F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə53/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   49   50   51   52   53   54   55   56   ...   146

161 

 

Bu tarixi unutmayaq 



 8 May – Şuşa şəhərinin işğalı günü, (1992) 

     1992-ci  il  may  ayının  8-nə  keçən 

gecə işğalçı erməni hərbi  birləşmələri 

keçmiş  sovet  ordusunun  366-cı  

alayının    hərbi  qulluqçularının  və  40 

zirehli    texnikasının  köməyi  ilə  Şuşa 

şəhərinə  hücuma  keçmişlər.  Uzun 

sürən  artilleriya  atəşindən  və  qeyri-

bərabər qanlı döyüşlərdən sonra şəhər 

işğal olunmuşdur. 

     Şuşanın  işğalı  nəticəsində  şəhərdə 

195  nəfər  Azərbaycan  vətəndaşı 

xüsusi  amansızlıqla  qətlə  yetirilmiş,  

165 nəfər  yaralanmış,  onlardan  150 nəfəri  əlil  olmuş, 552  körpə  valideynlərini  

itirmiş,    20  mindən  artıq  əhali  isə  doğma  yuvasını  tərk  edərək  məcburi  köçkün 

vəziyyətinə düşmüşdür.  Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə 

bu günədək məlumat yoxdur. Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək 

məqsədilə düşmən 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın 

sarayını,  Cümə  məscidini,  Aşağı  Gövhər  Ağa  məscidi,  Xurşud  Banu  Natəvanın 

evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq 

müəssisəsini,  22  ümumtəhsil  məktəbini,  mədəni-maarif,  kənd  təsərrüfatı 

texnikumlarını,  orta  ixtisas  musiqi  məktəbini,  8  mədəniyyət  evinin,  22  klubu,  31 

kitabxananı,  2  kinoteatrı,  8  muzeyi,  Şuşa  tarix  muzeyi,  Dövlət  Xalça  Muzeyinin 

filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, turist bazasını, 

Qafqazda  yeganə  Şərq  musiqi  alətləri  fabrikini  dağıtmış,  buradakı  nadir  sənət 

incilərini talamış və məhv etmişdir. Ermənilər   insanlığa sığışmayan   vəhşiliyə də 

əl atmış: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini 

güllələmişlər. Şəhərin  tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və 

Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 

1000-dək  əşyası,  professional  Azərbaycan  musiqisinin  banisi,  bəstəkar  Üzeyir 

Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni 

Bülbülün  (400-dək  əşya),  görkəmli  musiqiçi  və  rəssam  Mir  Mövsüm  Nəvvabın 

(100-dən  çox  əşya)  xatirə  muzeylərinin  fondları  qarət  edilmişdir.  İşğal  olunmuş 

ərazilərdə  erməni  işğalçılarının  özbaşınalığı,  tarix  və  mədəniyyət  abidələrimizin 

dağıdılması  və  qəsdən  korlanması   “Silahlı  münaqişə  baş  verdikdə  mədəni 

dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına,  “Ümumdünya 

mədəni  və  təbii  irsin  mühafizəsi  haqqında”  YUNESKO-nun  1972-ci  il 

Konvensiyasına  ziddir.                                                         



İnternetdə:

www.google.az

 



162 

 

17-18 May – Laçın rayonunun işğalı günü, (1992) 



 

 

        Azərbaycanın 



qala  qapısı  sayılan 

Laçının 


Ermənistan 

silahlı 


qüvvələri 

tərəfindən  işğal  edilməsindən   25  il  keçir. 

İşğal  nəticəsində  1835  kv.kilometrlik  ərazi 

zəbt  edilmiş,  yüzlərlə  maddi  mədəniyyət 

nümunəsi erməni vandalizminə tuş gəlmiş, 65 

min laçınlı doğma yurd yerlərindən  didərgin 

düşmüşdür. 

1992-ci ilin mayında Ermənistan silahlı 

qüvvələri  Qarabağın  dağlıq  hissəsində 

Azərbaycanın qədim mədəniyyət və musiqi mərkəzi Şuşanı ələ keçirtməklə bütün 

yuxarı  Qarabağı  işğal  etmişdir.  Bundan  sonra  erməni  hərbi  birləşmələri  qəsb 

etdikləri  torpaqlarda möhkəmlənmək  və  Qarabağın  dağlıq  hissəsi  ilə  Ermənistanı 

birləşdirmək üçün Laçın rayonuna aramsız hücumlara başlamışdır. Şuşa kimi Laçın 

da  mühüm  hərbi-strateji  əhəmiyyət  kəsb  edirdi.  Məhz  bunu  nəzərə  alan  düşmən 

mayın 13-ü və 14-də zirehli texnikalar, Mi-24 vertolyotlarının müşayiəti ilə Qayğı 

qəsəbəsi  və  Laçın şəhərini  bombardman  etmişdir.  1992-ci il mayın  16-dan 17-nə 

keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu 

istiqamətindən hücuma keçən erməni silahlı birləşmələri mayın 18-də rayonu işğal 

etmişdir.  

Laçının  düşmən  əlinə  keçməsi  müharibənin  Dağlıq  Qarabağ  hüdudlarından 

çıxdığını,  Ermənistanın  işğalçılıq  niyyətlərinin  daha  böyük  olduğunu  göstərdi. 

Sonralar Laçın dəhlizi ilə Qarabağa gətirilən silah, döyüş sursatı və hərbi qüvvələr 

erməni  təcavüzünün  miqyasını  daha  da  genişləndirdi,  ətraf  rayonların  taleyini 

təhlükə altında qoydu. Azərbaycanın qala qapısı sayılan Laçının süqutu nəticəsində 

1835 kvkilometr ərazi işğal olundu. 262 nəfər həlak oldu, 67 nəfər itkin düşdü, 48 

sənaye,  63  kənd  təsərrüfatı  müəssisəsi,  217  mədəniyyət,  103  təhsil,  142  səhiyyə 

ocağı dağıdıldı, talan edildi. 65 min laçınlı  doğma yurdlarından didərgin düşdü. Bu 

gün respublikamızın 58 şəhər və rayonunda məskunlaşan laçınlılar dövlət qayğısı ilə 

əhatə olunublar. Ağcabədi rayonunun “Taxtakörpü” ərazisində 552 məcburi köçkün 

ailəsi üçün yeni salınmış qəsəbə istifadəyə verilib.  



İnternetdə:

www.google.az

 

 

 

 

 

 


163 

 

Azərbaycanın tanınmış şəxsiyyətləri 



10 May – Ümummilli lider Heydər Əliyevin 95 illiyi, (1923-2003) 

“Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır”. 

                                                   



Mehriban Əliyeva, 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti 

 

Heydər  Əliyev – Azərbaycanın  görkəmli siyasi 



və dövlət xadimi,  Azərbaycan   Respublikasının 

üçüncü  Prezidenti  (1993-2003), “Ulu öndər” və 

“Azərbaycan  xalqının  Ümummilli  lideri" 

titullarının rəsmi daşıyıcısıdır. Heydər Əliyev bir 

sıra  beynəlxalq  mükafatlara,  müxtəlif  ölkə 

universitetlərinin  fəxri  doktoru  adına  və  digər 

yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. 

O,  dörd dəfə “Lenin”  ordeni, “Qırmızı Ulduz” 

ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə 

"Sosialist Əməyi Qəhrəmanı" adını almışdır. 

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan 

şəhərində  anadan  olmuşdur.  O,  1939-cu  ildə  Naxçıvan  Pedaqoji  Texnikumunu 

bitirdikdən  sonra  Azərbaycan  Sənaye  İnstitutunun  memarlıq  fakültəsində  təhsil 

almışdır.  1941-ci  ildən  Heydər  Əliyev  Naxçıvan  MSSR  Xalq  Daxili  İşlər 

Komissarlığında  və  Naxçıvan  MSSR  Xalq  Komissarları  Sovetində  şöbə  müdiri 

vəzifəsində  işləmiş  və  1944-cü  ildə  dövlət  təhlükəsizliyi  orqanlarında  işə 

göndərilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 

iyul  plenumunda  Heydər  Əliyev  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi 

Komitəsinin  birinci  katibi  seçilərək  respublikanın  rəhbəri  olmuşdur.  1982-ci  ilin 

dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun 

üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə 

təyin  edilmiş  və  SSRİ-nin  rəhbərlərindən  biri  olmuşdur.  Heydər  Əliyev  iyirmi  il 

ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini 

olmuşdur. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı 

faciə  ilə  əlaqədar  Azərbaycanın  Moskvadakı  nümayəndəliyində  bəyanatla  çıxış 

edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının 

cəzalandırılmasını  tələb  etmişdir.  1990-cı  ilin  iyulunda  Azərbaycana  qayıdan 

Heydər  Əliyev  əvvəl  Bakıda,  sonra  isə  Naxçıvanda  yaşamış,  həmin  ildə  də 

Azərbaycan  Ali  Sovetinə  deputat  seçilmişdir.  O,  1991-1993-cü  illərdə  Naxçıvan 

Muxtar  Respublikası  Ali  Məclisinin  sədri,  Azərbaycan  Respublikası  Ali  Soveti 

sədrinin müavini olmuşdur. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali 

Sovetinin  sədri  seçilmiş,  iyulun  24-də  isə  Milli  Məclisin  qərarı  ilə  Azərbaycan 

Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 1993-cü 




Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə