F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 May – Ədəbiyyatşünas, tərcüməçi Elmira Axundovanın 65 illiyi, (1953)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə58/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   54   55   56   57   58   59   60   61   ...   146

175 

 

26 May – Ədəbiyyatşünas, tərcüməçi Elmira Axundovanın 65 illiyi, (1953) 



 

        Elmira Axundova 1953-cü il mayın 26-da  Moskva 

vilayətinin   Ramensk rayonunda  anadan  olmuşdur. 

Bakı  xoreoqrafiya  məktəbi  yanında  ümumtəhsil 

məktəbini  bitirdikdən  sonra  şəhər  3  saylı  texniki 

məktəbində  stenoqrafiya  ixtisasına  yiyələnmişdir. 

Sonra   ADU-nun  filologiya    fakültəsini   fərqlənmə  

diplomu  ilə  bitirmişdir.  İlk  bədii  tərcüməsini   Hüseyn 

İbrahimovun   "Nəcibənin  ürəyi"  hekayəsini 1978-ci 

ildə, ilk elmi məqaləsini isə  1979-cu ildə "Literaturnıy 

Azerbaydjan"  jurnalında çap  etdirmişdir.  Əmək  fəaliyyətinə  stenoqrafçı  kimi 

başlamışdır  (1971),  sonra Azərbaycan  Dövlət  Televiziya  və  Radio  Verilişləri 

Komitəsində  kiçik  redaktor  (1977-1980)  olmuşdur.  "Literaturnaya  qazeta"  nın 

(1990-1998), "Azadlıq"  radiostansiyasının   Azərbaycan  üzrə  müxbiri  (1993-

2000), "Türk  dünyası"  jurnalının   publisistika  şöbəsinin  müdiri  vəzifələrində 

çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi  katibliyi heyətinə (informasiya məsələləri 

üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının 

üzvüdür (1995-ci ildən). Onun tərtib və tərcümə etdiyi "Azərbaycanın gənc nəsri" 

antologiyası   1984-cü  ildə "Yazıçı"  nəşriyyatında   kütləvi    tirajla    buraxılmışdır.  

Burada gənc Azərbaycan nasirlərinin seçmə hekayələri toplanmışdır. Son illər bədii 

publisistika janrında məhsuldar  yaradıcılığı  ilə seçilir: Rus dilində "Fərmanla əfv 

edilmişdir..." (2000), "Poliqrafçının  ölümü" (2001), "Həqiqət anı" (2003), "Əlövsət 

Quliyev: o tarix yaradırdı" (2003, şərikli), "Bu bizik" (2003), "Yaşamaq əyyamı" 

(2003)  kitabları  kütləvi  tirajla  buraxılmışdır. Moskvada 1984-cü  ilin  mayında 

keçirilən  gənc  yazıçıların  8-ci  Ümumittifaq  müşavirəsində  olmuş, Azərbaycan 

Yazıçılar  İttifaqının  bir  sıra  ədəbi  tədbirlərinin  təşkilati  hazırlığında  və 

keçirilməsində bilavasitə iştirak etmişdir. Xarici və rus mətbuatında müntəzəm çıxış 

edir.  Xidmətlərinə  görə H.Zərdabi  adına  mükafata layiq  görülmüş, "Şöhrət" 

ordeni ilə təltif edilmişdir (2003). 2005, 2010 və 2015-ci illərdə  Azərbaycan Milli 

Məclisinin   üzvü    seçilmişdir.  30  oktyabr  2011-ci  il  tarixində  "İslahatçı  Gənclər" 

İctimai Birliyi Elmira Axundovanı hər il ənənəvi olaraq təqdim etdiyi "Xəzər" Milli 

Mükafatının növbəti qaliblərindən biri elan etmişdir.  



Kitabları: “Naşirin ölümü” (2001), “Həqiqət anları” (2001), “Şüşə saray” və s. 

Tərcümələri:  V.Babanlı  “Rastrevojnaya  tişina”,  B.Bayramov  “Karavannaya 

doroqa”, M.Süleymanov “Dni minuvşiye”; 



Filmoqrafiya: Bir anın həqiqəti (film, 2003) 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 



176 

 

İncəsənət 



3 May – Xalq artisti, aktyor Kamal Xudaverdiyevin 80 illiyi, (1938-2008) 

 

      Xudaverdiyev  Kamal  Ağahüseyn  oğlu  3  may  1938-ci 

ildə  Bakıda  doğulub.  1965-ci  ildə  ali  təhsilini  başa  vuran 

Kamal  Xudaverdiyev  Akademik  Milli  Dram  Teatrının  baş 

rejissoru Tofiq  Kazımovun təklifi  ilə  oktyabr  ayının  1-də 

truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız 

Akademik teatrda işləyib. Aktyor teatrdan əlavə Azərbaycan 

Dövlət  Televiziyasında  da  hazırlanan  tamaşalarda  çoxlu 

obrazlar ifa etmişdir: İlyas Əfəndiyevin “Atayevlər ailəsində” 

(İldırım), Ənvər Məmmədxanlının “Şərqin səhəri” (Cavanşir 

bəy), Mehdi Hüseynin “Alov” (Qaşqay), Əlibala Hacızadənin “Yadigar” (Müəllim), 

Nazim  Hikmətin  “Bayramın  son  günü”  (Firuz)  və  “Şöhrət  və  ya  unudulan  adam” 

(doktor),  Elçin  Mehrəliyevin  “Yurd  yeri”  (Mahal  kişi)  və  s.  Müxtəlif  illərdə 

“Azərbaycanfilm”  kinostudiyasında  “İstintaq  davam  edir”  (Çingizov),  “Ən  vacib 

müsahibə” (Həsənov), “Dağlarda döyüş” (Rüstəmov), “Nəsimi” (Yusif), “Abşeron” 

(Əli), “Üzü küləyə” (kombinat müdiri), “Adanı özünlə apara bilməzsən” (ata), “Otel 

otağı”  (alim),  “Dədə  Qorqud”  (ata)  filmlərində  xaraktercə  fərqli  obrazlara  çəkilib. 

Kamal  Ağahüseyn  oğlu  Xudaverdiyev  teatr  və  kino  yaradıcılığındakı  səmərəli 

fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 

22 may 1991-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 23 aprel 2008-ci ildə ürək 

çatımazlığından  həyata  gözlərini  yumdu.  Prezident  təqaüdçüsü  idi.  Kamal 

Xudaverdiyev  aktyor  kimi  geniş  mənada  lirik  psixoloji  üslublu  məktəbin 

nümayəndəsi idi. Aktyor ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında 

qazanıb.


 

            



Filmoqrafiya: Dağlarda döyüş (film, 1967), Səmt küləyi (film, 1973), Nəsimi (film, 

1973), Dədə Qorqud (film, 1975),

 

Od içində (film, 1978), Alov (Qaşqay), Atayevlər 



ailəsi (film) (İldırım), Bayramın Son Günü (Firuz), Sarıköynəklə Valehin nağılı (film, 

1980)


Birisigün, gecəyarısı... (film, 1981), Özgə ömür (film, 1987)

Qəzəlxan (film, 



1991), İtkin gəlin (film, 1994), Dağıdılmış körpülər (film, 1996),  Otel otağı (film, 

1998)


Son  arzu  (film,  2003),  Bizim  qəribə  taleyimiz  (film,  2005),  Əlvida,  cənub 

şəhəri (film, 2006), Oyunçu (film, 2008)

 

və s. 



          

İnternetdə: 

www.az.wikipedia.orq

 

 




Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə