uşaqlar "ana – qız" formasında 

evcik  qurub  oynamaqdan  beziblər.  Rut  buna  əsasən  uşaqlar  üçün  tamamilə 

böyüklərin həyatına bənzər bir yeni gəlincik yaratmaq qərarına gəldi. Bu düşüncələr 

içində  yanan  Rut  Lilli  gəlinciyinin  bütün  səlahiyyətlərini  öz  əli  altına  aldı  və 

tamamilə  yeni  texnika  ilə işləməyə  başladı. İş  prosesində onun  yoldaşının  firması 

Mattelin çox saylı mühəndisləri və rəssamları da iştirak edirdi. Rut Lilli gəlinciyini 

bütün hissələrinə qədər ən gözəl formaya salmaq istəyirdi. Barbini yaradaraq Rut 

sosial sorğu keçirdi. Bütün qız uşaqları bir ağızdan məhz belə gəlincik istədiklərini 

bildirdilər. Nəticədə Rut uşaqların sözünə qulaq asmaq qərarına gəldi, çünki "uşaqlar 

həmişə  sözün  düzünü  deyirlər".  Barbi  üçün  ilk  paltarlar  tanınmış  modelyer  olan 

Jivanşi  və  Dioradan  sifariş  edilmişdi.  1958-ci  ildə  Hendler  rəsmi  yollarla  bu 

gəlinciyin  bütün  patentlərini  öz  üzərinə  aldı.  Gəlincik  bütün  dünyada  hazırlanmış 

heç  bir  oyuncağa  bənzəmirdi.  Gəlincik  hazırlayan  şəxslərin  qızının  adı  olan 

Barbaranın şərəfinə Barbi adlandırıldı və beləcə Barbi dünyaya gəldi. Hazırda bu 

gəlinciklər  dünyanın  150  müxtəlif  ölkəsində  bir  dənəsi  25-70  dollara  satılır. 

Tədqiqatçıların  fikrincə,  dünyada  daha  çox  tələbat  yaradan  20  mal  içərisində  bu 

gəlincik də yer alır. Hazırda amerikan ailələrin çoxunun evində ən azı 10 ədəd Barbi 

gəlinciyinə  rast  gəlmək  mümkündür.  Bu  vəziyyət  İtaliya,  Fransa  ailələrində  də 

belədir, üstəlik İngiltərədə bu say orta hesaba görə 5 gəlincikdən ibarətdir. Havay 

adalarında  Barbi  muzeyi  yaradılmışdır. İngilətərədə  Mançester  adını  daşıyan 

qəsəbədə  "Barbisayağı"  adını  daşıyan  evlərdən  ibarət  olan  küçə  hazırlanmışdır. 

Hazırda bütün  dünya  Mattel kompaniyasını  Disney  kimi  nəhəng  formada  tanıyır. 

Mattek firması ekskuliziv icazəyə sahibdir, yəni öz oyuncaqlarını Disneyləndə satır, 

həm də məşhur fiqurlar olan Tom və Cerrini də hazırlayıb buraxır.

  

İnternetdə: 

www.books.google.com

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə