F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 May – Şair Əhməd Mahmudun 90 illiyi, (1928)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə56/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   52   53   54   55   56   57   58   59   ...   146

169 

 

17 May – Şair Əhməd Mahmudun 90 illiyi, (1928) 



 

 

Mahmudov  Əhməd  Məmməd  oğlu  1928-ci  il  mayın  17-də  Naxçıvan 

şəhərində  qulluqçu  ailəsində  doğulmuşdur.  Orta  məktəbi  bitirdikdən  sonra 

C.Məmmədquluzadə  adına  Naxçıvan  Müəllimlər  İnstitutunun  tarix-ədəbiyyat 

fakültəsində və APİ-nin filologiya fakültəsində təhsilini davam etdirmişdir. “Şərq 

qapısı” qəzeti redaksiyasında partiya həyatı şöbəsinin müdiri (1950-1967), redaktor 

müavini (1967-1980) vəzifələrində işləmişdir. Ədəbi fəaliyyətə 1945-ci ildə “Şərq 

qapısı”  qəzetində  çıxan  “Qalibiyyət  bayrağı”  şeirilə  başlamışdır.  İlk  dəfə 

Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1962-1981), Naxçıvan Ali 

Rəyasət Heyətinin Fəxri fərmanı (1978)  və medalla təltif edilmişdir. 



Kitabları: “Yağış kəsir” (1964), “Qatar gedir”(1974) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 



kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


170 

 

18 May – Ədəbiyyatşünas, biblioqraf Əmin Əfəndiyevin 85 illiyi, (1933) 

Əmin  Əfəndiyev  1933-cü  il  mayın  18-də    Qax 

rayonunun  İlisu  kəndində  müəllim  ailəsində  anadan 

olmuşdur. 1941-1952-ci illərdə Qax rayon orta məktəbində 

təhsil  almış, 1957-ci ildə  Azərbaycan  Dövlət  Universiteti 

Filologiya 

fakültəsinin 

“Kitabxanaşünas-biblioqraf” 

ixtisasını  bitirmişdir.  Əmək  fəaliyyətinə  Universitetin 

kitabxanasında  başlamış,  sonra  M.F.Axundov  adına 

Azərbaycan  Respublika  Dövlət  Kitabxanasında  (1958-

1976)  baş  biblioqraf,  məlumat-biblioqrafiya  şöbəsinin 

müdiri,  elmi  işlər  üzrə  direktor  müavini  vəzifələrində  çalışmışdır.  1959-cu  ildə 

müəllifin ilk biblioqrafik oçerki – “Amerika ədəbiyyatı Azərbaycan dilində” dövri 

mətbuatda çap olundu. Azərbaycan ədəbiyyatının ayrı-ayrı xalqların dillərində nəşri 

vəziyyətini  işıqlandıran  silsilə  biblioqrafik  oçerkləri  –  “Azərbaycan  ədəbiyyatı 

özbək  dilində”,  “Azərbaycan-özbək  ədəbi  əlaqələri”,  “S.Vurğunun  əsərləri  SSRİ 

xalqlarının  dillərində”,  “M.Ə.Sabir  A.Tukayın  tərcüməsində”  və  s.  –  mətbuat 

səhifələrində dərc edilir. Ədəbi əlaqələrin tədqiqatçısı olan marağı onu 1968-1971-

ci  illərdə  Azərbaycan  EA  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  aspiranturasına 

aparır.  1972-ci  ildə  “Azərbaycan-latış  ədəbi  əlaqələri  tarixindən”  mövzusunda 

namizədlik  dissertasiyasını  müdafiə  edir.  Ə.Əfəndiyev  1973-1984-cü  illərdə 

Azərbaycan dövlət İncəsənət Universitetində baş müəllim, dosent, kafedra müdiri, 

dekan müavini vəzifəsində çalışmışdır. Ə.Əfəndiyev 1997-ci ildən 2000-ci ilə qədər 

Azərbaycan  Elmlər  Akademiyasının  Mərkəzi  Elmi  Kitabxanasının  direktoru 

vəzifəsində  çalışmışdır.  Ə.Əfəndiyevin  tərtib  etdiyi  “Nəsimi”  (1973),  “İlyas 

Əfəndiyev”  (1985),  “Kamal  Talıbzadə”  (2000),  “Ağamusa  Axundov”  (2002), 

“Yaşar  Qarayev”  (2002),  “Azadə  Rüstəmova”  (2003),  “İlyas  Əfəndiyev”  (2005), 

“Bəkir  Nəbiyev”  (2005),  “Qələmə  sarılmış  ömür  –  İsmayıl  Qarayev”  (2008), 

“Həmid  Araslı”  (2009),  “Yaqub  Mikayıl  oğlu  Mahmudov”  (2011),  “Anar.  Ömür 

yolu.  Yaradıcılığı”  (2011),  “M.F.Axundzadə  –  200  (2012),  çapa  hazırlanan 

“Nizaməddin  Şəmsizadə”,  “Həsən  Həsənov”  və  s.  şəxsi  biblioqrafiyalar  çox 

dəyərlidir. 



Kitabları: “İmadəddin Nəsimi” (1973), “İlyas Əfəndiyev” (1994) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


171 

 

20 May – Dramaturq, publisist Rauf İsmayılovun 95 illiyi, (1923-1980) 

 

Publisist, dramaturq İsmayılov Rauf Əbdülbaqi oğlu 1923-cü il mayın 20-də 



Bakıda müəllim ailəsində anadan olmuşdur. 3 yaşında ikən atasını itirmiş, anasının 

himayəsində böyümüşdür. Orta məktəbi bitirdikdən sonra “Azərbaycan idmançısı” 

qəzeti redaksiyasında ədəbi işçi, məsul katib vəzifələrində işləmişdir (1939-1940). 

ADU-nun  filologiya  fakültəsinə  daxil  olmuş,  lakin  İkinci  Dünya  müharibəsi 

başlanan  il  könüllü  orduya  getmişdir.  Tbilisidə  topçuluq  məktəbini  bitirib  Şimali 

Qafqaz  cəbhəsində  batareya  komandiri  kimi  döyüşlərdə  iştirak  etmişdir  (1941-

1942). Ağır yaralanmış, hərbi xəstəxanadan çıxandan sonra Sovet Ordusu tərkibində 

İrana  göndərilmiş,  orada  batareya  komandiri  olmuşdur  (1943-1946).  Xəstəliyinə 

görə ordudan tərxis edildikdən sonra “Azərbaycan gəncləri” qəzetində şöbə müdiri, 

məsul  katib,  redaktor  müavini  vəzifələrində  işləmişdir  (1946-1953).  Azərbaycan 

radiosu  baş  idarəsində  təbliğat  redaksiyasının  baş  redaktoru,  sonra  Azərbaycan 

nazirlər Soveti yanında Radio və Televiziya Verlişləri İdarəsinin rəis müavini (1953-

1956)  işləmişdir.  1957-ci  ildə  Bakı  şəhəri  rayon  zəhmətkeş  deputatları  Sovetinin 

deputatı seçilmişdir. Onun “İkinci ailə”, “Son məktub” pyesləri Gənc Tamaşaçılar 

Teatrında  səhnəyə  qoyulmuşdur.  Rauf  İsmayılov  1980-ci  il  yanvarın  26-da  vəfat 

etmişdir.   

 

Kitabları:  “Gənc  qəhrəman”  (1949),  “Kiçik  yaşlı  təbiətşünaslar”  (1950),  “Kiçik 

bağbanlar” (1951), “Neft uğrunda” (1952), “Məktəb yollarında” (1956), “Sənan və 

yoldaşları” (1959), “Buruqlar arasında” (1960), “Son məktub” (1972) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə