F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə54/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   50   51   52   53   54   55   56   57   ...   146

164 

 

il  oktyabrın  3-də  ümumxalq  səsverməsi  nəticəsində  Heydər  Əliyev  Azərbaycan 



Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək 

fəallığı  şəraitində  keçirilən  seçkilərdə  səslərin  76,1  faizini  toplayaraq,  yenidən 

Azərbaycan  Respublikasının  Prezidenti  seçilmişdir.  2003-cü  il  oktyabrın  15-də 

keçirilən  prezident  seçkilərində  namizədliyinin  irəli  sürülməsinə  razılıq  vermiş 

Heydər  Əliyev  səhhətində  yaranmış  problemlərlə  əlaqədar  seçkilərdə  iştirak 

etməkdən imtina etmişdir. Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif 

ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara 

layiq görülmüşdür. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi 

üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu 

və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət 

kimi  zamanın  ağır  və  sərt  sınaqlarından  çıxarmışdır.  Azərbaycan  xalqı  milli 

dövlətçiliyinin  dağılmaq  təhlükəsi  qarşısında  qaldığını  gördüyü  və  artıq  ən  ağır 

günlərini  yaşadığı  bir  zamanda  –  1993-cü  ilin  iyununda  mövcud  hakimiyyətin 

dəyişilməsini təkidlə  tələb  etmiş  və  həmin vaxtdan  taleyini  yenə  Heydər  Əliyevə 

etibar  etmişdir.  Xalq  Heydər  Əliyevin bu  qayıdışını ümid və sevinclə qarşılamış, 

həmin günü isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.  

Ümummilli  lider  Heydər  Əliyev  12  dekabr  2003-cü  ildə,  80  yaşında  vəfat 

etmişdir.  

 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


165 

 

Yubilyar yazıçı və şairlər 



5 May –  Şair Eyvaz Borçalının 80 illiyi, (1938) 

 

Eyvaz Borçalı 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı 

(Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. 

Burada  Qaçağan  onbirillik  məktəbini  bitirdikdən  sonra                    

M.  F.  Axundov  adına  Rus  Dili  və  Ədəbiyyatı  İnstitutuna  daxil 

olmuşdur.  Azərbaycan  Yazıçılar  İttifaqının  zəmanəti  ilə  həmin 

institutun  VI  kursundan  Moskvaya,  M.  Qorki  adına  Ədəbiyyat 

İnstitutuna,  bədii  tərcümə  bölməsinə  keçirilmişdir.  Buranı 

bitirdikdən  sonra  Azərnəşrdə  redaktor  kimi  əmək  fəaliyyətinə 

başlamışdır  (1964).  "Azərbaycanfilm"  kinostudiyasında  ssenari 

redaksiya  heyətinin  üzvü  (1970),  "Mozalan"  satirik  kino-jurnalının  baş  redaktoru 

(1971-1984), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984-

1986)  vəzifəsində  işləmişdir.  Ədəbi  yaradıcılığa  1960-cı  ildə  "Ədəbiyyat  və 

incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şeirilə başlamışdır. Bundan sonra dövri 

mətbuatda  vaxtaşırı  şeirlərini  və  bədii  tərcümələrini  çap  etdirmişdir.  Bakı  şəhər 

Oktyabr  rayonu  xalq  deputatları  Sovetinə  üç  çağırış  deputat  seçilmişdir.  "Kirpi" 

jurnalının  baş  redaktoru  olmuşdur  (1986-1993).  Respublika  mədəniyyət  işçiləri 

həmkarlar komitəsinin üzvüdür. Şərəf nişanı ordeni (1980), Azərbaycan SSRİ Ali 

Sovetinin Fəxri Fərmanı (1978-1988) və bir medalla təltif edilmişdir. 

Kitabları: “Üfüq yananda” (1964), “Sevgi radiusu” (1967), “Şah və qoca” (1968), 

“Qızıl anlar” (1970), “İllər...pillələr” (1975), “Dünyanın tərkində” (1986), “Durnalı 

göylər” (1991) və s. 

Tərcümələri: N.Barataşvili “Şeirlər və poemalar” 1968, A.Blok “Şeirlər və poema” 

1972, M.Kərim “Dağlar da insan kimidir” 1975, M.Kərim “Məhəbbətin dörd fəsli” 

1982 və s.  

Filmoqrafiya:

 

Tülkü  həccə  gedir  (film,  1971),  Yoxlanılmış,  inanılmış...  (film, 



1971), Telefon sərgüzəştləri (film, 1973), Alıcının sərgüzəşti (film, 1976), Təşəkkür 

(film, 1978), Atamın sənəti (film, 1980),

 

Günlərin bir günü... (film, 1981),  Tikən də 



biz, sökən də (film, 1981), Toxunma, partlayar! (film, 1982), Altı duru, üstü quru 

(film, 1983), Hamam hamam içində (film, 1983),

 

Torpağa düşməsin havayı bir dən 



(film, 1983),

 

Zərbə (film, 1983), Gözəyarı (film, 1984),  Tənha narın nağılı (film, 



1984) və s.  

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 


166 

 

13 May – Xalq yazıçısı, dramaturq, tənqidçi Elçinin 75 illiyi, (1943) 



 

Elçin  Əfəndiyev  13  may  1943-cü  ildə  Bakı 

şəhərində  XX  əsr  Azərbaycan  ədəbiyyatının  böyük 

nümayəndələrindən biri, Azərbaycanın  xalq yazıçısı İlyas 

Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından 

etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. 

Bir  tərəfdən  milli  ədəbiyyat,  folklor,  o  biri  tərəfdən  isə 

dünya  ədəbiyyatı  Elçinin  daimi  mütaliəsinin  əsasına 

çevrilib.  İlk  hekayəsi  16  yaşı  olarkən, 1959-cu  ildə 

"Azərbaycan  gəncləri"  qəzetində  dərc  olunub.  Bakı 

şəhərində  orta  məktəbi  (1960),   Bakı  Dövlət 

Universitetinin  filologiya fakültəsini (1965), Azərbaycan 

Elmlər  Akademiyası Nizami  adına  Ədəbiyyat  İnstitutunun  ədəbiyyat  nəzəriyyəsi 

üzrə  aspiranturasını  (1968)  bitirib,  "Azərbaycan  bədii  nəsri  ədəbi  tənqiddə" 

mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi"  mövzusunda 

doktorluq  dissertasiyalarını  müdafiə  edib.  "Min  gecədən  biri"  adlı    ilk    hekayələr  

kitabı  1965-ci  ildə  çapdan  çıxıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq 

görülmüşdür.  

Elçinin  dünyanın  müxtəlif  dillərində  100-ə    yaxın  kitabı  nəşr  olunub. 

Yazıçının  əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, 

çin, xorvat, gürcü, litva,  moldovan,  türkmən,  özbək,  tacik,  serb  və sairə dillərə  

tərcümə    edilib. Kitablarının ümumi  tirajı  5  milyondan çoxdur.  Azərbaycan  SSRİ 

Ali  Sovetinin deputatı  olub.  Hazırda  Azərbaycan  Respublikası  Baş  Nazirinin 

müavini,  eləcə  də  Xarici  Ölkələrlə  Mədəni  Əlaqələr  Cəmiyyəti  –  "Vətən" 

Cəmiyyətinin sədri vəzifələrində çalışır. Bakı Dövlət Universitetinin professorudur. 

Bir  sıra  Dövlət  Komissiyalarının  sədri,  nüfuzlu  Azərbaycan  və  beynəlxalq  ədəbi, 

ictimai qurumların üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil 

üzrə Komissiyanın üzvüdür.  



Kitabları:  “Min  gecədən  biri”  (1966),  “Açıq  pəncərə”  (1969),  “Mahmud  və 

Məryəm” (1984), “Ölüm hökmü” (1989), “Humayın yuxusu” (1989), Dəlixanadan 

dəli qaçıb (1996), “Klassik aşıq poeziyasında dünya obrazı”(1996) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə