F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Mart – Beynəlxalq Xoşbəxtlik Günü, (2012)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə24/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   20   21   22   23   24   25   26   27   ...   146

71 

 

20 Mart – Beynəlxalq Xoşbəxtlik Günü, (2012) 



 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BMT  2012-ci  ildə  martın  20-ni  Beynəlxalq  Xoşbəxtlik  Günü  (International 



Day  of  Happiness)  elan  etmişdir.  Burada  məqsəd  xoşbəxtliyə  can  atmağın 

planetimizdəki bütün insanların ortaq hissi olması haqqında ideyanı dəstəkləməkdir.  

Beynəlxalq  Xoşbəxtlik  Gününün  təsisçilərinin  fikrincə,  bu  bayram 

xoşbəxtliyin  bəşəriyyətin  əsas  məqsədlərindən  biri  olduğunu  göstərmək  və 

xatırlatmaq üçün təsis olunub. Bununla əlaqədar təsisçilər bütün ölkələri öz səylərini 

hər bir insanın rifahına yönəltməyə çağırırlar. BMT hər bir üzv dövlətə, beynəlxalq 

və  regional  təşkilatlara,  həmçinin  mülki  şəxslər  və  qeyri-hökumət  təşkilatları  da 

daxil 


olmaqla, 

vətəndaş 

cəmiyyətinə  Beynəlxalq  Xoşbəxtlik  Gününü, 

maarifləndirmə tədbirləri də daxil olmaqla, lazımı qaydada qeyd etməyə çağırır.  

 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 



 

 


72 

 

21 Mart – Beynəlxalq Meşə Günü, (2013) 

 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

Birləşmiş  Millətlər  Təşkilatı  Baş  Assambleyasının  qərarı  ilə  martın  21-i 



Beynəlxalq  Meşə  Günü  elan  edilmişdir  və  1971-ci  ildən  qeyd  olunur.  BMT  Baş 

Məclisinin 6 yanvar 2013-cü il qərarı ilə  həmin  ildən etibarən hər il martın 21-i 

qeyd  edilir.  Beynəlxalq  Meşə  Günü  meşələrin  və  meşə  sahələrinin  Yer  kürəsində 

davamlı  inkişaf  və  təhlükəsizlik  üçün  böyük  əhəmiyyət  daşımasına  diqqəti  cəlb 

etmək məqsədi güdür. BMT Baş Məclisin bu qərarını Ərzaq və Kənd Təsərrüfatı 

Təşkilatı  alqışlamış  və  üzv  dövlətləri  həmin  gün  xüsusi  tədbirlər,  o  cümlədən 

ağacəkmə kampaniyaları keçirilməsini dəstəkləməyə çağırmışdır. 

Yer  kürəsi  ərazisinin  quru hissəsinin  31  faizi  meşələrlə  örtülmüşdür.  Haqlı 

olaraq  meşələri  planetimizin  ağciyərləri  adlandırırlar.  Yerin  ekoloji  sistemləri  və 

atmosfer  arasında  karbon  qazı  mübadiləsi  prosesində  meşələr  mühüm  yer  tutur. 

Dünyadakı  meşələrin  13  faizi  xüsusi  qorunan  təbii  ərazilərə  aiddir.  Son  illərdə 

meşələrin qırılması, deqradasiya və yanğınlar nəticəsində Yer kürəsində meşələrin 

təhlükəli dərəcədə azalması meyilləri bütün beynəlxalq

 

birliyi ciddi narahat edir. 



 

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 


73 

 

21 Mart – Ümumdünya Poeziya Günü, (1999) 



     “İnsanlara  şeir  qədər,  ədəbiyyat  qədər  güclü  təsir  edən,  insanların 

mənəviyyatına, əxlaqına, tərbiyyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü 

təsir göstərən başqa bir vasitə yoxdur”. 

                                                                                               Ümummilli  lider Heydər Əliyev  

 

      1999-cu  ildə  YUNESKO-nun  baş  konfransının     

33-cü  sessiyasında    hər    il  martın  21-də  Ümumdünya  

Poeziya    Gününü    (World  Poetry  Day)  qeyd  etmək 

qərara  alınmışdır.  İlk  Ümümdünya  Poeziya  Günü, 

YUNESKO-nun mənzil-qərargahının yerləşdiyi Parisdə 

keçirilmişdir.  YUNESKO-nun  qərarında  deyilir: 

“Poeziya    müasir  insanın  ən  dərin  və  kəskin  mənəvi 

suallarına  cavab  ola  bilər,  lakin  bunun  üçün  ona  daha 

çox ictimai diqqəti cəlb etmək zəruridir”. Bundan başqa, 

Ümumdünya Poeziya Günü kiçik nəşriyyatlara özlərini 

göstərmək  imkanı  verir,  çünki  məhz  onların  səyi  ilə  müasir  şairlərin  əsərləri 

oxuculara  çatır.  Bu  bayram  canlı  poetik  söz  ənənələrini  dirildən  poeziya  klubları 

üçün  də  bir  imkandır.  YUNESKO  hesab  edir  ki,  bu  gün  kütləvi  informasiya 

vasitələrində  poeziyanın  insanlara  açıq,  əsl  müasir  sənət  nümunəsi  kimi  pozitiv 

obrazının yaradılmasına xidmət edir. Belə hesab olunur ki, ən qədim şeir-himnlər 

e.ə.  XXIII  əsrdə  yaranmışdır.  Şeirlərin  müəllifi  şairə  En-hedu-ana  olmuşdur.  O, 

akkad çarı Sarqonun qızı olmuşdur. En-hedu-ana Ay tanrısı Nann və səhər ulduzu 

tanrıçası  İnann  haqqında  yazmışdır.  Bu  günlə  əlaqədar  təhsil,  mədəniyyət 

müəssisələrində, yaradıcı kollektivlərdə müxtəlif tədbirlər keçirilir. Bu ocağın neçə-

neçə unudulmaz söz sahiblərindən biri olan sevimli Şəhriyar qəlbini, ruhunu şeirə, 

sözə, poeziyaya bağışlayaraq deyib: 

                                         Şeir mədəniyyət, incəsənətdir, 

                                         İncə ruh, incə zövq, incə sənətdir. 

                                         O da musiqi tək qəlbin səsidir, 

                                         Həyatın ən böyük möcüzəsidir. 

      Fransız yazıçısı Anatol Frans haqlı olaraq qeyd edib ki, şeirlə insan ruhu arasında 

qədim  bir  ünsiyyət  var.  Buna  görə  də  insanın  sevincli  və  kədərli  anlarında  şeir 

həmişə onunladır. Bu məqamlarda Livan yazıçısı və rəssamı Xəlil Cübranın sözləri 

yada düşür: “Şeir qanı axan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir”. Rus 

şairi, Nobel mükafatı laureatı İosif Brodski isə bildirib ki, poeziya ən yaxşı sözlərin 

ən yaxşı düzümü deyil, poeziya dilin adi mövcudluq formasıdır.  

 

İnternetdə: 



www.books.google.com 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə