F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə25/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   21   22   23   24   25   26   27   28   ...   146

74 

 

21 Mart – İrqi Ayrı-Seçkiliyin Ləğv Olunması Uğrunda Beynəlxalq Mübarizə 



Günü, (1966)  

  

 



 

 

 



 

 

 



 

 

      İrqi  Ayrı-Seçkiliyin  Ləğv  Olunması  Uğrunda  Beynəlxalq  Mübarizə  Günü 



(İnternational  Day  for  the  Racial  Discrimination)  BMT-nin  Baş  Assambleyasının 

1966-cı il  26  oktyabr  tarixində  keçirilən   XXI  sessiyasının  qərarı  hər   il   martın 

21-də  keçirilir. 1960-cı ilin həmin günü polis Şarpevildə (Cənubi Afrika) aparteid 

rejiminin Cənubi  Afrika  Respublikasında  afrikalıların  məcburi pasportlaşdırılması 

haqqında  qanunun  əleyhinə  dinc  nümayiş  zamanı  atəş  açmış  və  69  nəfəri 

öldürmüşdür. BMT-nin Baş Assambleyası bu günü elan edərək beynəlxalq birliyi, 

irqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üçün səylərini birləşdirməyə 

çağırmışdır. Bununla  BMT təsdiq etmişdir ki, irqi ayrı-seçkiliyi insan hüquqlarının, 

əsas  azadlıqların və  ədalətin  inkarı  hesab  etmək  olar  və  o,  insan  ləyaqətinə  qarşı 

cinayətdir.  BMT  ayrı-seçkiliyin  sosial  və  iqtisadi  inkişafa,  həmçinin  beynəlxalq 

əməkdaşlığa və sülhə maneə olduğunu da qəbul edir.  

 

İnternetdə: 



www.books.google.com

 

 



 

 

 



 

 

 



 

 


75 

 

21 Mart – Beynəlxalq Kuklaçı Günü, (2000)

 

 

 

21  Mart  Beynəlxalq  Kuklaçılar  Gününün 



(İnternational Day of Puppetry) qeyd olunması ideyası 

məşhur İran kukla teatrı xadimi Civad Zülfaqarihoya 

məxsusdur.  2000-ci  ildə  Maqdeburqda,  Beynəlxalq 

Kukla Teatrı Xadimləri İttifaqının XVIII Konqresində 

o, bu məsələni müzakirəyə çıxarmışdır. İki ildən sonra 

UNİMA-nın Beynəlxalq Şurasının iclasında bayramın 

tarixi  müəyyən  olunmuşdur.  Bütün  dünyadan  olan  kuklaçıların  bayramı  ənənəsi 

2000-ci  ilin  21  martında  yaranmışdır.  Məhz  həmin  gündən  başlayaraq  kukla 

teatrlarının bütün peşəkarları və pərəstişkarları tərəfindən Beynəlxalq Kuklaçı Günü 

qeyd  olunur.  Ənənəyə  görə,  həmin  gün  kukla  teatrı  və  yaradıcı  qruplarının 

əməkdaşları maraqlı kukla tamaşaları, görüşlər, konsertlər təşkil edirlər. 

 

Ölkəmizdə də kuklaların, kukla tamaşalarının yaranmasının öz tarixi vardır. 



Kuklalar  səhnədə  görünəndə  həmişə  bayram  olur.  Kukla  tamaşaları  uşaqlara 

xeyirxahlığı, yaxşıları dəyərləndirməyi və sevməyi öyrədir. Əgər kuklalar balacalar 

üçün bir oyun, əyləncədirsə, böyüklər üçün bir eyham, bir mesajdır. Oyuncaqlar, bir 

tərəfdən körpə üçün əyləncəli anlar yaradar, digər tərəfdən tərbiyəvi və çox təsirli 

vasitə kimi önəm daşıyar. Kukla oyunlarını üç tipə bölmək olar: kilimarası; kukla 

oyunu; kölgə oyunu. Kukla oyunu tamaşalarının eyni kökdən olan bir neçə forması 

var.  Bunlardan  ən  geniş  yayılanı  “Bəbək”,  “Keçəl  pəhləvan”,  “Maral  oyunu”, 

“Kilimarası” qədim kukla oyunlarındandır. İllər ötdükcə mədəniyyətin hər bir sahəsi 

kimi  kukla  teatrı  da  inkişaf  etmişdir.  Xalqımız  ta  qədimdən,  təbii  vasitələrdən 

istifadə olunmaqla, kuklalar düzəltmiş, xalq oyunları  təşkil etmişdir. Min illər boyu 

azərbaycanlıların  yaşadıqları  geniş  ərazidə  kukla  oyunları  da  yayılmışdır.  Bu 

oyunlar üçün kukla düzəldənləri oyuqçular adlandırıblar. 

Azərbaycanda  körpə  balaların  kuklalarla  əsas  görüş  ünvanı  Abdulla  Şaiq 

adına Kukla Teatrıdır. Kukla Teatrında həm milli, həm də dünya xalqlarının nağıl 

qəhrəmanlarının  iştirakı  ilə  “Turpun  nağılı”,  “Qoçaq  Əhməd”,  “Cik-Cik  xanım”, 

“Ələddin”,  “Cırtdan”,  “Quşcuğaz”,  “Göyçək  Fatma”,  “Qırmızı  Papaq”, 

“Məlikməmməd” və başqa tamaşalar nümayiş olunur.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 


76 

 

22 Mart – Ümumdünya Su Ehtiyatları Günü, (1992) 

  

 

 



 

 

 



 

 

 



 

 

 



Ümumdünya Su Ehtiyatları Gününün keçirilməsi ideyası ilk dəfə BMT-nin 

Ətraf  mühitin  qorunması  və  inkişafı  üzrə  1992-ci  ildə  Rio-de-Janeyroda  təşkil 

olunan konfransında səslənmişdir. 

 

Su bəşəriyyət üçün zəruridir. Su damlası çox böyük gücə malikdir, su damlası 



hamıya lazımdır. Yer səthinin 70%-i su ilə örtülsə də, onun 97,5%-i duzlu sudur. 

Yerdə  qalan  2,5%  şirin  suyun  68,7%-i  buzlaqların  donmuş  suyudur.  Planetin  su 

ehtiyatının ümumi həcminin cəmi 1 faizi insanlar tərəfindən istifadə üçün əlçatandır. 

XX əsrdə suyun istifadəsi 6 dəfə artmış, əhalinin artım tempini 2 dəfə üstələmişdir. 

İnkişaf etmiş ölkələrdə şirin su ehtiyatlarının 30%-ə qədər sızma nəticəsində itirilir, 

bəzi böyük şəhərlərdə isə bu itki 70%-ə qədər artır. Birləşmiş Millətlər Təşkilatının 

Baş Assambleyası 1993-cü il 22 fevral tarixli 47/193 saylı qətnaməsini qəbul edərək 

martın  22-ni  Ümumdünya  Su  Ehtiyatları  Günü  elan  etmişdir.  Bu  əlamətdar  gün 

1993-cü ildən qeyd olunur.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 



 

                                   



 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə