F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 May – Ümumdünya Metrologiya Günü, (1875)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə51/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   47   48   49   50   51   52   53   54   ...   146

155 

 

20 May – Ümumdünya Metrologiya Günü, (1875) 



 

 

 



 

 

 



 

 

Ümumdünya Metrologiya Gününün tarixi 1875-ci ilin 20 mayından – Parisdə 



Beynəlxalq  Diplomatik  Konfransda  17  inkişaf  etmiş  ölkənin  hökumət 

nümayəndələrinin  məşhur  Metrik  Konvensiyasını  imzalamaqla  başlayıb. 

Konvensiyaya  uyğun  olaraq  Çəkilər  və  Ölçülər  üzrə  Beynəlxalq  Büro  (BİPM) 

yaradılıb,  ölçmələr  üzrə  elm  sahəsində  beynəlxalq  əməkdaşlığın  əsasları  və  onun 

sənayedə,  ticarətdə,  cəmiyyətin  mənafeyi  naminə  praktiki  tətbiqi  mexanizmləri 

işlənib hazırlanıb. Belə ki,  məhz bu sənəddən sonra ölçmələrin  metrik sistemi və 

beynəlxalq  vahidlər  sistemi  tətbiq  edilib,  onun  əsasında  Beynəlxalq  Ölçmələr 

Sistemi  yaradılıb.  Metrik  Konvensiyanın  ən  başlıca  məqsədi  olan  ölçmələrin 

vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir. Müasir 

cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri – səhiyyə, ekologiya, müdafiə və 

təhlükəsizlik,  ən  yeni  elm  həcmli  texnologiyaların  inkişafı  və  tətbiqi,  energetika, 

ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. 

Ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  13  iyun  2000-ci  ildə  təsdiq 

olunmuş  "Ölçmələrin  vəhdətinin  təmin  edilməsi  haqqında"  Azərbaycan 

Respublikasının  Qanunu,  daha  sonra  13  iyun  2013-cü  ildə  Azərbaycan 

Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş eyni adlı, lakin 

müasir  dövrün  tələblərinə  uyğun  hazırlanmış  yeni  Qanun  bu  sahənin  prioritet 

istiqamətlərini  müəyyənləşdirib  və  metrologiyanın  inkişafına  ciddi  təkan  olub. 

Azərbaycanda  metrologiya  sahəsi  üzrə  dövlət  siyasətini  Standartlaşdırma, 

Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi  həyata  keçirməkdədir.  Bu  sahənin 

beynəlxalq  tələblər  səviyyəsində  inkişafına  nail  olmaq  məqsədilə  Azərbaycan 

Respublikası  Prezidentinin  4  aprel  2012-ci  il  tarixli  Fərmanı  ilə  Komitə  yanında 

Dövlət Metrologiya Xidməti yaradılıb. Hazırda Azərbaycanda ölçmələrin vəhdətini 

və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının 

təkmilləşdirilməsi üzrə işlər aparılır. Belə ki, Komitənin Milli Etalon Mərkəzində 

kütlə,  təzyiq,  sıxlıq  və  özlülük,  temperatur,  elektrik,  vaxt  və  tezlik,  dozimetriya 

dövlət  etalonları  saxlanılır  və  adıçəkilən  sahələr  üzrə  ölçmələr  digər  ölçmə 

vasitələrinə ötürülür.  



İnternetdə: 

www.books.google.com

 



156 

 

21 May – Ümumdünya Dialoq  və İnkişaf  Naminə Mədəni Müxtəliflik  Günü, 



(2002) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilmişdir.  



Dialoq  və  İnkişaf  Uğrunda  Dünya  Mədəni  Müxtəliflik  Günü  ilk  dəfə  2003-cü  il 

mayın 21-də keçirilmişdir. Hazırda dünya mədəniyyətini çox müxtəlif amillər təhdid 

edir – bir halda milli özünəməxsusluğun həddən artıq qorunması müxtəlif azlıqların 

mədəniyyətləri üçün təhlükə  yaradır, digər  halda  din  mədəniyyətə  təzyiq  göstərir, 

üçüncü halda praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın təsiri altında 

dillər yox olur, ənənələr itirilir, zəif mədəniyyətlər kənarda qalır, bəzən də tamamilə 

yox  olur. Bütün  bu  faktların  nəzərə  alınması  və  onların    əhəmiyyətinin    dərk  

edilməsi  2001-ci  ildə  YUNESKO-nun  “Mədəniyyətlərin  müxtəlifliyinə  dair” 

bəyannaməsinin  qəbul  olunmasını  zəruri  etmişdir.  Bu  bəyannamənin  həyata 

keçirilməsi üçün iyirmi əsas istiqamətdən ibarət Fəaliyyət Planı qəbul olunmuşdur. 

Bəyannamədə  müxtəliflik,  dialoq  və  inkişaf  arasında  əlaqənin  yeni  anlayışı  irəli 

sürülmüşdür. Qeyd etmək lazımdır ki, BMT konvensiyalarına qoşulan Azərbaycan 

mədəni müxtəlifliyin tanınmasına əsaslanır və mədəniyyətlərarası mübadiləni dərk 

edərək,  daha  çox  həmrəyliyin  bərqərar  olmasına  cəhd  göstərir.

  Milli-mədəni 

müxtəliflik mədəni zənginlik



 

deməkdir.  Azərbaycan dövləti ölkədəki milli-mədəni 

müxtəlifliyin qorunub saxlanmasında, inkişafında maraqlıdır və buna dəstək verir. 

Dünya cəmiyyəti  bununla mədəni müxtəlifliyin inkişafına töhfələr verməklə, 

mədəni  irsin  qorunması,  müxtəlif  mədəniyyətlərin  nümayəndələri  arasında 

münasibətlərin qurulması vacibliyini həmişə yadda saxlamalıdır. 



İnternetdə: 

www.books.google.com 

 

 



 


157 

 

22 May – Beynəlxalq Bioloji Müxtəliflik Günü, (2000) 



 

   Məşhur  bioloq  E.  Vilson  biomüxtəlifliyi  –



həyatın  məğzi”  adlandırmışdır. 



Biomüxtəliflik Yer  üzərində  mövcud  olan  genlərdən  ekosistemlərə  qədər  bütün 

canlıların əmələ gətirdiyi müxtəlifliyin  məcmusu deməkdir



 

    Bioloji 

müxtəliflik  bütün  yaşayış 

mühitlərində,  o  cümlədən    quruda,  dənizdə 

və  digər  su  ekosistemləri  və  ekoloji 

komplekslər  də  daxil  olmaqla,  bütün  canlı 

orqanizmlərin  növ  müxtəlifliyi  deməkdir.  

2000-ci  il  dekabrın  20-də  BMT-nin  Baş 

Assambleyası 55/201 nömrəli qətnaməsi ilə 

22  may  tarixini  Bioloji  müxtəliflik  üzrə 

Konvensiyanın  qəbul  olunması,  həmçinin 

“Beynəlxalq Bioloji Müxtəliflik Günü” elan etmişdir. Azərbaycanda  biomüxtəliflik 

üzrə  Konvensiyaya  2000-ci  ildə  qoşulmuşdur.

 

Bizim  taleyimiz  ekosistemin 



məhsuldarlığından  və  sağlamlığından  asılı  olduğundan  dünyada  biomüxtəlifliyin 

qorunması, irqindən, dinindən, rəngindən asılı olmayaraq, hər birimizin borcudur. 

Bu  baxımdan  təbiətdə  canlıların  qorunması  təbliğinə  istiqamətlənmiş    22  May  – 

Beynəlxalq Biomüxtəliflik  Gününü Avropanın bir çox ölkələri qeyd edirlər. 1992-

ci ildə BMT-nin təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş konfransda qeyd 

edildiyi kimi, “dünyanın gələcəyi, inkişafı ekoloji problemlərin həll  ediləcəyindən 

asılı olacaqdır”. 

     Azərbaycan  Respublikası  Qafqaz  regionunda  ən  zəngin  təbii  sərvətlərə  malik 

ölkədir.  Bioloji  müxtəlifliyinə  görə  Azərbaycan  dünyada  özünəməxsus  yerlərdən 

birini  tutur.  Burada  zəngin  bitki  və  heyvan  növləri  cəmlənmişdir.  Müasir 

Azərbaycan faunası 18.000 canlıdan ibarət olub, məməlilərin 97 növünü əhatə edir, 

bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700 

növlə təmsil olunmuşdur. Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə 

edən 17 dəstəni təmsil edir. Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16 

ailəyə  aid  olan  100-ə  yaxın  növ  və  yarımnövü  yaşayır.    Azərbaycanın  həşəratlar 

aləmi  də,  son  dərəcə  zəngin  olub,  25  minə  yaxın  növü  əhatə  edir.  Azərbaycan  

florasının biomüxtəlifliyinə isə dərman, efiryağlı, dekorativ, meyvə, texniki və digər 

faydalı bitkilər daxildir. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə