F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 Aprel – Ümumdünya Mədəniyyət Günü, (1935)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə40/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   36   37   38   39   40   41   42   43   ...   146

120 

 

15 Aprel – Ümumdünya Mədəniyyət Günü, (1935) 

 

 

 



  

Mədəniyyət  dünyasının  bütün  sferalarının  əhəmiyyətini  bir  daha  qeyd 

etmək  üçün  xüsusi  bayram – Beynəlxalq  Mədəniyyət  Günü  (International Day 

of Culture) təsis edilmişdir. Hər il dünyanın bir çox ölkələrində 15 Aprel Beynəlxalq  

Mədəniyyət  Günü  kimi  qeyd  olunur.  Bu  bayram  1935-ci  il  aprelin  15-də  

beynəlxalq  hüquq  təcrübəsində  Rerix  Paktı  kimi  tanınan,  “İncəsənət    və  elm 

müəssisələrinin  və  tarixi  abidələrin qorunması haqqında” beynəlxalq müqavilənin  

qəbul olunmasının şərəfinə təsis edilmişdir. 

Bu Paktın imzalandığı  günün  Beynəlxalq  Mədəniyyət  Günü  kimi  qeyd  

olunması təşəbbüsü  ilə 1998-ci  ildə  Rerix  Beynəlxalq  Mərkəzi  tərəfindən  təsis  

olunan Beynəlxalq  Mədəniyyətin  Qorunması  Liqası  çıxış  etmişdir.  Bu ictimai 

təşkilatın fəaliyyəti mədəniyyət, incəsənət, elm və dinin nailiyyətlərinin qorunması 

və  artırılmasına  yönəlmişdir.  2008-ci  ildə  Rusiya,  İtaliya,  İspaniya,  Argentina, 

Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilalarının təşəbbüsü ilə 15 aprelin 

Ümumdünya  Mədəniyyət  Günü  kimi  təsdiq  edilməsi  üçün  Beynəlxalq  hərəkat 

yaradılmışdır. Hal-hazırda bu bayram dünyanın müxtəlif ölkələrində qeyd olunur. 

 

İnternetdə: 

www.books.google.com 

 

 



 


121 

 

17 Aprel – Ümumdünya Hemofiliya Günü, (1964) 

 

 

Dünyanın 

102  ölkəsində  aprelin  17-si 

Ümumdünya  Hemofiliya  Günü  kimi  qeyd  olunur. 

Təbabətdə bu xəstəliyə kral xəstəliyi deyirlər. Belə ki, 

Fransada  kral  Lüdoviklər  nəslində  əsasən  oğlan 

uşaqları bu xəstəlikdən əziyyət çəkmişlər. Bu gün isə 

qan  çatışmazlığı  dünyada  bir  problem  kimi  yaşanan 

hemofiliya xəstəliyinin yaranmasına səbəb olmuşdur. 

İrsi  qan  xəstəliyi  olan  hemofiliya  dünyanın  bir  çox 

ölkələrində əsasən Asiya və Afrika qitəsində,  Aralıq 

dənizi  hövzəsində  daha  çox  yayılmışdır.  Xəstəliyin 

əsas səbəbləri kimi mütəxəssislər yaxın qohumların nigahı, radiasiyalı ətraf mühit, 

qida və tütün məmulatlarının təsirini göstərirlər. İndi dünyada 400 min hemofiliyalı 

xəstə  var.  Azərbaycanda  Səhiyyə  Nazirliyinin  qeydiyyatında  minə  qədər 

talassemiyalı və hemofiliyalı irsi qan xəstəsi var. Əhalinin hər 12 nəfərindən biri 

talassemiyanın əlamətlərini özündə daşıyır. Hər il talassemiya xəstəsi olan təqribən 

200  uşaq  dünyaya  gəlir,  bu,  kiçik  bir  ölkə  üçün  böyük  göstəricidir.  2005-ci  ildə 

Prezident İlham Əliyev tərəfindən “Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə 

düçar  olmuş  şəxslərə  dövlət  qayğısı”  haqqında  fərman  imzalanmışdır.  Bununla 

əlaqədar 2006-cı ilin yanvarında Nazirlər Kabineti Səhiyyə Nazirliyinin hazırladığı 

“Hemofiliyalı və  talassemiya  irsi  qan xəstəlikləri  üzrə  Dövlət Proqramı”nı təsdiq 

etmişdir. Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb 

etmək və onların həyat tərzlərinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına 

dəstək  olmaqdır.  Proqramda  hemofiliya  və  talassemiyanın  fəsadlarından  əmələ 

gələn əlilliyin və ölüm hallarının azaldılması, bu fəsadların profilaktikasının təşkili 

və belə xəstə uşaqların doğulmasının qarşısının alınması sisteminin yaradılması əsas 

yer almışdır. Nəzərdə tutulan digər tədbirlər hemofiliya və talassemiyalı xəstələrə 

göstərilən  tibbi  xidmət  strukturunun  təkmilləşdirilməsi,  bu  xəstəliyə  düçar  olan 

şəxslərin qeydiyyatının aparılması, xəstələrin müalicəsi və profilaktikası üzrə tibb 

mütəxəssislərinin hazırlanması, onların ixtisaslarının artırılmasıdır. Dövlət proqramı 

çərçivəsində  xəstələrin  dərman  preparatları  ilə  pulsuz  təmin  olunması  nəzərdə 

tutulmuşdur. Heydər Əliyev Fondu, fondun prezidenti, YUNESKO və İSESKO-nun 

xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın talassemiyalı uşaqlara diqqət 

və  qayğısı  isə  həmin   insanlar   üçün  böyük  mənəvi  dəstəyə  çevrilmişdir.  Fond  

2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində bir sıra mühüm 

işlər görüb və görməkdədir. Fond tərəfindən talassemiyalı xəstələr üçün paytaxtda 

beş mərtəbəli Talassemiya Mərkəzi istifadəyə verilmişdir. 



İnternetdə: 

www.books.google.com

 



122 

 

18 Aprel – Tarixi Abidələrin Mühafizəsi Günü, (1983) 



 

     “

Biz  öz  milli  mənəvi  dəyərlərimizlə,  dini 

dəyərlərimizlə, 

adət 

ənənələrimizlə  fəxr 

etməliyik.  Əgər  hansısa  dağ  kəndində  tarixi 

abidə varsa, ona sadəcə qədim tikili kimi yox, 

milli sərvət kimi yanaşmalıyıq”.

                                                                                                                                                                                      

                         Ümummilli  lider  Heydər Əliyev 

Bu  gün  YUNESKO-nun  abidələrin  və  diqqətəlayiq  yerlərin  mühafizəsi 

məsələləri  üzrə  Beynəlxalq  Şurasının  1983-cü  ildə  qəbul  edilmiş  qərarı  əsasında 

qeyd  olunur.  Məqsəd  dünya  ictimaiyyətinin  diqqətini  maddi-mədəniyyət 

abidələrinin  qorunmasına  yönəltməkdir.  Tarixi  abidələr  –  məqbərələr,  saraylar, 

məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. 

tarixi  keçmişimizin  maddi  yadigarlarıdır.  Onlar  zamanın  sərt  sınaqlarına  sinə 

gərərək  bu  günümüzə  gəlib  çatmışlar.  Hər  bir  ölkənin  tarixinin  qədimliyi  onun 

maddi-mədəniyyət  yadigarlarının  çoxluğu  və  qədimliyi  ilə  ölçülür.  Bu  sahədə 

ölkəmizin  bəxti  gətirmişdir.  Qobustan,  Gəmiqaya,  İstisu  qayaüstü  təsvirləri, 

Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Gələrsən-Görərsən kimi 

qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, 

Göy  məscid,  Şah  Abbas  məscidi,  Gövhərağa  məscidi,  Cümə  məscidi,  Təzəpir 

məscidi kimi dini ibadətgahlarımız, Həşt behişt, Şirvanşahlar, İrəvan sərdar sarayı, 

Şəki xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər. Hazırda işğal 

altında  olan  dünya  əhəmiyyətli  mədəni-tarixi  abidələrimiz  –  Azıx  və  Tağlar 

mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun 

siyahısına  düşmüş  bu  mağaralardan  tapılmış  maddi  mədəniyyət  nümunələri  hələ 

1981-ci ildə Parisin İnsan muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş 

etdirilmişdi.  Beynəlxalq  İnkişaf  Assosiasiyası  ilə  Azərbaycan  hökuməti  arasında 

imzalanmış  “Mədəni  irsin  qorunmasına  yardım  haqqında”  sazişə  uyğun  olaraq, 

Bakıda Şirvanşahlar saray-kompleksində, Naxçıvanda Möminə Xatın və Qarabağlar 

türbələrində, Şəki Xan sarayında bərpa və yenidənqurma işləri aparılmışdır. 2002-ci 

ildə respublikamız Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul 

olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və 

Qız  qalası  da  daxil  olmaqla,  İçərişəhər  Dövlət  Tarixi-Memarlıq  Kompleksi 

YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilmişdir.

   

 

İnternetdə: 

www.books.google.com

 

 




Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə