F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə48/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   44   45   46   47   48   49   50   51   ...   146

145 

 

İncəsənət 

Xalq artisti, aktyor Kamal Xudaverdiyevin 80 illiyi, (03.05.1938-23.04.2008) 

Teatrşünas, tənqidçi Mehdi Məmmədovun 100 illiyi, (22.05.1918-28.01.1985) 

Xalq aristi, aktyor Fuad Poladovun 70 illiyi, (24.05.1948) 

Milli Qəhrəmanlar Zirvəsi 

Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Yusif  Vəli oğlunun 60 illiyi,  

(23.05.1958-19.02.1993) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


146 

 

Əlamətdar tarixi günlər və bayramlar 



 

3 May – Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü, (1993) 

1991-ci  il  mayın  3-də  Namibiyanın 

paytaxtı  Vindhukda  regional  seminara 

toplaşmış  jurnalistlər  azad  və  müstəqil 

informasiya  vasitələrinə  yardımçı  olmaq 

məqsədilə  bütün  dünya  hökumətlərinə 

mətbuat  azadlığının  və  demokratikliyinin 

təminatına  yardımçı  olmağa  çağıran  

Vindhuk  Bəyannaməsini  qəbul  ediblər. 

Buna görə, BMT Baş Məclisi 1993-cü ildə 

mayın  3-nü  Beynəlxalq  Söz  və  Mətbuat 

Azadlığı  Günü  elan  edib.  Söz  və  mətbuat  azadlığı  demokratiyanın  meyarı  olaraq 

tanınır. Söz azadlığının olmadığı ölkələrdə insan hüquqlarının pozulması hallarına 

daha çox rast gəlinir. Bu gün bir çox beynəlxalq qurumlar ölkələrdə söz və mətbuat 

azadlığını diqqət mərkəzində saxlayırlar.  

İnternetdə: 

www.books.google.com 

3 May – Türk Dünyasının Həmrəyliyi Günü, (1944) 

Türk millətinin bayrağı onun müqəddəslik simvoludur. 

Bu tarixi gün ilk dəfə 1944-ci ilin 3 

mayında  Topxana  hərbi  həbsxanasında  10 

nəfər  məhkum  tərəfindən  qeyd  olunub. 

Azərbaycanda Türkçülük Günü 1992-ci ilin 

may  ayının  3-dən  etibarən  qeyd  edilir. 

Türkçülük  Günü  Türkiyədə  daha  geniş 

qeyd  olunur.  Azərbaycanda  isə  bu  günü 

əsasən  milliyyətçilər  qeyd  edirlər.  Hər  bir 

xalq  öz  keçmişini,  tarixini  bilməli,  özünü 

tanımalı  və  mirası  yaşatmalıdır.  3  May  tarixinin  Türkçülük  Günü  kimi  tarixə 

yazılmasında, türkçülük uğrunda mübarizə aparan insanlar uzun illər təqiblərə məruz 

qalmışlar.  Türkçülük  Günü  əslində  Türkiyədən  qaynaqlanır.  Türk  dünyası  bütün 

dünyaya  ədalət,  hürriyyət  gətirdi.  Sonradan  türkü  məhv  etmək  üçün  müəyyən 

qüvvələr hərəkətə gəldi. Türk dövlətləri sıradan çıxarıldı, 1918-ci ildə Birinci Dünya 

müharibəsi  bitənə  kimi  Osmanlı  imperiyasını  da  çökdürdülər.  Bundan  sonra 

meydana  Atatürk gəldi və  türk  millətini, türk  milliyyətçilərini  qalibiyyətə  apardı. 

Atatürkdən sonra baş verən proseslər yenidən Qərb dünyasının istəyi ilə getməyə 

başladı.  Bu  dövrdə  milliyətçilər  təqiblərə  məruz  qaldılar  və  bunun  kuliminasiya 

nöqtəsi isə 3 may 1944-cü ildə baş verdi.  



İnternetdə: 

www.books.google.com 


147 

 

3 May – Beynəlxalq Günəş Günü, (1994)  



 

 

   


Bu gün YUNESKO-nun qərarı ilə təyin olunmuşdur. Yer kürəsinə ən yaxın 

ulduz  Günəşdir.  Yaşayışın  mənbəyi  olan  Günəşi  nə  qədər  tanıyırıq?  Beynəlxalq 

Günəş Günü artıq on ildən çoxdur ki, may ayının 3-də qeyd edilir. Günəş Günü Milli 

Uçuş və Kosmos İdarəsi tərəfindən qeyd edilir. Günəş bitki və heyvanlar aləminə 

lazım olan istiliyi, işığı verir. Yer Kürəsinin atmosferini formalaşdırır.  Azərbaycan 

ədəbiyyatının görkəmli nümayəndəsi, böyük  şairimiz Məmməd Araz hələ 1982-ci 

ildə maraqlı bir şeir yazmışdır: “Günəş günü”. Bu şeir təbiəti, işığı, yerin və göyün 

gözəlliklərini, eləcə də insanın ruhundakı nuru, xeyirxah əməlləri qorumaq üçün bir 

çağırış idi: 

Əkinçi, səpinçi gününə yaxın, 

Dəmirçi, kömürçü gününə yaxın, 

Bu günü qoparaq il budağından, 

Elə adisinin, elə bozunun. 

Süpürüb qarını, silib tozunu 

Yuyub gözümüzdə, sözümüzdə biz 

Sərib qurudub da sinəmizdə biz, 

O günə ad verək, ad – Günəş günü, 

Əkək ağlımıza, yaddaşımıza. 

Bir gün salam verək, - İşığın aydın! 

Töhfəmiz olmasın işıqdan ayrı... 

Bu  şeir  yazılandan  xeyli  sonra  –  1994-cü  ildə  beynəlxalq  təqvimlərdə 

əlamətdar  günlər  sırasına  biri  də  əlavə  olundu:  Günəş  Günü.  Beynəlxalq  Günəş 

Enerjisi Cəmiyyətinin Avropa bölməsinin təşəbbüsü ilə insanların diqqətini bərpa 

olunan enerji mənbələrinə cəlb etmək üçün hər il mayın 3-də dünyada Günəş Günü 

qeyd olunur. Həmin gündə alimlər, ictimai təşkilatlar və şirkətlər günəş enerjisinin 

imkanlarını nümayiş etdirmək üçün müxtəlif tədbirlər təşkil edirlər.  

İnternetdə: 

www.books.google.com 

 



148 

 

5 May – Əlillərin Hüquqlarının Müdafiəsi Günü, (1992) 

 

 

 



 

 

 

 

 

 

 



  1992-ci  ildən  BMT  Baş  Assambleyasının  qərarı  ilə  hər  il  5  may  Əlillərin 

Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan 

insanların sayı 450 mindən çoxdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı 

dövlət  proqramı  mövcuddur.  Həmin  proqramda  əlilliyin  qarşısının  alınması, 

əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz 

əksini  tapıb. Əlillərin  sosial  müdafiəsi  isə  ildən-ilə  daha  da  gücləndirilir,  bu 

istiqamətdə  genişmiqyaslı  tədbirlər  həyata  keçirilir.  Bu  işlər  onların  cəmiyyətə 

inteqrasiyasına xidmət edir. Dövlət hər ay əlillik qruplarına uyğun olaraq, onlara 

pensiya və sosial müavinətlər verir. Onların sağlamlığının bərpası üçün paytaxtda 

və  bölgələrdə  reabilitasiya  mərkəzləri  fəaliyyət  göstərir.  Bütün  bunlar  əlilliyin 

qarşısının  alınmasında,  əlillərin  reabilitasiyasında  mühüm  rol  oynayır. 

       BMT-nin  nüfuzlu  strukturlarından  biri  olan  Uşaq  Fondunun  (UNİCEF) 

Azərbaycandakı  nümayəndəliyi  tərəfindən  ölkəmizin  Prezidentinə  ünvanlanmış 

2008-ci  il  12  dekabr  tarixli  müraciətdə  "Əlillərin  hüquqları  haqqında" 

Konvensiyanın  yerli  və  mərkəzi  səviyyədə  müxtəlif  dövlət  qurumları  arasında 

əlaqələndirməni  təmin  etmək  məqsədilə  hökumətdə  əlaqələndirici  şəxsin  təyin 

olunması  və  əlaqələndirmə  mexanizminin  yaradılması  (maddə  33.1), 

Konvensiyanın  həyata  keçirilməsinin  təşviqi  və  monitorinqi  (maddə  33.2) 

məqsədilə  Ombudsman  Aparatında  müvafiq  bazanın  yaradılması  üçün  adekvat 

tədbirlərin  görülməsi  təklif  edilmişdir.  Bu  UNİCEF-in  həmin  istiqamətdə 

hökumətimizə dəstək vermək niyyətində olduğunun ifadəsidir. 

   İnternetdə: 

www.books.google.com 

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə