F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


-4 İyun – Beynəlxalq Su Hövzələrinin Təmizlənməsi Günü, (1955)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə61/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   57   58   59   60   61   62   63   64   ...   146

184 

 

3-4 İyun – Beynəlxalq Su Hövzələrinin Təmizlənməsi Günü, (1955) 

 

 

Beynəlxalq  Su  hövzələrinin  Təmizlənməsi  Gününün  (International  Cleanup 



Day)  ideya  müəllifləri  və  təşkilatçıları  dalğıclardır.  Bu  bayramın  əsas  hadisəsi 

kütləvi  iməclikdir.  Bu  əlamətdar  gün  1955-ci  ildən  dünyanın  bir  çox  ölkələrində 

PADI  –  Dayvinq  təlimatçılarının  peşəkar  assosiasiyasının  himayəsi  altında  keçir. 

Həmin  gün  regional  yeraltı  üzgüçülük  klubları  yerli  su  hövzələrinə  gedir,  onların 

diblərini  və  sahillərini  təmizləyirlər.  Bəzi  şəhərlərdə  bu  tədbirlər  yerli  hökumət 

orqanlarının dəstəyi ilə aparılır. Bu günə marağı artırmaq üçün çox zaman tədbirlər 

komandalar arasında yarış halında keçirilir.  

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




185 

 

4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü, (1982) 



 

 

 

 



1982-ci  il  avqustun  19-da  BMT-nin  Baş  Assambleyası  özünün  Fələstin 

məsələsi   üzrə  xüsusi   sessiyasında ES-7/8  nömrəli  qətnaməsi  ilə   hər  il  iyunun  

4-nü  Beynəlxalq  Aqressiya  Qurbanı  olan  Uşaqlar  Günü  (International  Day  of 

Innocent Children Victims of Aggression) kimi qeyd etməyi qərara almışdır.  

Hərbi münaqişələr zonasında yaşayan uşaqlar – gələcəyi olmayan uşaqlardır. 

Bütün dünyada lokal münaqişələr zamanı nə qədər uşağın həlak olması haqqında 

dəqiq statistika aparan yoxdur. Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da 

həlak  olduğunu  unutmamaq  üçün  BMT  bu  günü  təsis  etmişdir.  Bu  günün  əsas 

məqsədi  dünyanın  fiziki  zorakılığa,  mənəvi-psixoloji  və  ruhi  təsirə  məruz  qalan 

bütün uşaqlarının ağrılarını və əzablarını hiss etmək cəhdidir. Bu gün həm də BMT-

nin həmin uşaqların qorunması haqqında məsələdə öhdəliklərini təsdiq edir.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 



186 

 

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü, (1972) 



 

     Başımın üstündə çətirli meşə

     Yuyunmuş, daranmış, ətirli meşə, 

     O yazda yaşıldı, payızda əlvan. 

     Bir ağac kəhrəba, bir ağac mərcan. 

     Bir yarpaq günəşin şöləsində zər, 

     Bir yarpaq buludun gözünü silər. 

     Dinim, ya dinməyim, dinməyim əlbət, 

     Qoy danışsın təbiət! 

                                               

Xalq şairi Qabil                                                                          

 

 



5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün qeyd olunması 16  

dekabr  1972-ci  ildə  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Assambleyasının  27-ci 

sessiyasında  elan  edilib.  Həmçinin  Baş  Assambleyanın  bu  sessiyasında  BMT 

sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) qəbul edilib. Hər il 

bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü keçirilir. Belə 

bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və 

mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb 

olub.  Onlar  “ya  biz  çirklənməni  qurtarırıq,  ya  da  çirklənmə  bizi  qurtarar”  adlı 

müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq etmişlər. 

Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə daxil olan 

ölkə  və  təşkilatları  hər  il  həmin  gün  ərəfəsində  ətraf  mühitin  qorunması  və 

yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır. Hər il Birləşmiş Millətlər 

Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Ümumdünya Ətraf Mühitin Mühafizəsi 

Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərlər 

elan edir. 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər 

Azərbaycanın  Bakı  şəhəri  də  mərkəz  şəhər  seçilib.  Bakının  bu  statusa  layiq 

görülməsi  Azərbaycanda  ətraf  mühitin  mühafizəsi,  ekologiya  sahəsində  görülən 

işlərin,  həyata  keçirilən  dövlət  və  milli  proqramların  uğurlu  nəticəsi  kimi 

qiymətləndirilir və beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana 

böyük əhəmiyyət verməsindən irəli gəlir. 

 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 



187 

 

8 İyun – Ümumdünya Okeanlar Günü, (1992)

 

 

 

 



Ümumdünya Okeanlar Günü 8 iyun 1992-ci ildə Rio-de Janeyroda BMT-nin 

"Ətraf mühit və inkişaf" Konfransında elan edilib. Rəsmi olaraq 2009-cu ildən qeyd 

olunur. Zoopark, akvariumlar və delfinariyalar əsasən bu gündə okean heyvanlarının 

qorunması,  mühafizəsi  ilə  bağlı  tədbirlər  keçirməklə  ictimaiyyətin  diqqətini  cəlb 

edirlər.  BMT  bu  bayramı  elan  etməklə,  okeanların  planet  üçün  həyatı  vacibliyini 

xüsusi  qeyd  edib.  Yer  kürəsinin  70%-i  okeanlar  təşkil  edir.  Bu  bayram  bir  çox 

Avropa  ölkələrində  (Belçika,  Böyük  Britaniya,  Almaniya,  Hollandiya,  İrlandiya, 

İspaniya,  İtaliya,  Norveç,  Portuqaliya,  Fransa),  Cənub-Şərqi  Asiya  dövlətlərində 

(Vyetnam, İndoneziya, Sinqapur, Filippin), Cənubi Asiyada (Hindistan, Şri-Lanka), 

Uzaq  Şərqdə  (Çin,  Yaponiya),  Latın  Amerikası  ölkələrində  (Argentina,  Ekvador, 

Kuba),  Avsraliya  və  Afrikada  (Əlcəzair,  Qabon,  Marokko,  Mavritaniya,  Keniya, 

Kamerun),  həmçinin  Şimali  Amerika  ölkələrində  (Kanada,  ABŞ,  Meksika)  qeyd 

edilir. 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə