F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə23/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   19   20   21   22   23   24   25   26   ...   146

68 

 

10 Mart – Milli Teatr Günü, (1873)



 

     “Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti hər 

il  yeni  istedadlar  yetişdirir.  Bu,  xalqımızın  mədəniyyətinin,  incəsənətinin 

zənginliyini nümayiş etdirir”.                                                                     

                                                                          

Ümummilli  lider Heydər Əliyev

  

 



   XIX  əsrin  70-ci  illərində  Azərbaycanda 

milli  teatrın  yaranması  mədəniyyətimizin 

tarixində çox böyük hadisə oldu. 1873-cü il 

martın  10-da  Bakı  Realnı  Məktəbinin  teatr 

həvəskarları truppası tərəfindən Mirzə Fətəli 

Axundzadənin  “Sərgüzəşti  -  vəziri  -  xani 

Lənkəran”  komediyası  tamaşaya  qoyuldu. 

Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf 

bəy  Vəzirov  mühüm  rol  oynamışlar.  Bu 

tamaşa  ilə  Azərbaycanda  milli  teatrın  əsası  qoyulmuşdur.  Qeyd  edək  ki, 

Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan 

tamaşaları, kukla teatr tamaşaları (“Maral oyunu”, “Kilimarası”), bayram tamaşaları 

(“Kos-Kosa”), dini səciyyəli tamaşalar (“Şəbih”) və s. geniş yayılmışdı. Hələ XVII 

əsrin  ikinci  yarısında  Azərbaycanda  olmuş  fransız  səyyahı  Şarden,  Çuxursəd 

bəylərbəyisinin  İrəvan  şəhərindəki  iqamətgahında  qonaq  olarkən,  burada  ona  üç 

hissəli bir tamaşa göstərmişlər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, 

onu  "Şərqin  operası"  adlandırmışdı.  Milli  teatrın  inkişafında  məşhur  xeyriyyəçi-

mesenat H. Z. Tağıyevin böyük xidməti olmuşdur. O, Bakı şəhərində ilk teatr binası 

inşa  etdirmişdir.  Tezliklə  Azərbaycan  səhnəsinin  Cahangir  bəy  Zeynalov, 

Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseynqulu Ərəblinski, Ülvi Rəcəb, Abbas 

Mirzə  Şərifzadə,  Mustafa  Mərdanov  və  başqaları  kimi  yüzlərlə  simaları  yetişdi. 

Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi 

olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində 

də  canlanma  yaratmışdır.  Cümhuriyyət  hökümətinin  bu  sahədə  məqsədyönlü 

addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili olmuşdur. 

Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. 

Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun “Nadir şah” 

faciəsinin tamaşası ilə  açılmışdır.  Sovet  hakimiyyəti  illərində Azərbaycanda  teatr 

sənəti daha da inkişaf etmişdir. Məhz martın 10-nu Azərbaycan milli teatrının əsası 

qoyulan günü teatrsevərlər  Milli Teatr Günü kimi qeyd edirlər.  

 

İnternetdə: 

www.books.google.com 

 



69 

 

14 Mart – Ümumdünya Yuxu Günü, (2008) 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



İlk dəfə Ümumdünya Yuxu Günü 2008-ci il martın 14-də qeyd edilib. Həmin 

ildən  başlayaraq  Beynəlxalq  Səhiyyə  Təşkilatının  yuxu  və  sağlamlıq  problemləri 

üzrə  layihəsi  çərçivəsində  hər  il  mart  ayının  ikinci  həftəsinin  cümə  günü  qeyd 

olunur. Bu gün çərçivəsində tədbirlər hər il müəyyən mövzuya həsr edilir. 

Yuxu  orqanizmin  sağlamlığı  üçün  çox  vacibdir.  Düzgün  yuxu  zamanı 

orqanizm  gündüz  sərf  etdiyi    qüvvəsini  bərpa  edir.  Buna  görə  də  sağlam  insan 

gümrah və enerjili şəkildə yuxudan oyanır.  

Ümumdünya  Yuxu  Günündə  sosial  reklamlar  fəallaşır,  yuxu  və  onun 

pozulmasının insan  sağlamlığına  və  bütövlükdə  cəmiyyətə  təsirləri  problemlərinə 

həsr olunmuş simpoziumlar təşkil olunur.   

İnsan həyatının üçdə birini yuxuda keçirir. Sübut olunub ki, uzun müddətli 

yuxusuzluq insanın həyat fəaliyyətinə çox mənfi təsir göstərir. Yuxunun cəmi 4 saat 

itirilməsi  insan  reaksiyasını  45%  aşağı  salır.  Yaddaş  pisləşir,  insanda  müxtəlif 

xəstəliklərin əmələ gəlməsinə şərait yaranır. Lakin çox yatmaq da yuxusuzluq qədər 

zərərlidir. Həkimlər belə hesab edirklər ki, böyüklər üçün ideal yuxu müddəti gündə 

7-8  saatdır. Bəzi  mütəxəssislər belə hesab  edirlər  ki, qadınlara bir saat  artıq  yuxu 

lazımdır,  çünki  onlar  daha  emosionaldırlar.  Uşaqlar  isə  gündə  10  saatdan  az 

yatmamalıdırlar.  

Qoy bu bayram öz yuxumuza, yəni həm də sağlamlığımıza daha da diqqətli 

olmağımıza əlavə bir səbəb olsun. 



İnternetdə: 

www.books.google.com 

 

 

 


70 

 

20-25  Mart – Novruz bayramı  



“Novruz  bayramı  xalqımızı  tarixən  bütövləşdirən,  onun  varlığını  birlik, 

böyüklük və yaşam gücü ilə qidalandıran fenomendir. Böyük mənəvi gücə malik 

olan  Novruz  bayramı  ulu  əcdadlarımızın  bizə  verdiyi  ən  gözəl  yadigar  olub, 

Azərbaycan  xalqının  milli  ruhunu  və  yaddaşını,  onun  daxili  aləmini  bütün 

zənginliyi  ilə  yaşadır.  Təbiətin  oyanışının,  varlığın  yenidən  canlanmasının 

müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə 

daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş 

etmişdir”.

                                                               

Ümummilli lider Heydər Əliyev 

         Novruz  bayramı   Şimal  yarımkürəsində 

astronomik  yazın  başlandığı,  gecə-gündüz 

bərabərliyi    günündə  (martın  20-si,  21-i  və  ya 

22-sində) keçirilir. Bir sıra xalqlar ta qədimdən 

yaz  fəslinin  gəlməsini  təbiətin  canlanması  ilə 

bağlamış, bu  münasibətlə  şənliklər  keçirmiş,  

onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. 

Qədim  zamanlardan  başlayaraq  Azərbaycan, 

İran,  Əfqanıstan,  Tacikistan,  Özbəkistanda  və  

bir  çox  Şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 

21-i  İran  və  Əfqanıstanda  rəsmi  təqvimin  ilk  günü  sayılır.  2009-cu  il sentyabrın     

30-da  Novruz  YUNESKO  tərəfindən  qeyri-maddi  mədəni  irs  siyahısına  daxil 

edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının 

iclasında  mart  ayının  21-i  Beynəlxalq  Novruz  Günü  elan  edilmişdir.  Novruz 

Azərbaycan  xalqının  zəngin  maddi  və  mənəvi  dəyərlərinin  mühüm  bir  hissəsini 

özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir 

milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim 

mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu 

kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə 

Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz”  – hərfi mənada  “yeni 

gün” deməkdir. Amma ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və 

yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan 

Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş 

fərqlərilə  bir  çox  türk  xalqlarının  dillərində  işlənməkdədir.  Novruz  haqqında 

məlumatlara  Ömər  Xəyyamın  “Novruznamə”,  Nizamülmülkün  “Siyasətnamə”, 

Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik. Qədim dövrlərdə 

Novruz  təkcə  xalq  bayramı  kimi  deyil,  eyni  zamanda,  dövlət  bayramı  kimi  qeyd 

olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Novruz 

bayramı  şənliklərində  kütləvi  gəzintilər,  xalq  oyunları,  nəğmələr  oxunması, 

məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. 

İnternetdə: 

www.books.google.com

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə