F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 May – Şair Əli Qurban Dastançının 90 illiyi, (1928-2004)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə55/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   51   52   53   54   55   56   57   58   ...   146

167 

 

14 May – Şair Əli Qurban Dastançının 90 illiyi, (1928-2004) 

       

Əli Qurban Dastançı (Əli Abdulla oğlu Qurbanov) 1928-ci 



il may ayının 14-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun 

Ağkilsə kəndində dünyaya gəlmişdir. Ədəbiyyata 13 yaşında 

yazdığı "Hanı dağlar" (1943) şeiri ilə gəlib. 1948-ci ildə orta 

məktəbi  bitirən  gənc  şair  bir  il  həmin  məktəbdə  kitabxanaçı 

işləmişdir. Sonra Həsən bəy Zərdabi adına Kirovabad Dövlət 

Pedaqoji  İnstitutunun  Azərbaycan  dili  və  ədəbiyyatı 

fakültəsinə  daxil  olmuş  və  1953-cü  ildə  ali  təhsilini 

tamamlamışdır.  Kəlbəcər  rayonu  Maarif  şöbəsində  inspektor 

kimi əmək fəaliyyətinə başlayan Əli müəllim (artıq onu belə çağırırdılar) 1989-cu 

ilə  qədər  burada  qalıb  işləməli  olur,  Oktyabr  kəndində  məktəb  direktoru,  rayon 

maarif  şöbəsində  inspektor,  metodist,  1979-cu  ildən  1986-cı  ilə  qədər  rayon 

"Yenilik" qəzetinin redaktoru vəzifəsində çalışır. Onun özünə "Dastançı" təxəllüsü 

götürməsi də təsadüfi deyildi. Artıq "Koroğlu" dastanının bir hissəsi hesab edilən 

"Mərcan  xanımın  Çənlibelə  gəlməyi"  qolunu  da  o  toplayıb  işləmiş,  araya-ərsəyə 

gətirmişdir. Bundan əlavə "Yetim Hüseyn dastanı", "Səməd ağa dastanı", "Məşdisə 

dastanı",  "Dəli  Alı  dastanı",  "Dəmirçi  Abbas",  "Allahverdi",  "İsmayıl  və  Pəri", 

"Molla  Umud"  kimi  dastanlar  yaratmışdır.  Ə.Dastançı  bir  sıra  lirik  poemalar  da 

yazmışdır. Bunların içində ən çox diqqəti cəlb edən 1955-ci ildə dahi şair Səməd 

Vurğunun  məşhur  Kəlbəcər  səfəri  ilə  bağlıdır.  "Tanış  səs"  adlanan  bu  poemada 

böyük sənətkara ümumxalq məhəbbəti tərənnüm edilir. 1966, 1988, 2003-cü illərdə 

çap  olunmuş  "Deyişmələr,  dərdləşmələr"  ədəbiyyatımızın  çağdaş  və  gələcək 

tədqiqatçıları  üçün  qiymətli  mənbədir.  Bu  kitablarda  Əli  Qurban  özü  ilə  bərabər, 

dövrün az və çox tanınmış el şairləri haqqında məlumatlar vermiş, orijinal tərzdə 

onların çoxlu şeirlərini çap etdirmişdir. 2003-cü ilə qədər "Balasıyam bu dağların" 

(1989),  "Beş  dastan"  (1996),  "Koroğlular  uzaqlardan  gələn  yolda"  (1998), 

"Çıraqqala  dastanı"  (1999),  "Müdriklik  mücəssəməsi"  (2003),  "Kürən  köhlən" 

(2003), "Qaxın möcüzələri" (2003) və s. kimi 22 kitab nəşr etdirmişdir. Əli Qurban 

Dastançı  1976-cı  ildə  Bakıda  keçirilən  "Bədii  söz  ustası"  festival-müsabiqəsinin 

laureatı olmuş, birinci yeri tutmuşdur. Dərin hafizəyə malik olan bu şəxs gözəl şair 

olmaqla bərabər, gözəl  insani keyfiyyətlərə  malik  olmuşdur.

 

Böyük şairin Göyçə, 



Kəlbəcər, Qarabağ həsrətinə dözməyən ürəyi 2004-cü ilin mart ayının 19-da əbədi 

dayandı. Gəncə şəhərində dəfn edilmişdir. 



Kitabları: “Yetim Hüseyn dastanı”, “Səməd ağa dastanı”, “Söz dəyirmandakıdı”, 

“Çıraqqala dastanı” və s.



  

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 




168 

 

15 May – Şair, ədəbiyyatşünas Bəkir Çobanzadənin 125 illiyi, (1893-1937) 



 

       Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida 

vilayəti  Simferopol  qəzasının  Qarasubazar  şəhərində  anadan 

olmuşdur.  Burada  ibtidai  təhsil  almışdır.  14  yaşında  ikən 

qeyri-adi  zəkası  ilə  diqqəti  cəlb  etmişdir.  Dini  Xeyirxahlar 

Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi – "Sultaniyyə"yə 

təhsilini  davam  etdirməyə  göndərmişdir  (1908-1918).  İlk 

şeirlərini,  "Anan  harda?"  poemasını  tələbəlik  dövründə 

qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali 

kursda  ərəb  və  fars  dillərini  mükəmməl  öyrənmişdir. 

Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar 

tələbə  cəmiyyəti"nin  yaradıcılarından  və  rəhbərlərindən  olmuşdur.  Sonra  Budapeşt 

universitetinin  tarix-filologiya  fakültəsində  türk,  ərəb  və  macar  filologiyası  ilə 

yaxından  tanış  olmuş,  doktorluq  dissertasiyası  müdafiə  etmişdir.  Budapeştdə  türk 

dilində  çıxan  "Şərq"  qəzetinin  redaktoru  olmuşdur  (1919).  "Krım",  "Göy  kitab" 

(İstanbul) məcmuələrində və "Şərq" qəzetində şeirləri dərc edilmişdir (1918-1919). 

Sonralar "Türk ensiklopediyası"nda "Çoban oğlu", "Bəkir Baybək", "Bəkir Cavbək", 

"Bəkir Yaybək", "Çoban oğlu Bəkir Sidqi" imzaları ilə məqalələri dərc olunmuşdur. 

Krım Universitetinin rektoru olmuşdur. S.Ağamalıoğlunun dəvəti ilə Azərbaycanda 

yeni  əlifba  komitəsinin sədri, Yeni  türk  əlifbası  Ümumittifaq Mərkəzi  Komitəsinin 

rəhbəri təyin edilmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura 

şöbəsinin müdiri işləmişdir (1929). Bir sıra Avropa yazıçıları onun tədqiqat və elmi 

maraq dairəsinə vüsət vermişdir. Nəzəri-filoloji irsi zəngin və çoxcəhətli idi. Sovet 

Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri 

problemlərinin  tədqiqinə  və  dil  tarixinin  yaranmasında  təqdirəlayiq  xidmətləri 

olmuşdur. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, "Türk dilinin metodikası" (1932), 

"Elmi qramerin əsasları" (1932) kitablarını şərikli tərtib etmişdir. Elmi məqalələri və 

bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunmuşdur. İlk şeirlər məcmuəsi özbək 

dilində  kütləvi  tirajla  buraxılmışdır  (1971). 1938-ci  il,  13  oktyabrda  qətlə  

yetirilmişdir.  

          Kitabları: “Qumik dili və ədəbiyyatı tədqiqləri” (1926), “Türk dili və ədəbiyyatının 

tədrisi üsulu” (1926), “Türk ədəbiyyatı” (1929), “Seçilmiş əsərləri” 4 cilddə (2007) 

və s. 

          

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə