F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə27/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   23   24   25   26   27   28   29   30   ...   146

80 

 

31 Mart – Yer Saatı Günü 



 

       Yer saatı   (ing. Earth Hour) – Ümumdünya vəhşi təbiət fondu tərəfindən hər il 

keçirilən  beynəlxalq  tədbir.  Hər ilin mart  ayının  axırıncı  şənbə  günü  keçirilir  

və  hər  kəsi, dövlət və kommersiya təşkilatlarını  həyati  əhəmiyyət  daşımayan 

bütün   elektrik  cihazlarını  bir saatlığa  keçirməyə  çağırır.  Bununla  da 

dünyada  iqlimin dəyişməsinə  diqqət  ayırmağa çalışır.  İlk dəfə  bu  tədbir  (WWF) 

tərəfindən  The  Sydney  Morning  Herald  qəzeti  ilə  birgə  2007-ci 

ildə  Avstraliyada  keçirilib.  Artıq  gələn  il dünyada tərəfdarları tapıldı, 2009-cu 

ildə isə geniş hərəkata çevrildi. WWF-nin məlumatına görə onu hər il 1 milyard əhali 

keçirir.  

Azərbaycan rəsmi olaraq  2011-ci ildən "Yer saatı" kampaniyasına qoşulub. 

Elə həmin il keçirilən ilk tədbirdə Bakıda Qız Qalasının ışıqları 1 saat müddətinə 

söndürülüb.  2012-ci  ildə  31  Mart  tarixində  Azərbaycan  ikinci  dəfə  kampaniyada 

iştirakı edib. 2013-cü ildə "Yer saatı" kampaniyası Bakı şəhəri ilə yanaşı, ölkənin 

regionlarında Gəncə və İsmayıllı şəhərlərində keçirilib.  

2014-cü  ildə  "Yer  saatı"  kampaniyası  "İrəli"  İctimai  Birliyi  və  “İçərişəhər” 

Dövlət  Tarix-Memarlıq  Qoruğu  İdarəsinin  təşkilatçılığı  ilə  həyata  keçirilib.  "Yer 

saatı" kampaniyasının Azərbaycanda əsas təşkilatçısı "İrəli" İctimai Birliyidir. Rauf 

Mərdiyev kampaniyanın ölkə üzrə koordinatorudur. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 



81 

 

Bu tarixi unutmayaq 



31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, (1918) 

 

Bu gün 1918-ci ilin 30 mart və 3 aprel 

tarixləri  arasında    Bakı  şəhərində  və  Bakı 

quberniyasının müxtəlif bölgələrində, eləcə də 

Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, 

Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər 

ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı 

dəstələrinin azərbaycanlılara qarşı törətdikləri 

qırğınlarla  bağlıdır.  Rəsmi  mənbələrə  əsasən 

soyqırımın  nəticəsində  12  minə  yaxın 

azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan 

itkin düşmüşdür. Tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap 

əvvəldən rus-erməni işbirliyinin nəticəsi olub. Sovet dönəmində üstündən sükutla 

keçilən mart qırğınları 1998-cı ildən etibarən ulu öndərimiz Heydər Əliyevin 26 mart 

tarixli fərmanına əsasən hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi 

qeyd olunur. Tarixi faktlar göstərir ki, 31 mart əslində, 1918-1920-ci illər ərzində 

zaman-zaman Azərbaycanın ən müxtəlif bölgələrində həyata keçirilən soyqırımların 

anım günüdür. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında ermənilərlə ruslar 

Azərbaycan  türkünü  qanına-qəltan  ediblər.  Bundan  əvvəl  və  sonra  bu  cür 

soyqırımlar  çox törədilsə  də, 1918-ci  il  martın 31-də  baş  verən  qətl  öz  miqyasına 

görə bunların hamısından fərqlənir. 

  

Qeyd  edək  ki,  hələ  martın  31-nə  qədər,  daha  dəqiqi,  martın  18-21-də  də 



Bakıda dəhşətli hadisələr baş vermişdi. Dörd gün ərzində şəhərin müsəlman əhalisi 

top  atəşinə  tutulur,  güllələnir, diri-diri  yandırılırdı.  Bəzi  məlumatlara  görə,  həmin 

günlərdə  çox  sayda  müsəlman  qətlə  yetirilmişdi.  Qırğının  törədilməsinin  başlıca 

səbəbi Azərbaycanın müstəqilliyinin qarşısının alınması, Bakının mühüm iqtisadi və 

siyasi əhəmiyyəti ilə bağlıydı. İngilis arxivlərini öyrənən türk tarixçisi Salahi Sonyel 

elə qənaətə gəlib ki, 1918-ci ilin martında 8-12 min azərbaycanlı qətlə yetirilib. ABŞ 

tarixçiləri C. və K. Makkartilər də 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda 

ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin türk əhalisinin 

yarısının qaçdığını yazırlar.  

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 



82 

 

Azərbaycanın tanınmış şəxsiyyətləri 



22 Mart – Biblioqraf  Zöhrab Əliyevin 85 illiyi (1933) 

Böyük  insan,  görkəmli  biblioqraf  alim,  Azərbaycan 

Respublikasının  Əməkdar  mədəniyyət  işçisi,  BDU-nun 

biblioqrafiyaşünaslıq  kafedrasının  müdiri,  professor  Zöhrab 

Hüseyn  oğlu  Əliyevin  bütün  mənalı  ömrü  Bakı  Dövlət 

Universitetinin 

kitabxanaçılıq-informasiya  fakültəsi  ilə 

bağlıdır.  1949-1954-cü  illərdə  Bakı  Dövlət  Universitetinin 

filologiya  fakültəsinin  kitabxanaşünaslıq  şöbəsində  ali  təhsil 

alıb. 1954-1957-ci illərdə M. F. Axundov adına Azərbaycan 

Milli  Kitabxanasında  biblioqraf  və  Mədəniyyət  Nazirliyinin 

kitabxanalar  üzrə  metodisti  vəzifəsində  çalışıb.  1957-ci  ildə 

Zöhrab  Əliyev  respublikamızda  kitabxanaşünaslıq-biblioqrafiya  ixtisası  üzrə  ilk 

əyani  təhsil  alan  aspirant  olub.  1963-cü  ildə  "Azərbaycanda  biblioqrafiya  işinin 

tarixi  (1920-1958-ci  illər)"  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  edib. 

Zöhrab müəllim 10 ildən artıq müddətdə kitabxanaçılıq fakültəsinin dekanı işləmiş, 

biblioqrafiyaşünaslıq  kafedrasının  müdiri  olmuşdur.  Zəngin  elmi  axtarışların 

bəhrəsi olan bir neçə dəyərli dərs vəsaitinin, monoqrafiya və dərsliyin müəllifi olan 

Zöhrab  Əliyevin  yalnız  müstəqillik  illərində  30  adda  əsəri  çap  olunmuşdur. 

"Azərbaycanda  elmi-köməkçi  biblioqrafiya  müasir  mərhələdə",  "Azərbaycanda 

biblioqrafiyaşünaslıq  sahəsində  elmi  tədqiqatların  əsas  istiqamətləri",  "Milli 

biblioqrafiyanın yaranması", "Kitabxanaçılıq fakültəsində biblioqrafiya fənlərinin 

tədrisi",  "Beynəlxalq  biblioqrafik  əməkdaşlıq  və  Azərbacanın  orada  iştirakı 

məsələsi", "Biblioqrafik informasiya və onun elmi  mahiyyəti", "Biblioqrafik işin 

kompüterləşdirilməsinin  nəzəri  və  praktiki  əhəmiyyəti",  "Milli  biblioqrafiya 

biblioqrafik  resursun  tərkib  hissəsi  kimi",  "1920-1930-cu  illərdə  Azərbaycanda 

xüsusi  biblioqrafiya",  "Azərbaycan  biblioqrafiyasını  zənginləşdirən  dəyərli  töhfə 

(Heydər Əliyev: biblioqrafik məlumat kitabı haqqında)", "Biblioqrafik informasiya 

sənəd  informasiya  tələbatının  ödənilməsində  mühüm  vasitədir",  "Biblioqrafik 

vəsaitlər  sənəd  axını  və  kütləsini  inteqral  şəkildə  əks  etdirən  biblioqrafik 

informasiya mənbələridir", "Qeyri-müstəqil biblioqrafik informasiya mənbələri" və 

s. elmi əsərləri müstəqillik illərində fəaliyyətinin nəticəsidir. Professor Z. Əliyev  

biblioqrafiyaşünaslıq  elminin  tarixində  ilk  dəfə  Azərbaycan  dilində  "Ümumi 

biblioqrafiyaşünaslıq" adlı dərsliyin ərsəyə gəlməsi üçün uzun illər elmi axtarışlar 

aparmış, onu tələbələrin istifadəsinə vermişdir. 

Kitabları: “Azərbaycanda biblioqrafiya işinin vəziyyəti və inkişafı tarixindən”, 

“Biblioqrafiyanın nəzəriyyəsi və metodikası” və s. 



Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə