F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi


 İyun – Beynəlxalq Olimpiya Günü, (1948)



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə64/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
1   ...   60   61   62   63   64   65   66   67   ...   146

194 

 

23 İyun – Beynəlxalq Olimpiya Günü, (1948)  



  

  

  Bu  gün  Beynəlxalq  Olimpiya  Komitəsi 



tərəfindən təsis edilmişdir.

 

 

1947-ci ildə

 

BOK-nin 


Stokholmda  keçirilən  41-ci  sessiyasında  hər  il  

Dünya  Olimpiya  Gününü  keçirmək  təklifi  irəli 

sürülüb.  İlk  Olimpiya  Günü  1948-ci  il  iyunun  

23-də  9  ölkədə  qeyd  olunub.  Olimpiya  Gününü 

daha  təntənəli  şəkildə  və  bütün  Milli  Olimpiya 

Komitələrinin iştirakı ilə qeyd etmək məqsədi ilə 

1987-ci  ildə  Olimpiya  Qaçış  Günü  keçirilib.  Azərbaycanda  Beynəlxalq  Olimpiya 

Qaçış Günü ilk dəfə 1996-cı ildə təşkil edilib. Elə həmin ildə Azərbaycan müstəqil 

dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Bu gün ölkəmizdə idman sürətlə 

kütləviləşir. Hər il müxtəlif beynəlxalq yarışların Azərbaycanda keçirilməsi, digər 

sahələrdə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırır. 

Hər dörd ildən bir böyük səbrsizliklə izlədiyimiz Olimpiya Oyunlarının qədim 

olmaqla yanaşı, həm də keşməkeşli tarixi var. Qədim Yunanıstanda əsası qoyulan 

Olimpiya Oyunları, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı. Olimpiya 

Oyunlarında  fiziki  bacarıq  mənəviyyatla,  incəsənətlə  vəhdət  təşkil  edirdi.  Bu 

oyunların  bərpası  təşəbbüsü  1894-cü  ildə  fransız  ictimai  xadimi  baron  Pyer  de 

Kuberten  tərəfindən  irəli  sürülüb.  Həmin  konqresdə  ilk  Olimpiya  Oyunlarının 

keçiriləcəyi yer də müəyyən olunub. Beləliklə, ilk Oimpiya Oyunları 1896-cı ildə 

Yunanıstanın  paytaxtı  Afina şəhərində  keçirilib.  Üzərində  5  halqa  olan  Olimpiya 

bayrağının ideyasına görə halqalar 5 qitəni göstərir: göy, sarı, yaşıl, qara və qırmızı. 

Rəngli  halqaların  bir-birinə  keçirilməsi  bu  qitələr  arasında  dostluğu  ifadə 

edir. Dərisinin  rəngindən,  sosial,  siyasi,  dini  əqidəsindən  və  idmana  aid  olmayan 

digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı, idman 

mübarizəsinin simvolu kimi qəbul edib. 

1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradılıb. 1997-ci ildə Milli 

Olimpiya  Komitəsinə  İlham  Əliyevin  sədr  seçilməsi  isə  Azərbaycanda  olimpiya 

hərəkatının  güclənməsi üçün böyük təkan oldu.  

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 




195 

 

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü, (2006) 



 

Bu  bayram  Azərbaycan  Prezidenti  İlham 

Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə 

təsis  edilib.  Dövlət  xidmətinin  demokratik, 

hüquqi  və  dünyəvi  dövlətin  yaradılmasındakı 

rolunu  və  BMT  Baş  Assambleyası  tərəfindən 

iyunun  23-nün  Birləşmiş  Millətlər  Təşkilatının 

Azərbaycanda  müasir  dövlət  qulluğu  sisteminin 

formalaşdırılması  və  inkişafında,  demokratik, 

hüquqi  və  dünyəvi  dövlət  quruculuğunda 

ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan 

Konstitusiya  ölkəmizdə  dövlət  quruluşu  və  idarəçilik  prinsiplərini  təsbit  edir. 

Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən 

biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu 

qanunla  Azərbaycanda  dövlət  qulluğu  sahəsində  vahid  dövlət  siyasətinin 

formalaşdırılmasının  əsası  qoyulub,  bu  sahədə  kadr  siyasətinin  əsas  prinsipləri, 

dövlət  qulluqçularının  cəmiyyətdəki  yeri,  onların  hüquq  və  vəzifələri 

müəyyənləşdirilib. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə 

sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam 

etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, 

insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, 

bütövlükdə 

Azərbaycanın 

beynəlxalq 

aləmə 

inteqrasiyası 



prosesinin 

sürətləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli 

fərmanı  ilə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu 

Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib. Komissiyanın 

əsas  məqsədi  dövlət  qulluğu  sahəsində  qəbul  edilmiş  normativ  hüquqi  aktların 

tətbiqinin  təşkil  edilməsi,  dövlət  qulluğu  üçün  kadrların  müsabiqə  əsasında 

seçilməsi,  yerləşdirilməsi,  dövlət  qulluqçularının  ixtisas  hazırlığının  artırılması, 

qanunvericilikdə  nəzərdə  tutulan  siyasətin  həyata  keçirilməsini  təmin  etməkdir. 

Ölkədə  bu  istiqamətdə  həyata  keçirilən  tədbirlər  dövlət  qulluqçularının 

məsuliyyətini  artırmaqla  yanaşı,  sivil,  demokratik  və  vətəndaş  cəmiyyətinin 

tələblərinə  cavab  verən  dövlət  idarəçiliyi  sisteminin  qurulmasında  da  mühüm  rol 

oynayır.  İndi  ölkəmizdə  fəaliyyət  göstərən  müxtəlif  nazirlik,  komitə  və  digər 

qurumlarda 28 minə yaxın dövlət qulluqçusu çalışır. 10 min nəfərdən çox şəxs isə 

dövlət qulluqçusu kimi pensiya alır. 



İnternetdə: 

www.books.google.com 


196 

 

26 İyun – Silahlı Qüvvələr Günü, (1918) 



 

       “Güclü 

dövlətin 

güclü 

ordusu 

olmalıdır. 

Azərbaycan  güclü  dövlətdir  və  Azərbaycanın  güclü 

ordusu  var.  Azərbaycan  ordusuna  eşq  olsun!  Yaşasın 

Azərbaycan!”

 

 

                                                  İlham Əliyev, 

                  

Azərbaycan Respublikasının Prezidenti 

                                                                                             

 

  

Milli  Ordumuzun  yaradılması  hələ  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına 

həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi 

işləri  yadırğamasına  gətirib  çıxarmışdı.  1917-1918-ci  illərdə  erməni  təcavüzünün 

güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə 

qoymuşdu.  Yaranmış  vəziyyət  təcili  olaraq  ordu  quruculuğuna  başlamağı  tələb 

edirdi.  1918-ci  il  26  iyun  tarixli  fərmanla  Azərbaycan  Milli  Ordusunun 

yaradılmasına  başlanıldı.  Avqustun  1-də  AXC-nin  Hərbi  Nazirliyi  təsis  edildi. 

İstedadlı  general  Səməd  bəy  Mehmandarov  dekabrın  25-də  hərbi  nazir,  general-

leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu 

Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-

bolşevik  işğalından xilas  etdi.  Bu  hərbi birləşmələr  Muğanda və  Əsgəranda  milli 

hökumətə  qarşı  baş  vermiş  qiyamları  yatırmaqda  yüksək  səriştəlilik  göstərdi, 

Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın 

etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid 

Qaytabaşı,  Kazım  Qacar,  Cavad  bəy  Şıxlinski,  Həbibbəy  Səlimov  kimi  istedadlı 

generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv 

etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Azərbaycan 

Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun tarixi 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Nizami orduya 

malik  olmayan  Azərbaycanın  qarşısında  duran  əsas  iş  Qarabağ  uğrunda  gedən 

döyüşlərdə  vəziyyəti  nəzarət  altına  almaq  idi  ki,  bu  da  çox  çətinliklə  həyata 

keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq 

tədricən  müharibədəki  məğlubiyyətlərin  qarşısını  almaq  üçün  ölkənin  bütün 

imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami 

orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi 

yoluna  qoyuldu.  Ölkəmizdə  peşəkar  ordu  quruculuğunun  əsası  isə  1993-cü  ilin 

sonlarında qoyuldu.  

İnternetdə: 

www.books.google.com 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə