F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Mart – Şair Mahir Rəfizadənin anadan olmasının 80 illiyi, (1938)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə30/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   26   27   28   29   30   31   32   33   ...   146

89 

 

18 Mart – Şair Mahir Rəfizadənin anadan olmasının 80 illiyi, (1938)



 

 

 



 

 

 



 

 

 



 

Rəfizadə  Mahir  Bəşir  oğlu  1938-ci  il  martın  18-də  Gəncənin  Bağbamlar 

qəsəbəsində  qulluqçu  ailəsində  anadan  olmuşdur.  Burada  16  saylı  şəhər  orta 

məktəbini bitirmişdir. Kənd təsərrüfatı texnikumunda təhsil almışdır (1957-1960). 

ADU-nun  hüquq  fakültəsinin  axşam  şöbəsində  təhsil  almışdır  (1965-1973).  Bakı 

şəhəri Abşeron xalq məhkəməsində iclas katibi (1964-1972), “Bilik” cəmiyyətində 

müvəkkil  (1972-1973),  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyi  yanında 

Respublika Notariat və Vətəndaşlıq vəziyyəti Aktları İdarəsində məsləhətçi (1974) 

işləmişdir. Bədii yaradıcılığa 50-ci illərdən başlamış, “Hacıkənd” adlı ilk şeiri 1958-

ci  ildə  çap  olunmuşdur.  “Azərbaycan”,  “Göyərçin”  jurnallarında,  “Ədəbiyyat  və 

incəsənət”,  “Gəncənin  səsi”  qəzetlərində  lirik  və  satirik  şeirlərini  müntəzəm  dərc 

etdirmişdir. Bir sıra şeirlərinə musiqi bəstələnmişdir.  

 

Kitabları:  “Təbiətin  mahnıları”  (1990),  “Taleyimiz”  (1996),  “Nəvəli  dünyam” 

(1999), “Yağan yağış deyildi” (2001) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 

 


90 

 

20 Mart – Şair, publisist Kələntər Kələntərlinin 85 illiyi, (1933-2012) 



 

     Kələntər  Kələntərli 1933-cü  ildə mart  ayının  20-də 

Qusar  rayonunun  Sudur  kəndində  kolxozçu  ailəsində 

anadan  olmuşdur.  Atasını  erkən  yaşlarından  itirən 

K.Kələntərli  burada  orta  məktəbin  7-ci  sinfini 

bitirdikdən  sonra  5  il  kolxozda  işləmişdir.  Sonra 

o, 1950-1954-cü  illərdə  Quba  Pedaqoji  Texnikumunda 

təhsil  almağa  başlamışdır.  O,  1954-1958-ci  illərdə 

Azərbaycan 

Pedaqoji 

İnstitutunun 

Ədəbiyyat 

fakültəsində təhsil almışdır. Lakin ağır, çətin ailə vəziyyətinə görə ali təhsili başa 

vura  bilməmiş  və  dördüncü  kursdan  çıxıb  işləməyə  məcbur  olmuşdur.  1959-cu 

ildə Azərbaycan Elmlər Akademiyasının Kitabxanasında şöbə müdiri, 1960-cı ildə 

"Mübariz  keşikdə"  qəzetində  şöbə  müdiri, 1961-1962-ci  illərdə  "Azərbaycan 

gəncləri" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində işləmişdir. K.Kələntərli 1962-

ci  ildən   Azərbaycan  Yazıçılar  Birliyinin üzvüdür. 1963-1964-cü  illərdə  Natəvan 

klubunun  direktoru  olmuşdur. 1966-1968-ci  illərdə  Azərbaycan  Dövlət 

Nəşriyyatında  İncəsənət  şöbəsinin  redaktoru, 1984-1986-cı  illərdə  "Qızıl  Şərq" 

mətbəəsində  korrektor, 1990-1992-ci  illərdə  "Amal"  qəzetində  şöbə  müdiri 

işləmişdir.  K.  Kələntərli 1959-cu  ildən 1966-cı  ilin  axırına  kimi,  "Azərbaycan 

gəncləri" qəzetinin Sabir adına Kitabxanada təşkil etdiyi "Ədəbi məclisin" rəhbəri 

olmuşdur.  1993-cü  ildən  Azərbaycan  Respublikası  Dövlət  Televiziya  və  Radio 

verilişləri  şirkətində  radionun  Ləzgi  Redaksiyasının  Baş  redaktoru  vəzifəsində 

çalışır. Əsərlərini Azərbaycan və ləzgi dilində yazır. Bədii yaradıcılığa 50-ci illərdən 

başlamışdır. Şeirləri, poemaları, ədəbi-tənqidi və publisist məqalələri "Azərbaycan", 

"Qobustan",  "Ulduz"  və  s.  jurnallarda,  eləcə  də  qəzetlərdə  müntəzəm  çap  olunur. 

"Dağlar  silkələndi",  "Şöhrət  axtaran  xanım"  və  "Lənət  şeytana,  yaxud  belə-belə 

işlər"  mənzum  pyesləri  xalq  teatrında  tamaşaya  qoyulmuşdur.  "Şuşam  geri 

alınmasa"  və  "Ağ  atlı  oğlan"  poeması  xüsusilə  diqqəti  cəlb  edir.  2006-cı  ildə 

Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  Sərəncamı  ilə  "Tərəqqi" 

medalına layiq görülmüşdür. 



Kitabları: “Dəniz nəğmələri” (1963), “Öz qitəmi axtarıram” (1968), “Qatar gedir” 

(1968), “Dəniz və məhəbbət” (1972), “Şirin nübar” (1979),  və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 


91 

 

21 Mart – Şair Ağacavad Əlizadənin 90 illiyi, (1928-1995) 

 

       Ağacavad Əlizadə 1928-ci il martın 21-də Azərbaycanın 



Salyan  şəhərində  anadan  olmuşdur.  Bakıda  40  saylı  fəhlə-

gənclər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya 

fakültəsində  təhsil  almışdır  (1953-1958).  Əmək  fəaliyyətinə 

Salyan  mərkəzi  kitabxanasında  kitabxanaçı  kimi  başlamışdır 

(1942-1944).  Sonra  Salyan  Dövlət  Dram  teatrında  aktyor  və 

rejissor  müavini  (1944-1948),  Salyan  rayonu  2  saylı  uşaq 

evində  pioner  baş  dəstə  rəhbəri,  radio  qovşağında  ədəbi 

müvəkkil və direktor (1948-1949), yenə kitabxanaçı, mədəniyyət evində təlimatçı, 

eyni zamanda pioner və məktəblilər evinin direktoru, "Qələbə" qəzeti redaksiyasında 

məsul katib olmuşdur. O, universitetdə tələbəlik dövründə "Lenin tərbiyəsi ugrunda" 

çoxtirajlı  qəzet  redaksiyasında  məsul  katib,  təyinatla  "Bakı"  axşam  qəzeti 

redaksiyasında  məsul  katibin  müavini  və  tərcüməçi  (1958-1960), "Azərbaycan" 

jurnalı redaksiyasında  ədəbi  işçi,  tənqid  və  biblioqrafıya  şöbəsinin  müdiri,  məsul 

katib, "Ədəbiyyat  və  incəsənət"  qəzeti redaksiyasında  məsul  katib  (1960-

1976), "Yazıçı"  nəşriyyatında böyük  redaktor  (1978-1987)  işləmişdir.

 

İlk  mətbu 



şeiri  "9  May"  1946-cı  ildə  Salyan  rayonunun  "Sosializm  yolu"  qəzetində  çap 

olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Oçerk, publisistika və bədii 

tərcümə  ilə  də  ardıcıl  məşğul  olmuşdur.  Bir  sıra  televiziya  filmlərinin  ssenari 

müəllifıdir.  Onun  sözlərinə  bir  neçə  mahnı  bəstələnmişdir.  Hekayə  və  oçerkləri 

müsabiqələrdə  mükafata  layiq  görülmüşdür.  Bədii  qiraət  ustasıdır.  Ən  yaxşı  şeir 

oxumaq müsabiqələrində dəfələrlə festivalların laureatı olmuşdur. O, ədəbiyyat üzrə 

ümumittifaq  tədbirlərində  (poeziya  bayramlarında,  ədəbiyyat  günlərində  və  s.) 

Azərbaycanı  təmsil  etmişdir.  Fəal  ictimaiyyətçidir.  Bir  sıra  ədəbi  dərnəklərə 

rəhbərlik  etmişdir  (1950-1987).  Azərbaycan  Yazıçılar  İttifaqında  yerli  komitənin 

sədri olmuşdur (1962-1975). "Azərbaycan" jurnalındakı fəaliyyətinə görə respublika 

Jurnalistlər  İttifaqının  Fəxri  Fərmanına  layiq  görülmüşdür.  Bir  medalla  təltif 

olunmuşdur. 1995-ci il aprelin 25-də vəfat etmişdir. 



Kitabları: “Çinarın söhbəti” (1961), “Sovet ittifaqı qəhrəmanı Məhərrəm Dadaşov” 

(sənədli povest) (1975), “Hələ söhbətim var” (1977), “Sən yanımda olanda”  (1983) 

və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 




Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə