F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 May – Ümumdünya Tısbağa Günü, (2000)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə52/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   48   49   50   51   52   53   54   55   ...   146

158 

 

23 May – Ümumdünya Tısbağa Günü, (2000) 



 

 

 



   

Tısbağa  müdriklik,  sərvət və uzunömürlülük rəmzi daşıyan heyvandır.  23 

may bir çox ölkələrdə Ümumdünya Tısbağa Günü (World Turtle Day) qeyd olunur. 

Bu qeyri-adi bayram 2000-ci ildə Amerika Tısbağaların  Qorunması Cəmiyyətinin 

(American  Tortoise  Rescue)  təşəbbüsü  ilə  keçirilir.  Bu  təşkilat  1990-cı  ildə 

Malibuda  (ABŞ,  Kaliforniya  ştatı),  şəhərin  ətrafında  yaşayan  tısbağaların 

populyasiyasının qorunması üçün yaradılmışdır.  

Bayramın məqsədi tısbağaların insanlarla qonşuluqda yaşamaları səbəbindən 

kütləvi şəkildə tələf olmalarına ictimaiyyətin diqqətini cəlb etməkdir. Hər il bu gün 

tısbağaların  məskunlaşdığı  bütün  ərazilərdə  könüllülər  miqrasiya  və  ya  digər 

təhlükəli yerlərdə hərəkətin intensiv olduğu şosselərdə bu heyvanlar üçün keçidlər 

yaradaraq  onları  xilas  edirlər.  Aksiya  iştirakçıları,  həmçinin  dəniz  tısbağalarının 

yumurta qoyduğu dəniz sahillərinə qanunla qorunan ərazilər statusunun verilməsinə 

nail olurlar.  

  

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 



 

 

 



 

 


159 

 

28 May – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, (1918) 



 

   “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”.

   

                                                                                                     

Ümummilli lider Heydər Əliyev

 

 

        Bu 

gün  müstəqil  Azərbaycanın 

beynəlxalq  aləmdə  nüfuzu  və  şöhrəti 

durmadan 

artmaqdadır. 

Azərbaycan 

Respublikası  bütün    dünyada  demokratik, 

hüquqi,  dünyəvi  dövlət  nüfuzu  qazanıb. 

Heydər  Əliyev  zəkasının  məhsulu  olan 

təməl qanunumuz dünyanın ən demokratik, 

ən mükəmməl konstitusiyalarından biridir 

və  beynəlxalq  aləmdə  Vətənimizə  böyük 

rəğbət  qazandırır.  Azərbaycanda  hökm  sürən  sabitlik,  həyata  keçirilən  daxili 

islahatlar  xarici  ölkələrlə  əlaqələrimizin  genişlənməsinə  müsbət  təsir  göstərir. 

Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran 

Azərbaycan  Respublikası  dünya  dövlətləri  üçün  açıq  ölkəyə  çevrilib.

 

28  May  – 

Respublika Günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət 

olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika 

Günü  dövlət  bayramı  kimi  qeyd  edilir.

 

1917-ci  ildə  Rusiyada  baş  vermiş  Fevral 

inqilabı  nəticəsində  Çar  imperiyası  dağıldı.  Ölkədə  çarizmin  məzlum  vəziyyətə 

saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq 

Cümhuriyyəti  (1918-1920)  yaradıldı.  Bu  respublika  azərbaycanlıların  tarixi 

yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Müstəqil 

Azərbaycan  Cümhuriyyəti  qısa  ömründə  böyük  nailiyyətlər  və  qalibiyyətlər  əldə 

etmişdir. Azərbaycan Xalq Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı 

olmuşdur. (4 iyun 1918-ci ildə) 1918-ci ilin 9 noyabrında M.Ə.Rəsulzadənin təklifi 

əsasında  Azərbaycan  Xalq  Cümhuriyyətinin üçrəngli  bayrağı  qəbul  edilmişdir.  O 

zamana  qədər  Azərbaycan  Xalq  Cümhuriyyətinin  bayrağı  qırmızı  rəngdə  idi. 

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 

ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına 

çatmadan  bolşeviklərin  hücumuna  məruz  qalıb  devrildi.  Sovetlər  Birliyi 

Azərbaycanı  məcburi  surətdə  öz  tərkibinə  daxil  etdi.  Amma  xalqimizin  azadlıq 

arzusu heç vaxt sönmədi və 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini elan 

etdi. 

 

İnternetdə: 

www.books.google.com 

 

 



160 

 

31 May – Ümumdünya Tütünlə  Mübarizə Günü, (1988) 

 

  

Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  Assambleyası 



1988-ci  ildə  31  may  tarixini  Ümumdünya  Tütünlə  Mübarizə 

Günü  elan  edib.  O  vaxtdan  etibarən  hər  il  dünyanın  müxtəlif 

ölkələrində  insanları  tütün  məhsullarından  istifadədən 

çəkindirmək məqsədi ilə bu tarixi gün qeyd olunur. Azərbaycan 

2005-ci  ildə  Tütünlə  mübarizə  haqqında  ÜST-ün  Çərçivə  Konvensiyasını 

ratifikasiya edib. Bəşəriyyət XXI əsrin əvvəllərindən başlayaraq daha bir problemlə 

– ağciyərin xroniki xəstəliklərinin kəskin artması ilə üz-üzə qalmışdır. Ekologiyanın 

pisləşdiyi, qlobal tütün epidemiyasının genişləndiyi bir şəraitdə bu növ xəstəliklər 

təkcə sürətlə yayılmır, həm də bu səbəbdən ölüm halları kütləvi şəkildə artır.  

21  may  2003-cü  ildə  Ümumdünya  Səhiyyə  Təşkilatı  Assambleyası  bütün 

dünya  dövlətlərinin  tam  hüquqlu  nümayəndələrinin  işləyib  hazırladıqları  Tütünə 

qarşı  Mübarizə  üzrə  Çərçivə  Konvensiyasının  bitmiş  mətnini  təsdiq  etdi. 

Konvensiya 2003-cü il iyunun 30-dan 2004-cü il iyunun 29-na qədər BMT-nin Nyu-

Yorkdakı mənzil qərargahında bütün dünya dövlətlərinin imzalaması üçün açıq idi. 

Bu müddətdə sənədi dünyanın 167 dövləti imzaladı. Bu gün onların sayı 192-yə çatır 

və  bu  sırada  Azərbaycan  Respublikası  da  var.  Çərçivə  Konvensiyasının  iştirakçı 

dövlətləri, həmçinin Azərbaycan öz üzərinə bir tərəfdən tütün məhsullarına tələbatın 

və  istifadəsinin  azalması  ilə  digər  tərəfdən  isə  tütün  məmulatlarının  idxalına 

nəzarətlə  bağlı  siyasət  və  qanun  işləyib  hazırlamaq  və  qəbul  etmək  öhdəliyi 

götürmüşlər. 

   

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

                                                                                                        

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə