F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 May – Yazıçı Rəşid bəy Əfəndiyevin 155 illiyi (1863-1942)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə57/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   53   54   55   56   57   58   59   60   ...   146

172 

 

24 May – Yazıçı Rəşid bəy Əfəndiyevin 155 illiyi (1863-1942) 

      Rəşid bəy İsmayıl oğlu Əfəndiyev 1863-cü il may ayının 

24-də Şəki şəhərində anadan olmuşdur. Hələ XIX əsrin 80-cı 

illərində  Qori  müəllimlər  seminariyasında  oxuyarkən  dram 

ilə  maraqlanmış,  ilk  “Qan  ocağı”  pyesini  yazıb  məktəb 

səhnəsində  tamaşaya  qoymuşdur.  O,  M.  F.  Axundzadədən 

sonra  ilk  dram  yazanlardan  sayılır.  İlk  əsərinin 

müvəffəqiyyətindən  ruhlanan  müəllif  sonralar  da  ardıcıl 

olaraq bədii yaradıcılıqla məşğul olmuşdur. On il Qutqaşendə 

müəllimlik  etdiyi,  8  il  Tiflis  idareyi-ruhaniyyəsində  katib 

müavini  vəzifəsində  çalışdığı  və  nəhayət,  16  il  Qori 

seminariyasında müəllim olduğu zamanlarda, heç vaxt yazıçılıqdan uzaqlaşmamış, 

xüsusilə  təlim-tərbiyəyə  aid  səhnə  əsərləri  yazmağa  səy  etmişdir.  Rəşid  bəy 

Azərbaycanın məşhur və çalışqan müəllimlərindən olmuş, ömrünü məktəb, tərbiyə 

işinə,  dərs  kitablarının,  uşaqların  marağını  oxşayan  pyeslərin  yaranmasına  sərf 

etmişdir. Onun “Uşaq bağçası” adlı əlifba kitabı və “Bəsirətül-ətfal” adlı qiraət kitabı 

Azərbaycanda  şöhrət  qazanmış  ilk  dərs  kitablarındandır.  O,  varlı  ailədən  olan 

qadının  maddi  köməyindən  istifadə  etməklə  dəfələrlə  İstanbula  getmiş,  dərs 

kitablarını min zəhmət ilə çap etdirmişdir. Bununla yanaşı səhnə əsərləri yazmış, 

birinci  növbədə  məktəb səhnələrində  qoyulmasını  təşkil  etmiş,  hətta  şəxsən  artist 

kimi  iştirak  etmişdir.  Rəşid  bəyin  “Qan  ocağı”ndan  başqa,  “Saqqalın  kəraməti”, 

“Qonşu-qonşu olsa, kor qız ərə gedər”, “Pul dəlisi”, “Bir saç telin qiyməti”, “Tiflis 

səfirləri”, “Diş ağrısı”, “Təbiətdə əhvaliməişət” adlı dramları vardır. Rəşid bəy elmi, 

maarifi,  məktəbi  təbliğ  edən  bir  sıra  mənzumələr  yazmış,  rus  klassiklərindən 

(Puşkin,  Lermontov,  Kırılov)  dərs  kitablarına  münasib  parçalar  seçib  tərcümə 

etmişdir. Eləcə də farscadan Firdovsidən “Rüstəm və Söhrab” əhvalatını, Şillerdən 

“Cam”  adlı  mənzuməni  tərcümə  etmişdir.  Rəşid  bəy  istər  şeir  tərcümələrində  və 

istərsə  müasir  mövzularda  yazdığı  şeirlərində  klassik  şeir  üslubu  və  yolu  ilə 

getmişdir.  Görkəmli  maarif  xadimi,  nasir  Rəşid  bəy  Əfəndiyev  1942-ci  il  avqust 

ayının 31-də vəfat etmişdir. 

Kitabları:  “Pul  dəlisi”,  “Qonşu  qonşu  olsa  kor  qızı  ərə  gedər”,  “Uşaq  bağçası”, 

“Qan ocağı”, “Tiflis səfərləri”, “Saqqalın kəraməti”, “Qonşu qonşu olsa kor qız ərə 

gedər”, “Bir saç telinin qiyməti” və s. 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 




173 

 

24 May – Ədəbiyyatşünas, tənqidçi Mustafa Quliyevin 125 illiyi, (1893-1938) 



 

Mustafa Zəkəriyyə oğlu 1893-cü il mayın 24-də Azərbaycanın Şəki şəhərində 

anadan  olmuşdur.  Tiflisdə  gimnaziyanı  bitirmişdir  (1913).  Kiyev  Universitetinin 

fizika-riyaziyyat  fakültəsində  təhsil  almışdır.  Lənkəran  qəza  inqilab  komitəsinin 

sədri  (1920),  Qaraşəhər  Rayon  Komitəsinin  katibi  (1921-1922), Azərbaycan SSR 

Xalq  Maarifi  Komissarı  (1922-1928),  "Maarif  və  mədəniyyət",  "İnqilab  və 

mədəniyyət"  jurnallarının  (1923-1926;  1929-1932)  məsul  redaktoru  vəzifəsində 

işləmişdir.  1938-ci  ildə  cəza  tədbirləri  dövründə  həbs  edilib  ölümə  məhkum 

olunmuşdur. 

Kitabları: "Azərbaycanda Oktyabr düşmənləri" (1927), "Mədəni inqilab və islam" 

(1928), "Türk qadınının yolu" (1930), "Oktyabr və türk ədəbiyyatı" (1930), "Cinayət 

nədir və hardan baş verir" (1935). 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



174 

 

24 May – Ədəbiyyatşünas, publisist Əli Mirzəyevin 85 illiyi, (1933) 



 

Mirzəyev  Əli  Sarı  oğlu  1933-cü  il  mayın  24-də  Azərbaycanda  Kəlbəcər 

rayonunun  Başlıbel  kəndində  anadan  olmuşdur.  Burada  kənd  yeddiillik  məktəbi 

bitirdikdən  sonra  Laçın  pedoqoji  məktəbində  təhsilini  davam  etdirmişdir  (1939-

1948).  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  Azərbaycan  dili  və  ədəbiyyatı 

fakültəsində  təhsil  almışdır  (1959-1990).  Təyinatla  Kəlbəcər  rayonunun  Qılınclı 

kənd  orta  məktəbinə  müəllim  göndərilmişdir.  Azərbaycan  Dövlət  Pedaqoji 

İnstitutunun  aspiranturasına  daxil  olmuş,  namizədlik  dissertasiyası  müdafiə 

etmişdir. Ədəbi fəaliyyətlə 60-cı illərdən ciddi məşğul olmşdur. Dövri mətbuatda 

elmi-pedaqoji  məqalələri,  rəyləri  ilə  yanaşı  publisist  yazıları, təmsilləri  çıxmışdır. 

“Klassik  poeziya  və  müasirlik”  (1991),  “Folklor  və  Azərbaycan  uşaq  poeziyası” 

(1991), “Azərbaycan uşaq ədəbiyyatı” (1990) monoqrafiyaları, dərs vəsaitləri, eyni 

zamanda  “Kəlbəcər  faciələri”  (1993),  “Qanlı  yanvardan  əsən  küləklər”  (1997), 

“Vətən  harayları”  (1997),  “Alı  babanın  nağılları”  (1998),  “Çal  qılıncın,  babam 

Qazan” (1990) şeir və poemalar topluları kütləvi tirajla nəşr olunmuşdur.  

 

Kitabları: “Klassik poeziya və müasirlik” (1991), “Azərbaycan uşaq ədəbiyyatı” 

(1990),  “Çal  qılıncın,  babam  Qazan”(1990),  “Folklor  və  Azərbaycan  uşaq 

poeziyası” (1991), “Vətən harayları” (1997),  “Alı babanın nağılları” (1998),  və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 

 


Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə