F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Mart – Dramaturq, yazıçı Məhərrəm Əlizadənin 105 illiyi, (1913-1983)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə32/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   28   29   30   31   32   33   34   35   ...   146

95 

 

22 Mart – Dramaturq, yazıçı Məhərrəm Əlizadənin 105 illiyi, (1913-1983) 

 

 

 



 

 

 



 

 

Əlizadə  Məhərrəm  Cəlal  oğlu  1913-cü  il  martın  22-də  Şuşa  şəhərində 



doğulmuşdur. İbtidai təhsilini Şuşada birinci dərəcəli məktəbdə almışdır. 1930-cu 

ildə Bakıda ikiillik Hüquq İnstitutunu bitirib Azərbaycan Ali Məhkəməsində katib 

müavini, 1933-1936-cı illərdə isə Masallı və Ağcabədi rayonlarında kənd müəllimi 

olmuşdur.  1936-cı  ildə  təhsilini  davam  etdirmək  məqsədilə  Azərbaycan  Dövlət 

Universitetinin  biologiya  fakültəsinə  daxil  olmuşdur.  Eyni  zamanda  Bakı  Teatr 

Texnikumunda dərs hissə müdiri, incəsənət işləri idarəsində təlimatçı vəzifələrində 

işləmişdir.  1945-ci  ildə  “Azərbaycanfilm”də  kinoxronika  şöbəsinin  rəisi,  ssenari 

şöbəsinin  baş  redaktoru  olmuşdur.  1954-cü  il  martın  1-də  satirik  “Kirpi”  jurnalı 

fəaliyyətə  başladığı  gündən  orada  əməkdaşlıq  etmişdir.  Bədii  yaradıcılığa  “İftira” 

(1937)  komediyası  ilə  başlamışdır.  Onun  qələmə  aldığı  “Toy  kimindir?  (1939), 

“Qızıl gül” (1941), “Gözün aydın”(1943), “Nazxanım naz eyləyir”, “Rəisin arvadı” 

(1959), “Altı qızın biri Pəri” (1964), “Səndən mənə yar olmaz”, “İki könül bir olsa” 

(1966), “Dağ çiçəyi” (1967), “Qığılcım” (1970) və s. komediyaları teatr repertuarına 

daxil olmuş, ölkəmizdən xeyli uzaqlarda tamaşaya qoyulmuşdur. Bu əsərlərin çoxu 

keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilmişdir. Onun “Papiros qutusu” (1955) 

əsəri respublika müsabiqəsində mükafata layiq görülmüşdür. Musiqili komediyaları 

və  satirik  pyesləri  xarici  ölkələrdə  də  tamaşaya  qoyulmuşdur. Ədib  300-dən  artıq 

satirik hekayə və povest, yumoristik novellalar, oçerklər yazmış, dövri  mətbuatda 

çap etdirmişdir. Məhərrəm Əlizadə 1983-cü il avqustun 31-də Bakıda vəfat etmişdir.                                                                                                                  

Kitabları: “Mühəndis Fətəliyev” (1949), “Qılınc dağında” (1952), “Papiros qutusu” 

(1956),  “Hekayələr”  (1961),  “Kədər  və  sevinc”  (1962),  “Artıq  tikə”  (1964), 

“Gözəllik axtarıram” (1978), “Qara brilyant” (1983) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


96 

 

25 Mart – Satirik şair, yazıçı Rüfət Əhmədzadənin 85 illiyi, (1933-1988) 



 

 

Rüfət  Əhmədzadə 1933-cü  ildə  Bakıda  anadan  olmuşdur.  Atası  Zülfüqar 



Əhmədzadə xalq düşməni kimi həbs edilir və ailə Azərbaycanın Balakən rayonuna 

köçür. Elə əmək fəaliyyətinə də erkən yaşlarında orada başlayır. 13 yaşında səyyar 

kinomexanik vəzifəsində çalışır. Bakıya döndükdən sonra pionerlər evində direktor 

vəzifəsində  çalışır  və  mətbuatda  müxtəlif  şeirləri  ilə  çıxış  edir.  "Kirpi"  satirik 

jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər 

bu jurnalda çalışır. Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər 

yüksələn Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib. SSRİ 

Yazıçılar  İttifaqının  və SSRİ  Jurnalistlər  İttifaqının  üzvü  olmuşdur.  11  kitab,  4 

musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", 

"Hələlik"),  3  televiziya  tamaşası  ("Sonuncu  məhəbbət",  "Gülüş  sanatoriyası", 

"Şirbalanın  məhəbbəti")  və  yüzlərlə  satirik  televiziya  novella-səhnəciklərin 

müəllifidir.  Bir  çox  tanınmış  mahnılar  onun  şeirlərinə  bəstələnmişdir.  Sonuncu 

"Sizin ilə gülə-gülə" kitabı 2012-ci ildə dərc olunub. 

Kitabları:  “Özündən  demir”,  “Qəribə  yuxu”,  “Hansımız  hündürük”,  “Sizin  ilə, 

gülə-gülə” və s. 



Filmoqrafiya:  Sonuncu  məhəbbət  (film,  1985),  Gülüş  sanatoriyası  (film,  1989), 

Şirbalanın məhəbbəti (film, 1991). 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


97 

 

26 Mart – Yazıçı, ədəbiyyatşünas Vaqif Sultanlının 60 illiyi, (1958) 



 

      Vaqif  Soltan  oğlu  Verdiyev  1958-ci  il martın  26-da 

Kürdəmir  rayonunun   Şahsevən   kəndində  anadan 

olmuşdur.  Köhnəbazar  kənd  orta  məktəbini  bitirmişdir 

(1964-1974),  Kürdəmir  rayon  elektrik  şəbəkəsində  fəhlə 

işləmişdir (1974-1976).

 

Azərbaycan Dövlət Universitetinin 



filologiya  fakültəsini fərqlənmə  diplomu  ilə  bitirmişdir 

(1981).


 

Əmək fəaliyyətinə təyinatla göndərildiyi İsmayıllı 

rayonunun Qalacıq kəndində  dil-ədəbiyyat  müəllimi  kimi 

başlamışdır.  Sonra  isə  ADU-nun  Müasir  Azərbaycan 

ədəbiyyatı  kafedrasının  aspiranturasında  təhsilini  davam 

etdirmişdir.

 

"Azərbaycan  dramaturgiyasında  xarakter  problemi  (1970-1980)" 



mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1984). BDU-da müəllim, 

baş müəllim, dosent işləmişdir (1984-1991). Ədəbi yaradıcılığa çox erkən başlasa 

da "Yovşan ətri" adlı ilk hekayəsi 1980-ci ildə "Azərbaycan qadını" jurnalında nəşr 

olunmuşdur.  Həmin  dövrdən  başlayaraq  hekayələri,  tərcümələri,  elmi-publisistik 

məqalələri  ilə  müntəzəm  olaraq  mətbuatda  çıxış  edir.  Vaqif  Sultanlının  “Dərviş”, 

“Mağara”, “Nəvai-Qumru”, “Qütb gecəsi”, “Vətən”, “Ada”, “İlğım”, “Tərs axın”, 

“Lal  həlqə”  və  digər  hekayələri  özünəməxsus  dil  və  üslub  xüsusiyyətləri  ilə 

seçilməkdədir. Vaqif Sultanlı tərcümə fəaliyyəti ilə də məşğul olmuş, Rəşad Nuri 

Güntəkinin "Yarpaq  tökümü"  və  "Dəyirman"  romanlarını,  Sergey  Jitomirskinin 

"Sirakuzlu alim" tarixi povestini, habelə E.Ştritmatter, Y.Haşek, V.Meri, Q.Stopka 

və başqalarının əsərlərini doğma dilə çevirərək nəşr etdirmişdir.  

Çoxlu  sayda  publisistik  yazıların,  tənqid  və  ədəbi  proseslə  bağlı  elmi-

publisistik  məqalənin  müəllifidir.  Bir  sıra  əsərləri İngiltərə, Amerika  Birləşmiş 

Ştatları, Türkiyə,   Danimarka,   Misir,   İran,   Rusiya, Ukrayna   və  başqa  ölkələrdə 

nəşr olunmuşdur. 

Kitabları: “Sönmüş ulduzlar” (1988), “İnsan dənizi” (1992), “Ağır yolun yolçusu” 

(1996),  “Azadlığın  üfüqləri”  (məqalələr  toplusu)  (1997),  “Azərbaycan  mühacirət 

ədəbiyyatı” (dərs vəsaiti) (1998), “Qul bazarı” (hekayələr, miniatürlər, sərgüzəştlər, 

esselər). (1999), “Ədəbi-nəzəri illüstrasiyalar” (nəzəri fraqmentlər) (2000), “Ölüm 

yuxusu” (povest, hekayə və esselər) (2002) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə