F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 May – Beynəlxalq İqlim günü, (1992)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə50/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   46   47   48   49   50   51   52   53   ...   146

152 

 

  



15 May – Beynəlxalq İqlim günü, (1992) 

 

İqlimin qorunması bəşəriyyətin qarşısında 



duran qlobal problemlərdən biridir. Hər il mayın 

15-də dünya Beynəlxalq İqlim Gününü qeyd edir. 

Bu  qeyri-rəsmi  bayramın  təsis  olunması, 

meteoroloqların  iqlimin  indiki  və  gələcək 

nəsillərin  rifahı üçün  vacib  resurs  kimi  qorunub 

saxlanması  çağırışına  cavab  olmuşdur.  Qlobal 

istiləşmə,  atmosfer  qatında  ozonun  yüksək 

səviyyədə  olması,  planetdə  hava  şəraitinin 

dəyişilməsi – Yer kürəsində iqlimin pisləşməsinə 

səbəb olur və nəticə etibarilə insanların həyat, ərzaq və mülkiyyət təhlükəsizliyinə, 

təbii ehtiyatların vəziyyətinə və dövlətlərin balanslaşdırılmış inkişafına mənfi təsir 

göstərir.  Müasir  elmlər  Yer  kürəsində  temperaturun  getdikcə  qalxması  halında 

iqlimin  fəlakətli  dəyişikliyinin  vaxtını  dəqiq  deyə  bilmirlər.  Lakin  ekoloq  və 

meteoroloqların  fikrincə,  bu  dəyişiklikləri  təxirə  salmaq  olar.  Geridönməz  iqlim 

dəyişikliklərinə səbəb olan əsas problemlərin sırasına atmosferdə parnik qazlarının 

toplanmasının  çoxalmasıdır.  Bu təzahür dünya  səviyyəsində  ilk dəfə 1992-ci  ildə 

Rio-de-Janeyroda  Yer  Sammitində  müzakirə  olunmuşdur.  Dünyanın  180-dən  çox 

ölkəsinin  nümayəndələri  BMT-nin  İqlim  Dəyişikliyi  Haqqında  Çərçivə 

Konvensiyasını  imzalamışlar.  1997-ci  ildə  bu  konvensiya  tərəfdarlarının  Kiotoda 

(Yaponiya) keçirilən üçüncü konfransında konvensiyaya əlavə kimi məşhur Kioto 

protokolu qəbul olunmuşdur. 2007-ci ilin dekabrında Balidə (İndoneziya) BMT-nin 

iqlim dəyişikliyi məsələlərinə həsr olunan başqa bir konfransı keçirilmişdir.  

Yer  üzündə  iqlimin  qorunması  planetin  hər  bir  sakinindən  asılıdır.  Bunun 

üçün  avtomobillərdən  az  istifadə  etmək,  ağac  əkmək,  yaşıllıqları  qorumaq  və  s. 

lazımdır.  Bu  kiçik  işləri  hər  bir  insan  həyata  keçirsə,  əslində  çox  böyük  müsbət 

nəticələrə səbəb olar.  

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 



153 

 

18 May – Beynəlxalq Muzeylər Günü, (1977) 



“Muzey maddi - mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, 

öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi 

tədqiqat müəssisəsidir”. 

                                                                                                   Ümummilli lider Heydər Əliyev

  

      2000-ci  il  martın    24-də    qüvvəyə  



minmiş  “Muzeylər  haqqında”  Azərbaycan  

Respublikasının 

Qanunu 

ölkəmizdə 



muzeylərin  fəaliyyətinin  təşkilati-hüquqi  

əsaslarını  və  müvafiq  münasibətləri 

tənzimləyir.  Ümummilli  lider  tərəfindən 

muzey işinin inkişafı üzrə müəyyən edilmiş 

prioritetlər  bu  gün  Azərbaycan  Prezidenti 

İlham Əliyevin və ölkəmizin birinci xanımı, 

YUNESCO  və  İSESCO-nun  xoşməramlı 

səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  Əliyevanın  rəhbərliyi  altında  fəaliyyət 

göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

 

Muzeylər dünyada 



mədəni  proseslərin  fəal  iştirakçısına,  eyni  zamanda,  qloballaşmanın  mənfi 

nəticələrinə  qarşı  dura  bilən  mədəniyyət  ocaqlarıdır.  Hər  il  mayın  18-i  dünyada 

Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının 

(İCOM)  təşəbbüsü  ilə  1977-ci  ildə  təsis  olunmuş  bu  əlamətdar  günün  məqsədi 

muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

  

Dünyanın  100-dən  çox  ölkəsində  qeyd  edilən  Beynəlxalq  Muzeylər  Günü 

qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda bayram 

edilir.  Ölkəmizdə  muzey  işinin  inkişafı  ümummilli  lider  Heydər  Əliyevin  adı  ilə 

bağlıdır. Onun təşəbbüsü ilə respublika Mədəniyyət Nazirliyinin Muzeylər İdarəsi, 

Muzey  işi  üzrə  Elmi-Metodiki  Mərkəz,  Muzey  Ekspozisiyalarının  Bədii  Tərtibatı 

Emalatxanası, Muzey Sərvətləri və Xatirə Əşyalarının Bədii Bərpa Mərkəzi təşkil 

olunmuşdur.  Azərbaycan  mədəniyyətinin  Üzeyir  Hacıbəyli,  Hüseyn  Cavid,  Cəlil 

Məmmədquluzadə,  Məmməd  Səid  Ordubadi,  Cəfər  Cabbarlı,  Bülbül,  Səməd 

Vurğun, Niyazi və digər nəhəng simalarının memorial – xatirə, mənzil, bölgələrdə 

tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü  ilə 

yaradılmışdır. 1994-cü ildə “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 

“İstiqlal”   Muzeyinin   yaradılması   və   İstiqlal   abidəsinin   ucaldılması   haqqında”  

2006-cı il 18 dekabr, “Müasir İncəsənət Muzeyinin yaradılması haqqında” 2006-cı 

il 19 dekabr, “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 

mart  tarixli  sərəncamları,  2009-cu  il  22  may  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş 

“Azərbaycanın  regionlarında  fəaliyyət  göstərən  muzeylərin  müasir  standartlara 



154 

 

uyğun  təmirinə,  yeni  avadanlıq  və  zəruri  eksponatlarla  təchizatına  dair  xüsusi 



tədbirlər  planı”,  həmçinin  “Azərbaycan  Xalça  Muzeyinin  yeni  binasının  maddi-

texniki  təminatı  haqqında”  2013-cü  il  29  dekabr  tarixli  sərəncamları    bu  sahəyə 

göstərilən qayğıya bariz nümunələrdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  

Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 

dekabr  tarixli  Sərəncamı  ilə  təsdiq  olunan  “Daşınmaz  tarix  və  mədəniyyət 

abidələrinin  bərpası,  qorunması,  tarix  və  mədəniyyət  qoruqlarının  fəaliyyətinin 

təkmilləşdirilməsi  və  inkişafına  dair  2014-2020-ci  illər  üzrə  Dövlət  Proqramı”na 

uyğun olaraq, milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd 

kimi qarşıya qoyulmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun 

prezidenti  Mehriban  Əliyevanın  böyük  zəhməti  sayəsində  “Şirvanşahlar  Sarayı 

Kompleksi”,  Qız  qalası  və  Qobustan  Milli  Tarix-Bədii  Qoruğu  YUNESCO-nun 

Dünya İrsi Siyahısına daxil edilmişdir. Fondun həyata keçirdiyi müxtəlif layihələr 

çərçivəsində  Qarabağ  muzeyləri  haqqında  məlumatlar  mötəbər  beynəlxalq 

təşkilatlara çatdırılır. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində 

son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, bu 

sahədə  beynəlxalq  əməkdaşlıq  sahəsində  yeni  nailiyyətlər  əldə  edilmişdir. 

Ümummilli  liderimizin  siyasi  irsinin  öyrənilməsi,  azərbaycançılıq  məfkurəsinin 

formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri 

isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi 

qiymətləndirilməlidir. 



 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə